Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1647/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Məhkum1 müdafiəçisi Müdafiəçi3, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi5 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-229/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə, dövlət ittihamçısı Əsədov X15 tərəfindən verilmiş kassasiya protestinə, Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxxxx 1961-ci il tarixdə Lerik rayonunun Andurma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Bürcəli kəndində qeydiyyatda olmaqla yaşamışdır.
2. Məhkum2 27 avqust 1960-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Vil van kənd inzibati dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Bəliton kəndində qeydiyyatda olmaqla yaşamışdır. 3. 30 aprel 2021-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələri və Məhkum2 Azərbaycan Respublikası CMnin 32.5,311.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 4. 09 iyun 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.
5. Birinci instansiya məhkəməsi tərəfində n müəyyən edilmiş işin faktiki hallarına görə: Məhkum1 Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 may 2019-cu il tarixli 154 saylı əmri ilə həmin tarixdən 27 fevral 2020-ci il tarixədək Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 19 aprel 2010-cu il tarixdə təsdiq edilmiş “Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin ƏLənkərəsi”nin 5-ci bəndinə əsasən vahid rəhbərlik prinsiplərinə əməl etməklə idarənin fəaliyyətini təşkil etmək, onun işinə rəhbərlik etmək və idarənin adından etibarnaməsiz çıxış etmək, idarənin adından müqavilə bağlamaq, pul vəsaiti də daxil olmaqla idarə üçün ayrılmış əmlak üzərində qüvvədə olan qanunvericiliyə müvafiq qaydada sərəncam vermək, id arənin cari fəaliyyətinə aid məsələlər üzrə icrası məcbur olan əmr və sərəncam vermək, səlahiyyətləri daxilində normativ hüquqi aktların icrasını təşkil etmək və nəzarəti həyata keçirmək, işçiləri işə qəbul etmək və işdən azad etmək, idarənin illik gəlirlər və xərclər smetasını tərtib edərək təsdiq olunmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına təqdim etmək, ildə iki dəfə idarənin fəaliyyəti barədə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına hesabat vermək, Lənkəran Şəhər İcra Hakimiyyətinin icazəsi ilə idarəetməsində olan əsas və dövriyyə vəsaitləri üzərində sərəncam vermək, Əsasnaməyə zidd olmayan və təsisçinin səlahiyyətlərinə aid olmayan digər funksiyaları həyata keçirmək kimi təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul rəhbər vəzifəli şəxs qismində xidməti və zifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, ümumilikdə 2 hald a, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Məhkum2 məsləhət və məlumatları, maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini əldə edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2- ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə -bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə tamah niyyəti ilə daxil edərək vəzifə saxtakarlığı törədib əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırması, eləcə də, bunun əsasında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına görə 2019-cu ilin may ayında Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında özü və Məhkum2 üçün birbaşa yolla, həmçinin özü üçün Lənkəran rayonu Vilvan kənd sakini cinayətdən xəbərsiz Şahid4 vasitəsilə ümumilikdə iki şəxsdən, o cümlədən, Məhkum2 köməkçiliyi ilə 2019-cu ilin may ayının ortalarında Şahid8 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə götürülməsinə görə sonuncudan ayrılacaq ünvanlı sosial yardımın 4 aylıq məbləğini, yəni maddi nemət olan 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini Məhkum2 vasitəsilə sonuncu və özü üçün dolayı yolla rüşvət qismində istəyərək Şahid8 razılığını aldıqdan sonra, 2019-cu ilin may ayının ortalarında 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pulu Məhkum2 vasitəsilə sonuncu və özü üçün birbaşa yolla rüşvət qismində Şahid8 Lənkəran rayonunda almaqla sonuncunun 22 may 2019-cu il tarixdə Azərbaycan Respublikasını tərk etməsinə baxmayaraq cinayətkar niyyətini davam etdirərək Şahid8 guya həmin müəssisədə fəhlə vəzifəsinə işə götürülməsinə da ir bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə 29 iyun 2019-cu il tarixdə və 29 iyul 2019-cu il tarixdə həmin xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib vəzifə saxtakarlığı törədərək 29 iyun 2019-cu il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X9 və Təyinat Altsistemində (VEMTAS) 1 iyun 2019-cu il tarixdə aparılmış qiy mətləndirmə ilə ailəni təmsil edən X2 1 iyun 2019-cu il tarixdən hesablanmaqla ayda 381,47 manat olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 3.051,76 manat (üç min əlli bir manat yetmiş altı qəpik) məbləğində ünvanlı sosial yardımın Zülfiyə Əliyevanın adına "xxxx" ASC-də olan 416974******1809 nömrəli hesaba köçürülməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan plastik bank hesab kartı vasitəsilə "xxxx" ASC-nin Lənkəran rayonunda yerləşən bankomatlarından çıxarılmaqla, eyni niyyətlə, 2019-cu ilin may ayının ortalarında Şahid3 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə götürülməsinə görə sonuncudan maddi nemət olan 150 (bir yüz əlli) manat məblə ğində pul vəsaitini sonuncunun qardaşı oğlu cinayətdən xəbərsiz Şahid4 vasitəsi ilə özü üçün birbaşa yolla rüşvət qismində istəyərək Şahid3 razılığını aldıqdan sonra, 15 may 2019-cu il tarixdə 150 (bir yüz əlli) manat məbləğində pulu cinayətdən xəbərsiz Şahid4 vasitəsilə özü üçün birbaşa yolla rüşvət qismində Şahid3 xidməti otağında almaqla sonuncunun guya həmin müəssisədə təmizlik sahəsində süpürgəçi vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə 31 may 2019- cu il tarixdə həmin xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib vəzifə saxtakarlığı törə dərək Şahid3 görə həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X9 və Təyinat Altsistemində (VEMTAS) 1 may 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə Şahid3 1 iyun 2019-cu il tarixdən hesablanmaqla ayda 222,67 manat olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 1.881,36 manat (bir min səkkiz yüz səksən bir manat otuz altı qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid3 adına "xxxx" ASC-də olan 416974******1947 nömrəli hesaba köçürü lməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan plastik bank hesab kartı vasitəsilə "xxxx" ASC-nin Lənkəran rayonunda yerləşən bankomatından çıxarılmaqla, ümumilikdə, qeyd edilən qaydada 2 nəfərdən vahid niyyətlə qeyriləri, o cümlədən, Məhkum2 vasitəsilə 1.524 (bir min beş yüz iyirmi dörd) manat, Şahid4 vasitəsilə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 1.674 (bir min altı yüz yetmiş dörd) manat məbləğində maddi nemət olan pul vəsaitini Məhkum2 köməkçiliyi ilə birbaşa yolla rüşvət qismində istəyib almaqla Məhkum2la aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmiş, göstərilən əməlləri ilə qeyd edilən iki nəfər şəxsin qanunsuz olaraq cəmi 4.933,12 manat (dörd min doqquz yüz otuz üç manat on iki qəpik) məbləğində ünvanlı dövlət sosial yardım almasına şərait yaratm aqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmaqla qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanması, eləcə də tanışları olan həmin şəxslərin qanunsuz üstünlük əldə etməsi üçün öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblə rə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə şəxsi niyyətlə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırmaqla bunun əsasında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaradaraq həmin şəxslər tərəfindən müxtəlif məbləğdə, o cümlədən, 2019-cu ilin may ayında Şahid1 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə təmizlik sahəsində fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə 2019-cu ilin may ayının ortalarında Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əvvəlki, yəni xx.xx.2019cu il tarixlə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildi rişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X9 və Təyinat Altsistemində (VEMTAS) aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X4 01 may 2019-cu il tarixdən hesablanmaqla ayda 221,81 manat olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 2.096,29 manat (iki min doxsan altı manat iyirmi doqquz qəpik) məbləğində ünvanlı sosial yardımın Gülnarə Qurbanovanın adına "xxxx" ASC-də olan 416974******5941 nömrəli hesaba köçürülməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan pla stik bank hesab kartı vasitəsilə "xxxx" ASC-nin Lənkəran şəhər filialının bankomatından çıxarılıb şəxsi məqsədlərinə sərf edilməklə, eyni niyyətlə, 2019-cu ilin iyun ayında Şahid2 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə 04 iyul 2019-cu il tarixdə qeyd olunan ünvanda yerləşən xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək həmin tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılma sı nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X9 və Təyinat Altsisteminə (VEMTAS) müraciət olunsa da ərizə bəyannamədə qeyd edilən məlumatlarda uyğunsuzluq aşkar edildiyindən Şahid2 barəsində həmin sosial yardımın təyin olunmasından imtina edilməklə, ümumilikdə qeyd edilən qaydada 1 nəfər şəxsin qanunsuz olaraq cəmi 2.096,29 manat (iki min doxsan altı manat iyirmi doqquz qəpik) məbləğində ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasəti nə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmaqla qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Qeyd edilənlərlə yanaşı, o, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən yuxarıda qeyd edilən qaydada formal olaraq işə götürülmələri rəsmiləşdirilmiş şəxslərlə bağlı müəssisədə saxlanılan sənədlərin qanuniliyi görüntüsü yaratmaq və gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə 20 19-cu ilin may-iyul ayında ünvan 1 ünvanında yerləşən xidməti otaqda ümumilikdə iki nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən sübutları, o cümlədən, Şahid3 31 may 2019-cu il tarixli əmək müqaviləsi, Şahid8 29 iyun 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli əmək müqaviləsini tərtib etməklə həmin sənədləri rəis qrafası qarşısında şəxsən imzalayıb əmək müqavilələri və əmrləri mətnində “Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi” yazılmış Müəssisənin möhürü ilə təsdiq etməklə özündə saxlayıb hazırkı cinayət işi üzrə ilkin istintaq zamanı Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəss isələr İdarəsində formal olaraq işə götürülmələri şübhə doğuran həmin şəxslər barəsində tərtib edilmiş əmək müqavilələri və digər sənədlərin əsillərinin istintaqa təqdim edilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə ünvanlanmış 20 iyul 2020-ci il tarixli ********* nömrəli məktubunun icrası ilə əlaqədar özü tərəfindən törədilən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2- ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bil ə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə tamah niyyəti ilə daxil edərək vəzifə saxtakarlığı törədib əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırması, eləcə də, bunun əsasında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına görə 2019-cu ilin may ayında qeyriləri vasitəsilə ümumilikdə iki nəfərdən xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa görə özü və üçüncü şəxslər üçün birbaşa yolla maddi neməti rüşvət qismində istəməklə alma ağır cinayəti üzrə sübutları saxtalaş dırmaqdan, yəni qeyd edilən şəxslərin formal deyil, rəsmi qaydada işə qəbul və işdən azad olunması, onlar tərəfindən həqiqətən əmək funksiyalarının yerinə yetirilməsi və bununla əlaqədar rəsmiləşdirmənin qanuniliyi görüntüsü yaratmaqla barəsində olacaq ittihamlara qarşı sübut qismində istifadə etməkdən ibarət cinayətkar məqsədlə həmin şəxslərlə bağlı bütün əmr və digər rəsmi sənədlərin özündə olmasını həmin Müəssisənin rəhbərliyinə bildirib, 22-23 iyul 2020-ci il tarixlərdə vahid niyyətlə Lənkəran rayonu ərazisində ümumilikdə 2 nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən sübutları, Şahid3 31 may 2019-cu il tarixli əmək müqaviləsi, Şahid8 29 iyun 2019-cu il tarixli v ə 29 iyul 2019-cu il tarixli əmək müqaviləsində müvafiq qrafaları cinayətdən xəbərsiz həmin şəxslərin əvəzinə imza edərək, eləcə də, qeyd edilən 2 nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan sənədləri, o cümlədən, Şahid3 31 may 2019-cu il tarixli işə qəbul edilmə barədə ərizəsini, 29 iyun 2019-cu il tarixli işdən azad edilmə barədə ərizəsini və Şahid8 29 iyun 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli işə qəbul edilmə barədə ərizələrini və 29 iyul 2019-cu il tarixli və 30 avqust 2019-cu il tarixli işdən azad edilmə barədə ərizələrini qanunsuz olaraq əvvəlki tarixlərə tərtib edib həmin sənədləri özünə aid hissədə imzalayıb dərkənar qoymaqla müvafiq qrafaların isə cinayətdən xəbərsiz hə min şəxslərin əvəzinə imza edərək, ümumilikdə 2 uydurma müqavilə, 6 ərizəni həmin idarəyə qanuni sənədlər olmasını bildirib təqdim etməklə həmin sənədlərin qeyd edilən İdarə üzrə 24 iyul 2020-ci il tarixli 177 saylı məktubla istintaqa təqdim edilməsinə nail olmaqla bilə-bilə saxta sənədlərdən istifadə edib vahid niyyətlə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırmışdır. Daha sonra, o, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən yuxarıda qeyd edilən qaydada formal olaraq işə götürülməsi rəsmiləşdirilmiş şəxslə Şahid1 ilə bağlı müəssisədə saxlanılan sənədlərin qanuniliyi görüntüsü yaratmaq və gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə 2019-cu ilin may ayının ortalarında ünvan 1 ünvanında yerləşən xidməti otaqda Şah id1la Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən Şahid1 01 may 2019-cu il tarixli əmək müqaviləsini işlədiyi dövrdən əvvəlki tarixə tərtib etməklə həmin sənədi rəis qrafası qarşısında şəxsən imzalayıb əmək müqaviləsi və əmri mətnində “Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi” yazılmış Müəssisənin möhürü ilə təsdiq etməklə özündə saxlayıb, hazırkı cinayət işi üzrə ilkin istintaq zamanı Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsində formal olaraq işə götürülməsi şübhə doğuran şəxslər barəsində tərtib edilmiş əmək müqavilələri və digər sənədlərin əsillərinin istintaqa təqdim edilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə ünvanlanmış 20 iyul 2020-ci il tarixli ********* nömrəli məktubunun icrası ilə əlaqədar qeyd edilən şəxsin formal deyil, rəsmi qaydada işə qəbul və işdən azad olunması, onun tərəfindən həqiqətən əmək funksiyalarının yerinə yetirilməsi və bununla əlaqədar rəsmiləşdirmənin qanuniliyi görüntüsü yaratmaq məqsədilə həmin şəxslə bağlı bütün əmr və digər rəsmi sənədlərin özündə olmasını həmin Müəssisənin rəhbərliyinə bildirib, 22-23 iyul 2020-ci il tarixlərdə vahid niyyətlə ibtidai istintaq orqanına təqdim olunması məqsədilə Lənkəran rayonu ərazisində Şahid1 ilə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan hüquq verən rəsmi sənəd olan əmək müqaviləsini müvafiq qrafasını cinayətdən xəbərsiz Şahid1 əvəzinə imza etməklə eləcə də, qanunsuz olaraq həmin şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan sənədləri, o cümlədən, Şahid1 01 may 2019-cu il tarixli işə qəbul olma barədə ərizəsi, 01 iyul 2019-cu il tarixli işdən azad edilmə barədə ərizəsini özü şəxsən imzalayıb dərkənar qoymaqla müvafiq qrafaların isə cinayətdən xəbərsiz Şahid1 əvəzinə imza edərək, rəsmi sənədlər olan ümumilikdə 1 uydurma müqavilə və habelə 2 ərizəni vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlayaraq həmin idarəyə qanuni sənədlər olmasını bi ldirib təqdim etməklə həmin sənədlərin qeyd edilən İdarə üzrə 24 iyul 2020-ci il tarixli 177 saylı məktubla istintaqa təqdim edilməsinə nail olaraq bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etmişdir. Məhkum2, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 may 2019-cu il tarixli 154 saylı əmri ilə həmin tarixdən 27 fevral 2020-ci il tarixədək Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləməklə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 19 aprel 2010-cu il tarixdə təsdiq edilmiş “Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin Əsasnaməsi”nin 5-ci bəndinə əsasən müəyyən olunan səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs olan Məhkum1 məsləhət və məlumatları, m aneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini əldə edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, Məhkum1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Məhkum1 xidməti vəzifələ rinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2- ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə tamah niyyəti ilə daxil edərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırması, eləcə də, bunun əsasında həmin şəxsə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmus u arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına görə 2019-cu ilin may ayında ünvan 1 ünvanında yerləşən xidməti otağında Məhkum1 təqdim etməklə sonuncu və özü üçün dolayı yolla 2019- cu ilin may ayında Şahid8 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə götürülməsinə görə sonuncudan ayrılacaq ünvanlı sosial yardımın 4 aylıq məbləğini, yəni maddi nemət olan 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini Məhkum1 və özü üçün dolayı yolla rüşvət qismində istəyərək Şahid8 razılığını alıb, 2019-cu ilin may ayının ortalarında əvvəlcədən aralarında olan razılığa əsasən Lənkəran rayonunda Şahid8 Məhkum1 və özü üçün birbaşa yolla 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini həmin niyyətlə aldıqdan son ra Məhkum1 cinayətkar niyyətini davam etdirərək Şahid8 guya həmin müəssisədə fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə 29 iyun 2019-cu il tarixdə və 29 iyul 2019-cu il tarixdə həmin xidməti otağında **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib xx.xx.2019-cu il tarixli, xxxxxxx000100 nömrəli, xx.xx.2019-cu il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektro n informasiya sisteminin “Ünvanlı yardım” X9 və Təyinat Altsistemində (VEMTAS) aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X2 ünvanlı dövlət sosial yardımı təyin edilərək sosial yardımın verilməsinə nail olmaqla, Məhkum1 1.524 (bir min beş yüz iyirmi dörd) manat pul vəsaitini sonuncu və özü üçün dolayı yolla özü vasitəsilə vahid niyyətlə rüşvət qismində istəyib birbaşa yolla almasında köməkçi qismində iştirak etməklə, həmin pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişdir.
6. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-12/2022 nömrəli, 16 fevral 2022-ci il hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 294.3-cü mad dəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi- məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanla rında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən t oplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş əsas cəza – 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi; Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5,311.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum ed ilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş əsas cəza – 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum1 tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)- 613/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-12/2022 nömrəli, 16 fevral 2022-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məh kəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verib, əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarının Məhkum1 və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair hissəsində ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protesti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi öz hökmündə Məhkum1 münasibətdə Azərbaycan Respublikası CM-nin 308.1, 313 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi göstərsə də, cəzanı ağırlaşdıran halın mövcud olmasına, eyni zamanda qeyd olunan cinayət əməllərinin təkrar törədilməsini Məhkum1 şəxsiyyət ini xarakterizə edən hal olmasına baxmayaraq, bu hallara diqqət yetirməmişdir. Nəticədə, cinayət qanununun normasını düzgün tətbiq etməyib, N.Köçəriyev barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edib, onun cəza çəkmədən islah olunması ilə bağlı yanlış hüquqi mövqe nümayiş etdirmişdir. Kassasiya protestinin müəllifinin iddiasına görə, apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri nəzərə alınmamış, nəticədə onların barəsində yüngüllüyünə görə şəxsiyyətlərinə, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan şərti məhkum etmə tətbiq edilmiş, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələbləri pozulmuşdur.
10. Azər baycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)198/2023 nömrəli, 01 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)- 613/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir.
11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-229/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən, apellyasiya protesti təmin edilmiş, hökm apellyasiya protestinə və apellyasiya şikayətinə əsasən təyin edilmiş cəza hissəsində dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-12/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli hökmündən Məhkum1 barəsində Azərbayc an Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 39.1.3 və 44.2.1-ci maddələrinə əsasən Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 320.1 və 320.2-ci maddələri ilə ona cəza təyin edilməməsi və həmin maddələrlə ona cəza təyin edilməsinə dair müddəaların hökmdən xaric edilməsi, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələrinə əsasən Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 313cü maddəsi ilə cinayət təq ibinə xitam verilməsi və onun, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi və hökmün həmin hissədə ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin Məhkum1 Azərbaycan Respublikası CM-nin 294.3-cü maddəsi ilə təyin ediləcək əsas cəzaya tətbiq edilməklə Məhkum1 Azərbaycan Respublikası CM-nin 294.3-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikas ı CM-nin 62-ci maddəsi Məhkum1 Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsi ilə təyin ediləcək əsas cəzaya tətbiq edilməklə Məhkum1 Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ümu mi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanması, Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti, dövlət ittihamçısı Əsədov X15 tərəfindən kassasiya protesti, Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
13. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edib Məhkum1 Azərbaycan Respublikası CM-nin 294.3 və 311.2-ci maddələrinin saksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də aşağı həddə cəza təyin etməklə cinayət qanunvericiliyi normasını düzgün tətbiq etməmiş, törədilən cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-229/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarının Məhkum1 təyin edilən cəza hissəsində ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir.
14. Məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-229/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərək, cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir.
15. Məhkum2 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin cinayətin törədilməsində təqsirsiz olduğunu, onun əsassız məhkum edildiyini iddia edərək qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməmiş, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada tədqiq edilməmiş və nəticədə əmələ düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-229/2023 nömrəli, 05 aprel 2023 -cü il tarixli qərarının ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir.
16. Kassasiya protestinə və kasasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
17. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
18. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiy ası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
19. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respubli kası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
21. Dövlət ittihamçısı kassasiya protestində Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi ilə təyin edilən cəzanı mübahisələndirməklə, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
22. Məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğunu iddia e tməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
23. Məhkum2 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin cinayətin törədilməsində təqsirinin olmadığını iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
24. Odur ki, məhkəmə kollegiyası kassasiya mürəciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və həmin müraciətlərin dəlill əri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-229/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
25. Kassasiya protestinin Məhkum1 barəsində tətbiq edilən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin məhkəmə tərəfindən kifayət qədər əsaslandırılmadığı barədə iddiası ilə bağlı məhkəmə kollegiyası xatırladır ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin m üddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü madd əsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququna görə, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
27. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
28. Kassasiya protestinin dəlilləri qeyd olunan cinayət-hüquqi normalara əsaslanmaqla və baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda müəyyən edilir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 294.3 və 311.2-ci maddələrinə münasibətdə Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin tətbiq edilməsini apellyasiya instansiyası məhkəməsi “cinayət nəticəsində dəymiş 7.029,41 manat məbləğində olan ziyanın könüllü olaraq onun tərəfindən tamamilə ödənilməsi, "Sidik kisəsinin xərçəngi residiv pTaNoMo. Sidik kisəsinin residiv törəməsi, sol böyrəyin və sidik axarının daşları, solterefli ureterohidronefroz, İnsulindən asılı şəkərli diabet tip İİ. Hipertoniya İİ mərhələ diaqnozları ilə xəstə olması, 10 dəfə cərrahi əməliyyata məruz qalması və hazırda xərçəng xəstəliyindən əziyyət çəkməsi, kifayət qədər yaşlı - 62 yaşının olması, habelə yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunması ve ilk məhkumluğu, məhkəməyədək icraat və məhkəmə icraatı dövrlərində barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbirinin şərtlərinə əməl edib, hər hansı pozuntuya yol verməməsi və icraatı aparan orqanların çağırışı ilə vaxtında gəlməsi kimi” yüngülləşdirən halların məcmusunu nəzərə almaqla əsaslandırmağa çalışmışdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin mənasına görə cəz anı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
30. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.
31. Hazırda mübasiləndirilən qərardan göründüyü kimi, Məhkum1 məhkum edildiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə nəzərdə tutulan cəzaları tam çəkməsini mümkünsüz edən ağır xəstəliklərə dücar olduğunu apell yasiya instansiyası məhkəməsi aşağıda sadalanan tibbi sənədlərə istinadla müəyyən etmişdir: “Bonadel” Beynəlxalq Hospitalından verilmiş 21 dekabr 2020-ci il tarixli epikrizlə - Məhkum1 18 dekabr 2020-ci il tarixdən 21 dekabr 2020-ci il tarixədək həmin hospitalda stasionar müalicə olunmaqla “TUR sidik kisəsi” cərrahi əməliyyatı olunmuş, habelə anamnez qeydində Məhkum1 1993 və 2000-ci illərdə sidik kisəsi polipektomiyadan, 2010, 2011, 2013 və 2015-ci illərdə “TUR sidik kisəsi” cərrahi əməliyyatı olunması göstərilir; Lənkəran Rayon Mərkəzi Xəstəxanasından verilmiş 25 noyabr 2021-ci il tarixli xəstəlik tarixindən Çıxarışla (Epikrizlə) - Məhkum1 20 noyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək Lənkəran RMX-da “Ü.İ.X. Gərginlik stekordiyası. İİ f.s. kronar damarların ateroklerası. Ar terial hipertoniya İİİ dərəcə. Əlavə risk İİ. Şəkərli diabet tip İİ. Ağır forma, Dekonpensə mərhələsi” diaqonozları ilə stasionar müalicədə olunması göstərilir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik M.Cavadzadə adına Respublika X3n verilmiş 24 dekabr 2021-ci il tarixli xəstəlik tarixindən Çıxarışla Məhkum1 16 dekabr 2021-ci il tarixdən 24 dekabr 2021-ci il tarixədək xəstəxanada “Sol böyrəyin və sidik axarının daşları. Soltərəfli ureterohidronefroz. Şəkərli diabet tip İİ. Hipertoniya İİ mərhələ” diaqnozu ilə stasionar müalicədə olunması göstərilir və dəfələrlə sidikliyin törəməsindən əməliyyat olunduğundan ona Milli Onkoloji Mərkəzinə müraciət etməsi məsləhət görülür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzindən verilmiş 13 yanvar 2022-ci il tari xli xəstəlik tarixindən Çıxarışla (Epikrizlə) Məhkum1 24 dekabr 2021-ci il tarixdən 13 yanvar 2022-ci il tarixədək MOM-də stasionar müalicədə olmaqla sidik kisəsində 28 dekabr 2021-ci il tarixdə cərrahi əməliyyat apırılmış, o cümlədən 23 dekabr 2010, 10 fevral 2011, 08 avqust 2012 və 08 yanvar 2016-cı il tarixlərdə üzərində “TUR sidik kisəsi” cərrahi əməliyyatlar olunmuşdur. Bundan başqa 1993 və 2000-ci illərdə Akademik M.Cavadzadə adına X3 sidik kisəsi xərçəngi ilə bağlı cərrahi əməliyyat olunmuşdur. Hal-hazırda residiv qeyd olunduğu üçün MOM-də müalicəyə qəbul olunması göstərilir.
32. Qeyd edilən sənədlərin təhlili göstərir ki, onlar müxtəlif tibb müəssisələri tərəfindən verilmişdir, təqdim edilən məlumatlar Məhkum1 30 il dövr ərzində səhiyətində baş verən fərqli mənşəli və nəticəli dəyi şiklərə aiddir. Məhkəmə kollegiyasının fikrincə, bu məlumatlar əsasında məhkumun hazırki sağlamlıq vəziyyətinin nə dərəcədə ağır olmasının, əgər sağlamlığında həqiqətən də ciddi fəsadlar mövcuddursa, ağırlığına görə belə vəziyyətin müstəsna hal kimi qiymətləndirilməsinə əsas verməsinin müəyyən edilməsi kifayət qədər çətinlik yaradan və xüsusi peşəkar bilik tələb edən məsələdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə heç bir addım atmamış, istinad etdiyi tibbi sənədlərdə qeyd edilən məlumatarın bir hissəsini əks edib nəzərə almaqla kifayətlənmışdır.
33. Bu məqamda məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı c inayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
34. Həmin Məcəllənin Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində nəzərdə tutulmuş norma hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.
35. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
36. Həm in Məcəllənin 264.1 və 254.2-ci maddələrində isə təsbit edilmişdir ki, elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə ekspertiza aparılır. Cinayət prosesinin iştirakçılarının xüsusi biliklərə malik olması cinayət təqibi orqanını müvafiq hallarda ekspertizanın təyin edilməsi zərurətindən azad etmir.
37. Cinayət-Prosessual Məcəlləsinin istinad edilən maddələrinin tələblərini əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan müxtəlif tibb müəssisələri tərəfindən verilmiş sənədlər əsasında, zərurət olduqda isə Məhkum1 əlavə müayinəsi keçirilməklə mütəxəssis həkim rəyinin və ya məhkəmə tibbi ekspertiza rəyinin alınması, həmin sənəd lər üzrə obyektiv və dolğun nəticənin əldə edilməsi, yarana biləcək hər hansı şübhənin istisna edilməsini mümkün edə bilər.
38. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edildiyi kimi, “Məhkum1 vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlığa görə qeyriləri vasitəsilə özü və üçü ncü şəxs üçün birbaşa yolla maddi neməti vahid niyyətlə rüşvət qismində istəməklə almaql, vahid niyyətlə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırmaqla, vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursuna vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməklə, vahid niyyətlə istifadə etmək məqsədilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq hazırlamaqla, bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etməklə dövlətin mənafeyi əleyhinə olan cinayət törətməklə yanaşı dövlətin nüfuzuna da əhəmiyyətli zərər vurmuşdur.”
39. Bu xüsusatların fonunda səthi yanaşmanın nəticəsi olaraq mövcud səhiyyətinin onun cəzasını yüngülləşdirən müstəsna hallar kimi qiymətləndirməklə apellyasiya instansiyası məhkəməsinin heç bir araşdırma aparmadan Məhkum1 təyin edilə biləcək Azərbaycan Respublikası CM-nin 294.3 və 311.2-ci maddəsinin sanksiyasının aşağı həddindən az cəza təyin etməsi nə Cinayət Məcəlləsinin 62-ci, nə də ki 58.3-cü maddələri ilə uzlaşan nəticə kimi qiymətləndirilə bilməz.
40. Qeyd olunanlar kassasiya protestinin əsaslı olduğuna, baxılan işdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət və Cinayət-Prosessual Məcəllələrinin yuxarıda göstərilən maddələrinin tələblərinin pozulmasına, nəticə etibarı ilə Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (yuxarıda qeyd olunan məsələnin araşdırılması məqsədilə apellyasiya baxışının təkrarlanmasını) tələb edən hala yol verildiyinə dəlalət edir.
41. Məhkum1 müdafiəçisi M üdafiəçi3 kassasiya şikayətində irəli sürdüyü, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi ilə bağlı xahişinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, dövlət ittihamçısının kassasiya protesti əsasında hazırkı cinayət işinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən artıq bu məsələyə aid hüquqi mövqe bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarı instansiya məhkəməsinin eyni məsələyə aid verdiyi nəticəsi üzrə yenidən qərar qəbul edilməsi lüzumsuzdur, bu səbəbdən kassasiya şikayəti əsassız olduğuna görə təmin edilməməlidir.
42. Müdafiəçi5 kassasiya şikayətində qaldırdığı, Məhkum2 cinayətin törədilməsində təqsirinin olmadığına dair iddiasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
43. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
44. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsi nin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, tə qsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
46. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum2 əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
47. Belə ki, apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələn dirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar istinad edilən maddi və prosessual cinayəthüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5,311.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsinin təsdiqi məhkəmədə tədqiq olunmuş sübutlarla şahidlər Şahid1, Şahid6, Şahid7, Şahid9, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, o cümələdən məhkəmə-xəttşünaslıq eksperitzanın rəyi, habelə digər Məhkum1 ibtidai istintaq zamanı verdiyi ifadəsi, eləcə də cinayət işinin materiallarında olan di gər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum2 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 32.5,311.2-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respubl ikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
49. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum2 cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
50. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərə findən verilmiş kassasiya şikayəti, Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-229/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin olunmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı Əsədov X15 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 1(106)-229/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.