Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1645/2023 06.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə xx xxxx 1968-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Cəlilabad rayonunun Hac ıcavad kəndində qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və Ə.A.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 14 (on dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum Cəlilaba d Rayon Məhkəməsinin 3 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətə islah işləri cəzası Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.3-cü maddələrinə əsasən, azadlıqdan məhrum etmənin bir günü islah işlərinin dörd günü hesabı ilə hesablanmaqla 6 (altı) ay müddət azadlıqdan məhrumetmə cəzası hesab edilməklə və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilib Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 29 mart 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Birin ci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.H.Əhmədov (sədrlik edən), M.Ə.Bağırov və İ.Q.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 29 mart 2021-ci il tarixdə, saat 13 radələrində iki il əvvəl ondan ayrılmış, faktiki nikahda olmuş arvadı Şahid1 ondan ayırılmasına və övladlarının ondan ayrı yaşamasına keçmiş qayınatası Zərərçəkmiş şəxs1 səbəbkar olduğunu düşünürək şəxsi münasibətlər zəminində ondan qisas almaq, habelə arvadının və övladlarının Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşınmasına görə qısqanclıq motivi ilə hər ikisini-Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs2 qardaşlarını öldürmək qərarına gəlmiş, bu məqsədlə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib idarə etdiyi “VAZ-2106” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxladığı hissə və mexanizmləri, o cümlədən vurucu-buraxıcı mexanizmi saz vəziyyətdə olan hər iki lüləsindən atəş açmaq üçün yararlı, döyüş vəziyyətinə gətirib tətiyi çəkmədən ondan öz-özünə, o cümlədən yerə düşdükdə atəş açılmayan, hər iki lüləsinə ayrı-ayrılıqda bir ədəd 16 kalibrli atəşə yararlı patron yerləşdirməklə 16 kalibrli, “B” modelli, 52023-49 nömrəli yivsiz qoşalülə ov tüfəngini atəşə h azır vəziyyətdə və həmin silahda istifadə edilə bilən əlavə 7 ədəd 16 kalibrli patronu üzərində götürüb Zərərçəkmiş şəxs1 məxsus Cəlilabad rayonunun Hacıcavad kəndində yerləşən evin yaxınlığına gələrək idarə etdiyi avtomobilini kənd məktəbinin hasarının yanında saxlayıb avtomobilində əlində tüfəng hazır vəziyyətdə dayanaraq keçmiş arvadı Şahid1 və qızı Şahid2 keçmiş qayınatası Zərərçəkmiş şəxs1la birlikdə sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmələrini gözləmiş, daha sonra onların avtomobillə gələrək yanından ötüb keçməsindən əmin olduqdan sonra Zərərçəkmiş şəxs2 avtomobili küçədə saxlamasını görüb sonuncunun və Zərərçəkmiş şəxs1 avtomobildən düşdüyünü gördükdən sonra əyləşdiyi avtomobilindən düşərək Zərərçəkmi ş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəf 10 metr irəliləyib onlardan 32 metr məsafədə dayanıb onları öldürəcəyini qışqıraraq zərərçəkmiş şəxsləri yaxın qohumlarının gözü qarşısında xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmək üçün əvvəlcə Zərərçəkmiş şəxs2 nişan alıb həmin istiqamətdə bir dəfə atəş açsa da, əllərinin əsməsi və Zərərçəkmiş şəxs2 qaçaraq hədəfdən yayınması səbəbindən sonuncunu vura bilməmiş, güllə (qırmalar) yerə dəymiş, daha sonra Zərərçəkmiş şəxs1 nişan alaraq həmin istiqamətdə bir dəfə atəş açıb sonuncuya sağ baldır nahiyəsində bir ədəd, sağ aşıq-baldır oynağı nahiyəsində dörd ədəd və sağ ayağın birinci barmağında bir ədəd qırma yarasından ibarət sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirdikdən sonra tüfəngdə olan patronlar qurtardığı üçün onları öldürmək niyyətini başa çatdırmaq məqsədilə ov tüfəngini yenidən doldurmağa çalışarkən orada olan Şahid1, Zərərçəkmiş şəxs2 və yaralı olmasına baxmayaraq Zərərçəkmiş şəxs1 tüfəngi onun əlindən almağa nail olduqlarından, habelə sonuncu vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək iki şəxsi-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarının dəyişdirilməsi və ona daha yüngül cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, onun zərərçəkən şəxslər 1 və Zərərçəkmiş şəxs2ları öldürmək fikri olmamış, onların hücumlarından qorunmaq məqsədi ilə özündə olan tüfəngdən havaya atəş açmışdır. Məhkum, həmçinin, ailə vəziyyəti, himayəsində 3 azyaşlı uşağının olması, 2-ci qrup əlil olması və psixi xəstəlikləri nəzərə alınmaqla cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi R.Qocayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıl malıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni c inayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əsassız olaraq qəsdən adam öldürməyə cəhd etməyə görə məhkum olunduğu qeyd olunur, eləcə də cə zasının yüngülləşdirilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə əsasən “Qəsdən: 120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə; 120.2.7. iki və ya daha çox şəxsi öldürməon dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis T orija İspaniyaya qarşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş et dirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yol la əldə edilmiş sübutlardan istifadə etməmişdir. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisə si onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib göstərmişdir ki, o, 2004-cü ildə Şahid1 ilə evlənmi ş və onların Şahid2, X10 və X11 adlı uşaqları vardır. 2018-ci ilin yanvar ayında o, evdə olmadığı zaman arvadı Şahid1 uşaqları da götürüb atası Zərərçəkmiş şəxsgilin evinə getmiş, həmin vaxtdan arvadı uşaqları ilə birlikdə atasıgildə yaşamışdır. O, uşaqlarını görmək istəsə də, arvadı Şahid1 və onun atası Zərərçəkmiş şəxs buna imkan verməmiş, bu səbəbdən də o, uşaqlarını görə bilməmişdir. 2018-ci ildə arvadı Şahid1 uşaqlarına görə ondan aliment tutulması ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə qərar qəbul etmişdir ki, o, hər uşağa görə ayda 90 manat pulu aliment kimi Şahid1 verməlidir. O, hazırda xəstədir, İİ qrup (dərəcəli) əlil kimi pensiya alır, məhkəmənin qərarından sonra ona verilən pensiya pulundan hər ay 115 manat pul uşaqları üçün aliment tutulub keçmiş arvadı Şahid1 verilir. Hadisə olan günü, yəni 29 mart 2021-ci il tarixdə, günorta saatlarında o, məktəbdə oxuyan oğlu X10i görmək üçün məktəbə getmişdir. Həmin gün o, idarə etdiyi “VAZ-2106” markalı maşını ilə Hacıcavad kənd orta məktəbinin yaxınlığına getmişdir ki, məktəbdə ikinci növbədə təhsil alan oğlu X10i görsün. Məktəbin yanına gedərkən evində olan qoşalülə tüfəngini də maşına qoymuşdur ki, keçmiş qayınatası Zərərçəkmiş şəxsgil onun üzərinə gəlsələr, özünü müdafiə etsin. Tək yaşadığı üçün özünü müdafiə etmək məqsədi ilə Cəlilabad şəhərində X12adlı şəxsdən qoşalülə tüfəng alıb evində saxlamışdır. Tüfəngdə iki ədəd dolu patron olmuş, üzərində və maşınında başqa patronlar olmamışdır. Məktəbin yanında maşını saxlayıb oğlu X10in məktəbə gəlməsini gözləyərkən Zərərçəkmiş şəxsin qardaşı Zərərçəkmiş şəxs2in maşın la yanından keçib Zərərçəkmiş şəxsin evinin yanında saxlamasını, maşında keçmiş arvadı Şahid1, qızı Şahid2 və keçmiş qayınatası Zərərçəkmiş şəxsin olduğunu görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs və Şahid1 onu görüb maşından düşüb yerdən daş götürüb ona tərəf gəlmələri görüb o da tüfəngi götürüb maşından yerə düşmüşdür. Sonra Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs və Şahid1 ona yaxınlaşıb əllərində olan daşlarla onu vurmağa başlamışlar, bu zaman o, özünü müdafiə etmək üçün tüfəngdən havaya bir dəfə atəş açmışdır ki, onlar ondan kənarlaşsınlar. Bundan sonra onlar- Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs və Şahid1 ona yaxınlaşıb tüfəngi əlindən almış və onu yerə yıxıb döymüşlər, sonra da əl-qolunu iplə bağlamışlar. Həmçinin hadisə yerinə gələn Zərərçəkmiş şəxsgilin qohumları da on u orada döymüşdür. O, qorxutmaq üçün ov tüfəngindən Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs2in üzərinə deyil, bir dəfə havaya atəş açmışdır. Sonradan ikinci dəfə tüfəngindən atəş açmasını xatırlamır, belə hal olmamış, ikinci dəfə tüfəngindən atəş açmamışdır. Tüfəngdən açdığı atəş nəticəsində Zərərçəkmiş şəxs1 yaralanmamış, tüfəngdən əvvəl Zərərçəkmiş şəxs2ə, sonra Zərərçəkmiş şəxsə atəş açmamışdır. Zərərçəkmiş şəxs1 hansı şəraitdə xəsarət almasını bilmir. Onun Zərərçəkmiş şəxsi və Zərərçəkmiş şəxs2i öldürmək niyyəti olmamış, Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs2 onun üzərinə gəlib onu daşla vurduqları üçün onları özündən kənarlaşdırmaq niyyəti ilə havaya bir dəfə atəş açmışdır. Tüfəngdən bir dəfə havaya atəş açmış, ikinci dəfə atəş açmamış, güman edir ki, tüfəngdən ikinci atəşi Zərərçəkmiş şəxsgil atmışlar. Üzərində əlavə dolu patronlar olmamış, dolu patronları cibinə Zərərçəkmiş şəxs2 qoymuşdur. Hadisə yerində Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs2 və Şahid1 olmuş, sonra ora Zərərçəkmiş şəxsin qohumları və başqa şəxslər də gəlmiş, daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, ona məxsus tüfəngi Zərərçəkmiş şəxs2dən götürmüş, sonra polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində o, hadisə ilə bağlı izahat vermişdir. Təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, o, 2004-cü ildə Şahid1 ilə evlənmiş, birgə nikahdan bir qızı və iki oğlu vardır. 2018-ci ilin yanvar ayında o, evdə olmadığı vaxt arvadı Şahid1 uşaqları da götürüb atası Zərərçəkmiş şəxsgilin evinə getmiş və həmin vaxtdan arvadı uşaqları ilə birlikdə atasıg ildə yaşayır. 2018-ci ildə arvadı Şahid1nin iddia ərizəsinə əsasən məhkəmə qərar qəbul etmişdir ki, ondan hər uşağa görə ayda 90 manat aliment kimi tutulub Şahid1 verilsin. Hazırda həmin aliment pulu onun pensiyasından tutulur. Uşaqları-qızı Şahid2 və oğlu X10 onunla görüşmək istəmədikləri üçün o, onlarla həmin vaxtdan görüşə bilməmiş, uşaqları babaları öyrətdiyi üçün onlar onunla görüşmək istəməmişlər, lakin digər oğlu Elmir onunla məhkəmə qərarı əsasında hər həftənin 6-cı günü görüşmüşdür. 29 mart 2021-ci il tarixdə, saat 09 radələrində evdən çıxıb Cəlilabad şəhərinə gəlmiş, işlərini tamamladıqdan sonra saat 12 radələrində yaşadığı kəndə qayıtmışdır. Oğlu X10i iki ildən çox müddətdir ki, görmədiyini görə gedib Hacıcavad kənd orta məktəbinin 5-ci sinfində, ikinci növbədə təhsil alan oğlu X10i görmək istəmişdir. O, evdən çıxarkən evdə gizlətdiyi ov tüfəngini götürüb istifadəsində olan “VAZ-2106” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına qoyub avtomobilə əyləşib oğlu X10i görmək üçün məktəbin yanına getmişdir. Keçmiş qayınatası Zərərçəkmiş şəxsin yaşadığı ev məktəbin arxasında yerləşir. Keçmiş qayınatası Zərərçəkmiş şəxs, keçmiş arvadı Şahid1 və Zərərçəkmiş şəxsin qardaşı Zərərçəkmiş şəxs2 onun övladları ilə görüşməyini istəməmişlər. Ona görə də, o, onlardan xəbərsiz övladı X10i evdən çıxıb məktəbə gedən vaxt görmək üçün həmin yerə getmiş, həmçinin Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs2 üzərinə hücum çəksələr ov tüfəngindən göyə atəş açaraq onları özündən kənarlaşdımaq məqsədi ilə ov tüfəngini maşına qoymuşdur. O, avtomobilini məktəbin həyətinə giriş tərəfdən çəpərin kənarında saxlayıb avtomobildə oğlu X10in məktəbə gəlməsini gözləmişdir. Saat 13 radələrində o, həmin yerdə olarkən Zərərçəkmiş şəxs2 idarə etdiyi “VAZ-2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə yanından keçmiş və avtomobildə Zərərçəkmiş şəxs2, Şahid1, Zərərçəkmiş şəxs və qızı Şahid2in olmalarını görmüşdür. Zərərçəkmiş şəxs2 avtomobili Zərərçəkmiş şəxsgilin evinə dönən yolun kənarında saxlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs2 və Şahid1 avtomobildən düşərək onu görüb söyüb, təhqir etmiş, sonra onlar yerdən götürdükləri daşları ata-ata onun üzərinə gəlməyə başlamışlar və o, bunu görüb qorxduğu üçün avtomobilində olan ov tüfəngini götürüb əvvəlcə Zərərçəkmiş şəxs2in istiqamətinə qorxutmaq üçün bir dəfə atəş açmış və Zərərçəkmiş şəxs2 yerində dayanmış, üzərinə gəlməmiş, lakin Zərərçəkmiş şəxs onun üzərinə gəlməyə davam etdiyini gördüyü üçün o, qorxaraq Zərərçəkmiş şəxsin istiqamətinə də bir dəfə atəş açmış, Zərərçəkmiş şəxs də yeridə dayanmış və açdığı atəşin Zərərçəkmiş şəxsə dəyib-dəyməsini bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs, Şahid1 və Zərərçəkmiş şəxs2 onun üzərinə hücum çəkmiş və Zərərçəkmiş şəxs əlindəki daşla onun başına bir neçə dəfə zərbə endirmiş, daha sonra Şahid1, Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs2 birləşib onu yerə yıxıb onun əlindən tüfəngi almışlar. Sonra onlar onun əllərini və ayaqlarını iplə bağlamışlar. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxsgildən gətirdiyi patronları cibinə qoymuşdur. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və Zərərçəkmiş şəxs2 əlində olan tüfəngi polis əməkda şlarına təqdim etmişdir. onu avtomobilə əyləşdirib polis bölməsinə aparmışlar. Onun Zərərçəkmiş şəxsin və Zərərçəkmiş şəxs2in üzərinə atəş açmaqda niyyəti onları öldürmək olmamış, yalnız onları qorxutmaq üçün atəş açmışdır. Hadisə zamanı istifadə etdiyi ov tüfəngini o, iki il əvvəl Cəlilabad şəhərində tanımadığı şəxsdən almış və ov tüfənginin hər hansı sənədi yoxdur. Ov tüfəngini almaqda məqsədi tək yaşadığı üçün üzünü qorumaq olmuşdur. Məhkəmə baxışı zamanı ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, özünü müdafiə etmək üçün ov tüfəngini avtomobilinə qoyub məktəbin yanına uşağını görmək üçün getmişdir. Həmin vaxt keçmiş qayınatası Zərərçəkm iş şəxs və onun qardaşı Zərərçəkmiş şəxs2in, həm də keçmiş arvadı Şahid1 onu görüb yerdən daş götürüb onu daşladıqlarından o, onları qorxutmaq üçün ov tüfəngindən Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs2in üzərinə deyil, bir dəfə havaya atəş açmışdır. Sonradan ikinci dəfə tüfəngdən atəş açmasını bilməmiş, ikinci dəfə tüfəngdən atəş açmamışdır. Tüfəngdən açdığı atəş nəticəsində Zərərçəkmiş şəxs1 yaralanmamış, tüfəngdən əvvəl Zərərçəkmiş şəxs2ə, sonra Zərərçəkmiş şəxsə atəş açmamışdır. Zərərçəkmiş şəxs1 hansı şəraitdə xəsarət almasını bilmir. Onun Zərərçəkmiş şəxsi və Zərərçəkmiş şəxs2i öldürmək niyyəti olmamış, onlara “sizi öldürəcəyəm” sözləri deməmiş, Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs2 onun üzərinə gəldikləri üçün onları özündən kənarlaşdırmaq niyyəti ilə havaya tüfəngdən bir dəfə atəş aç mışdır. Üzərində əlavə dolu patronların olmamış, dolu patronları cibinə Zərərçəkmiş şəxs2 qoymuşdur. O, ümumiyyətlə heç bir cinayət əməli törətməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı və aşağı instansiya məhkəmələrində ifadə verərkən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum qızı Şahid1 keçmiş əridir. Qızı Şahid1 ilə Məhkum 2004-cü ildə evlənmişlər və onların üç uşağı vardır. Əvvəllər qızı Şahid1 ilə Məhkumin münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşdiyindən 2018-ci ili n yanvar ayından Şahid1 əri Məhkumdən ayrılmış və həmin vaxtdan Şahid1 üç uşağı ilə birlikdə onun himayəsində ona məxsus evdə yaşayırlar. X10 ayrıldıqdan sonra onların Məhkumlə heç bir əlaqəsi olmamış, həmçinin nəvələri Şahid2 və X10 özləri istəmədikləri üçün ataları Məhkumlə görüşməmiş, lakin məhkəmənin qərarı ilə balaca nəvəsi Elmir hər həftənin 6-cı günü atası Məhkumlə görüşmüşdür. O və qızı Şahid1 uşaqların ataları Məhkumlə görüşməsinə hər hansı qadağa qoymamışdır. 29 mart 2021-ci il tarixdə, səhər saatlarında o, qardaşı Zərərçəkmiş şəxs2dən xahiş etmişdir ki, maşını ilə onu, qızı Şahid1ni və nəvəsi Şahid2i əvvəlcə Masallı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzinə, sonra Cəlilabad şəhərinə notariat ofisinə aparsın. Onlar yolda olarkən Məhkum idarə etdiyi maşının (“VAZ-2106” markalı, * *-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin) onların qarşısından keçib üzü Hacıcavad kəndi istiqamətinə getdiyini görmüşdür. Həmin vaxt Məhkum də onları görmüşdür. Həmin gün saat 10 radələrində onlar Masallıdan Cəlilabad şəhərinə qayıdıb işlərini yekunlaşdırdıqdan sonra saat 13 radələrində Cəlilabad şəhərindən çıxıb yaşadıqları Cəlilabad rayonunun Hacıcavad kəndinə getmişlər. Kəndə daxil olarkən avtomobildə o, qardaşı Zərərçəkmiş şəxs2, qızı Şahid1 və nəvəsi Şahid2 olmuşdur. Onlar avtomobillə Hacıcavad kənd orta məktəbin binasının qarşısından keçən kənd yolu ilə hərəkət etdikləri zaman Məhkum avtomobilini yolun sol tərəfində məktəbin çəpərinin yanında saxlayıb avtomobildə əyləşdiyini görmüşlər. Onlar Məhkumə əhəmiyyət verməmiş və Zərərçəkmiş şəxs2 avtomobili onun yaşadığı evin darvazasın ın qarşısında saxlamışdır. Onun evi məktəbin arxa tərəfində, məktəbin çəpərindən təxminən 10 metrlik məsafədə yerləşir. O, Cəlilabad şəhərində aldığı içərisində dərman olan sellofan paketi əlinə götürüb avtomobildən düşüb evə getmək istəyərkən maşında olan nəvəsi Şahid2 “dədə atamın əlində tüfəng var” deyə ucadan qışqırmağa başlamışdır. Qardaşı Zərərçəkmiş şəxs2 də həmin vaxt avtomobildən düşmüşdür. Nəvəsi Şahid2in bu sözlərindən sonra o, Məhkum əlində tüfəng məktəb tərəfdən onlara tərəf gəldiyini görmüş, Məhkum gələ-gələ tüfəngi ona və Zərərçəkmiş şəxs2ə tərəf tutub “sizi öldürəcəyəm” demişdir. Bu zaman Zərərçəkmiş şəxs2 də, o da Məhkumə tüfəngi yerə atmasını bildirmiş, həm də Məhkumin əlində tüfəng onlara tərəf gəldiyi üçün ona hər hansı formada mane olmaq məqsədilə yerdə daş axtarmış, lakin daş tapa bilməmişdir. Onlar dəfələrlə tüfəngi yerə atmasını demələrinə baxmayaraq Məhkum dayanmadan Zərərçəkmiş şəxs2ə və ona doğru tüfəngi tutaraq “sizi öldürəcəyəm” demiş, sonra Məhkum Zərərçəkmiş şəxs2i nişan alaraq atəş açmış, lakin düzgün nişan almadığına və Zərərçəkmiş şəxs2 kənara qaçdığı üçün güllələr (qırmalar) yerə dəymişdir. Məhkumin Zərərçəkmiş şəxs2ə tüfəngdən atəş açmasından sonra o, qorxduğu üçün yaşadığı evin qarşısında yerləşən qonşusunun yaşadığı evin darvazasına doğru qaçmağa başlamış, elə həmin vaxt Məhkum tüfəngi ona tərəf tutub “səni öldürəcəm” deyərək nişan alıb ona bir dəfə atəş açmış, güllə (qırma) onun sağ ayağına dəymiş və o, yaralansa da, yerə yıxılmamışdır. Həmin vaxt görmüşdür ki, Məhkumin əlində qoşalülə tüfəngin gülləsi qurtarmış və Məhkum gödəkcəsini n cibindən çıxartdığı sellofanın içərisindən patron götürüb yenidən tüfəngi doldurmaq istəyir. Bundan sonra o, qardaşı Zərərçəkmiş şəxs2 və qızı Şahid1 dərhal Məhkumin üzərinə gedib köməkləşib Məhkumin əlindən tüfəngi almışlar. Onlar tüfəngi Məhkumin əlindən aldıqdan sonra yerə yıxaraq ayaqlarını və əllərini bağlamışlar. Bundan sonra 102 xidmətinə zəng edib hadisə barədə polisə məlumat vermişlər və polis əməkdaşları hadisə yerinə gəlib Məhkumi tutub polis şöbəsinə aparmışlar. Həmçinin Məhkumdən götürdükləri tüfəng də polis əməkdaşlarına təqdim edilmişdir. Xəsarət aldığı üçün o, xəstəxanaya aparılmışdır. Hadisə zamanı Məhkum onu və qardaşı Zərərçəkmiş şəxs2in üzərinə tüfənglə gəlib onlara atəş açmaqda məqsədi onları öldürmək olmuşdur. Çünki, Məhkum avtomobildən düşüb əlində tüfəngi onlara t ərəf tutub onları nişan alıb “sizi öldürəcəm” deyərək tüfəngdən atəşlər açmışdır. Bundan sonra Məhkum tüfəngə yenidən patron qoymaq istəmiş, lakin o, qardaşı Zərərçəkmiş şəxs2 və qızı Şahid1 Məhkumə mane olduqları üçün Məhkum tüfəngə patron qoyub atəş aça bilməmişdir. Əgər onlar Məhkumə mane olmasaydılar, Məhkum yenidən tüfəngə patron qoyub atəş açıb onu və qardaşı Zərərçəkmiş şəxs2i öldürəcəkdi. Məhkum Şahid1nin ayrılmasına onun səbəbkar olduğunu fikirləşdiyi üçün onu öldürmək istəmiş, qardaşı Zərərçəkmiş şəxs2i isə qızı Şahid1 və nəvələrini avtomobilində daşıdığı üçün qəbul edə bilmədiyindən öldürmək istəmişdir. Məhkum 29 mart 2021-ci il tarixdə, saat 13 radələrində yaşadıqları evin qarşısında onu və qardaşı Zərərçəkmiş şəxs2 öldürmək niyyəti ilə atəş açan zaman qızı Şahid1nin və nəvəsi Şahid2in qardaşı Zərərçəkmiş şəxs2ə məxsus olan avtomobildə əyləşdiyini bilmiş, çünki Məhkum onları məktəbin yanından avtomobil ilə keçərkən görmüşdür. Hadisə zamanı o, qardaşı Zərərçəkmiş şəxs2 və qızı Şahid1 Məhkumin əlindən tüfəngi almaq və onu zərərsizləşdirmək üçün yerə yıxmışlar. Məhkumi yerə yıxdıqları vaxt Məhkum dartınaraq onların əlindən çıxmağa çalışmış, həmin vaxt Məhkum özünü yerə sürtmüş, baş nahiyəsini yerə vurmuşdur. Onlar Məhkumi tutub saxladıqdan sonra baş nahiyəsindən qan axdığını görmüşlər. O, qardaşı Zərərçəkmiş şəxs2 və qızı Şahid1 Məhkumi vurmamış, başqa hər hansı şəxsin Məhkumi vurmasını görməmişdir. X9 məktəbdə ikinci növbədə təhsil alır, lakin 29 mart 2021-ci il tarixdə, saat 13 radələrində Məhkum uşağı X10i görmək üçün məktəbin yanına getməmiş, qabaqcadan planlı şəkildə onu və qardaşı Zərərçəkmiş şəxs2i öldürmək üçün orada dayanmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” 7 iyul 2021-ci il tarixli protokollardan görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Məhkum ilə üzləşdirmə zamanı onlar, istintaqa verdikləri əvvəlki ifadələrini təsdiq etdiklərini və Məhkum hadisə zamanı onların üzərinə ov tüfəngindən atəş açmaqla məqsədinin onları öldürmək olduğunu bir daha təsdiq etmişlər. Həmçinin, iş materiallarında olan “Üzləşdirmə haqqında” 7 iyul 2021-ci il tarixli protokollardan görünür ki, şahidlər Şahid1 və Şahid2 təqsirləndirilən şəxs Məhkum ilə üzləşdirmə zamanı onlar, istintaqa verdikləri əvvəlki ifadələrin i təsdiq etdiklərini və Məhkum hadisə zamanı zərərçəkmiş şəxslərin üzərinə ov tüfəngindən atəş açmaqla məqsədinin onları öldürmək olduğunu bir daha təsdiq etmişlər. İş materiallarında olan “götürmə aparılması və baxış keçirilməsi” haqqında 2 aprel 2021-ci il tarixli protokoldan görünür ki, götürmədə iştirak edən Şahid2 bir ədəd CD disk təqdim etmiş və həmin CD disk götürülmüş və baxış keçirilmişdir. Diskə daxil olduqda “VİD-20210329-WA0007” adlı bir ədəd video görüntü aşkar edildi. Video görüntünü açdıqda 1 dəqiqə 30 saniyə müddət olması müəyyən edildi. Həmin video görüntüdə bir neçə şəxsin əlində tüfəng olan şəxsi yerə yıxaraq əllərini və ayaqları - bağlamasının qeydə alındığı görüntülər vardır. Baxışda iştirak edən Şahid2 atası Məhkum babası Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəx s2 öldürmək üçün əlində olan ov tüfəngi ilə onlar nişan alaraq onların üzərinə öldürmək niyyəti atəş açdığını, babası Zərərçəkmiş şəxs1 atəş nəticəsində sağ ayağında yaralandığını, babasının qardaşı Zərərçəkmiş şəxs2 isə hədəfdən yayınması nəticəsində atası Məhkumin atmış olduğu güllənin ora dəymədiyini bildirmişdir. Atası Məhkum babası Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs2in üzərinə ov tüfəngindən atəş açdıqdan sonra öz istifadəsində mobil telefonla video görüntüləri qeydə aldığını, həmin video görüntüdə əlində tüfəng olan şəxsin atası Məhkum olduğunu, onun əlindən tüfəngi alaraq yerə yıxaraq əllərini və ayaqlarını bağlayan şəxslər - anası Şahid1, babası Zərərçəkmiş şəxs və onun qardaşı Zərərçəkmiş şəxs2 olduğunu bildirdi. Sonradan isə hadisə yerinə kənd sakinlərinin gəldiyini bildirmişdi r. İş materiallarında olan Cəlilabad rayon polis şöbəsinin Göytəpə polis bölməsində daxil olmuş 20 aprel 2021-ci il tarixli, 143-1668-1221 nömrəli məktubda göstərilmişdir ki, Cəlilabad rayonu, Hacıcavad kənd sakini Məhkum ilə keçmiş arvadı Şahid1 münaqişəli ailə kimi Göytəpə polis bölməsində qeydiyyatdadır. Cəlilabad rayonu, Hacıcavad kənd sakini Zərərçəkmiş şəxs1 və ya Məhkum qarşılıqlı ərizələri Göytəpə polis bölməsinə daxil olmamışdır. Şahid1 keçmiş həyat yoldaşı Məhkum övladı X3 döyməsi barədə xx.xx.2021ci il tarixdə Göytəpə polis bölməsinə ərizə ilə müraciət etmiş, həmin ərizə əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Cəlilabad rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 499 nöm rəli məktubdan görünür ki, Məhkum rayon mərkəzi xəstəxanasının narkoloji kabinetində qeydiyyatda yoxdur, lakın psixiatrik kabinetdə “debillik" diaqnozu ilə qeydiyyatdadır. Apellyasiya instansiya məhkəməsinin əsaslandığı sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkum cəza təyin olunmasına dair kassasiya tələbini müZərərçəkmiş şəxs2ə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrin in tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, himayəsində 3 nəfər azyaşlı uşağının olması və 2-ci qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi, cinayətin odlu silahdan istifadə edilməklə törədilməsini cəzasını ağırlaşdıran hallar kimi düzgün nəzərə alaraq təqsirli bilindiyi CM-in 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azad lıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilmə sini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəh bər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1645/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1645/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver