Məhkəmə qərarları › İş №1(102)-1645/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1645/2025

23.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1645/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Cəfərov İlqar Xanlar oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, maraqlarına toxunan şəxs Maraqlı şəxs4 nümayəndəsi, vəkil Müdafiəçi5 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 179.4, 193.3.2, 302.2 v ə 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 12 mart tarixli, 1(103)-335/2025 nömrəli qərarından maraqlarına toxunan şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 28 dekabr tarixli hökmü ilə (hakimlər: L.S.Əsgərova-Məmmədova (sədrlik edən), R.Ə.Sadıxov və N.A.Kərimov), xx xxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "X13” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, hazırda azadlıqdan məhrum et mə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 193.3.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerl i özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, Məhkum təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı 28 yanvar 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Həmin hökmlə, həmçinin Məhkum məxsus: 1) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 835a saylı bağ sahəsində yerləşən 0.1200 ha torpaq sahəsi, 2) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 833 saylı bağ sahəsinin bir hissəsində yerləşən 0.06 ha torpaq sahəsi, 3) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 843 nömrəli bağ evi, 4) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1064a saylı bağ sahəsində yerləşən 0.1200 ha torpaq sahəsi, 5) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1097 saylı bağ evi, 6) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1097b saylı bağ sahəsində yerləşən 0.0700 ha torpaq sahəsi, 7) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1096k saylı bağ sahəsində yerləşən 0.0800 ha torpaq sahəsi, 8) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1096z saylı bağ sahəsində yerləşən 0.1107 ha torpaq sahəsi, 9) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1102Q saylı bağ sahəsində yerləşən 0.1439 ha torpaq sahəsi, 10) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1100k saylı bağ sahəsində yerləşən 0.0582 ha torpaq sahəsi, 11) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1102k ünvanında yerləşən 0.0187 ha torpaq sahəsi, 12) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1103b ünvanında yerləşən 0.12 ha torpaq sahəsi, 13) Nərimanov rayonu, Ziya Bünyadov prospekti 509 ünvanında yerləşən qeyri-yaşayış binası, 14) ünvan 6a yerləşən qeyri-yaşayış sahəsi, 15) ünvan 7 yerləşən qeyri-yaşayış sahəsi, 16) ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binası, 17) ünvan 9 ünvanında yerləşən 180 nömrəli yaşayış mənzili, 18) ünvan 10 ünvanında yerləşə n 179 nömrəli yaşayış mənzili, 19) ünvan 11ında yerləşən 17 nömrəli yaşayış mənzili, 20) ünvan 12 ünvanında yerləşən mənzil və torpaq sahəsi və 21) ünvan 13 ünvanında yerləşən tikili və torpaq sahəsinə xüsusi müsadirə tətbiq edilərək Azərbaycan Respublikasının dövlət nəfinə alınması hökm edilmişdir; Hökmlə ünvan 14 ünvanında yerləşən "X15 and FOuNDrY Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilməsi və Azərbaycan Respublikasının dövlət nəfinə alınması, həmin əmlak kompleksinə daxil olan avadanlıqlar əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak kompleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnun nəzərə alınması hökm edilmişdir; Hökmlə habelə ünvan 15vanında yerləşən 69 nömrəli mənzil, ünvan 15vanında yerləşən 21 nömrəli mənzil, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1098 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin Bakı şəhər Səbail Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə üzərinə qoyulmuş həbsdən azad edilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiəçiləri, maraqlarına toxunulan hüquqi şəxs "X15 and FOUNDRY Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, maraqlarına toxunan hüquqi şəxs "Baumant Sales” LLP-nin nümayəndəsi, maraqlarına toxunulan şəxslər -X2, X3, X4 və X6 nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) verilmiş apelyasiya şikayətləri və apelyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinmiş və CPM-nin 44.2.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəlləsinin 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə Məhkum təyin edilmiş 01 (bi r) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hökmdən xaric edilmiş, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 193.3.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müd dətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, qismən toplanmaqla Məhkum qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2023-cü il tarixli qərarından maraqlarına toxunan şəxslər "X15 and Foundry Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkil) Nümayəndə4, X2, X3, X4, X6 nümayəndəsi (vəkil) Nümayəndə3, maraqlarına toxunan hüquqi şəxs "Baumant Sales” LLP-nin nümayəndəsi (vəkil) Maraqlı şəxs1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023cü il tarixli l(l02)-2101/2023 saylı qərarı ilə maraqlarına toxunan şəxslər “X15 and Foundry Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkil) Nümayəndə4, X2, X3, X4, X6 nümayəndəsi (vəkil) Nümayəndə3, maraqlarına toxunan hüquqi şəxs "Baumant Sales” LLP-nin nümayəndəsi (vəkil) Maraqlı şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 06 iyun 2023- cü il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi3 və Nümayəndə3 tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2024cü il tarixli 1(102)-1965/2024 saylı qərarı ilə Məhkum müdafiəçiləri Müdafiəçi3 və Nümayəndə3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Biri nci instansiya məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuş, tamah məqsədi və sair şəxsi niyyətlərlə vəzifə saxtakarlığı, yəni rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmiş, ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talamış, xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq, yəni digər əmlak mənfəəti əldə etmək məqsədilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmışdır. Belə ki, Məhkum təsisçiləri X11 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - MMC) olan, xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış və ünvan 18 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs MMC-nin fəaliyyətinə 2011-ci ilin yanvar ayından etibarən faktiki rəhbərlik etdiyi və 15 avqust 2011-ci ildən 26 yanvar 2021 ci il tarixədək həmin müəssisənin Müşahidə Şurasının sədri vəzifəsində işlədiyi dövrdə faktiki olaraq həmin müəssisənin Baş direktoru funksiyalarını yerinə yetirməklə, cəmiyyətin cari fəaliyyətinə rəhbərlik və onun operativ idarə olunmasının həyata keçirilməsi, cəmiyyətin illik büdcəsinə (xərc smetasına) uyğun olaraq vəsaitin istifadəsinə sərəncam verilməsi, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı öz səlahiyyətləri daxilində hesab üzrə sərəncam verilməsi və bu vəzifənin nizamnamə ilə müəyyən edilmiş digər səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, onun tərəfindən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 2011-ci ilin yanvar ayından 28 yanvar 2021-ci ilədək olan dövr ərzində pərakəndə satış subyektlərindən qəbul edilmiş təkrar qara metalın rəsmiləşdirilməsi zamanı sənədləşmənin düzgün aparılmaması, o cümlədən tərtib edilmiş alış aktları və təhtəlhesab şəxs tərəfindən tərtib edilmiş rəsmi sənədlər hesab edilən avans hesabatına tədarükçü fiziki şəxslərin məlumatlarının, onların şəxsiyyət vəsiqələrindəki məlumatların əlavə edilməməsi və mühasibat uçotunun aparıldığı İC 8.1. proqramına və digər mühasibatlıq uçotu sənədlərinə bilə-bilə yalan, yəni faktiki satış qiymətlərinə nəzərən şişirdilmiş qiymətlərlə mədaxil edilməsini təmin edərək vəzifə saxtakarlığı etmiş və bu üsullarla "X13” MMC-nin kassasından çıxarılmış xüsusilə külli miqdar hesab edilən 32542145,82 (otuz iki milyon beş yüz qırx iki min yüz qırx beş manat, səksən iki qəpik) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək mənimsəmə və israf etmə yolu ilə təkrar talamış və onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum 01 yanvar-31 dekabr 2011-ci il tarixlərini əhatə edən dövr ərzində həmin müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, "X13” MMC-yə məxsus pul vəsaitlərini talamaq niyyətilə məqsədli şəkildə "Royal Steel” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etməklə, "X13” M MC-yə faktiki olaraq pərakəndə satış subyektlərindən daxil olan təkrar qara metalın guya "Royal Steel” MMC-dən alınması barədə rəsmi sənəd hesab edilən alqı-satqı müqavilələri, kassa mədaxil, məxaric orderləri və digər sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməsini təmin edərək təkrar vəzifə saxtakarlığı etmiş və təkrar qara metalın alışını faktiki bazar qiymətlərindən yuxarı qiymətlərlə rəsmiləşdirməklə, "X13” MMC-yə məxsus külli miqdarda, yəni 1.252.861,40 (bir milyon iki yüz əlli iki min səkkiz yüz altmış bir manat, qırx qəpik) manat pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə təkrar talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum müəssisən in baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, "X13” MMC-nə məxsus olan malların satışından əldə edilən pul vəsaitlərini talamaq, o cümlədən yalançı sahibkarlıq, yəni digər əmlak mənfəəti əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan "Vortləks Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı, "İrsi Qrup” və "Azəri Steel-2009” adlı müəssisələri başqa şəxslərin adlarına təsis edib, onların fəaliyyətinə faktiki rəhbərliyi həy ata keçirməklə "X13” MMC-nə məxsus eyni malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə həmin şirkətlərə satışını təşkil edərək aparmış və bu qiymət fərqləri nəticəsində 01 yanvar 2011-ci ildən 28 fevral 2013-cü il tarixlərini əhatə edən dövr ərzində "Vortləks Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının üzərindən 16.286.600,40 (on altı milyon iki yüz səksən altı min altı yüz manat, qırx qəpik) manat, 01 fevral 2013-cü il tarixdən 30 sentyabr 2018-ci il tarixlərini əhatə edən dövr ərzində "İrsi Qrup” MMC üzərindən 13.693.174,89 (on üç milyon altı yüz doxsan üç min yüz yetmiş dörd manat, səksən doqquz qəpik) manat və 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci il tarixlərini əhatə edən dövr ərzində "Azəri Steel-2009” MMC ü zərindən 39.966.216,92 (otuz doqquz milyon doqquz yüz altmış altı min iki yüz on yeddi manat, doxsan iki qəpik) manat olmaqla, ümumilikdə 69.945.993,21 (altmış doqquz milyon doqquz yüz qırx beş min doqquz yüz doxsan üç manat, iyirmi bir qəpik) manat məbləğində ona etibar edilmiş "X13” MMC-nə məxsus xüsusilə külli miqdarda vəsaiti öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, eləcə də 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan dövr ərzində "X13” MMC-dən alınmış mallarla bağlı "Vortləks Kompany Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı, "İrsi Qrup” MMC və "Azəri Steel-2009” MMC üzərindən istintaqa məlum olan bəzi hüquqi şəxslərlə əmtəəsiz satış əməliyyatlarını rəsmiləşdirərək, yəni aidiyyəti vəzifəli şəxslərə verdiyi tapşı rıqlarına əsasən həmin müəssisələr tərəfindən "X13" MMC-dən alınmış malları qeyri-rəsmi olaraq nağd qaydada müxtəlif şəxslərə satsa da, yığılmış nağd vəsaitlər hesabına sonradan həmin məhsulların istintaqa məlum olan bəzi təsərrüfat subyektlərinə satılması barədə rəsmi sənəd hesab edilən alqı-satqı müqavilələri, təhvil təslim aktları və digər rəsmi mühasibatlıq uçotu sənədlərinə tamah məqsədi və sair şəxsi niyyətlərlə yalan məlumatlar daxil edilməsini təmin edərək qabaqcadan əldə edilmiş razılığa əsasən müvafiq təsərrüfat subyektləri tərəfindən müqaviləyə əsasən bank hesabına əlavə dəyər vergisi ilə birlikdə köçürülmüş pul vəsaitlərinin nağdlaşdırılaraq qaytarılması müqabilində əlavə dəyər vergisinin 65-70 faizi miqdarında hissəsini özündə saxlamaqla, bu üsulla ümumilikdə xüsusilə külli mi qdar hesab edilən 21.180.694.47 (iyirmi bir milyon yüz səksən min altı yüz doxsan dörd manat, 47 qəpik) manat məbləğində gəlir əldə etmiş, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, onun tərəfindən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 2015-ci ilin sentyabr ayından 2016-cı ilin d ekabr ayına qədər olan müddət ərzində müəssisəyə məxsus 127.489,50 ton miqdarında armatur məhsulunun satışının sənədləşdirilməsinin düzgün həyata keçirilməməsi, o cümlədən hər bir alıcı ilə ayrı-ayrılıqda təhvil-təslimin aparılmaması və ayrı-ayrılıqda müvafiq qaiməfakturaların tərtib edilməməsi və alıcılar tərəfindən müəssisəyə edilən ödənişlərin mərkəzi kassaya ayrı-ayrılıqda kassa mədaxil orderlərinin tərtib edilməyərək sənədləşdirmənin aparılmaması və uçotda həmin malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə məqsədli şəkildə "Bazar əhali”, "Əhali 1” və "Əhali 3” kimi adlandırılmış qeyri-müəyyən alıcıların adlarına rəsmiləşdirilməsini təmin edərək rəsmi mühasibatlıq uçotu sənədlərinə tamah məqsədi və sair şəxsi niyyətlərlə bilə-bilə ya lan məlumatarın daxil edilməsini təmin edərək vəzifə saxtakarlığı etmiş və faktiki olaraq həmin malları nağd qaydada başqa müxtəlif şəxslərə sataraq, satışdan məhsulun əlavə dəyər vergisi ilə birlikdə əldə etdiyi 7.526.571,00 (yeddi milyon beş yüz iyirmi altı min beş yüz yetmiş bir manat 00 qəpik) manat məbləğində ona etibar edilmiş "X13” MMC-yə məxsus külli miqdarda vəsaiti öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış və onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifə lərinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, 04 aprel 2016- cı ildən 08 sentyabr 2017-ci il tarixədək olan dövr ərzində "X13” MMC tərəfindən istehsal olunaraq hazır məhsul anbarına verilmiş hazır məhsul ehtiyatlarının müvafiq dövrə görə dəyəri 2.110.872,06 manat olan 2883,705 ton armatur məhsulunu müəssisənin maliyyə-mühasibatlıq sənədlərinə guya həmin məhsulların "X13” MMC-in tikinti-quraşdırma işlərinə sərf edilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməsini təmin edərək təkrar vəzifə saxtakarlığı etmiş və həmin məhsulları özünə məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinə sərf etməklə öz qulluq mövqeyindən istifadə edərək özg ənin, yəni "X13” MMC-nin külli miqdar təşkil edən 2.110.872,06 (iki milyon yüz on min səkkiz yüz yetmiş iki manat, altı qəpik) manat dəyərində vəsaitini mənimsəmə yolu ilə təkrar talamış və onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum həmin müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, həmçinin tamah məqsədilə və sair şəxsi niyyətlərlə həmin müəssisəyə m əxsus olan və müəssisənin rəsmiləşdirilmiş satış üzrə əldə olunmuş 13.284.572,44 (on üç milyon iki yüz səksən dörd min beş yüz yetmiş iki manat, 44 qəpik) manat məbləğində pul vəsaitinin guya "X13” MMC-nin kassasına mədaxil olunması barədə rəsmi sənəd hesab edilən kassa mədaxil qəbzlərinə bilə-bilə yalan məlumatlar daxil edilməsini təmin edərək vəzifə saxtakarlığı etmiş, həmin pul vəsaitlərini faktiki olaraq "Azəri Steel-2009” MMC-nin satış ofisinin yerləşdiyi binadakı seyflərində saxlamış və öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2017-ci il tarixdən 28 yanvar 2021-ci ilədək olan müddət ərzində mütəmadi olaraq və vahid niyyətlə ona etibar edilmiş xüsusilə külli miqdar hesab edilən 13.284.572,44 (on üç milyon iki yüz səksən dörd min beş yüz yetmiş iki manat, 44 qəpik) manat məbləğində özgənin, yəni "X13” MMC-nə məxsus olan pul vəsaitlərini mənimsəmə və israf etmə yolu ilə təkrar talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum həmin müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, 2020-ci il ərzində tabeçiliyində olan aidiyyəti vəzifəli şəxslərə verdiyi tapşırıqlar əsasında tamah məqsədilə və sair şəxsi niyyətlərlə rəsmi sənəd hesab edilən alış aktları, kassa məxaric sənədləri və digər rəsmi mühasibatlıq sənədlərinə bilə-bilə yalan məlumatlar, yəni səhmlərinin 98 faizi Zərərçəkmiş şəxs MMC-nə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisindən çıxarılmış 9.133 ton miqdarında metalın hər tonunun 300 manat qiymətinə guya pərakəndə satış subyektlərindən daxil olması ilə bağlı məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı etmiş və Zərərçəkmiş şəxs MMC-nin kassasından xüsusilə külli miqdar hesab edilən 2.739.900 (iki milyon yeddi yüz otuz doqquz min doqquz yüz) manat məbləğində ona etibar edilmiş özgənin pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə təkrar talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm z iyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, onun tərəfindən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-dən həmin müəssisəyə məxsus olan pul vəsaitlərini talamaq məqsədilə özü və ona yaxın digər şəxslər tərəfindən xarici ölkələrin azad iqtisadi zonalarında təsis edilən “T ERA General Trading” Ltd, “Cermington Enterprises” Ltd BVİ, “Baumant Sales” LLP, “Steel İmpex SA” və “Azerpayp” şirkətlərinə eyni malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə satışını həyata keçirmiş və bu qiymət fərqlərindən yaranan Zərərçəkmiş şəxs MMC-nin əldə etməli olduğu vəsaitin xüsusilə külli miqdar hesab edilən 34.942.590,62 (otuz dörd milyon doqquz yüz qırx iki min beş yüz doxsan manat, altmış iki qəpik) manat məbləğində hissəsini öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİ VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ, MARAQLARİNA TOXUNAN ŞƏXSİN NÜMAYƏNDƏSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Maraqlarına toxunan şəxsin nümayəndəsi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Maraqlı şəxs4 maraqlarına toxunan şəxs kimi işə əvvəldən cəlb olunmamışdır, sonradan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında pozulmuş hüquqlarını bərpa etmək üçün apellyasiya şikayəti versə də məhkəmə pozulmuş hüquqları bərpa etməmişdir və bunu qərarında əsaslandıra bilməmişdir. İstintaq idarəsinin səhvi nəticəsində Maraqlı şəxs4 maddi ziyan vurulmuşdur. Qeyri yaşayış binasının müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində baş vermişdir. Vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qay daları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Maraqlı şəxs4 mülki mühakimə icraatı qaydasında bu hüquqlarından istifadə etsə də, bu mümkün olmamışdır. Cinayət təqibi gedişində pul cəriməsinin tətbiqi, habelə əmlak üzərinə həbs qoyulması məhkəmənin qərarı ilə həyata keçirilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin DTX-nin istintaq İdarəsinin təqdimatında ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binası üzərinə həbs qoyulması tələbini araşdırmamışdır. Halbuki iş materiallarından da göründüyü kimi, məhkəmə qeyri yaşayış binasının istintaq idarəsinin Məhkum məxsus olmasını araşdırmamışdır. Həmin əmlaka mülkiyyət sənədlərini belə araşdırmamışdır. DƏDK və RPHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan bəlli olmuşdur ki, paylı mülkiyyət hüququ üzrə Maraqlı şəxs4 məxsus ünvan 8 ünvanında yerləşən qeyri yaşayış binasının V hissəsinin üzərində məhdudiyyət qeydə alınmayıb, lakin digər payçı X5 məxsus V hissənin üzərində Dövlət Təhlükəsizlik Xidmətinin 7/380 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən qoyulmuş qadağa aşkar edilmişdir. Göründüyü kimi, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi yalnız qeyri yaşayış binasının payçısı X5 (təqsirləndirilən Məhkum arvadı) məxsus V hissənin üzərinə məhdudiyyət qoymuşdur, digər payçı Maraqlı şəxs4 V hissəsi üzərində heç bir məhdudiyyət yoxdur. Bu o deməkdir ki, istintaq idarəsi qeyri yaşayış binası üzərində yaranmış hüququ sənəd üzərində araşdırmamışdır. Sənəd üzərində araşdırma aparsa idi Maraqlı şəxs4 maraqlarına toxunan şəxs kimi işə cəlb olunmalı idi/ Əmlak üzərinə həbs qoyulması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. DTX- nin İstintaq idarəsinin və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin səhvi nəticəsində Maraqlı şəxs4 mülkiyyət hüquqları pozulmuşdur. Pozulmuş hüquqların aradan qaldırılması üçün Bakı Apellyasiya Məhkəməsi təqdim olunan sübutları, hansı ki, bu sübutlar Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilə bilinməmişdir ona görə ki, Maraqlı şəxs4 qeyri yaşayış binasının ona məxsus payı üzərində hüquqlarını təsdiq edən sənədlər həmin məhkəməyə Maraqlı şəxs4 həmin işə cəlb edilmədiyi üçün mümkün olmamışdır. Maraqlarına toxunan şəxs Maraqlı şəxs4 ünvan 8 ünvanın da yerləşər qeyri-yaşayış binası üzərində V hissədə payı anası Qalina Mehdiyevadan bağışlama yolu ilə keçmişdir. Ümumiyyətlə qeyri-yaşayış binas yerləşdiyi əmlak kompleksi Qalina Mehdiyevaya məxsus olmuşdur. Maraqlı hal ondan ibarətdir ki, məhkəmə kollegiyası qeyri-yaşayış binasının Məhkum tərəfindən cinayət əməllərinin törədildiyi müddətlərdə, yəni 2011-2021-ci illərdə necə əldə edildiyi işin faktiki hallar ilə sübut olunmur. Maraqlarına toxunan şəxs Maraqlı şəxs4 ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində V hissədə payı üzərində mülkiyyət hüququnun əldə edilməsinin mənbəyi barədə Bakı Apellyasiya Məhkəməsinə çıxarışlar və digər sənədləri təqdim etsə də, məhkəmə bu sübutları qiymətləndirməmişdir. Ümumiyyətlə maraqlarına toxunan şəxs Maraqlı şəxs4 təqdim etdiyi sübutları Bakı Apellyasiya Məhkəməsi qərarında münasibət bildirməmişdir. Maraqlarına toxunan şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-335/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının maraqlarına toxunan şəxs Maraqlı şəxs4 nümayəndəsi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilməsini, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində Maraqlı şəxs4 məxsus hissəsinin xüsusi müsadirənin tətbiqindən və dövlət nəfinə alınmasından azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxsin nümayəndəsi kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli ka ssasiya şikayətinin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-335/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə maraqlarına toxunan şəxsin nümayəndəsinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü ki mi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Maraqlarına toxunan şəxs xüsusi mülkiyyətlərində olan əmlakın qanunsuz müsadirə edildiyini iddia edərək apellyasiya instansiyası məh kəməsinin qərarının dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Marağına toxunan şəxs Maraqlı şəxs4 məhkəməyə müraciət edərək xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakın xüsusi müsadirədən azad edilməsini xahiş etmişdir. Marağına toxunan şəxs eyni tələblə apellyasiya instansiyası məhkəməsinə də müraciət etmiş, lakin məhkəmə tərəfindən apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası baxılan apellyasiya şikayəti üzrə əmlak müsadirəsi məsələsini müzakirə edərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Xüsusi müsadirə” adlanan 15-1-ci fəslində təsbit olunmuşdur ki: Maddə 99-1. Xüsusi müsadirə 99-1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sa hibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrindənəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 99-1.3. Cinayət törə tmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Maddə 99-2. Əmlakın dəyərinə görə xüsusi müsadirə Bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmla kın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Maddə 99-3. Cinayət nəticəsində vurulmuş ziyanın müsadirə edilmiş əmlak vasitəsilə ödənilməsi 99-3.1. Müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. 99-3.2. Cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Azərbayc an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Qərarında göstərilir ki, cinayət törətmiş şəxslər cinayət yolu ilə əldə etdiyi əmlakı gizlətməyin müxtəlif yollarından, o cümlədən əmlakı digər şəxslərin adına rəsmiləşdirməkdən istifadə edirlər. Bununla əlaqədar digər şəxslərin mülkiyyətində olan əmlakın cinayət yolu ilə əldə edilmiş əmlak olaraq üzərinə həbs qoyulması məsələsi Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəlikləri nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, Birlə şmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına görə, əgər cinayətdən əldə olunan gəlirlər qismən və ya tam şəkildə digərəmlaka çevrilibsə və ya dəyişdirilibsə, onda bu maddədə nəzərdə tutulan tədbirlər həmin əmlaka münasibətdə də görülür. Əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər hansı bir həbs qoyma və ya götürmə səlahiyyətlərinə xələl gətirmədən, əmlakın yalnız cinayət nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndirilmiş hissəsi müsadirə edilir. Cinayət nəticəsində əldə olunan gəlirlərə tətbiq edilən tədbirlər eyni zamanda cinayət nəticəsində əldə olunan gəlirlərdən alınmış hasilata və ya mənfəətə, cinayətdən əldə edilən gəlirlərə çevrilmiş və ya əvəz edilmiş əmlakdan alınmış hasilata və ya mənfəətə və ya cinayətdən əldə edilən gəlirlərin qatıldığı əmlakdan alınmış hasilata və ya mənfəətə də eyni qaydada və həcmdə tətbiq edilir (Konvensiyanın 12-ci maddəsinin 3, 4 və 5-ci bəndləri). Yuxarıda qeyd edilən normaların tələblərindən də aydın görünür ki, (maddə 99-2) cinayət qanunvericiliyi müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə mümkünlüyünü özündə ehtiva edir. İlk növbədə qeyd edilməlidir ki, cinayət işi Azərbaycan Respublikası Ali Məhkəməsində iki dəfə kassasiya qaydasında məhkəmə baxışının predmeti olmuş və kassasiya məhkəməsi tərəfindən 29 noy abr 2023cü il tarixli 1(102)-2101/2023 nömrəli və 08 oktyabr 2024-cü il tarixli 1(102)-1965/2024 nömrəli qərarlarında digər məsələlərlə bərabər kassasiya müraciətlərinə əsasən əmlak müsadirəsi məsələsi də müzakirə edilmiş və kassasiya məhkəməsi həmin hissədə həm də belə nəticəyə gəlmişdir ki, maraqlarına toxunan şəxsin mübahisələndirilən həmin əmlakı öz şəxsi vəsaiti hesabına əldə edilməsini təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs4 mübahisələndirdiyi əmlak müsadirəsi məsələsi üzrə məhkəmə tərəfindən hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, həmin hissədə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu n ormalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Eyni zamanda, qeyd edilməsi zəruridir ki, çirkli pullara sahib olan şəxslər həmin pulların qeyri-qanuni, korrupsiya yolu ilə əldə edilməsini gizlətmək məqsədi ilə həmin pulları daşınmaz əmlaka yönəldir və daşınmaz əmlakın real sahibinin gizlədilməsi məqsədi ilə həmin qiymətli daşınmaz əmlakı hər hansı real və daşınmaz əmlakı əldə etmək üçün kifayət qədər vəsaitə malik olmayan şəxsin adına formal olaraq rəsmiləşdirir, bununla da əsl sahib gizlədilir. Hazırki işin halları baxımından qeyd edilməsi zəruridir ki, istər maraqına toxunan şəxs, istərsə də ondan əvvəlki mülkiyyətçi qeyd edilən daşınmaz əmlakı hansı vəsait hesabına əldə etməsinə dair məhkəmələrə inandırıcı və mötəbər sübut təqdim etmədiklərindən, eləcə də həmin mübahisələndirilən daşınmaz əmlakin Məhkum faktiki məxsusluğuna dair cinayət işinin materiallarında əsaslı faktlar olduğundan, məhkəmə kollegiyası hesab edir ki, istər Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr və Konvensiyalar, istərsə də Azərbaycan Respublikasının daxili qanunvericliyi baxımından qeyd edilən mübahisələndirilən daşınmaz əmlakın müsadirəsi qanuni və əsaslı olmuşdur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, maraqlarına toxunan şəxs Maraqlı şəxs4 nümayəndəsi, vəkil Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 12 mart tarixli, 1(103)-335/2025 nömrəli qərarı maraqlarına toxunan şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdiril mədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs4 nümayəndəsi, vəkil Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 12 mart tarixli, 1(103)-335/2025 nömrəli qərarı maraqlarına toxunan şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar