Məhkəmə qərarları › İş №1(102)-1647/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1647/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1647/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Həsənov Musa Qulamhüseyn oğlunun iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi M.Q.Həsənov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Şükürova Ülviyyə Sahib qızı) Məhkum, xx xxxxx 2002-ci il tarixdə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Masallı Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökm ü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Masallı rayonunun Köhnə Alvadı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CMin 66.5-ci maddəsinə əsasən həmin cəza Masallı Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsi nə əsasən isə onun məhkəməyədək icraat zamanı 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək, yəni 2 (iki) gün həbsdə saxlanıldığı müddətin 1 (bir) günü 2 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 4 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, məhkumun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və sonuncunun üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən evi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzanın icrası isə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Zərərçəkmiş şəxs manatla olan pul vəsaitinin ABŞ dollarına konvertasiya etmə limiti bitdiyi üçün 17025 manat nağd pulu müvafiq bankda mübadilə edərək 10.000 ABŞ dolları ilə əvəzləşdirməklə qaytarılması barədə xahişini eşitdikdən sonra, o, həmin pul məbləğini tanışları Təqsirləndirilən şəxs və X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirmək məqsədilə, bu barədə adları qeyd edilən şəxslərlə görüşüb, Təqsirləndirilən şəxs pul mübadiləsini aparacaq şəxs kimi Zərərçəkmiş şəxs təqdim edəcəyi, özünün və X3nin isə bankın kənarında gözləyəcəyi, Təq sirləndirilən şəxs həmin pulu ələ keçirdikdən sonra fürsət olan kimi ona verəcəyi, daha sonra əldə edilmiş pul vəsaitlərinin aralarında bölüşdürəcəkləri barədə sövdələşərək razılaşdıqdan sonra həmin cinayətkar niyyətlərini birgə həyata keçirmək üçün, o, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə tanış edərək sonuncunun pul mübadiləsini həyata keçirəcəyinə dair Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edərək yalandan vəd vermiş, 29 mart 2022-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə görüşüb Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 67 ünvanında yerləşən "Bank Respublika” Bankının "Azneft” filialının inzibati binasının qarşısında, sonuncuya valyuta mübadiləsini etməsi üçün, yəni 10.000 ABŞ dollarını bankdan adına sənədləşdirərək a lması məqsədi ilə 17025 manat nağd pulu vermiş, daha sonra Zərərçəkmiş şəxs avtomobilini park etmək üçün bankın qarşısından bir qədər uzaqlaşdıqda, o, tanışı X3 ilə birlikdə pulu ələ keçirmək üçün sonuncunun idarə etdiyi avtomobil ilə həmin bankın yerləşdiyi ünvan ünvanın yaxınlığına gəlib gözləmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pul ilə bank binasına daxil olduqdan sonra o, Təqsirləndirilən şəxs arxası ilə gedib həmin banka daxil olmuş, orada Zərərçəkmiş şəxs olmamasından istifadə edib Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 17025 manat nağd pulu alıb uzaqlaşaraq əldə etdiyi pulu daha sonra Təqsirləndirilən şəxs və X3 ilə öz aralarında bölüşdürüb, verdiyi vədə əməl etməyib atmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ümumilikdə 17025 manat məbl əğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir Səbail Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Şahmarov Müslüm Əsgər oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 20 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirilərək sonuncuya CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5ci maddəsinə əsasən bu cəza Masallı Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş cəza ilə, CM-in 68.1.1-1-ci maddəsinin tələbinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla qismən toplanılmış və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. CM-in 69.3-cu maddəsinə əsasən Məhkum ona Masallı Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 11 oktyabr 2022-ci il tarixdən 20 sentyabr 2023-cü il tarixədək çəkilmiş 11 (on bir) ay 9 (doqquz) gün azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 5 (beş) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, hə m bu müddət, həm də məhkəməyədək icraat zamanı 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, məhkumun üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi M.Q.Həsənov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın təyin olunması haqqında qərarın qəbul edilməsini xahiş xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cəza təyin etmənin prinsipləri, şərtləri, qaydaları və cəzanın məqsədi təsbit edilmiş CM-in müvafiq maddələrinə, Məhkum barəsin də qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi M.Q.Həsənov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cəza təyin edərkən göstərdiyi arqumentlərə səthi yanaşmış, həmin məhkəmənin təyin etdiyi cəza ilə razılaşmamış və təyin edilmiş cəzanı əsassız olaraq ağırlaşdırmış, bu zaman isə hüquqlarını müdafiə etdiyi şəxsin səmimi etirafını, onun peşmançılığını, zərərin tamamilə ödənilməsini nəzərə almamış, ona qarşı qərəzli davranmaqla ittihamçı kimi çıxış etmişdir. Belə yanaşmasının təzahürü olaraq, məhkəmə protestdə göstərilən dəlilləri eyniylə öz qərarına köçürməklə ədalətsiz və humanizmdən uzaq qərar qəbul etmişdir. Halbuki, məhkəmə cinayət işinə prosessual qanunvericiliyə müvafiq surətdə müəyyən edilmiş hüq uqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cəza təyin edərkən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə isə cinayət qanunvericiliyinin qeyd olunan göstərişlərinə əməl etməmiş və ittiham tərəfi ilə eyni mövqe sərgiləməklə Məhkum əsassız olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Daha sonra kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxsin səmimi peşmançılığı ilə yanaşı onun zərərçəkmişlə barışıq əldə etməsini, törətdiyi əməl nəticəsində vurduğu ziyanı tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək kifayət qədər nəzərə almış, məhkəmə baxışı zamanı davranışlarında, verdiyi səmimi, etirafedici ifadədə və əməlinin nəticələrini aradan qaldırmaq üçün çalışmasında ifadə olunan peşmançılığı görmüş və onun peşmançılığına da cəzanı yüngülləşdirən hal kimi əsaslanmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq bu nəticələrlə razılaşmamış və hökmdən verilmiş apellyasiya protestinin dəlilləri ilə razılaşıb ədalətsiz və qeyri-humanist qərar qəbul etmişdir. Halbuki, vurduğu ziyanı tamamilə ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmiş Məhkum həmin ziyanın iyirmi beş faizi məbləğdə ödəniş etsə idi, CM-in 73-1.2-ci maddəsinə əsasən, onun barəsində cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar çıx arılmış olardı. Lakin, Məhkum dövlət büdcəsinə ödəniş etmək üçün maddi imkanı olmadığına görə, o bu ödənişi edə bilməmiş və buna görə də məsuliyyətdən azad olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd olunan bu halları nəzərə almamış, ittiham tərəfinin verdiyi əsassız apellyasiya protestini təmin edərək əsassız, qanunsuz və ədalətsiz qərar qəbul etməklə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş və Məhkum həddindən artıq ağır cəza təyin etmişdir. Müdafiəçi M.Q.Həsənov həmçinin qeyd etmişdir ki, Məhkum atasını uşaq yaşlarında itirmiş və anası X4 ilə birlikdə yaşayır, fəhləlik edərək anasına baxır. Hazırda isə anası tək yaşayır və acınacaqlı vəziyyətdədir. Odur ki, şikayət müəllifi qeyd olunanları nəzərə alaraq, onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi M.Q.Həsənovun rəylərini dinləyərək və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə Zərərçəkmiş şəxs və Məhkum iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı mə hkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi M.Q.Həsənov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək onun barəsində azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-in 416.1.21ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi M.Q.Həsənovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın b aş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməs i və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası kassasiya müraciətinə cavab verilməsi üçün vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquql arını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, habelə bu və ya digər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi, onlara vurulmuş zərərin ödənilməsi üçün cinayət təqibini aparan orqanlar və məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də nəzərdə tutur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kol legiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, müdafiəçi M.Q.Həsənov öz şikayətində Məhkum barəsindəki cinayət işi üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmir və apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyini ilə bağlı onun barəsində qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası Məhkum təqsirliliyi, əməlinin hüquqi tövsifi barədə məsələlərin müzakirə edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar vurğulamağı lazım bilir ki, məhkəmə hər hansı şəxs in haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsi rə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçıl ıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəl ilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilm əsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə C M-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab ed ilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 349.5-ci maddəsinin tələblərinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azər baycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Resp ublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunv ericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsir karın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndir ilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkre t halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7 -ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası yuxarıda təsvir edilən maddi və prosessual hüquq normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarındakı izah və tövsiyələrdən çıxış edərək kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən edilmiş aşağıdakı hallara müraciət etməyi zəruri sayır. Hazırki iş üzrə məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmündə və bu hökmün Məhkum cinayət əməlinin tövsifi ilə bağlı hissədə dəyişdirilmədən qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarın da) araşdırılmış sübutlar ətraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür və CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq qeyd edir ki, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada məns ubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən Məhkum əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun törətdiyi həmin əməli CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkumun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığ ın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi Məhkum barəsində hökm çıxararkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş zərəri ödəməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi, habelə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almaqla ona azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmiş, lakin iş üzrə kassasiya qaydasında mübahisələndirilən qərardan görünür ki, apellyasiya instansiyası məhkəməsi bununla razılaşmamış və belə qənaətə gəlmişdir ki, bu cəza həm Məhkum törətdiyi əməlin xarakterinə, həm də onun şəxsiyyətinə, o cümlədə n həyat tərzinə uyğun olmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq öz qənaətini onunla əsaslandırmışdır ki, Məhkum cinayət törətməyə meyilli şəxs olmaqla hazırki iş üzrə müəyyən edilmiş cinayət törətdikdən sonra 2 avqust 2022-ci il tarixdə psixotrop maddə olan 0,261 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz əldə edərək saxlamış və daşımış və bu əməlinə görə Masallı Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmış, onun barəsində baxılan iş üzrə hökm çıxarılarkən isə bu hal ona qəti cəzanın CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin edilməsi üçün əsaslar yaratmışdır. Masallı Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tar ixli hökmündən isə görünür ki, Məhkum nəinki psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş, həmçinin o, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, metamfetamindən suiistifadə etməsi nəticəsində narkomaniya xəstəliyinə duçar olmuş və onun toksikomaniyadan məcburi müalicəyə ehtiyacı var, həmin məhkəmə tərəfindən də bu rəy nəzərə alınaraq ona narkomaniyadan məcburi müalicə təyin edilmiş, habelə ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi qərara alınmışdır. Bununla yanaşı, apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun səmimi peşmanlığını cəzanı yüngülləşdirən hal kimi nəzərə aldığını göstərsə də, bu hal da cinayət işi üzrə toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, iş materiall arına görə, ibtidai araşdırma zamanı Məhkum barəsində “polisin nəzarətinə vermə” növündə qətimkan tədbiri seçilmiş, lakin o, nəinki bu qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayınmış, həm də hazırki iş üzrə hökm çıxarılana qədər qeydiyyatda olduğu ərazidə - Masallı rayonunda başqa cinayət də törətmişdir. Məhkəmə kollegiyasının fikrincə, bu hallar heç də onun hazırki iş üzrə törətdiyinə görə təqsirli bilindiyi əməlindən heç də səmimi peşmançılıq çəkməsinə dəlalət etmir. Bundan başqa, məhkəmə kollegiyası ona da diqqət yetirməyi zəruri bilir ki, birinci instansiya məhkəməsi Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxsla barışıq əldə etməsi ilə yanaşı sonuncuya vurulmuş ziyanı ödəməsini də cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bu qənaəti üzrə kifayət qədər lazımi araşdırma aparmamı ş və gəldiyi nəticəni əsaslandırmamışdır. Belə ki, cinayət işi üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara əsasən, Məhkum Zərərçəkmiş şəxs qarşı dələduzluq əməlini törədərək sonuncunun 17.025 manat məbləğində pulunu ələ keçirdikdən sonra həmin puldan 600 manatını hazırki iş üzrə eyni əməli törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs vermiş, pulun qalan hissəsinə isə özü istədiyi kimi sərəncam vermişdir. Daha sonra elə Məhkum özünün ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs vurulmuş ziyan onun və Təqsirləndirilən şəxs valideynləri tərəfindən birlikdə ödənilmiş, lakin həmin ziyanın hansı hissəsini onun valideynləri tərəfindən ödənilməsini bilmir, birinci instansiya məhkəməsi də bu halı sonacan araşdırmamış və yalnız zərərçəkmiş şəxsin ona vurulmu ş ziyanın həm Məhkum, həm də Təqsirləndirilən şəxs tərəfindən tam ödənilməsi barədə ərizənin alınması ilə kifayətlənmişdir. Təqsirləndirilən şəxs isə vurduğu ziyanı ödəməklə yanaşı ona çatan 600 manat məbləğində pulun 25%-ni dövlət büdcəsinə ödədiyinə görə birinci instansiya məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı ilə CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə onun barəsindəki cinayət təqibi üzrə icraata xitam verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən CM-in 59.1.13-cü (vurulmuş ziyanın tam ödənilməsi), yaxud CM-in 59.1.14-cü (vurulmuş ziyanın qismən ödənilməsi) maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallardan hansının nəzərə alınması həmin məhkəmənin 14 iyu n 2023-cü il tarixli hökmündən görünmür. Bütün təsvir edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə uyğun hesab edərkən sonuncunun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən və işin digər hallarını kifayət nəzərə almaqla qanuni və obyektiv qərar qəbul etmiş və onun qəti olaraq təyin olunmuş cəzanı real çəkməli olması və yalnız bu halda cəzanın məqsədlərinə nail oluna bilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda təsbit edilmiş qanunvericiliyinin normalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar larında əksini tapmış izah və tövsiyələrdən, habelə dələduzluq cinayətlərinə görə cəza təyin etmə sahəsində formalaşmış məhkəmə təcrübəsindən çıxış edən məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş cəzanın qanunsuz və ədalətsiz hesab edilməsi üçün əsaslar görmür və belə qənaətə gəlir ki, bu məsələni həll edən apellyasiya instansiyası məhkəməsi cəza təyin etmənin ümumi prinsiplərini, şərtlərini və qaydalarını, digər tərəfdən isə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın təyin edilməsinə təsir edən bütün halları (yuxarıda göstərilən) kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri bilir ki, məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməli olması mə sələsi o, halda nəzərdən keçirilə bilər ki, cəza təyin edən məhkəmə həmin məsələnin həlli zamanı müvafiq sübutlarla təsdiq olunmuş hər hansı cəzanı yüngülləşdirən halı və ya halları nəzərə almasın, yaxud da əsassız, CM-in 61.2-ci maddəsinin tələblərinə zidd olaraq CM-in 61.1-ci maddəsində göstərilməmiş hər hansı halı cəzanı ağırlaşdıran hal kimi nəzər almış olsun. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən qərarından həmin məhkəmənin belə hallara yol verməsi müəyyən edilmir və kassasiya müraciətinin müəllifi də iş üzrə toplanmış sübutlarla təsdiq olunan, lakin məhkəmənin nəzərə almadığı cəzanı yüngülləşdirən hər hansı hala istinad etməmişdir. Halbuki, prosessual qanunvericiliyinin tələblərinə əsasən, cinayət prosesi iştirakçısının, o cümlə dən müdafiə tərəfinin irəli sürdüyü tələblərin arxasında onun özünün məhkəməyə təqdim etdiyi sübutlar durmalıdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntunu müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi haqda məhkumun müdafiəçisi M.Q.Həsənovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sent yabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar