Məhkəmə qərarları › İş №1(102)-165/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-165/2020

05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-165/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Məhkum və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Səyyad Məhəmməd oğlunun iştirakları ilə xx xxxxx 1964-cü il tarixdə Fizuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan qeydiyyatda olan, ünvan1 yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 308.1 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Səyyad Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim F.R.Əhmədov) Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddələri dörd min manat cərimə, Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə iki min manat cərimə, Azərbaycan Respubl ikası CM-in 313-cü maddəsi ilə min beş yüz manat məbləğində cərimə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə edilməsi yolu ilə ona cinayətlərinin məcmusu üzrə qəti olaraq dörd min manat məbləğində cərimə təyin edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: R.K.Səfərov, hakimlər: Q.F.Məmmədov və V.Ə.Mursaqulov) apellyasiya şikayəti təmin edilməmiş apellyasiya protesti isə təmin edilmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə aid hissədə hökm ləğv edilmiş və həmin hissədə cinayət təqibinə xitam verilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təyin edilmiş az ciddi cəzanın daha ciddi cəza ilə əhatə edilməsi yolu ilə, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, ona cinayətlərinin məcmusu üzrə qəti olaraq iki min manat məbləğində cərimə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, o, xx xxxxxx 2014-cü ildən xx xxxxxxxx 2016-cı il tarixədək olan dövrdə Bakı şəhərinin Sabunçu rayonunun F.Bayramov adına 22 saylı tam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 1997-ci il tarixli, 16-4/3 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx xxxxx 1997-ci il tarixdə qeydiyyata alınmış "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na, həmçinin "Ümumitəhsil məktəblərində məktəbəhazırlıq qrupları şəbəkəsinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli, 1020 saylı əmrinə əsasən məktəbin fəaliyyətini idarə etməli, məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlamalı dövlət və ictimai orqanlarda müəssisənin marağını təmsil etməli, bundan əlavə 2015-2016cı dərs il ində Bakı şəhərində seçilmiş pilot ümumitəhsil məktəblərində valideynlərin könüllülüyü əsasında ödənişli məktəbəhazırlıq qruplarının təşkil olunması və həmin siyahıda direktoru olduğu 22 saylı tam orta məktəbin nəzərdə tutulmamasına baxmayaraq, həmin tələbləri yerinə yetirməyib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Bakı şəhər sakinləri X9 160 manat, X6 320 manat, X14 320 manat, X22 320 manat, X24 320 manat, X15 320 manat, X10 160 manat, X2 240 manat, X3 240 manat, X4 320 manat, X5 320 manat, X11 320 manat və X16 320 manat (cəmi 13 nəfər) məbləğində pulun alınmasını təşkil edib, sonuncuların 6 yaşı tamam olmuş uşaqlarının direktoru olduğu orta məktəbdə təşkil olunmuş ödənişli məktəbəqədər hazırlıq qruplarında oxumalarını və bununla da onların həmi n orta məktəbin 1-ci sinfində hazırlıqlı şagird kimi oxumalarını təşkil edəcəyini bildirib, 2015-2016-cı illərdə yuxarıda adları qeyd edilən şəxslərdən ümumilikdə 3680 manat pul alıb, həmin vəsaitdən 960 manatını orta məktəbin müəllimləri X17, 240 manatını X12, 600 manatını X7 vermiş, qalan 1880 manat pulu isə özünə götürüb fiziki şəxslərin qanunla qorunan mənafelərinə və dövlətin ödənişli məktəbəhazırlıq qruplarının təşkili ilə bağlı təhsil sahəsində fəaliyyəti üzrə mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmə məqsədilə, 2015-ci ilin oktyabr ayından 2016-cı ilin may ayına kimi olan dövrdə Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 5 yaşlı övladı Xnin direktoru olduğu orta məktəb üzrə guya təşkil olunmuş ödənişli məktəbəhazırlıq qruplarında təhsil alıb xüsusi istedada malik uşaq kimi müsahibəsiz olaraq 1-ci sinifə qəbul olmasını təşkil edəcəyini vəd edib Zərərçəkmiş şəxs3 240 manat, eyni niyyətlə təkrarən Zərərçəkmiş şəxs4 5 yaşlı övladı X1nin həmin məktəbəhazırlıq qruplarında təhsil alıb xüsusi istedada malik uşaq kimi müsahibəsiz olaraq 1-ci sinifə qəbul olmasını təşkil edəcəyini ona vəd edib Zərərçəkmiş şəxs4 360 manat, həmin məqsədlə təkrarən Zərərçəkmiş şəxs2 5 yaşlı övladı X2in həmin məktəbəhazırlıq qruplarında təhsil alıb xüsusi istedada malik uşaq kimi müsahibəsiz olaraq 1-ci sinifə qəbul olmasını təşkil edəcəyini ona vəd edib 360 manat pulun alınmasını təşkil edib, yuxarıda adları qe yd olunan uşaqların guya Naxıçvan MR-nın Şərur rayonunun Ş.İ.Xətai adına Dan yeri kənd tam orta məktəbin 1-ci sinfində oxumaqla xx xxxxxxx 2016cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu 22 nömrəli orta məktəbin 1-ci sinfinə köçürülən və həmin məktəbin 1-ci sinfində təhsil alan şagirdlər kimi məzmununa görə rəsmi sənəd hesab olunan və istintaqa məlum olmayan mənbədən əldə olunmuş «şagirdin şəxsi işi barədə» sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətməklə öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 əmlaklarını ələ keçirib təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Səyyad Məhə mməd oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi xahiş olunur. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkumun təqsirliliyi barədə qərarın əsasını yolverilməz sübutlar təşkil edir. Məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmış və əməlin tövsifində səhvə yol vermişdir. Şikayət müəllifi qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə verilmiş ittihamlar əsassızdır, onun əməlində Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət tərkibi olmadığı üçün onun barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Məhkum tərəfindən tamah və ya sair şəxsi niyyətlərlə hər hansı rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edilməmişdir. Həmçinin əgər Məhkum tərəfindən məktəbəqədər hazırlıq kursları qanunsuz açılmasına görə ittiham verilmişdirsə, deməli, orada hər hansı rəsmi sənəd olmamışdır. Məhkəmə həmin faktlara düzgün hüquqi qiymət verməmiş, bütün mümkünsüz sübutları Məhkum əleyhinə şərh etmişdir. Məhkəmələr öz qərarlarını məhkəmə istintaqında toplanmış sübutlarla deyil, ibtidai istintaq dövründə toplanmış sübutlarla əsaslandırmışlar. Məhkəmələr tərəfindən Məhkum təqsirliliyini sübut edən hər hansı sübut əldə olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, v erilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi S.Məmmədovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərq li olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş şikayətdə məhkumun ona istinad edilən Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CMin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011- ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdı r. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X29rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlə r. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini h əyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxslər və şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. B ununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəm ə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum Addulla oğlunun qeyd edilən cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, X25 və Zərərçəkmiş şəxs3, şahidlər X13, X23, X18, X26, X19, X20, X27, X36 və X30 və qeyrilərinin ifadələri, həmçinin sənədlərin texniki ekspertizasının xx xxxxxx 2017-ci il tarixli 19729 saylı rəyi, məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxxxx 2017-ci il tarixli, 18967 nömrəli rəyi və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apell yasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsi rli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar