Məhkəmə qərarları › İş №1(102)-1649/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1649/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1649/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs1 Rüstəm oğlunun, nümayəndəsi Nümayəndə2, Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə1 və Məhkum müdafiəçisi X8 iştirakı ilə, Bakı Ağır Cinayətlə r Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması, ona həmin Məcəllənin 178.3.2 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, X17 və X6 ibarət tərkibdə) 20 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1962-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyə n, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 02 (iki) il dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma hüquqlarından məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablanmış, barəsind ə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməmişdir. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialar qismən təmin olunmuş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddilar qismən təmin edilmiş, Məhkum 56,513 (əlli altı min beş yüz on üç) manat alınaraq Zərərçəkmiş şəxs2, 202,126 (iki yüz iki min yüz iyirmi altı) manat Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, X14 və X5 ibarət tərkibdə) 29 aprel 2022-ci il tarixli qərarı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Rüstəm oğlu, Məhku m müdafiəçisi Müdafiəçi1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və müdafiəçisi-nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamışdır. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməməsi nəzərə alınmaqla, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə də cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə də təqsirli bilinərək ona cəza təyin edilməmişdir. Məhkum Zərərçəkmiş şəxs2 xeyli miqdarda- 16513 manat məbləğində maddi ziyan vurduğuna görə onun törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməklə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona 4 (dörd) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə Məhkum 46,326 (qırx altı min üç yüz iyirmi altı) manat alınaraq Zərərçəkmiş şəxs2, 214,258 (iki yüz on dörd min iki yüz əlli səkkiz) manat Zərərçəkmiş şəxs1 ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs Məhkum yaşadığı ünvan 2 ünvanındakı fərdi yaşayış evinin həyətyanı sahəsində saxlanılan 2 ədəd 550 mm, 2 ədəd 300 mm diametr ö lçülü (cəmi 4 ədəd) ”Turan Makina” markalı qaynaq aparatları, 2 ədəd 1200 cərəyanlıq generator, 6 ədəd "Palme” markalı sıxışdırıcı (trampovka) və 1 ədəd ”Belarus” markalı traktor saxlanması üçün Məhkum təhvil verildiyindən, Məhkum verilmiş hesab edilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimləri X1 (sədrlik edən), X11 və X3 ibarət tərkibdə) 21 fevral 2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 Rüstəm oğlu və onun nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2000-cil il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Apellyasiya məhkəməsinin hakimi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui- istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək üçün yaxın münasibətləri olan qohumu Zərərçəkmiş şəxs1 Bakı şəhəri ərazisində torpaq sahəsi almaq istədiyini və bunun üçün 13.400 ABŞ dollan (həm in dövrün məzənnəsi ilə İ2.132 manat) məbləğində pulunun olmasını öyrəndikdən sonra, həmin pulu ələ keçirmək məqsədilə 2000-ci ilin sentyabr ayında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs1la əlaqə saxlayaraq, sonuncuya qanuni əsaslarla tam mülkiyyət hüququ təsbit olunmuş torpaq sahəsi alacağına dair yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özünə və vəzifəsinə olan inamdan və qohumluq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 28 sentyabr 2000-ci il tarixdə həmin vaxt yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs1la görüşüb torpaq sahəsinin alınması üçün razılaşdırılan məbləği, yəni həmin dövrün məzənnəsi ilə 12.132 manat ekvivalentində 13.400 ABŞ doll arı məbləğində nağd pul vəsaitini sonuncudan almış, 2003cü ildə istintaqla müəyyən edilməyən gündə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Zərərçəkmiş şəxs1 özünə qarşı olan inamını möhkəmləndirmək məqsədilə sonuncu ilə birlikdə Bakı şəhəri Xətai rayonu Şahin Səmədov küçəsinə gəlib orada sahibi bilinməyən 7 sot torpaq sahəsi olan boş ərazini göstərib guya həmin torpaq sahəsini tam mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs1 adına aldığını bildirərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus həmin dövrün məzənnəsi ilə 12.132 manat ekvivalentində 13.400 ABŞ dolları məbləğində pulunu ələ keçirərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qull uq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədilə öz cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs1 2006-cı ilin noyabr ayının sonlarında Bakı şəhərinin Novxanı, Mərdəkan və ya Bilgəh qəsəbələrindən birində dənizkənarı ərazidə torpaq sahəsi almaq istədiyini, bunun üçün 100.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 87.260 manat) məbləğində pulunun, hətta həmin məbləğdən daha da artıq pulunun olmasını dəqiqləşdirdikdən sonra, həmin pulu ələ keçirmək məqsədilə, qeyd olunan ərəfədə Türkiyə Respublikasında yaşayan Zərərçəkmiş şəxs1la istintaqla müəyyən edilməyən şəraitdə telefon əlaqəsi saxlayaraq sonuncu üçün Bakı şəhərinin ən gözəl sanatoriya yerlərindən birində, dəniz kənarında 12.000 k vadrat metrlik torpaq sahəsi tapdığını, həmin torpağın ümumi dəyərinin 500.000 ABŞ dolları təşkil etməsinə baxmayaraq tutduğu hakim vəzifəsinə görə 240.000 ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 209.424 manat) ala biləcəyini, 100.000 ABŞ dollarının ilkin olaraq nağd qaydada verilib, qalan məbləğin isə növbəti vaxtlarda hissəhissə ödənilməsinin mümkün olduğunu bildirməklə yalan vəd verib, Zərərçəkmiş şəxs1 aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və qohumluq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək torpaq sahəsinin alınacağı adı ilə 2006-cı ilin noyabr ayının sonlarında həmin vaxt yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 arvadı Şahid1 həmi n dövrün məzənnəsi ilə 87.260 manat ekvivalentində 100.000 ABŞ dolları, eyni niyyətlə 2007-ci ilin mart ayında istintaqla müəyyən edilməyən gündə öz qayını və sürücüsü, cinayətdən xəbərsiz olan Şahid5 vasitəsilə Zərərçəkmiş şəxs1 qardaşı Şahid3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozu, Südçülük qəsəbəsindəki fərdi yaşayış evində həmin dövrün məzənnəsi ilə 65.085 manat ekvivalentində 75.000 ABŞ dolları, 2007-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid6 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən dəmir yolu xəttinin yaxınlığında həmin dövrün məzənnəsi ilə 22.245 manat ekvivalentində 25.000 ABŞ dolları məbləğində pulu əldə etdikdən sonra, eyni niyyətlə, Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2008-ci il tarixli, 2769 nömrəli Sərəncamı i lə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə baxmayaraq bunu Zərərçəkmiş şəxs1 gizlədib özbaşına özünü vəzifəli şəxs, yəni Suraxanı rayon məhkəməsinin sədri kimi təqdim edərək sonuncu dəfə 2008-ci ilin oktyabr ayının sonlarında ünvan 4 ünvanında yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid7 həmin dövrün məzənnəsi ilə 27.536 manat ekvivalentində 34.000 ABŞ dolları məbləğində olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə 202.126 manat ekvivalentində 234.000 ABŞ dolları məbləğində nağd pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, sonuncuya külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin-Suraxanı rayon məhkəməsinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa o, öz cinayətkar əməllərini davam etdirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 Ucar və Kürdəmir rayonlarında qaz, İsmayıllı rayonunda isə su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı gördüyü işlərlə əlaqədar yaxşı qazanc olduğunu, sərmayə yatırdığı halda işin yekununda əldə ediləcək qazancdan guya ona da pay verə biləcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçir mək məqsədilə özünə olan inamdan və tanışlıq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2012-ci ilin may ayının əvvəllərindən həmin ilin iyun ayının əvvəllərinədək olan müddət ərzində istintaqla müəyyən edilməyən gündə Bakı şəhərində yerləşən istintaqla müəyyən edilməyən bankdan həmin dövrün məzənnəsi ilə 15.716 manat ekvivalentində 20.000 ABŞ dolları məbləğində pulu, 2012-ci ilin iyun ayının ortalarında isə istintaqla müəyyən edilməyən gündə Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Pervouralskiy şəhərində yerləşən istintaqla müəyyən edilməyən bankdan həmin dövrün məzənnəsi ilə 1.571 manat ekvivalentində 2.000 ABŞ dolları məbləğində pulu Bakı şəhərində yerləşən istintaqla müəyyən edilməyən bankda olan öz hesabına köçürülməsi yolu ilə, daha sonra eyni n iyyətlə 2012-ci ilin avqust ayının əvvəllindən həmin ilin sentyabr ayının sonunadək olan müddət ərzində, müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla Bakı şəhəri, Səbail rayonu, S.Vurğun adına parkın yaxınlığında yerləşən, “Atra Bank”ın Nəsimi rayon filialının 6 saylı valyuta dəyişmə məntəqəsində xəzinədar işləyən Şahid19 hissəhissə ümumilikdə həmin dövrün məzənnəsi ilə 22.526 manat ekvivalentində 28.000 ABŞ dolları məbləğində pulu şəxsən və tanışı Şahid20 vasitəsilə almaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə 39.813 manat ekvivalentində 50.000 ABŞ dolları məbləğində nağd pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, öz cinayətkar əməllərini davam etdi rərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 Gəncə şəhərində su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı gördüyü işlərlə əlaqədar yaxşı qazanc olduğunu, sərmayə yatırdığı halda işin yekununda əldə ediləcək qazancdan guya ona da pay verə biləcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və tanışlıq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək Abşeron rayonu, Saray qəsəbəsi, “Bolmart” mağazasının qarşısında Zərərçəkmiş şəxs2 qardaşı Şahid21 9 aprel 2017-ci ildə həmin dövrün məzənnəsi ilə 5.109 manat ekvivalentində 3.000 ABŞ dolları, 24 aprel 2017-ci ildə həmin dövrün məzənnəsi ilə 3.404 manat ekvivalentində 2.000 ABŞ dolları, 2017-ci ilin may ayında müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla Gəncə şəhərində Zərərçəkmiş şəxs2 qayını Şahid23 ümumilikdə həmin dövrün məzənnəsi ilə 6.809 manat ekvivalentində 4.000 ABŞ dolları, 30 may 2017-ci ildə Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar məhəlləsində işçisi Şahid24 həmin dövrün məzənnəsi ilə 1.191 manat ekvivalentində 700 ABŞ dolları məbləğində pulu şəxsən və adları qeyd olunan şəxslər vasitəsilə almaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə 16.513 manat ekvivalentində 9.700 ABŞ dolları məbləğində nağd pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Kassasiya şik ayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 178-ci maddələri ilə irəli sürülmüş ittihamın əsassızlığı və absurd olması açıqaşkardır, bunun təsbit edilməsi üçün cinayət işinin materiallarında mövcud sübutlara, zərərçəkmiş kimi tanınmış şəxslərin ziddiyyətli və böhtan xarakterli ifadələrinə və işin faktiki hallarına hüquqi qiymətin verilməsi kifayət edir.Həmin ittihamın məzmunu belə bir qənaətə gəlməyə əsas verir ki, Məhkum istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyətini təsdiq edən sübutların, yəni guya Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Rüstəm oğluna qarşı güya dələduzluq əməllərini törətdiyini təsdiq edə biləcək sənədlərin məcmusu cinayət işinin materiallarında mövcud olmalıdır. Birinci instansiya məhkəməsi Məhkum ədalətli məhkəmə araşdırması (çəkişmə) hüququnu pozmuş, ittihamın tam, hərtərəfli və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli olan halları inkar edən müdafiə tərəfinin şahidlərini məhkəməyə dəvət etməmiş və onların dindirilməsini təmin etməmişdir; ittiham tərəfinin təqdim etdiyi şahidlərin məhkəməyə gəlməsini istisna edən səbəblər olmadığı halda onların ifadələrini elan etmiş, hökmdə onlara istinad etmişdir; məhkəməyə qədər icraat materiallarına əlavə edilmiş və müdafiə tərəfi tərəfindən məhkəməyə təqdim edilmiş ittihamın tam, hərtərəfli və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli olan halları inkar edən sənədləri məhkəmə iclasında elan etməmiş və həmin sənədlərə yekun qərarınd a qiymət verməmişdir; məhkəmə motivləri əsaslandırmadan əlavə cəza təyin etmişdir. Müdafiə tərəfinin sübutları barədə vəsatət məhkəmə tərəfindən təmin edilmədikdən sonra müdafiəçi CPM-nin 92-95-ci maddəsi ilə nəzərdə tutulan hüququndan istifadə edərək Pirşağı bələdiyyəsində 2002-2013-cü illərdə Bələdiyyənin ərazi mülkiyyətinin idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləmiş X4 ərizə almışdır. Həmin ərizənin mətnindən görünür ki, Pirşağı qəsəbəsi, Şahid2 küçəsi “Qızıl Qum” sanatoriyası yaxınlığında yerləşən 10000 kv.m torpaq sahəsi Pirşağı qəsəbə sakini X7 məxsus olmuş və Rasim Məmmədov xx.xx.2007-ci il tarixdə Bələdiyyəyə verdiyi ərizəsi əsasında X9 və Şahid12 ilə hər birinə 5000 kv.m. torpaq sahəsinin icarəyə verilməsi barədə 5 fevral 2007- ci il tarixli 1232 və 1233 №- li müqavilələr bağlanmışdır. Torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Ərizə məhkəməyə təqdim edildikdən sonra müdafiəçi istintaqın təzələnməsi və şahidin dindirilməyə dəvət edilməsi barədə şifahi vəsatət vermiş, vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə hökmündən görünür ki, Məhkum təqsirləndirilməsinin əsası onun tərəfindən Zərərçəkmiş şəxs1 torpaq sahəsinin əldə etməsi və zərərçəkmiş şəxs Azad Rüstəmovun birgə fəaliyyət üçün təqsirləndirilən şəxsə verdikləri pul vəsaitlərinin etibardan sui-istifadə və ya aldatma yolu ilə ələ keçirilməsi olmuşdur. Torpaqdan istifadəyə nəzarətlə bağlı məsələlərdə 2021-ci il müstəvisindən 2000-2006-cı illərdə baş verən icarə münasibətlərinə və onların nəticələrinə qiymət vermək doğru deyildir. Ölkədə 700 mindən artıq, Bakı və ətraf ərazilərdə 400 m ində artıq sənədləşdirilməmiş daşınmaz əmlak tikintisi və torpaqlardan istifadə halları vardır. Bu problemin aradan qaldırılması üçün mütəmadi olaraq qərarlar qəbul edilir və hüquqi çərçivənin imkanları daxilində bu tikililər və torpaq sahələri rəsmiləşdirilir. Cinayət işi materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 19 fevral 2007-ci il tarixdə 49 il müddətinə bağlanmış 2 №-li müqavilədən görünür ki, ünvan 5 ünvanında yerləşən və 400 kvadrat metr sahəsi olan torpaq Əhmədli bələdiyyəsi tərəfindən Şahid17 torpaq sahəsi üzərində abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə rüblük icarə haqqı 12 manat olmaqla icarəyə verilmişdir. Cinayət işinin istintaqı zamanı ünvan 5 ünvanında yerləşən və 400 kvadrat metr sahəsi olan torpaq sahəsinə baxış keçirilmişdir. Ba xış zamanı həmin torpaq sahəsinin mişar daşları ilə hasara alınması, həyətyanı sahəyə olan giriş qapısının açılmamasından ötrü içəri tərəfdən arxasına iki ədəd mişar daşının qoyulması, Məhkum həyətyanı sahəsi ilə baxış keçirilən torpaq sahəsinin mişar daşları ilə hörülmüş arakəsmə divarının bir hissəsinin uçurulması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin torpaqları və əraziləri haqqında” Azərbaycan Respublikası qanunları 1999-cu ildə qəbul olunmasına baxmayaraq, bələdiyyə torpaqların hüdudlarını müəyyən edən və təsdiq edən qanun, yəni “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu yalnız 2009-cu ildə qəbul edilmişdir. Bu o deməkdir ki, 2007-ci ildə Pirşağı bələdiyyəsinin torpaqlarının hüdudları Pirşağı kəndinin ərazisi ilə məhdudlaşırdı və ərazinin xəritələri bələdiyyəyə təqdim edilmədiyi üçün bələdiyyə bütün torpaq sahələrinin haqlı olaraq onun mülkiyyətində olması nəticəsinə gəlmişdi. Odur ki, 2021-ci ildə demək ki, 2007-ci ildə Pirşağı bələdiyyəsi onun mülkiyyətində olmayan torpaq sahəsi ilə icarə müqaviləsi bağlamışdır və o cümlədən bu əsasa görə Məhkum Zərərçəkmiş şəxs1 qarşısında üzərinə götürdüyü və icra etdiyi öhdəliyini mübahisələndirmək hüquqa və məntiqə sığmır. Cinayət işinin materiallarından və məhkəmə baxışı zamanı verilən izahatlardan görünür ki, Zərərçəkmiş şəxs1 hər iki torpaq sahəsinin əldə edilməsi üçün pul verərkən həmin torpaq sahələrinin öz mülkiyyətinə əldə edilməsi ilə bağlı şərti, yəni icarə götürülmüş və ya xüsusi mülkiyyətdə olan torpaq olmasını yalnız Məhkumlə təklikdə müzakirə etmiş və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında bu şərtin müzakirəsinin şahidi yoxdur. Torpaq sahələri bələdiyyələrlə bağlanmış müqavilələr əsasında icarəyə götürülmüşdür. Xətai rayonu ərazisində 7 sot torpaq sahəsi əvəzinə təqsirləndirilən şəxs Məhkum 4 sot torpaq sahəsini təqdim etmişdir. Həmin torpaq sahəsinin bazar qiyməti hazırda 120-160 min manat və ya 70-90 min ABŞ dollarıdır. Odur ki, 4 sot torpaq sahəsinin Zərərçəkmiş şəxs1 ödədiyi pul vəsaiti miqdarına adekvat olduğu nəticəsinə gəlmək mümkündür. Təsvir olunanları nəzərə alaraq, müdafiə tərəfi təqsirləndirilən şəxs Məhkum aid edilən CM-nin 178.3.2-ci maddəsini ilə müəyyən edilən cinayət hadisəs i olmadığına əsasına görə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi Məhkum tərəfindən CM-in 310-cu maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsi nəticəsinə gəlmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cəzadan azad etmişdir. Hökmdən görünür ki, təqsirləndirilən şəxs Məhkum “Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2000-cil il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Apellyasiya məhkəməsinin hakimi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən”, “vəzifəsinə olan inamdan” istifadə edərək, habelə Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2008-ci il tarixli, 2769 nömrəli Sərəncamı ilə hakimlik səlahiyyətlərinə vaxtından əvvə l xitam verilməsinə baxmayaraq bunu Zərərçəkmiş şəxs1 gizlədib özbaşına özünü vəzifəli şəxs, yəni Suraxanı rayon məhkəməsinin sədri kimi təqdim edərək Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmiş və bununla sonuncunun hüquqlarını və qanunla qorunan mənafelərini əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmişdir. Bu cinayəti təsdiq edən heç bir sübut cinayət işinin materiallarında yoxdur. Məhkəmənin gəldiyi nəticə Zərərçəkmiş şəxs1 ibtidai istintaq mərhələsində və məhkəmədə verdiyi ifadələrinə, qohumlarının Zərərçəkmiş şəxs1 eşitdikləri əsasında verdiyi ifadələrə əsaslanır. «Zərərçəkmiş şəxs» Zərərçəkmiş şəxs1 münasibətdə işin halı ondan ibarətdir ki, o, Məhkumlə uzaq qohumdur, 2000-ci ildə 13.400 ABŞ dolları pulu verib torpaq sahəsi alıb guya aldanmış və bundan 6 il sonra yenə də, aldanmaq istəyinə düşüb 2006-cı ilin noyabr ayında 100.000 ABŞ dolları, 2007-ci ilin mart ayında 75.000 ABŞ dolları, 2007-ci ilin iyun ayında 25.000 ABŞ dolları və 2008-ci ilin oktyabr ayında da 34.000 ABŞ dolları verməklə ümumilikdə 234.000 ABŞ dolları verməklə Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən 10000 kv.m sahəsi olan torpaq sahəsini almış, pulların hamısını guya bilavasitə Məhkum vermiş və Məhkum bunu hakim vəzifəsindən sui-istifadə etməklə törətmişdir. Məhkum Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixdən xx.xx.2007ci il tarixədək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi işləmiş, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək isə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin və Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsində işləmişdir. Zərərçəkm iş şəxs1 biznes fəaliyyəti qurmaq üçün dəniz kənarında torpaq sahəsini icarəyə götürmüş, 2013-cü ilədək icarə haqqını ödəmiş, Türkiyədə olan şəriki investisiya planları alt-üst olmuş, müflis duruma düşdüyündən həmin icarəyə götürdüyü 1 hektar torpaq sahəsini satmaq istəmiş, bununla bağlı Məhkum müraciət etmiş, müştəri tapılmadığından və pula ehtiyacı olduğundan qohumluq münasibətlərinə göz yumub öz aləmində pulunu «diriltmək» qərarına gəlib Məhkum böhtan atmış, ibtidai araşdırma orqanı da, sosial şəbəkələr və internet üzərindən edilən təzyiqlərə tab gətirməyib yalan ittiham irəli sürüb məsələni məhkəmənin üzərinə atmış, birinci instansiya məhkəməsi də, öz növbəsində davam edən media şantajı kompaniyasına qarşı gedə bilməyib ittiham hökmü çıxarmışdır. Özünü «zərərçəkmiş» şəxs kimi tanıtmağı bacarmış digər məharətli və fürsətdən istifadə etməyi bacaran vətəndaş isə Zərərçəkmiş şəxs2dir. Onunla bağlı epizod isə Zərərçəkmiş şəxs1 epizodundan fərqli olaraq tam da uydurma deyil, lakin çox bayağı və qeyri-peşəkarcasına təhrif edilmiş epizoddur. Belə ki, Zərərçəkmiş şəxs2lə Məhkum arasında biznes ortaqlığı olmuş, bu isə hər hansı bir cinayətin deyil, sadəcə uğursuz biznes fəaliyyətinin mövcudluğuna dəlalət edir ki, bu da əgər təsdiqini tapsa belə, mülki qaydada məhkəmə araşdırmasının predmet ola bilər. Təsadüfi deyil ki, ilkin olaraq Zərərçəkmiş şəxs2 Abşeron Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edib, sonra isə Zərərçəkmiş şəxs1 qoşulub çox güman ki, ibtidai araşdırmanı aparan orqanın məsləhəti ilə qarşılıqlı iddiasını geri çəkib məsələni cinayət kimi qələmə verm əyə çalışmışdır. Bu epizodla bağlı da, ittihamı təsdiq edəcək obyektiv sübut mövcud deyil, əksinə iş materiallarında olan sübutlar Məhkumlə Zərərçəkmiş şəxs2 arasında biznes münasibətlərinin mövcud olması tam şəkildə sübut olunur. Birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144, 145 və 146-cı maddələrinin tələblərinə əməl etməmiş, yəni məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən cinayət-prosessual qanunun 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmas, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin nümayəndələrinin, dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəy yən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkumun Cinayət M əcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinməsi və əməlində cinayət tərkibinin olmaması mübahisələndirilir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı m ülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum elan edilmiş i lk 3 epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən və Məhkum həmin epizodlarda göstərilən cinayət əməllərini torətməkdə özünü təqsirli bilmədiyindən, həmin üç epizod üzrə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməməsi, dördüncü epizod üzrə isə Zərərçəkmiş şəxs2 xeyli miqdarda-16513 manat məbləğində maddi ziyan vurduğundan Məhkum törətdiyi həmin cinayət əməlinin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməklə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəru ri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2 və 310-cu maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək hesab etmişdir ki, məhkum edilmiş şəxsə əməlində qeyd edilən cinayət əməlinin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, zərər çəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri,ekspert rəyləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən Məhkum hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiy ası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-in 178.3.2-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məh kəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələd uzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovd a əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə e tməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən görünür ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxs tərəfindən törədilən cinayət əməlinin mahiyyəti öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyl i və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etməsi, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdən ibarət olmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2000-cil il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etmişdir, özbaşına özünü Suraxanı Rayon Məhkəməsinin sədri-vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin-Suraxanı Rayon Məhkəməsinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifə li şəxsin səlahiyyətlərini mənimsəmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində məhkumun zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayət əməli törətməməsi, Zərərçəkmiş şəxs2lə onun arasında mülki münasibətlərin mövcud olması qeyd edilsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Cinayət Məcəlləsinin 310-cu maddəsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, yəni özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şərh edilən cinayət əməli obyektiv cəhətdən bir-birilə qarşılıqlı əlaqədə olan üç əlamətlə xarakterizə olunur: 1) özbaşına olaraq özünü vəzifəli şəxs kimi təqdim etməklə və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə törədilən hərəkətlər; 2) bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasında ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsi; 3) törədilmiş hərəkətlərlə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmənin mahiyyəti ond an ibarətdir ki, təqsirkar hər hansı bir vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin (seçilmənin) qaydalarını pozmaqla və ya xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasının həyata keçirilməsi üzrə, yaxud təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz üzərinə götürür. Əməlin təhlil edilən maddə üzrə tövsif edilməsi üçün təqsirkar öz kriminal hərəkətlərini məhz qanunsuz olaraq öz adına uydurduğu və ya mənimsədiyi səlahiyyətlərdən çıxış edərək törətməlidir. Subyektiv cəhətdən təqsirin qəsd forması ilə edilir. Təqsirkar özünü özbaşına vəzifəli şəxs kimi təqdim etməklə və ya qanunsuz olaraq vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə ictimai təhlükəli hərəkə t etdiyini dərk edir, bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görür və bunun baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilən məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmiş, Məhkum özbaşına özünün vəzifəli şəxs kimi təqdim edib etməməsini müəyyən edərkən ətraflı araşdırma aparmış, sübutlara, yəni zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, cinayət işinin materiallarında olan digər sübutlara düzgün hüquqi qiymət vermişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd et məyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əs aslar mövcud deyildir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum elan edil miş ilk 3 epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, həmin üç epizod üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 310cu maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməməsi, dördüncü epizod üzrə isə Zərərçəkmiş şəxs2 xeyli miqdarda – 16.513 manat məbləğində maddi ziyan vurduğundan Məhkum törətdiyi həmin cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında Məhkum əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutula n əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması, ona həmin Məcəllənin 178.3.2 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar