Məhkəmə qərarları › İş №1(102)-165/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-165/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-165/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddə si ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə) 18 yanvar 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1992-ci ildə Gədəbəy rayonu, Qarıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, evli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Qarakənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətə azadlıqdan məh rum etmə növündə cəzaya məhkum edilmiş, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 oktyabr 2020-ci il tarixdən hesablanmış və ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hökm çıxarıldığı gün bitdiyindən təyin edilmiş həmin cəza çəkilmiş hesab edilmiş, barəsində seçilmiş "ev dustaqlılğı” qətimkan tədbirinin "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə xərcləri məsələləri də həll olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə) 6 may 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 1(100)-27/2022 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, 21 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Köhnə Bazar”ın giriş hissəsində olarkən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq 2020-ci ilin sentyabr ayında aralarında baş vermiş dava-dalaş hadisəsinə görə ondan üzr istəməməsinin səbəbini soruşduqda ona «sən polisə işləyirsən, yenə də məni polisə verəc əksən» dediyi üçün aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs onu başının üzərinə qaldırıb yerə yıxdığı üçün o, cibindən çıxardığı soyuq silah hesab edilməyən bıçaqla qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinə üç dəfə, qarın nahiyyəsinə bir dəfə, baş nahiyəsinə isə 1 dəfə zərbə endirərək ona döş qəfəsinin iki ədəd, qarının bir ədəd və başın bir ədəd daxilə keçməyən kəsilmiş deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və döş qəfəsinin (sol kürəyin) hemo- pnevmotoraksla, travmatik və hemorragik şokla müşaiyət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya protes tinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Gəncə Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq mübahisə və münaqişənin Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanılması, yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs Məhkum döydüyü vaxt sonuncunun özünü müdafiə etmək və ondan aralanmaq üçün bıçaqla Zərərçəkmiş şəxs xəsarətlər yetirməsi, həm bıçaqla xəsarətlər yetirən vaxt, həm də həmin anadək təqsirləndirilən şəxsin hərəkətlərində özünü müdafiə elementlərinin mövcud olması qənaətinə gəlmişdir. İttihamın əsaslandırılması üçün toplanmış sübutların məhkəmə tərəfindən rədd edilməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında əvvəldən Məhkum Zərərçəkmiş şəxs döyməsi ilə bağlı onların arasında ədavət yaşanmışdır. Hadisə vaxtı Rövşən Mübarizi görüb ona yaxılaşıb aralarında olan ədavətlə bağlı dalaşmaq niyyətini bildirdikdən sonra Məhkum əlində olan əlindəki paketin içini qurdalaya-qurdalaya Mübarizin arxasınca kənar şəxslərin olmadığı yerə getməsi və Rövşənə “sən polisə işləyirsən, yenə də məni aparıb polis verəcəksən" deməsi Məhkum əvvəlcədən bıçağı çıxartmaqla, qarşılıqlı dalaşmaya hazırlaşmasına dəlalət edir. Tərəflər arasında əvvəldən yaşanan ədavətlə bağlı mübahisələri hadisə zamanı qarşılıqlı dalaşmaya çevrilmiş və hər iki şəxs qarşılıqlı dalaşma şəraitində olmuşlar. Zərərçəkmiş şəxs tərəfindən tətbiq olunan güc və ya qəsd təhlükəli olmadığı hallarda Məhkum bıçaqdan qəsdən i stifarə edərək zərərçəkmişə 5 xəsarətlə nəticələn bıçaq zərbələri endirmişdir ki, bu da Məhkum əslində zərərçəkmişin təhlükəli əməlindən qorunmaq niyyətində olmadığına dəlalət edir. Məhkəmə əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan, bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən və təsdiqedici heç bir sübut olmadığı halda Məhkum əməlini CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestində Məhkum CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 may 2022-ci i l tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya pro testinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını k assasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsif i məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qəra rı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilmə sini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticənin əsaslı olması barədə qənaətini əsaslandırarkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsini məqsədəmüvafiq hesab edir. İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham verilmişdir ki, o, 21 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Köhnə Bazar”ın giriş hissəsində olarkən Zərərçəkmiş şəxs ona ya xınlaşaraq 2020-ci ilin sentyabr ayında aralarında baş vermiş dava-dalaş hadisəsinə görə ondan üzr istəməməsinin səbəbini soruşduqda ona «sən polisə işləyirsən, yenə də məni polisə verəcəksən» dediyi üçün aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs onu başının üzərinə qaldırıb yerə yıxdığı üçün o, cibindən çıxardığı soyuq silah hesab edilməyən bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Rövşənlə aralarında baş vermiş münaqişə zamanı Rövşəni döym üş, bununla bağlı Gədəbəy RPŞ-də araşdırma aparılmış, lakin sonra onunla barışdıqları üçün cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Rövşəni əvvəllər döydüyünə görə onunla ədavət aparmasına görə 21 oktyabr 2020-ci il tarixdə Rövşən onu döymüşdür. Belə ki, Rövşən onu başının üstünə qaldıraraq yerə çırpmış, yerdən qalxmaq istədikdə Rövşən yenidən ona eyni vəziyyətdə “bedro” fəndi işlədərək qaldıraraq yerə yıxmış, bu vaxt başı silkələnmiş, o, yerdə Rövşənin altında qalmış, Rövşən isə onun üstündə oturaq vəziyyətdə “səni döyüb öldürəcəm” deyərək ona zərbələr vurmuş, həmin vaxt onları ayıran olmamış, həmçinin Rövşən də ondan əl çəkməmişdir. Rövşənin idmanla məşğul olduğundan fiziki cəhətdən ondan güclü olmasına görə onu döyüb öldürəcəyini fikirləşdiyi üçün üzərin də olan kiçik ölçülü cib bıçağı ilə Rövşəni özündən aralaşdırmaq üçün ona təxminən üç dəfə zərbə vurmuşdur. Zərbələrdən sonra Rövşən onun üstündən qalxmış və Məhəmmədin avtomobilinə tərəf gedib avtomobilə minərək çıxıb getmişdir. Rövşəni bıçaqla vurmaqda məqsədi ondan müdafiə olunmaq olmuş, Rövşəndən aralanmaq üçün başqa yol görməmiş, ona xəsarət yetirdikdən sonra ondan aralanmışdır. Ona bıçaqla xəsarət yetirmək niyyəti olmamış, həmin vaxt heç dalaşmaq məqsədi də olmamışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, maşından düşüb Mübarizin yanına gəldikdən sonra ondan “məni niyə döyüb daha sonra üzr istəməmisən”, “ya sən məndən üzr istəməlisən, ya da ki, gəl kənara çəkilib təkbətək dalaşaq” demiş, Mübarizin ondan ü zr istəməməsinə görə onu Köhnə Bazarın içərisinə tərəf çağırmış, özü qabaqda, Mübariz isə arxasınca getmiş, həmin vaxt Mübariz ona “sən polisə işləyirsən, yenə də məni aparıb polisə verəcəksən” dedikdə, əsəbiləşərək geriyə qayıdıb Mübarizin arxasına tərəf keçib qolları ilə onu tutub havaya qaldırıb arxası üstə yerə vurmuş, bundan sonra Məhəmməd gəlib onun kəmərindən tutaraq çəkmiş, həmin vaxt Mübariz yerdən qalxmış, bundan sonra isə Məhəmmədin əlindən çıxaraq Mübarizə ikinci dəfə fənd işlədərək onu yerə yıxmış, onun üstünə yıxılmış, Mübariz isə onun altında qalmış, həmin vəziyyətdə Mübarizi döymüş, bu vaxt Mübariz bıçaqla onun sol yan tərəfinə bir, kürək nahiyəsinə isə iki zərbə endirmiş, bıçaq zərbələri dəydikdən sonra o, Mübarizi buraxıb Məhəmmədin maşınına tərəf getmişdir. Göründüyü kim i ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamda aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs onu başının üzərinə qaldırıb yerə yıxdığı üçün Məhkum cibindən çıxardığı soyuq silah hesab edilməyən bıçaqla qəsdən Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi işin hallarına qiymət verərək hesab etmişdir ki, mübahisə və münaqişənin Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanılması, Rövşənin Mübarizə ikinci dəfə fənd işlədərək onu yerə yıxması, bundan sonra onun üstündə olaraq Mübarizi döyməsi və həmin vəziyyətdə Mübarizin bıçaqla ona xəsarətlər yetirməsinin istintaq orqanı tərəfindən verilmiş ittihamda öz əksini tapmamış, araşdırılan sübutlara əsasən mübahisə tərəfləri arasında yaranmış mün aqişə zamanı Zərərçəkmiş şəxs Məhkum döydüyü vaxt sonuncu özünü müdafiə etmək və ondan aralanmaq üçün bıçaqla Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkum əməlinin zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilməsini düzgün hesab etmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin aşağı instansiya məhkəmələri tərəfindən Məhkum əməlinin CM-in 126.1-ci maddəsindən CM-in 130.1-ci maddəsinə tövsif edilməsinin əsassız olması barədə dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüq uqu vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-cı maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıqaşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Zəruri müdafiə dedikdə, ictimai təhlükəli qəsddən hücum edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunmaq başa düşülür. Zəruri müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir, bunun üçün real qəsd mövcud olmalı, qəsd başlamış, davam edən və hələ başa çatmay an olmalıdır. Qəsd o vaxt mövcud hesab olunur ki, o, qanunla qorunan ictimai münasibətlərə artıq zərər vurmağa başlamış və ya belə zərər vurmaq üçün bilavasitə təhlükə yaratmış olsun. Cinayət Məsəlləsinin 130.1-ci maddəsi zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurmaya görə cinayət məsuliyyətini nəzərdə tutur. Göstərilən cinayətin obyektiv cəhətinə aşağıdakılar daxildir: zəruri müdafiə həddini aşmanın mövcud olması,belə şəraitdə sağlamlığa ağır zərər vurma və zəruri müdafə həddini aşma aktı ilə vurulmuş zərər arasında səbəbli əlaqə. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum əməlinin zəruri müdafiə həddini aşma cinayət əməli kimi tövsif etməklə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, baş vermiş hadisənin mexanizmi və tədqiq edi lmiş sübutların müqayisəli təhlili məhkəmələrin gəldiyi bu nəticəni, yəni sözügedən məhkumun hərəkətlərinin zəruri müdafiə həddini aşma kimi qiymətləndirməyə əsas verir. Belə ki, materiallarında olan məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Məhkum bədən səthində aşkar olunmuş xəsarətlərdən sol sağrının və sol əlin deşilmişkəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol bazunun və sol dirsək oynağının sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, hadisənin Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanması, onun aralarında olmuş əvvəlki münaqişəyə görə ondan üzr istəməli olduğunu hesab etdiyindən Məhkum münaqişəyə cəlb etməsi, Zərərçə kmiş şəxs onu iki dəfə qaldırıb yerə yıxdıqdan sonra üzərində olmaqla onu döyməsi cinayət işi üzrə müəyyən edilmiş hallardır ki, bu hallar Məhkum qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun olmayaraq bıçaqla ona xəsarətlər yetirərək ondan aralanmasına nail olmasını həm bıçaqla xəsarətlər yetirən vaxt, həm də həmin anadək məhkum edilmiş şəxsin hərəkətlərində özünü müdafiə elementlərinin mövcud olmasını təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum həmin dava zamanı həyat və sağlamlığını ictimai təhlükəli xarakter daşıyan qəsddən müdafiə etmək hüququ olduğundan, məhkəmələr tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36-cı maddəsinin tələbləri nəzərə alınmaqla düzgün tövsif edilmişdir. Belə ki, işin hallarından və məhkəmə istintaqında araşdırılan sübutlardan göründüyü kimi Məhkum Zərərçəkmiş şəxs ilə arasında olan şəxsi münasibətlər zəminində münaqişə zamanı həyat və sağlamlığını ictimai təhlükəli xarakter daşıyan qəsddən müdafiə edərək ağır bədən xəsarəti yetirmiş və onun hərəkətlərində qəsdən ağır bədən xəsarəti yetirmək niyyəti deyil, qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlməyən qəsdən törədilmiş hərəkətlər, yəni zəruri müdafiə həddini aşma mövcud olmuşdur. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı mövqeyi ilə razılaşır və Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verilmədiyi qənaətinə gələrək qeyd edir ki, kassasiya protestinin məhkumun əməlinin CM-in 126.1-ci maddəsinə (qəsdən sağlamlığa ağır zərər vurma) tövsif edilməsi barədə dəlilləri heç bir hüquqı əsasa söykənməyən dəlillər olmaqla hər hansı sübutla öz təsdiqini tapmır. Məhkum qəsdən sağlamlığa ağır zərər vurma əməlini törətməsinə dəlalət edə biləcək heç bir hal mövcud deyildir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qə rarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun əməlinin səhv tövsif edilməsi barədə kassasiya protestində iddia olunanların əksinə olaraq onun CM-in 130.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəy inin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icra at zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə mali kdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi q iymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya protestinə əsasən ləğv edilməsi üçü n CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 130.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 may 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar