Məhkəmə qərarları › İş №1(102)-1648/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1648/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1648/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 1931.3.1, 193-1.3.2, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)-90/2022 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 1(103)-90/2022 nömrəli qərarından Məhkum müdafiəçisi tərəfiindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 avqust 2021-ci il tarixli, 1(101)-394/2021 nömrəli hökmü ilə (hakim X25 Ağa oğlunun sədrliyi, hakimlər X11 və X4 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29, 202.1, 202.1, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 272.2.1, 29, 272.2.2, 272.2.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1, 193- 1.3.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 271.2.1, 29, 271.2.2, 271.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məs ul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 272.2.1, 29, 272.2.2, 272.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddiməsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum həmin maddələri ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum 03 (üç) il müddətə dövlə t və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 02 iyun 2020-ci il tarixdən hesablanması, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmişdir.

2. Hökmlə həmçinin, digər məhkum edilmiş şəxslərin təqsirlilik məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

3. Həmin hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin pr okuroru Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti, məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi5, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi7 və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi8 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 1(103)-90/2022 nömrəli hökmü ilə (hakimlər X14 (sədrlik edən və məruzəçi), X12 və X2 ibarət tərkibdə) Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi7 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 29, 177.3.1 və 177.3.1-ci maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 29, 271.2.1, 29, 271.2.2 və 271.2.2-ci maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum həmin maddələrlə cəza təyin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.1, 177.3.1, 193-1.3.1, 193-1.3.2, 29,271.2.1, 29,271.2.2 və 271.2.2-ci maddələri ilə təyin olunan əsas və əlavə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhku m cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, elan olunmuş ittiham üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,272.2.1, 29,272.2.2 və 272.2.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən Cinayət Məcəlləsinin 29,272.2.1, 29,272.2.2 və 272.2.2-ci maddələri ilə ona bəraət verilməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 02 iyun 2020-ci il tarixdən hesablanması, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmiş, hökmlə həmçinin digər məhkumların da təqsirliliyi məsələsi də həll edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 1(103)-90/2022 nömrəli hökmündən apellyasiya icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi8 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X6 ibarət tərkibdə) 27 iyul 2022-cü il tarixli, 1(102)-1007/2022 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi8 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, kassasiya protestinin təmin edilməsi, Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Təqsirləndirilən şəxs1, Məhkum, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində olan 28 yanvar 2022-ci il tarixli hökmünün kassasiya protestinə münasibətdə ləğv edilməsi və cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(103)-1888/2022 nömrəli hökmü ilə (hakimlər Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, X9 və X3 ibarət tərkibdə) Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdaf iəçi5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi7 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 193-1.3.1, 1931.3.2, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 29, 177.3.1 və 177.3.1-ci maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadl ıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 29, 271.2.1, 29, 271.2.2 və 271.2.2-ci maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum həmin maddələrlə cəza təyin edilməməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.3.1, 177.3.1, 1931.3.1, 193-1.3.2, 29,271.2.1, 29,271.2.2 və 271.2.2-ci maddələri ilə təyin olunan əsas və əlavə cəzaların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu i lə və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, elan olunmuş ittiham üzrə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,272.2.1, 29,272.2.2 və 272.2.2-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən Cinayət Məcəlləsinin 29,272.2.1, 29,272.2.2 və 272.2.2ci maddələri ilə ona bəraət verilməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 02 iyun 2020-ci il tarixdən hesablanması, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmişdir. H ökmlə həmçinin digər məhkumların da təqsirliliyi məsələsi də həll edilmişdir.

8. Cinayət işi materiallarından müəyyən edilir ki, bundan sonra məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi5 Bakı Apellyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 1(103)-90/2022 nömrəli hökmündən kassasiya şikayəti vermişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 1(103)-90/2022 nömrəli qərarı ilə (hakimlər X14 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə) Məhkum və qeyrilərinin barələrində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 1(103)-90/2022 nömrəli qərarında n Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. İİ. Hüquqi məsələlər

11. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 412.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir.

12. Həmin Məcəllənin 412.5-ci maddəsinə əsasən hüququ olmayan şəxslər tərəfindən və ya şifahi şəkildə ifadə edilmiş kassasiya şikayəti və ya kassasiya protesti qəbul edilə bilməz.

13. Cinayət işi materiallarından müəyyən edilir ki, apellyasiya məhkəməsi müdafiəçinin kassasiya şikayətinin mümükünlüyü məsələsini araşdıraraq Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir.

14. Apellyasiya məhkəməsi kassasiya şikayətinin geri qaytarılması barədə qərarını o nunla əsaslandırmışdır ki, kassasiya şikayətində mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmü Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ləğv edilmiş, qeyd olunan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsini tərəfindən yeni hökm qəbul edilmiş, beləliklə Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətində istinad edilən Bakı Apellyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 1(103)-90/2022 saylı hökmü mövcud olmamışdır.

15. Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinin kassasiya şikayətinin və ya kassasiya protestinin məzmununa dair tələblərini özündə ehtivan edən 413.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protestində hökmün və ya qərarın tarixi, qısa məzmunu və kassasiya şikayəti ni və ya kassasiya protestini verən şəxsin mülahizəsinə görə, onun qanunsuzluğunun, əsassızlılığının və ya ədalətsizliyinin nədən ibarət olması öz əksini tapmalıdır.

16. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin sözügedən nəticəsi ilə razılaşır və qeyd edir ki, müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri qismində qanunsuz və əsassız olduğu idda edilən apellyasiya instansiya məhkəməsinin qərarının hüquqi qüvvəsi mövcud deyildir. Bu səbəbdən, apellyasiya məhkəməsinin kassasiya şikayətinin geri qaytarılması barədə qərarı qanuni və ədalətli olmuşdur.

17. Odur ki, göstərilənləri yekunlaşdıraraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 1(103)-90/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.3cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.1, 177.3.1, 1931.3.1, 193-1.3.2, 29, 271.2.1, 29, 271.2.2, 271.2.2, 29, 202.1, 202.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)-90/2022 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 1(103)-90/2022 nömrəli qərarı Məhkum müdafiəçisi tərəfiindən verilmiş kassasiya şikayə tinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar