Məhkəmə qərarları › İş №1(102)-1646/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1646/2025

15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1646/2025 15.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 ap rel 2024-cü il tarixli 1(103)-789/202 nömrəli il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fərid Namazov (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Telman Hüseynov) 29 yanvar 2024-ci il tarixli 1(101)465/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib və ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsi ndə çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04 mart 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əlbir olub cinayət əlaqəsinə girərək, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq əvvəlcədən aralarında olan razılaşmaya əsasən 2023-cü ilin mart ayının əvvəllərində naməlum vaxt və şəraitdə sonuncu tərəfindən gizlədilmiş Xırdalan-Binəqədi yolunun kənarındakı kolluqdan 193,5 q ram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 543,988 qram çəkidə külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini üzərində, qalan hissəsini yaşadığı ünvan 1 ünvanında saxlamış, 04 mart 2023-cü il tarixdə saat 18:10 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, 04 mart 2023-cü il tarixdə saat 18:10-da yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada saat 20:00-da üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarın sol yan cibindən, 1 ədəd sellofan bükülünün içərisində 45 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,031 qram, 0,418 qram, 0,467 qram, 0,420 qram, 0,455 qram, 0,441 qram, 0,410 qram, 0,421 qram, 0,441 qram, 0,457 qram, 0,431 qram, 0,432 qram, 0,440 qram, 0,421 qram, 0,390 qram, 0,424 qram, 0,435 qram, 0,427 qram, 0,423 qram, 0,450 qram, 0,403 qram, 0,435 qram, 0,456 qram, 0,462 qram, 0,420 qram, 0,449 qram, 0,481 qram, 0,437 qram, 0,439 qram, 0,438 qram, 0,431 qram, 0,436 qram, 0,408 qram, 0,449 qram, 0,459 qram, 0,447 qram, 0,470 qram, 0,435 qram, 0,474 qram, 0,441 qram, 0,397 qram, 0,445 qram, 0,431 qram, 0,353 qram, 0,452 qram olmaqla ümumi təmiz çəkisi 19,182 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edildikdən sonra əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 21:30-da yaşadığı ünvan 1 ünvana baxış keçirilərkən evin yataq otağındakı dolabın i çərisində 1 ədəd ağ rəngli sellofan torbada 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 48,004 qram, 48,802 qram, 428,0 qram olmaqla ümumi təmiz çəkisi 524,806 qram qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd şəffaf rəngli sellofanda təmiz çəkisi 193,5 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd qapaqlı və üzərində heroin izləri olan 1 ədəd qapaqsız elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Elmar Rəhimov (sədrlik edən və məruzəçi) Fərid Əyyubov və Emin Mehdiyev) 03 aprel 2024-cü il tarixli 1(103)-789/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhk əməsinin 29 yanvar 2024-cü il tarixli 1(101)-465/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 03 aprel 2024cü il tarixli 1(103)-789/2024 nömrəli qərarını ləğv edilməsini və ona təyin olunmuş cəza həddinin azaldılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun hər hansı şəxslə əlbir olması barədə heç bir sübut işə əlavə edilməmişdir. O, əsassız olaraq CM-in 234.4.1-ci maddəsi ilə təsdiqləndirilmiş və bunun nəticəsində barəsində CM-in 234.4.3-cü maddəsi təqsirləndirilməsinə zəmin yaradılmışdır. Onun narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı istehlakçı ilə razılıq əldə edilm əsi halları nəzərə alınması tövsiyə edilmişdir, lakin birinci instansiya məhkəməsi iş üzrə narkotik vasitənin miqdarına diqqət yetirsə də, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsinin olub-olmamasına münasibət bildirməməklə Ali Məhkəmənin Plenumunun qərarına riayət etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı və apellyasiya məhkəməsinin qərarı aşağıda göstərilən səbəblərə görə dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzr ə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunsuz narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və saxlanmasına görə cinayət məsuliyyəti Azərbaycan Respublikası CM-in 234-cü maddəsində nəzərdə tutulmuşdur. CM-in 234.1-ci maddəsinin dispozisiyasına əsasən, obyektiv cəhətdən qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama və ya daşıma həmin cinayətin obyektiv cəhətini təşkil edir. Eyni əməllərin satış məqsədi ilə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi həmin maddədə tövsifedici (ağırlaşdırıcı) hal kimi nəzərdə tutulur və bu zaman əməl daha ağır məsuliyyət müəyyən edən CM-in 234.4.1-ci maddəsi ilə tövsif olunur. Həmçinin, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin külli miqdarda və eyni zamanda satış məqsədi ilə törədilməsi, yaxud külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satma da tövsifedici ağırlaşdırıcı hal hesab olunur və əməlin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas verir. Göründüyü kimi, “qabaqcadan əlbir olan bir qrup şəxs”, “külli miqdar” və “satış və ya satış məqsədi” həmin maddələrlə nəzərdə tutulan cinayət tərkibinin zəruri əlamətləridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliy i cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Qanunun yuxarıda qeyd edilən normalarına görə Məhkum CM-in 234.4.1 və 234.4.3cü maddələri təqsirli bilinməsi üçün həmin maddələrdə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş mötəbər və mümkün sübutlarla təsdiq edilməlidir. İbtidai istintaqın ittihamı ilə razılaşan birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum hökmün təsviri hissəsində göstərilən əməllər şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əlbir olub cinayət əlaqəsinə girərək törətmişdir. Azərbaycan Respublikası CPM-in 34-cü maddəsinə görə qabaqcadan əlbir olan bir qrup şəxs tər əfindən törədilən cinayət dedikdə bu cinayətin qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM -in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı və məhkəmələr Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməli istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxslə törətməsinə dair nəticəyə gəlsə də, bunu təsdiq edən heç bir sübut cinayət işinə əlavə edilməmiş və məhkəmə iclasında tədqiq edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü elan edilmi ş ittihamda təqsirli bilməmiş və narkotik vasitələri ona polis əməkdaşları tərəfindən qoyulmasını bildirmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı isə təqsirləndirilən şəxs Məhkum göstərmişdir ki, narkotik vasitələr ona məxsusdur. 03 mart 2023-cü il tarixdə saat 22 radələrində Xırdalan-Binəqədi yolu ilə özünə məxsus avtomaşınla hərəkət edərkən tanımadığı bir şəxsin yolun kənarında kollar arasında nəyisə gizlətdiyini görmüşdür. Avtomaşını saxlayıb, həmin şəxsin həmin ərazini tərk etdiyini gözləmiş, sonra isə maşından düşüb kolları axtarmış və bir torba aşkar etmişdir. Torbanın içərisinə baxdıqda, orada narkotik vasitələrin olduğunu görmüş və onları özü ilə götürmüşdür. Sonradan polis əməkdaşları tərəfindən onun üzərində aşkar edilən narkotik vasitələr məhz həmin torbadan götürdüyü mad dələr olmuşdur. Məhkum təqsirini təsdiq edən digər sübutlar – onun üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkumu saxlayan və şəxsi axtarışda iştirak etmiş polis əməkdaşlarının ifadələri, eləcə də məhkəmə kimyəvi və məhkəmə bioloji ekspertizalarının rəyləri və maddi sübutların özləri – narkotik vasitənin mənbəyini və ya məhkumun hər hansı digər şəxslə cinayət əlaqəsində olmasını müəyyən etmir. Məhkəmə kollegiyası məhkumun ifadələrini digər sübutlarla birlikdə təhlil edərək bu nəticəyə gəlir ki, Məhkum cinayət əməlini başqa şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup halında törətməsi sübutlarla təsdiq olunmur. Cinayət işi üzrə Məhkum narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaq üçün istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olması nı təsdiq edən digər sübut yoxdur. Belə bir nəticəyə gəlmək üçün heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə əsassız tövsif etmişlər. Belə ki, iş üzrə toplanmış sübutlarla Məhkum külli miqdarda narkotik vasitələr heroin və marixuananı istintaqla müəyyən olunmayan şəxsdən alması, habelə onun hər hansı bir digər şəxslə həmin narkotik vasitələrin satılması, gəlirin əldə edilməsi və bölünməsi və ya narkotik vasitə barədə hər hansı bir razılığa və ya sövdələşməyə gəlməsi müəyyən edilməmişdir. Belə bir razılaşma olmadan Məhkum digər şəxsdən narkotik vasitəni alması, onun bu əməli narkotik vasitəni satan şəxslə birlikdə, yəni qrup halında törətməsi kimi qiymətləndirilə bilməz. Qeyd olunanl ardan belə nəticə çıxır ki, məhkəmələr təqsirləndirilən Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə tövsif edərkən onun tərəfindən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi barədə nəticəyə hər hansı bir sübutu deyil, ancaq ibtidai istintaqın fərziyyəsini əsas götürmüşlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddə sinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətə n törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-in 234.4.1-ci maddəsi üzrə verilmiş ittiham qanunsuz və əsassız olmuşdur. Məhkum CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. Həmin maddə məhkum ittihamından çıxarılmalıdır. Bundan əlavə məhkəmə kollegiyası Məhkum əməlində CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham ilə qeyd edir ki, birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid2 və Şahid1 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə i şin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərab ərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edilməsi və saxlaması barədə nəticəyə gələrkən sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum üzərindən aşkar olunmuş narkotik maddəni məhz satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilir, l akin onun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həmin əməlini törətməsi təsdiq edilmədiyindən onun əməli yalnız Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə ona cəza təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməs ində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin arad an qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da kassasiya kollegiyası işə baxan apelyasiya instansiyası məhkəməsinin təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifi ilə bağlı mövqeyini əsaslı hesab etmir. Beləliklə, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2024-cü il tarixli qərarı dəyişdirilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli hökmü CM-in 234.4.1-ci maddəsinə dair hissədə ləğv edilməli, Məhkum CM-in 234.4.1-ci maddəsi onun ittihamından xaric edilməli, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol ver dikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2024-cü il tarixli 1(103)-789/2024 nömrəli tarixli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilsin. Məhkum ittihamdan Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi xaric edilsin. Məhkum təqsirli bilindiyi CM-in 234. 4.3-cü maddəsi ilə 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərarın qalan hissəsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar