Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1647/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxx 1986-cı il tarixdə Şirvan (Əli Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: Ə.A.Əliyev (sədrlik edən), X.A.Nuriyev və O.Y.Cəlilov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çə kməsi, cəzaçəkmə müddətinin başlanğıcının 19 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), R.M.Cəfərov və İ.H.Əhmədov) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – bir ədəd bükümdə təmiz çəkisi 5,333 qram olan psixotrop maddə metamfetamini əldə ed ib üzərində saxlamaqla daşımış və 20 iyul 2021-ci il tarixdə ünvan 2 yaşadığı evin yaxınlığında olarkən həmin gün saat 17:15-də Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı şöbənin inzibati binasına gətirilmiş və orada tutulub şəxsi axtarışa məruz qalarkən, əynindəki qara rəngli şalvarının sol yan cibindən qeyd olunan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM -nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Məhkum üzərində aşkar edilmiş psixotrop maddə olan 5,333 qram çəkidə metamfetaminin külli miqdarda olması onun psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edir. Lakin bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin ed ilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkə məsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixo trop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasə n narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin ş ərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddə lərin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edi lərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilmiş, apelyasiya instansiyası məhkəməsi də həmin hökmü düzgün olaraq dəyişdirilmədən qüvvədə saxlamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərmişdir ki, hadisə günü Şirvan şəhər polis şöbəsinin X10 və X11 adlı əməkdaşları yaşadığı evinə gəlmişlər. Həmin vaxt evdə 2 azyaşlı övladı olmuşdur. X10 və X11 ona “X12 müəllim səni çağırır” demişdir. O isə əynindəki palta rını dəyişərək polis əməkdaşları ilə şöbəyə getmişdir. Orada əməliyyatçı X12 ona tanımadığı bir şəxsin üzünə durmağı, həmin şəxsdən narkotik vasitə satın almasını bildirməsini təklif etmişdir. Özü isə X12 həmin şəxsi tanımadığını bildirib, bundan imtina etmişdir. Bundan sonra X12və X10 adlı əməliyyatçılar sol əlinin orta barmağını qapı arasında sıxıb, saçlarından dartaraq başından və böyründən təpik yumruqla onu vurmuşlar. Bundan sonra X12və X10 onun qarşısına 5 qram narkotik vasitə qoymuşdur. Həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmiş, sənədlərə imza etdirmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitənin ona aidiyyəti olmamışdır. Polis şöbəsinə aparılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsi rləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Şirvan şəhərində yaşayır. Subaydır, heç yerdə işləmir. Əvvəllər ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. Əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinərək 2020-ci il tarixdə Şirvan şəhər Məhkəməsinin hökmü ilə 11 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Təxmi nən 2 həftədir ki, cəza müddəti başa çatdığından Şirvan şəhəri üzrə icra və probasiya şöbəsi tərəfindən ayağındakı qolbaq sökülmüşdür. 3 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. 12 iyul 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxaraq marketə getmişdir. Marketdən siqaret alıb qayıdan zaman evin yaxınlığında yerdə sellofan bükülü görmüşdür. Həmin bükülünü yerdən götürüb içərisini açdıqda içərisində psixotrop maddə metamfetamin olmasını görmüşdür. Həmin psixotrop maddədən daha sonra istifadə etmək üçün bükümü əynində olan qara rəngli şalvarın sol yan cibinə yerləşdirmişdir. Daha sonra həmin psixotrop maddədən az-az istifadə etməyə başlamışdır. 19 iyul 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında olan zaman bir neçə mülki geyimdə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə olmasından şübhələndiklərini bildirərək onu Şirvan ŞPŞ-nə dəvət etmişdir. Əvvəl yayınmaq istəsə də, daha sonra polis əməkdaşları ilə birlikdə PŞ-nə gəlmişdir. PŞ-də ona Şirvan şəhərində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuşdur. Həmin siyahını nəzərdən keçirərək siyahıdan X1. X13 gəldikdən sonra üzərində video çəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Buna etirazının olub-olmadığı soruşulduqda, heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunsuz predmet və əşya olduğu təqdirdə təqdim olunması təklif olunduqda əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükülüdə psixotrop maddə metamfetami ni təqdim etmişdir. Daha sonra üzərinə polis şöbəsinin X14 adlı qadın əməkdaşı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddə - metamfetamini Şirvan şəhər ərazisində tapdığım bildirmişdir. Bu barədə protokol tərtib olunmuş və protokola imza etmişdir. Şirvan ŞPŞ-nə gətirilərkən və Şirvan ŞPŞ-də olarkən ona qarşı heç bir fiziki zor tətbiq olunmamışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra təqsirləndirilən şəxs Məhkum, həmin ifadələrini təsdiq etmədiyini, orada yazılanlardan məlumatı olmadığını bildirmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hal-hazırda Şirvan şəhər PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 iyul 2021-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 6 ünvanında yaşayan Məhkum qanunsuz yolla narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması, daşınması və satması ilə məşğul olur. Bununla əlaqədar Məhkum ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. Daha sonra isə həmin qərarın icra olunması ilə bağlı əməliyyat qrupu təşkil olunmuş və 19 iyul 2021-ci il tarixdə saat 17 radələrində Şirvan şəhər PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şirvan şəhəri,1 May küçə sinə gəlmişdir. Həmin küçədə yaşadığı evin yaxınlığında Məhkum görmüş və qərara gəlmişdir ki, onu PŞ-nə dəvət etsinlər. O onların polis əməkdaşı olduqlarını bildikdən sonra o yayınmaq istəmişdir. Lakin onu PŞ-nə gətirməyə müvəffəq olmuşlar. PŞ-də Məhkum Şirvan regional vəkil bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunduqda, o, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün regional vəkil bürosunun vəkili X1. Bundan sonra vəkil X7 ŞPŞ-nə dəvət olunmuş, o gəldikdən videoçəkiliş vasitəsi ilə Məhkum üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarışa başlamazdan əvvəl Məhkum təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Məhkum əynində olan qara rəngli parça şalvarın sol yan cibində metamfetamin olduğunu bildirərək həmin vasitəni təqdim etmişdir. Bundan sonra PŞ-nin uçot statistika və informasiya qrupunun inspektoru Şahid1 tərəfindən axtarışa başlanılmışdır. Axtarış zamanı Məhkum üzərindən heç bir əşya, predmet aşkar olunmamışdır. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün o, vəkil və digər polis əməkdaşları tərəfindən, o cümlədən Məhkum özü tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid3 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq edərək analoji ifadə vermişdir. İşdə olan, xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Məhkum 19 iyul 2021-ci il tarixdə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satmaq məqsədinin olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. İşdə olan, ambulator məcburi narkoloji-tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli 3768 nömrəli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Məhkum opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərində aşkar olunmuş psixotrop maddənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri icra olunduğunu, lakin heç bir nəticə əldə olunmadığını bildirmişlər. İşdə olan əməliyyat tapşırığına cavab məktubundan da görünür ki, Məhkum üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satmaq məqsədinin olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsdən aşkar olunmuş metamfetaminin kütləsinin külli miqdar–5,333 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunan Məhkum həmin maddəni əldə etməsi, saxlaması və daşımasında m əqsədinin məhz satış olmasını təsdiq etmir. Belə ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 19 iyul 2021-ci ildə aparılan şəxsi axtarış zamanı Məhkum üzərindən bir ədəd bükümdə metamfetamin istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcədə, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Məhkum barəsində cinayət təqibi başlanandan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, verdiyi bütün izahat və ifadələrdə üzərindən aşkar olunmuş metamfetamini məhz şəxsi istifadəsi üçün əldə edib, saxlayaraq daşıdığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verən aşağı instansiya məhkəmələri haqlı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmiş, həmin maddədə nəzərdə tutulan cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab ed ir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1647/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1647/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver