Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1649/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 126.1-ci maddəs i ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(103)796/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi ev 17, mənzil 1-də pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 müalicə almaqla cəza çəkir.
2. İb tidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən, Məhkum, 02 iyul 2022-ci il tarixdə, saat 00:15 radələrində ünvan 1 ünvanında yerləşən ‘'Altun” şadlıq sarayının dəhlizində Zərərçəkmiş şəxs onun qardaşı övladı, həmin şadlıq sarayında ofisiant işləyən Şahid1 guya yaxşı xidmət göstərməməsini bildirib Şahid1 təhqir etməsi və əli ilə vurub sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı qisas almaq məqsədilə əvvəlcə yumruqla Zərərçəkmiş şəxs üz nahiyyəsindən qəsdən vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol çənə bucağının hematoması xəsarətini yetirmiş, daha sonra şadlıq sarayının barından götürdüyü təyinatı istintaqa məlum olmayan bıçaqla sonu ncunun bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq Zərərçəkmiş şəxs ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ tərəfli pnevmotaraskla müşayiət olunan döş qəfəsinin arxa səthinin daxilə nüfuz edən 01 ədəd, qaraciyərin sağ payının zədələnməsi ilə nəticələnən daxilə nüfuz edən döş qəfəsinin sağ yan səthinin 01 ədəd, sağ sağrının yuxarı iç kvadrantının 01 ədəd yarası, döş qəfəsinin arxa səthinin sağ yarısının qançırı xəsarətlərini yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X7 və X3 ibarət məhkəmə tərkibində) 31 yanvar 2023-cü il tarixli, 1(101)-437/2023 nömrəli hökmü ilə Məhkum CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və on a 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 avqust 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndiirlən şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət məhkəmə tərkibində) 11 aprel 2023-cü il tarixli, 1(103)796/2023 nömrəli qərarı ilə tə qsirləndirilən şəxs və müdafiəçisinin apellyasiya şikayətlərinin təmin edilməməsi, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, Məhkum CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün dəyişdirilməsi, Məhkum həmin hökmə əsasən CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq 04 (dörd) il həddində müəyyən olunması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(103)-796/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar:
7. Kas sasiya şikayətinin dəlilləri qismində zərərçəkmiş şəxslə barışıq əldə etməsi, ona vurulmuş zərəri ödəməsi, törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, hadisənin əvvəlcədən planlaşdırılmaması, hadisənin təsadüfi axar nəticəsində baş verməsinin qiymətləndirilməməsi qeyd edilərək, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(103)-796/2023 nömrəli qərarının ləğv edilməsi və barəsində birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın qüvvəsində saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
9. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının ç ıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanı mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
16. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2023cü il tarixli, 1(103)-796/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin o lunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
21. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəzi yyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxu d digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
24. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
25. Belə ki, Məhkum barəsində daha ağır cəza təyin edilməsi ilə bağlı apellyasiya protestinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(101)-437/2023 nömrəli hökmü ilə təyi n edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətini 4 ilə artırmışdır.
26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddini artırarkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən kifayət qədər nəzərə almamış, bu əsasla da məhkəmənin cəza təyini zamanı gəldiyi nəticə qanuni və əsaslı olmamaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.
27. Göründüyü kimi, Məhkum barəsində birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya protesti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının ağırlaşdırılmasına dair apellyasiya protestində irəli sürülmüş daha ağır cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşaraq, hökmün dəyişdirilməsi qənaətinə gəlmiş və bu qənaətə gələrkən məhkumun kassasiya şikayətinin dəlilləri qismində sadaladığı yüngülləşdirici hallara qiymət verərək, həmin halların məhkum barəsində həddindən artıq yüngül cəza təyin edilməsinə əsas olmaması qənaətinə gəlmişdir.
28. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
29. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
30. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 1(103)796/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda qeyd edilənlərə əsas lanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2023cü il tarixli, 1(103)-796/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.