Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1644/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun Məhkum müdafiəçisi Müdafiəçi4 Ağasəfər oğlunun iştirakları ilə, 07 iyul 1985-ci il tarixdə Lənkəran rayonu Port-İliç şəhərində anadan olmuş, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, L ənkəran rayonu, Liman şəhəri, N.Nərimanov küçəsi, ev 13-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli, 1(106)-480/2022 nömrəli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 Cəlal oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(099)-102/2022 saylı hökmü ilə (sədrlik edən Cəlil Nəbiyev, hakimlər Aqil Musayev və Müşfiq Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 27 avqust 2021-ci il tarixdən hesablamışdır. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 1(106)-480/2022 saylı qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), K.S.Bəşirov və M.Ə.Bağırov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsi hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şirv an Apellyasiya Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum edilmişdir ona görə ki, o, 27 avqust 2021-ci ildə, saat 18:30 radələrində işdən yaşadığı evə qayıdarkən daim aralarında ona və övladlarına qayğı ilə yanaşmaması, ona qulluq etməməsi və saymazyana davranması ilə bağlı mübahisələri olan arvadı Mirzəyevə Aynur Gülağa qızının həyətdə asılqandan paltar asdığını görüb, yorğun olduğuna görə ona çay verməsini bildirməsinə cavab olaraq, arvadının onun sözlərinə əhəmiyyət verməyib işinə davam etməsinə qəzəblənərək arvadının ona laqeyd münasibət göstərməsini özünə təhqir və onu alçaltması kimi qəbul edib, sonuncunu etdiyi həmin hərəkətlərə görə ailə-məişət münaqişəs i zəminində qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə həmin gün saat 19 radələrində yaşadığı evin həyətində saxladığı ona məxsus traktorun açar qabından soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb əynindəki şalvarın belliyinə keçirərək arvadına yaxınlaşıb ona yemək verməsini tapşırmaqla Zərərçəkmiş şəxs evin mətbəxinə getməsinə nail olduqdan sonra ardınca özü də mətbəxə girərək arvadının qaz sobasında yemək qızdırmaqla məşğul olmasından istifadə edib cinayətkar niyyətini həyata keçirmək üçün üzərində saxladığı mətbəx bıçağını çıxarıb qəfildən yaxınlaşaraq qeyd olunan bıçaqla əvvəlcə sonuncunun sağ qarın və ona tərəf çevrildikdə sol qarın nahiyələrinin hərəsinə bir dəfə qəsdən zərbə vurmuş, Zərərçəkmiş şəxs qışqırıq səslərinə həyətdən mətbəxə gəlmiş yaxın ları - qayınanası Şahid4, həmçinin 2009 və 2011-ci illərdə doğulmuş azyaşlı uşaqları Şahid1 və Şahid2 gözləri qarşısında hərəkətlərinə davam edərək onlara xüsusi əzab və iztirablar verdiyini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, yəni xüsusi amansızlıqla məqsədyönlü şəkildə əlindəki bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinin və qarnının ön səthlərinə hərəsinə bir dəfə qəsdən zərbə vurub, ona ümumilikdə yetirildiyi anda insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş və qarın boşluqlarına nüfuz edən, sol plevra, qaraciyər və mədəni zədələyən, hemoperitenium, hemotoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan 3 ədəd kəsilmiş-deşilmiş yara və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid qa rın nahiyəsində 1 ədəd kəsilmiş yaradan ibarət xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs əlləri və ayaqları ilə aktiv müqavimət göstərərək onun niyyətini başa çatdırmaq üçün vurduğu növbəti zərbələrin qarşısını aldığından, bu vaxt anası Rükufə Mirzəyeva və övladları qışqırıq salaraq hadisənin gedişinə müdaxilə edib qarşısına keçərək onu itələyib mətbəxdən çıxardıqlarından və səs- küyə gəlmiş qonşuların çağırdıqları təcili tibbi yardım xidmətinin köməkliyi ilə vaxtında xəstəxanaya çatdırılan Zərərçəkmiş şəxs ixtisaslı tibbi yardımlar göstərildiyindən, öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyərək arvadı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 Cəlal oğlu birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən məhkumun məsuliyyətini yüngülləşdirən halları, o cümlədən əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslə (həyat yoldaşı ilə) barışması, ailəli olması, himayəsində üç azyaşlı uşağının, ailədə yeganə qazanc gətirən şəxs olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən səmimi peşman olması kimi hallar cəza təyini zamanı nəzərə alınmamış nəticədə Məhkum həddindən artıq ağır cəza təyin olunmuşdur. Zərərçəkmiş şəxs və onun nümayəndəsi kassasiya şikayətində bildirir ki, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgə r cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Onlar qeyd edirlər ki, məhkəmə həyat yoldaşı olan Məhkum təyin olunan cəzanın müddətinin və ya həcminin bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməyəcəyini nəzərə almış olsa da, ondan aşağı həddə cəza təyin edə biləcəyinin zəruriliyini və mümkünlüyünü nəzərə almamışdır. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 Cəlal oğlu birgə verdikləri kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarının dəyiş dirilməsini və Məhkum daha yüngül cəzanın təyin edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 Cəlal oğlu birgə vermiş olduqları kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə Məhkum həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiya sı məhkəməsinin qərarını dəyişdirməklə ona daha ədalətli və yüngül cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olun muş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən tö rədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzası nı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin ehtiva etdiyi (CM-in 59.1.8, 59.1.10—59.1.13-cü maddələrində göstərilən) cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli residivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən CM-in 59.1.8, 59.1.10—59.1.13-cü maddələrində gös tərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xara kterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş şəxs və onun nümayəndəsinin Məhkum cəzasının məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmadan təyin edildiyi üçün həddindən artıq ağır və ədalətsiz olması haqqında iddiasının əsassız olduğu müəyyən olunur. Belə ki, kassasiya şikayətində irəli sürülmüş (məsuliyyəti yüngülləşdirən halların və Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinin kifayət qədər nəzərə alınmaması haqqında) iddianın əksinə olaraq, birinci instansiya məhkəməsi cinayət işinə baxarkən məhz iş üzrə müəyyən edilmiş - təqsirkarın zərər çəkmiş şəxslə barışıq əldə etməsi (CM, maddə 59.1.12), himayəsində 3 azyaşlı uşağının olması (CM, maddə 59.1.4), eləcə də zərərçəkmiş şəxslə ər-arvad münasibətin olmaları, təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsi, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması və ilk dəfə cinayət məsuliyyətinə cəlb olması (CM, maddə 59.2) kimi cəzasını yüngülləşdirən və şəxsiyyətini səciyyələndirən hallardan və cəzanı ağırlaşdıran halların olmamasından, eyni zamanda Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş qaydadan çıxış etməklə Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkum ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə daha yüngül cəzanın təyin edilməsi üçün əsasların olması haqqında iddianı və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü ilə 11 (on bir) ildən 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılma sı haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin olunarkən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 60, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş və 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Məzmun etibarı ilə məhkumun apellyasiya şikayəti ilə üst-üstə düşən zərərçəkmiş şəxs və onun nümayəndəsinin birgə vermiş olduqları kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edən dəlillər gətirilmədiyindən, m əhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halları və ya kassasiya şikayətində istinad olunan digər xüsusatları Məhkum CM-nin 60-cı maddəsi nəzərə alınmaqla minimum həddə yaxın təyin edilmiş cəzasının azaldılmasını və yaxud başqa cür yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 Cəlal oğlunun birgə vermiş olduqları kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 6.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisi Müdafiəçi4 Ağasəfər oğlunun və kassasiya şikayətinin təmin edilməməsinə barədə dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 Cəlal oğlu tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli, 1(106)-480/2022 nömrəli qərarı tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlə rə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi3 Cəlal oğlunun birgə vermiş olduqları kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 avqust 2022-ci il tarixli, 1(106)-480/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1644/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1644/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver