Məhkəmə qərarları › İş №1(102)-1644/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1644/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1644/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, zərərçəkmiş hüquqi şəxs 8 X14 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5, məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Məhkum1 və Məhkum2 Azərb aycan Respublikası CM-in 259.3-cü maddəsi ilə məhkum edilmələrinə və X7 CM-in 308.1 və 313-cü maddələri ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 yanvar tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 2024-cü il 24 iyul tarixli, 1 (046)-10/2024 saylı hökmü ilə, xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olan, Qəbələ rayonu Zarağan-2 məcburi köçkün şəhərciyində yaşayan, Məhku m1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Qəbələ rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Məhkum1 cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, xx.xx.1990-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay rayonu Şıxbəy kəndində qeydiyyatda olan və yaşayan, Məhkum2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Məhkum2 cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, xx.xx.1961-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Göyçay rayonu Məlikkənd kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən, məhkum olunmamış, Göyçay rayonu Şıxbəy kəndində qeydiyyatda olan və yaşayan, X8 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə bəraət almış, pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi hökm edilmişdir. Həmin hökmdən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxslər Mə hkum1 və Məhkum2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X2 (sədrlik edən), X15 və X1 ibarət tərkibdə) 2025-ci il 22 yanvar tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, hökm apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İbtidai istintaq orqanının mövqeyinə görə təqsirləndirilən şəxs Məhkum1 2023-cü ilin iyun ayının ortalarında, günü istintaqa məlum olmayan tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** dövlət qeydiyyat nömrəli, **********878 reyestr nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə Göyçay rayonu Şıxbəy kənd sakini Məhkum2 məxsus olmaqla Göyçay rayonu Şıxbəy kəndi ərazisindəki kənd təsərrüfat təyinatlı torpaq sahəsində yerləşən müxtəlif diametrli qovaq cinsli ağacların sonradan gövdələrini sataraq qazanc əldə etmək məqsədi ilə kəsilməsi müqabilində Məhkum2 800 manat məbləğində pul təklif etməklə sonuncu ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nın 2.1-ci bəndinin və xx.xx.2014-cü il tarixli «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı olmadan növbəti gün istintaqa məlum olmayan tarixdə səhər saatlarında qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi Məhkum2 razılığı ilə özü tərəfindən gətirilmiş şəxsiyyətləri istintaqa məlum olmamaqla cinayətdən xəbərsiz olan şəxslər tərəfindən ağacların motorlu mişardan istifadə edilməklə kəsilməsinə qanunsuz göstəriş vermiş və həmin naməlum şəxslər tərəfindən həmin torpaq sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar sayılmamaqla meşə fonduna daxil olmayan köküstə yaş halda diametrləri 8,1-12 sm olan 3 ədəd, 12,1-16 sm olan 9 ədəd, 16,1-20 sm olan 7 ədəd, 20,1-24 sm olan 9 ədəd, 24,128 sm olan 12 ədəd, 28,1-32 sm olan 8 ədəd, 32,1-36 sm olan 4 ədəd, 36,140 sm olan 3 ədəd, ümumilikdə 55 ədəd qovaq cinsli ağacların kökboğazından kəsilməsi nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə külli miqdarda, yəni 12.770 manat maddi ziyan vurmuşdur. Bununla da Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Məhkum2 2023-cü ilin iyun ayının ortalarında, günü istintaqa məlum olmayan tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** dövlət qeydiyyat nömrəli, **********878 reyestr nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Göyçay rayonu Şıxbəy kəndi ərazisindəki kənd təsərrüfat təyinatlı torpaq sahəsində yerləşən müxtəlif diametrli qovaq cinsli ağacların kəsilməsi müqabilində 800 manat məbləğində pul təklif edən Kəlbəcər rayonu Şurtan kəndində qeydiyyatda olma qla Qəbələ rayonu Zarağan-2 məcbur köçkün şəhərciyində yaşayan Məhkum1 təklifini qazanc əldə etmək məqsədi ilə qəbul edib sonuncu və qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nın 2.1-ci bəndinin və xx.xx.2014-cü il tarixli «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı olmadan növbəti gün istintaqa məlum olmayan tarixdə səhər saatlarında aralarındakı razılaşmaya uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi Məhkum1 tərəfindən gətirilmiş şəxsiyyətlə ri istintaqa məlum olmamaqla cinayətdən xəbərsiz olan şəxslər tərəfindən ağacların motorlu mişardan istifadə edilməklə kəsilməsinə qanunsuz olaraq razılıqla göstəriş vermiş və həmin naməlum şəxslər tərəfindən həmin torpaq sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar sayılmamaqla meşə fonduna daxil olmayan köküstə yaş halda diametrləri 8,1-12 sm olan 3 ədəd, 12,1-16 sm olan 9 ədəd. 16,1-20 sm olan 7 ədəd, 20,1-24 sm olan 9 ədəd, 24,128 sm olan 12 ədəd, 28.1-32 sm olan 8 ədəd, 32,1-36 sm olan 4 ədəd, 36,1-40 sm olan 3 ədəd, ümumilikdə 55 ədəd qovaq cinsli ağacların kökboğazından kəsilməsi nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə külli miqdarda, yəni 12.770 manat maddi ziyan vurmuşdur. Bununla da Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X8 vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə vəzifəli şəxs kimi sair niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etməklə Azərbaycan Respublikası CM-nin 308.1-ci və 313-cü maddələri təqsirləndirilir. Belə ki, ittihama əsasən X3 rayonu Məlikkənd kənd bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 01 saylı iclas protokol una əsasən bələdiyyə sədri seçilməklə həmin tarixdən bələdiyyə sədri vəzifəsində işləyərkən «Göyçay rayonu Məlikkənd kənd bələdiyyəsinin Nizamnaməsi»nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** dövlət qeydiyyat nömrəli, **********878 reyestr nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə həmkəndlisi Məhkum2 məxsus Göyçay rayonu Şıxbəy kəndi ərazisindəki kənd təsərrüfatı təyinatlı torp aq sahəsində yerləşən müxtəlif diametrli qovaq cinsli ağacların kökboğazından qanunsuz olaraq kəsilməsi ilə bağlı 25 iyun 2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X14 və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan araşdırma zamanı Məhkum2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nın 2.4-cü bəndində göstərilmiş fiziki və hüquqi şəxslər bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər» tələblərinə əsasən ağacların götürülməsi üçün bələdiyyəyə rəsmi ol araq ərizə ilə müraciət etmədiyini bildiyi, həmin torpaq sahəsində qanunsuz olaraq 55 ədəd qovaq cinsli ağacları kökboğazından kəsdiyini 8 X14 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə keçirilən baxışda iştirak etməklə gördüyü halda, Şahid5 xahişindən sonra öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək sonuncunun oğlu Məhkum2 cinayət məsuliyyətindən yayınmasına köməklik etmək niyyəti ilə 25 iyun 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Göyçay rayonu Şıxbəy kəndindəki evinin həyətində rəsmi sənəd hesab olunan arayışa qeyd edilən torpaq sahəsində həqiqətdə həmin vaxt kökboğazından kəsilmiş olan ağacların guya budanmaya ehtiyacı olması barədə «A 4» formatda olan kağızın üzərində əlyazma ilə bilə-bilə yalan məlumatlar daxil edərək geri tarixə, yən i 21 iyun 2023-cü il tarixdə tərtib edib çıxış nömrəsini «49» olaraq qeyd etməklə imza edib bələdiyyənin möhürü ilə təsdiq etməklə vəzifə saxtakarlığı edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni Azərbaycan Respublikası Baş Prokurorluğunda Məhkum2 məxsus Göyçay rayonu Şıxbəy kəndi ərazisindəki kənd təsərrüfat təyinatlı torpaq sahəsində yerləşən müxtəlif diametrli qovaq cinsli ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı 8 X14 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında aparılan araşdırma zamanı 25 iyun 2023-cü il tarixdə Məhkum2 cinayət məsuliyyətindən yayınmasına köməklik etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd hesab olunan arayışla bağlı qanunsuz hərəkətlərini ört-basdır etməklə məsuliyyətə cəlb olunmaması şəxsi niyyəti ilə guya arayışın 21 iyun 2023-cü il tarixdə tərtib edilməklə kitabda qeyd edilməsi görüntüsü yaratmaq üçün öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 31 iyul 2023-cü il tarixdə günorta saatlarında Göyçay rayonu Məlikkənd kənd bələdiyyəsinin inzibati binasında cinayətkar əməlindən xəbərsiz olan bələdiyyənin mühasibi vəzifəsində işləyən Şahid4 Məlikkənd kənd bələdiyyəsinin möhürü ilə möhürlənmiş rəsmi sənəd hesab olunan «Göndərilən xarici məktublar» kitabında qeyd edilən arayışın məzmunu və çıxış nömrəsinin «47» olması barədə qeyd aparması üçün qanunsuz göstəriş ve rmiş və sonuncu tərəfindən əlyazma ilə qeydlər aparılmasına nail olmaqla rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ HÜQUQİ ŞƏXSİN NÜMAYƏNDƏSİNİN VƏ MƏHKUMLARİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarında olan 21 iyun 2023-cü il tarixli 49 saylı arayışdan görünür ki, (həmin arayış Göyçay rayonu Məlikkənd kənd bələdiyyəsinin sədri tərəfindən tərtib olunmuş, imzalanaraq möhürlənmişdir) arayışın məzmununda: «Verilir Göyçay rayonu, Şıxbəy kənd sakini Şahid5 ondan ötrü ki, vətəndaşın ailə üzvlərinə məxsus pay torpağında özü ək diyi əbrüşüm ağacları onun meyvə bağına kölgə salır. Odur ki, həmin ağacların budanması üçün köməklik göstərərsiniz. Arayış Ekologiya və təbii sərvətlər Nazirliyinin Mingəçevir regional ərazi idarəsinə təqdim etmək üçün verilir» qeyd olunmuşdur. Göründüyü kimi, bələdiyyə sədri S.Süleymanov, kökboğazından kəsilmiş ağacların guya budanmaya ehtiyacı olması və bu barədə vaxtında bələdiyyəyə məlumat verilməsi görüntüsü yaratmaq, bununla da Məhkum2 cinayət məsuliyyətindən yayınmasına kömək etmək məqsədilə əvvəlki tarixə arayış tərtib etməklə artıq kəsilməsi nəticəsində dövlətə 12770 manat məbləğində maddi ziyan vurulmuş əməlin ifşa olunmasına maneə törətmək üçün səy göstərərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Yəni göstərilən halda arayışın ağackəsmə hadisəsindən sonra verilməsinin əmələ hüquqi qiymət verilməsində heç bir mahiyyəti olmamaqla, həmin arayışın hansı məqsədə, hansı motivlə verilməsi əhəmiyyət daşıyır. Arayış vəzifəli şəxs-bələdiyyə sədri tərəfindən üçüncü şəxsin - Məhkum2 cinayət məsuliyyətindən yayınmasına nail olmaq üçün öz vəzifə səlahiyyətində istifadə etməklə tərtib edilmişdir. Qanunverici vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlaməti kimi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsini göstərir. Göstərilən halda da məhz dövlət orqanına- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirli yinə 12.770 manat məbləğində maddi ziyan vurulmaqla ictimai təhlükəli nəticənin baş verməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi S.Süleymanovun CM-in 308.1 -ci maddəsi ilə təqsiri iş üzrə yetərincə mötəbər dəlil və sübutlarla təsdiq olunmuş, onun əməlində həmin maddənin zəruri 4 tərkib elementinin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) hər biri mövcud olmuş, lakin məhkəmələr əsassız olaraq əməldə cinayət tərkibinin olmadığına istinad etməklə təqsirləndirilən şəxs barəsində bəraət qərarı qəbul etmişlər. Qeyd edilməlidir ki, bələdiyyədə saxlanılan “Göndərilən xarici məktublar» zəruri məlumatları özündə əks etdirən rəsmi sənəd olmaqla ona bilə-bilə yalan, həmçinin geri tarixə məlumat daxil edilməsi, eləcə də bu əməlin törədilməsi əvvəl verilmiş qanunsuz arayışa görə özünün m əsuliyyətdən yayınması şəxsi niyyətilə bələdiyyə sədri tərəfindən törədildikdə həmin əməlin CM-in 313-cü maddəsi ilə tövsifi qaçılmazdır. Göründüyü kimi ibtidai istintaq orqanı haqlı olaraq S.Süleymanovu yuxarıda sadalanan əməlinə görə CM-in 313-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etsə də məhkəmələr cinayət qanununun normasını düzgün tətbiq etməməklə, əməldə cinayət tərkibi olmaması əsası ilə həmin şəxsin barəsində bəraət qərarı qəbul etmişlər. Məhkəmələr CM-in 313-cü maddəsi ilə bəraət nəticəsinə gələrkən Sərkər Süleymanovun əməlində tamah məqsədinin müəyyən edilməməsi, onun vəzifə saxtakarlığını hansı digər şəxsi niyyətlə törətməsi, bu niyyətin nədən ibarət olmasının ibtidai araşdırma orqanı tərəfindən dəqiqləşdirilməməsini qeyd etmişlər. Halbuki, təqsirləndirilən şəxsə el an edilmiş ittihamda onun vəzifə saxtakarlığını sair niyyətlə və Məhkum2 cinayət məsuliyyətindən yayınmasına köməklik etmək məqsədi ilə etməsi aydın şəkildə göstərilmişdir. Bundan başqa, məhkəmələr Məhkum1 və Məhkum2 cəza təyin edilməsi hissəsində ədalətsizliyə yol vermiş, təqsirləndirilən şəxslərin törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eyni zamanda onların şəxsiyyətinə uyğun olmayan yüngül növdə və həddə cəza müəyyən etmişlər. Məhkum1 və Məhkum2 törətdiyi cinayət əməlinin obyekti meşələrdən istifadə edilməsi, onların mühafizəsi, qorunması, bərpası, meşələrin ekoloji, iqtisadi və digər potensialının yüksəldilməsi sahəsində yaranan ictimai münasibətlər olmaqla, cinayətin predmetinə həmçinin dövlət və bələdiyyə mülkiyyətində olan meşə fonduna daxil olmayan sah ələrdə bitən ağac-kol bitkiləri daxil edilmiş və həmin cinayət az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Göründüyü kimi qanunverici bu münasibətlərə qəsd edən əməli məhz cinayət qanununa salmaqla ağac-kol bitkilərini qanunsuz kəsmə nəticəsində məhv edilməkdən və korlanmaqdan cinayət hüquqi vasitələrlə mühafizə etmək məqsədi daşımış bununla da bu ictimai münasibətlərin insana, cəmiyyətə və dövlətə xüsusi dəyərini bariz göstərmişdir. Məhkum1 və Məhkum2 tamah niyyəti və qazanc əldə etmək məqsədi ilə ümumilikdə 55 ədəd qovaq cinsli ağacları kökboğazından kəsdirmiş, yəni əməli birbaşa qəsdlə törətmiş və başa çatdırmışlar. Qeyd edilməlidir ki, bu gün ekoloji təhlükəsizlik problemi bəşəriyyətin ən ağrılı problemlərindən biridir. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Həmin Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Hazırda Respublikamız BMT-nin İnkişaf və Ətraf Mühit proqramları, Qlobal Ekoloji və Ümumdünya fondları, X11 və İnkişaf Təşkilatı, bir sıra beynəlxalq maliyyə qurumları və s. təşkilatlarla ekoloji əməkdaşlığı davam etdirir. Bununla bərabər, müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə ikitərəfli əməkdaşlıq qurulur, Respublikamız ətraf mühit sahəsində bir çox beynəlxalq müqavilələrə qoşulur. 2024-cü ilin ən mühüm hadisəsi kimi Azərbaycan Respublikasının COP 29-a (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə X6 Konfransı) ev sahibliyi etməsi, eləcə də ölkə Prezidentinin əvvəlki illərdə ölkədə “Ekologiya ili”, 2024-cü ili isə “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi də Azərbaycanda ekologiyanın, təbiətin qorunmasına xüsusi diqqət yetirildiyini bir daha sübut edir. Göründüyü kimi ölkəmizdə yaşıllıq zonalarına xüsusi diqqət göstərildiyi və dövlət tərəfindən bu sahəyə həssas yanaşıldığı bir halda, Məhkum1 və Məhkum2 12.770 manat dəyərində köküstə yaş halda ümumilikdə 55 ədəd qovaq ağaclarını qanunsuz kəsərək ekologiyaya və ətraf mühitə küllü miqdarda ziyan vurmuş, məhkəmələr isə sadalanan halları, təqsirləndirilən şəxslərin qanunsuz olaraq külli miqdarda qiyməti olan ağacları kəsməsini cəzanın növünü müəyyən edərkən nəzərə almamış və əsassız olaraq onlara törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir ki, bu cəza da cəzanın məqsədini, yəni məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin edə bilməz. Eyni zamanda işin faktiki hallarından görünür ki, Məhkum1 və Məhkum2 zərər çəkmiş şəxsə- Azərbaycan Respublikası Ekol ogiya və Təbii Sərvətlər Nazirliyinə vurduqları ziyanın ödənilməsi üçün heç bir hərəkət etməmiş, 12.770 manat təşkil edən ziyandan ödəniş etməmiş, üstəlik törətdikləri əməldən peşmançılıq çəkməmiş, əməlin ictimai təhlükəli nəticələrini aradan qaldırmağa yönəlmiş hər hansı hərəkətə səy göstərməmişlər. Göründüyü kimi, belə şəxsiyyətə malik təqsirləndirilən şəxslərə təyin edilmiş cəza nə onların özünün islah olunmasına, nə də başqa şəxslər tərəfindən cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət edəcəkdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 X14 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi də məhkəmədə etdiyi çıxışında Məhkum1 və Məhkum2 tərəfindən vurulmuş külli miqdar təşkil edən maddi ziyanın ödənilməməsinə görə təqsirləndirilən şəxslərə qanuni və ədalətli cəza təyin edilməsini təklif etmişdir. Məhkəmələr isə Məhkum1 və Məhkum2 yüngül cəza təyin etməklə ədalətli məhkəmə hüququnu təmin etməyərək zərər çəkmiş şəxsin qanuni maraqlarını nəzərə almamaqda haqlı olmamışlar. Bundan başqa, birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyini zamanı Məhkum1 ilk dəfə az ağır cinayət əməli törətməsini, Məhkum2 da əməlini qismən etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini cəzanı yüngülləşdirilən hallar kimi nəzərə almış, apellyasiya məhkəməsi də həmin halların qanuniliyini qəbul etmişdir. CM-nin 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya v urulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Məhkum2 əməlində isə qeyd olunan hallar olmadığından onun əməlindən səmimi peşmançılıq keçirməsi kimi qiymətləndirilə bilməzdi. Bundan başqa, apellyasiya məhkməsinin razılaşdığı başqa bir hal birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 ilk dəfə az ağır cinayət əməli törətmələrinin əsassız olaraq cəzalarını yüngülləşdirən hal kimi nəzərə alınmasıdır. Məhk um1 və Məhkum2 tərəfindən törədilmiş cinayət əməli isə hadisələrin təsadüfi axarı zəminində deyil, planlaşdırılmaqla və qəsdən törədilmişdir. CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin qeyd edildiyi kimi məhkəmələr təqsirləndirilən şəxslər barəsində cəza ilə bağlı məsələləri müzakirə edərkən nəzərə aldıqları yuxarıda sadalan digər hallarla bağlı gəldikləri nəticələrinin motivlərini qərarlarda əsaslandırmamışlar. Halbuki, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərk ən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 yanvar tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 yanvar tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasınd a iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumlar kassasiya protestinin təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmi n Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallar a əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində S.Süleymanova bəraət verilməsini və məhkumlar Məhkum1 və Məhkum2 yüngül cəza təyin edilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Az ərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun m əhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə məhkumların və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya protestinin dəlilləri kassasiya protestinin dəlilləri ilə eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya protestinin dəlillərinə hərtərəfli, tam, obyektiv və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır, həmin əsaslandırmanı bütünlüklə təkrarlamayaraq qeyd etməyi zəruri hesab edir ki, S.Süleymanova qarşı irəli sürülmüş ittiham CM-in 308.1-ci və 313 -cü maddələrindən ibarətdir. CM-in 308.1-ci maddəsinin tərkibinin yaranması üçün vəzifəli şəxsin hərəkətləri nəticəsində zərəçəkmiş şəxsin manafeyinə mühüm zərər vurulmalıdır. Lakin hazırkı işin faktiki hallarından görünür ki, müraciət formalı arayışın verilməsi ilə heç kimin mənafeyinə nəinki mühüm, heç cüzi də belə ziyan vurulmamışdır. CM-in 313-cü maddəsi üzrə irəli sürülmüş ittihama görə S.Süleymanov vəzifə saxtakarlığı etmişdir. İşin hallarından göründüyü kimi, arayışın məzmunu ağacların budanması üçün mü raciət edilməsi ilə bağlıdır və bu halda hər hansı vəzifə saxtakarlığından bəhs edilə bilməz. Bu müraciətin hər hansı hüquqi qüvvəsi olmamaqla yanaşı, hər hansı hüquqi nəticəsi də olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkumlar Məhkum1 və Məhkum2 təyin edilmiş cəzanın mübahisləndirilməsinə dair hissədə məhkəmə kollegiyası qeyd edir ki, dövlət ittihamçısı məhkumların cəzanı yüngülləşdirən halların hər birini ayrı-ayrılıqda mübahisləndirərək məhkumların yalnız azadlıqdan məhrumetmə yolu ilə islah olunmasının mümkünlüyünü iddia etmişdir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq mad dələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən dövlət ittihamçısı məhkəmə çıxışında məhkumlara azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini təklif etsə də, lakin CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhkumlara təqsirli bilindikləri CM-in maddəsinin sanksiyasında alternativ yüngül cəza nəzərdə tutulmasına baxmayaraq, hansı səbəblərdən məhkumların məhz azadlqıdan məhrumetmə növündə cəza təyin edilməklə islah olunmasının mümkünlüyünü əsaslandırmamışdır. Dövlət ittihamçısının kassasiya protestində də, apellyasiya protestində irəli sürülmüş dəlilləri eyni məzmunda təkrarlamışdır və apellyasiya protestinin dəlillərinə münasibət bildirən apellyasiya instansiyası məhkəməsi mövqeyini qanunamüvafiq qaydada əsaslandırmış və protestin dəlillərinə münasibət bildirmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırmanı təkrarlamayaraq, həmin əsaslandırma ilə razılaşır və qeyd etməyi vacib hesab edir ki, məhkumlara cəza təyin edilərkən CM-in digər müddəları ilə yanaşı, CM-in 58.3-cü maddəsinin müddəları da mütləq nəzərə alınmalı olan hallardandır. CM-in 58.3-cü maddəsindən də görünür ki, cəza təyin edilərkən 7 müxtəlif halın nəzərə alınmalı olması imperativ qaydada müəyyən edilmişdir. Məhkumun cəzasını yüngülləşdirən hal bu 7 haldan yalnız biridir. Lakin məhkuma cəza təyin edilməsi prosesi cox mürəkkəb və çoxtərəfli bir proses olmaqla, burada yalnız cəzanı yüngülləşdirən haldan çıxış edərək qiymətləndirmə aparmaq mümkün deyil. CPM-in 44, 351, 353.4.2 və 353.4.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza təyin etmək, cəzanın növünü və həddini müəyyən etmək məhkəmənin müstəsna səlahiyyəti qismində qanunvericilikdə nəzərdə tutulmuşdur və cəza məsələsi cinayət prosesi tərəflərinin öz səlahiyyətləri çərçivəsində yuxarı məhkəmələrdə mübahisləndirilə bilir. Eyni zamanda, hazırkı işin halları baxımından məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növünü və həddini kassasiya protestinin dəlilləri baxımından təhlil edərək belə qənaətə gəlir ki, məhkumlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası da onların təqsirli bilindikləri CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tu tulmuş kifayət qədər sərt və ciddi cəzadır. Bu baxımdan, məhkumlara təyin edilmiş cəza həm növü, həm də həddi baxımından qanuni, əsaslı və ədalətlidir və bununla bağlı kassasiya protestinin dəlilləri əsassızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22.1.2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət İttihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə məhkum edilmələrinə və X7 Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə bəraət verilməsinə dair Göyçay Rayon Məhkəməsinin 2024cü il 24 iyul tarixli, 1 (046)-10/2024 saylı hökmündən verilmiş apellyasiya müraciətləri əsasında qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 22 yanvar tarixli, 1(107)-28/2025 nömrəli qərarı, dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar