Məhkəmə qərarları › İş №1(102)-165/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-165/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-165/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, X16 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 314.2ci maddəsi ilə bəraət verilməsinə, on un CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsinə və barəsində olan cinayət təqibinə xitam verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarından təqsirləndirilən şəxs X24 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 1(099)-3/2023 nömrəli (hakimlər: Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə XXXXX-ci ildə X- rayonunun X kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “X-” X35 Cərrahiyyə şöbəsində XXvəzifəsin də işləyən, əvvəllər məhkum olunmamış, XXXX yaşayan X16 təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə bəraət verilmiş, o, CM-in 311.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilərək 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə və barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, habelə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 27 yanvar 2023-cü il tarixindən hesablanması və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalından həbsə alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Hökmdən dövlət ittihamçısı V.İ.Şabanov tərəfindən verilmiş apellyasiya protestinə və təqsirləndirilən şəxs X və müdafiəçisi C.S.Yusifov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi) Bəşirov Kamil Sücəddin oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü X14 Azərbaycan Respublikası CM- in 311.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə aid hissədə dəyişdirilmiş, X14 əməli CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 və 178.2.3cü maddələrinə tövsif edilmiş və o, CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilmiş, X14 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən dərhal azad edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmündən A.Ə.Hüseynzadəyə CM-in 62-ci maddəsinə əsasən cəza təyin edilməsi ilə bağlı müddəalar xaric edilmiş, hökm apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və təqsirləndirilən şəxs X24 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə təqsirləndirilən şəxs X24 4 yanvar 2021-ci il tarixindən olmaqla “X-” X35 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləməklə 12 mart 2021-ci il tarixdə qarında yırtıq şikayətləri ilə ona müraciət etmiş Beyləqan rayonunun Dünyamalılar kənd sakini X3 qəbul edib müayinə etdikdən sonra bir həftə ərzində sonuncunu qarın yırtığı diaqnozu ilə cərrahiyyə əməliyyatı edəcəyini bildirməklə həmin tarixdə dövlət müəssisəsi olan “X-” X31 cərrahiyyə əməliyyatı tam ödənişsiz qaydada həyata keçirilməli olsa da, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar, yəni cərrahiyyə əməliyyatını icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan 650 (altı yüz əlli) manat məbləğində pulu “X-” X35 rayonunun kəndində yerləşən inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla X1 oğlundan şəxsən rüşvət qismində istəmiş və 22 mart 2021-ci il tarixdə rayon mərkəzi xəstəxanasında stasionar müalicəsi davam edən X-nın yanında qalan və cinayətdən xəbərsiz olan gəlini Şahid3 sonuncunun əri X əvvəlcədən istədiyi 650 (altı yüz əlli) manat pulu həmin xəstəxananın 303 №-li otağında rüşvət qismində almışdır. Bundan başqa o, “X-” X35 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləməklə 22 mart 2021-ci il tarixdə “38-39 həftəlik hamiləlik, başgəlişi, qanama” diaqnozu ilə ona müraciət etmiş İmişli şəhər sakini Şahid5 qəbul edib müayinə etdikdən sonra sonuncunun təcili klassik keysəriyyə əməliyyatı olunmasının vacibliyini bildirməklə həmin tarixdə dövlət müəssisəsi olan “X-” X31 cərrahiyyə əməliyyatı tam ödənişsiz qaydada həyata keçirilməli olsa da, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar, yəni cərrahiyyə əməliyyatını icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan 550 (beş yüz əlli) manat məbləğində pulu “X-” X35 X- rayonunun Bala Bəhmənli kəndində yerləşən inzibati binasındakı xidməti otağınd a özü üçün birbaşa yolla Şahid5 cinayətdən xəbərsiz olan əri Şahid4 təkrar rüşvət qismində istəyərək almışdır. Bundan başqa o, “X-” X35 Cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləməklə 5 may 2021-ci il tarixdə uşaqlıq yolundan qanaxma şikayətləri ilə ona müraciət etmiş X- rayonunun Araz Dilağarda kənd sakini Zərərçəkmiş şəxs qəbul edib dinlədikdən sonra sonuncuya zəruri müayinə və analizləri verməsini tövsiyyə etdiyindən, Zərərçəkmiş şəxs həmin tarixdə müayinələrdən keçmiş, 6 may 2021-ci il tarixdə yenidən onun qəbulunda olmuş, o, müayinələrin nəticələrinə baxdıqdan sonra Zərərçəkmiş şəxs təcili cərrahiyyə əməliyyatı olunmasının vacibliyini bildirib həmin tarixdə dövlət müəssisəsi olan “X-” X31 cərrahiyyə əməliyyatı tam ödənişsiz qaydada həyata keçirilməli olsa da, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar, yəni cərrahiyyə əməliyyatını icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan 500 (beş yüz) manat məbləğində pulu “X-” X35 X- rayonunun Bala Bəhmənli kəndində yerləşən inzibati binasındakı xidməti otağında özü üçün birbaşa yolla Zərərçəkmiş şəxs şəxsən təkrar rüşvət qismində istəyərək almışdır. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, bunun nəticəsi olaraq X-yə CM-in 314.2-ci maddəsi ilə bəraət verilməsində və digər maddə ilə əməlinin tövsifində səhvə yol verildi yindən, habelə CM-in 62-ci maddəsinin müddəalarını xaric edilməklə apellyasiya protestinin təmin edilməsinə dair hissədə qərarı ümumiyyətlə anlaşılmaz olduğundan, həmin qərar qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, xəstənin vəziyyətinin kritik hala düşməsində həlledici amilin istər birinci əməliyyatın qüsurla icra edilməsindən yaranmış ağırlaşmadan, istərsə də ikinci cərrahi əməliyyatın düzgün taktika seçilməyərək yetərsiz icra edilməsindən yaranmış ağırlaşmadan baş verməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Çünki birinci cərrahi əməliyyatla ikinci cərrahi əməliyyat arasında üç həftə müddət olduğu nəzərə alınaraq bağırsaq deşildiyi təqdirdə qarın boşluğunda kəskin ifadə olunmuş irinli peritonit aşkar edilməli idi. Təqdi m edilən hər iki tibbi kartada xəstənin kafi vəziyyətdə evə yazılması göstərilsə də, sonradan ikinci cərrahi əməliyyatı icra edən cərrah tərəfindən xəstəyə evdə baxılması, anastomozun yetərsiz olması, xəstənin bağırsaq ilgəklərinin xaricə çıxması ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində öz əksini tapmışdır. Hər iki instansiya məhkəmələri yuxarıda qeyd edilən, ibtidai istintaq zamanı təyin edilərək keçirilmiş 462, 463, 680, 681 №-li ekspert rəyləri və birinci instansiya məhkəmə baxışında təyin edilmiş T481/2022 №-li ekspert rəyi ilə X- və Zərərçəkmiş şəxs üzərilərində X- tərəfindən icra olunmuş cərrahiyyə əməliyyatlarının texniki cəhətdən qüsurlu icra edilməsi, yəni hər iki zərər çəkmiş şəxslərlə bağlı X-nin icra etdiyi cərrahiyə əməliyyatları zamanı səhlənkarlığa yol verməsi təsdiq edilmişdir. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən rəylərin, bəraətin əsası kimi, bir-biri ilə ziddiyyət təşkil etməsini hökmdə qeyd etsə də, bu ziddiyyətlərin nələrdən ibarət olmasını əsaslandırmamış, apellyasiya instansiya məhkəməsi də bu əsassız nəticə ilə razılaşmışdır. Ekspert rəylərindən əlavə, hər iki instansiya məhkəmələri X-nin icra etdiyi cərrahiyə əməliyyatları zamanı səhlənkarlığa yol verməsini təsdiq edən X-nın və Zərərçəkmiş şəxs müayinə və müalicə sənədlərini nəzərə almamışlar. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi X-nin əməlini CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif etməkdə haqlı olmamışdır. Məhkəmə nəticə etibarilə ittihamda göstərilən zərərçəkmiş şəxslərin cərrahiyə əməliyyatı olunmaları ilə əlaqədar X- yə pul verməsi faktını sübuta yetirilmiş hesab etmişdir. Lakin, məhkəmə səhvə yol verərək, X-nin vəzifəli şəxs olmadığından onun əməllərinin CM-in 311.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.3-ci maddələrinə tövsif etmişdir. İbtidain istintaq və hər iki instansiya məhkəmə baxışlarında X-nin həkim-cərrah olmaqla, cərrahi əməliyyatları keçirilməsi səlahiyyətlərinə malik olması təsdiq edildiyi halda, apellyasiya instansiya məhkəməsi tərəfindən X-in əməllərinə dələduzluq kimi hüquqi qiymət verilməsi anlaşılmazdır. X-nin əməlini tövsif etmək məqsədi ilə onun guya vəzifəli şəxs olmamasını qabartmaq niyyətində olan məhkəmə bütün diqqətini CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mətni ilə bağlı izaha cəlb etdiyindən həmin Məcəllənin 178 və 311-ci maddələrinin dispozisiyalarına əhəmi yyət verməmişdir. Qeyd olunanlarla yanaşı apellyasiya instansiya məhkəməsinin CM-in 62-ci maddəsinin hökmdən xaric edilməsi hissəsində apellyasiya protestinin qismən təmin edilməsi qənaəti qanunsuz, əsassız və məntiqsiz olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs X24 tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsində əməlin CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilmişdir, halbuki əməldə ümumiyyətlə dələduzluq cinayətinin tərkib əlamətləri mövcud deyildir. Bundan əlavə birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən rüşvət alma cinayəti üzrə dindirilmiş zərərçəkmiş şəxslər və şahidlər X, onun arvadı Şahid3, atası Şahid2, zərərçəkmiş Şahid5, onun əri Şahid4, zərərçəkmiş Zərərçəkmiş şəxs və qızı Şahid1 məhkəmə istintaqı zamanı əvvəlki ifadələrindən, yəni ibtidai istintaq dövründə verdikləri ifadələrdən imtina edib pul vermədiklərini və pulun verilməsini görmədiklərini bildirmişlər. Məhkəmə isə sözügedən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrini deyil, ibtidai istintaq dövründə verdikləri ifadələri sübut kimi qəbul etmiş və həmin zərərçəkmiş şəxslərin, şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri daha doğru və inandırıcı hesab etmiş, həmçinin onların məhkəmə istintaqı zamanı verdikləri ifadələri sübut kimi qəbul etməmişdir. Bu səbəbdən məhkəmə nətic ə etibarilə ittihamda göstərilən zərərçəkmişlərin cərrahiyə əməliyyatı olunmaları ilə əlaqədar pul vermələri faktını sübuta yetirilmiş hesab etmişdir. Həmçinin apellyasiya məhkəməsi həm ibtidai istintaq dövründə, həm də birinci instansiya məhkəməsi zamanı iş üzrə mühim əhəmiyyət kəsb edən faktların aydınlaşdırılması üçün verilmiş vəsatətlərin təmin olunmamasının hansı səbəb və əsasla əlaqədar olmasına heç bir hüquqi qiymət verməmiş, ümumiyyətlə həmin vəsatətlərə münasibət bildirməmişdir. Belə ki, təkcə apellyasiya instansiya məhkəməsində 10-a yaxın vəsatət verilsə də, həmin vəsatətlər təmin olunmamış, zərərçəkmiş şəxslər və şahidlərin məhkəmədə ifadələri alınmamışdır. Apellyasiya instansiya məhkəməsi ibtidai istintaq zamanı alınmış ifadə və üzləşdirmə protokollarında olan kobud pozuntulara belə qiymət verməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin özü protokola uyğun gəlmədiyindən istintaq orqanı tərəfindən etibarsız hesab olunmuşdur. Sonradan alınmış ifadələr isə zərərçəkmiş şəxslər və şahidlərin müəyyən edilmiş anten məlumatlarına uyğun gəlməməkdədir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarının təqsirli bilindiyi hissəsinə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, ka ssasiya şikayətinin təmin edilməməsini, kassasiya protestinin isə təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən X14 barəsində əsassız olaraq CM-in 314.2-ci maddəsi ilə bəraət verildiyi, o cümlədən onun əməlinin əsassız olaraq CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində isə apellyasiya məhkəməsi tərəfindən onun əməlinin əsassız olaraq CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPМ-in 416.1.2 (məhkəmə bu Məcəll ənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinə və kassasiya şikayətinə ma hiyyəti üzrə baxaraq, həm protesdə, həm də şikayətdə istinad edilən edilən dəlillərə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə məhkəmənin vəzifəsidir ki, cinayət mühakimə icraatını həyata keçirərəkən təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən vəsatətlərə baxsın, cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlasın. Bu prinsipə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mörtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayə t tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə n əticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Belə mülahizə üçün cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi, və ədalətliliyi prinsipi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi prinsipi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM, maddə 33), apellyasiya baxışında məhkəmə istintaqının aparılması və sübutların tədqiq edilməsi əsaslarına aid cinayət-prosessual qanunun 392.3, 400.2, 397.3-cü maddələri ilə yanaşı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensi yanın ədalətli məhkəmə araşdırması hüququnu təsbit edən 6-cı maddəsi və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsi də əsas yaradır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilm əsi yolverilməzdir (maddə 33.4). Apellyasiya məhkəməsinin qərarından görünür ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, X16 verilmiş səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olması ilə bağlı ittihamın ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə, tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığı nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsini gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi X16 CM-in 314.2-ci maddəsi ilə istinad olunan cinayəti törətməkdə təqsirli olmaması bar ədə hökmündə zərərçəkmiş şəxslərin ifadələrinə, habelə şahidlərin ifadələrinə, ekspert rəylərinə və digər sübutlara istinad etmiş, bu sübutların hər birini tədqiq etmiş, hər bir sübutun mötəbərlik tələblərinə uyğun olub-olmadığını yoxlayaraq əsaslı olaraq bəraət hökmü çıxarmışdır. Belə ki, cinayət işinin materiallarında olan, məhkəmə-tibbi ekspetizasının və təkrar məhkəmə-tibbi ekspetizasının rəyləri ilə həm X-nın üzərində, həm də Zərərçəkmiş şəxs üzərində cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası ilə əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydaları pozulduğu, buna məsul şəxs XRMX-nın həkim-cərrahı X- olduğu göstərilsə də, cinayət işinin materiallarında olan, meyitin qəbirdən çıxarılması (ekshumasiya) ilə bağlı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 31 avqust 2021-ci il tarixli rəydə görə X2 meyiti kəskin çürümə prosesinə məruz qaldığından ölümün səbəbini dəqiq müəyyən etmək mümkün deyildir. İşdə olan, təkrar məhkəmə-tibbi ekspertizasının 24 may 2022-ci il tarixli, 255/MEŞ №-li rəyi ilə müəyyən edilir ki,......... X-nın üzərində icra edilmiş ikinci cərrahiyyə əməliyyatının tam dəqiq diaqnozunu və deffektinin xarakterinin müəyyən edilməsi üçün tələb olunan patohistoloji müayinə aparılmamışdır. Beləliklə, patohistoloji müayinə aparılmadığı və prosesin digər səbəblərdən yaranması, yəni bağırsaq ilgəyinin nekrozu, qan təchizatının pozulması, qanqrenası və. s baş verməsini nəzərə alaraq hazırda hansı amilin həlledici olmasını təyin etmək mümkün deyildir. Habelə iş materiallarında olan tibbi sənədlərə əsasən, X-nın üzərində xx.xx.2021-ci il tarixldə icra edilmiş təkrar cərrahiyyə əməliyyatı zamanı diaqnozun təsdiqi üçün zəruri olan patohistoloji müayinə aparılmadığından bu haqda fikir söylənilməsi mümkün deyil. X-nın ekshumasiya edilmiş meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, meyit kəskin çürümə dəyişikliklərinə uğradığından ölümün səbəbini və ölümün baş verməsində hansı amilin həlledici olması haqqında fikir söyləmək mümkün deyildir. Tibbi sənədlərə əsasən, ilkin və təkrari cərrahiyyə əməliyyatlarından sonra X-nın kafi vəziyyətdə evə yazıldığı qeyd edilmişdir. Cinayət işinin materiallarında olan, təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, T481/2022 №-li rəyi ilə müəyyən edilir ki, təqdim edilmiş tibbi sənədlər və cinayət işi materiallarında göstərilənlərə əsasən....... vətəndaş X4 c ərrah tərəfindən ikinci cərrahiyə əməliyyatı zamanı qeyd edilənlərin hal-hazırda həqiqət əks etdirdiyini cərrahı əməliyyat zamanı tələb olunan patohıstoloji tədqiqat uçun material götürülmədiyindən və meyitin ekshumasiyası zamanı məhkəmə-tibb eksperti tərəfindən bu patologiyanın yarıtmaz, təsviri bu haqda birmənalı fikir söyləməyə imkan vermir. Belə ki, əgər pertorativ dəliklər tikilirdisə nə üçün anastomoz qoyulurdu və bu anastomoz isə ekspert tərəfindən "bağırsaq bir yerində tam aralanmışdır" frazası ilə başa çatdırılmışdır. İş materiallarına sonradan əlavə edilmiş təkrari cərrahi əməliyyatın videogörüntülərində qarın boşluğunda sərbəst bağırsaq möhtəviyyatının kifayət qədər olmaması, ancaq bağırsaq ilgəyinin daxili hissəsində defektin görünməsi öz əksini tapır. Bu görüntülər yayılmış pe ritonit üçün deyil, kəskin bağırsaq keçməməzliyinə daha çox uyğun gəlir ki, bu da tibbi kartada qeyd edilən xəstənin şikayətləri və sonradan məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə Birliyə göndərilən Respublika Klinik Xəstəxanasının tibbi kartasında bir daha öz təsdiqini tapır. Məhkəmə iclasında şahid X19 ifadəsində göstərmişdir ki, özünün daxil olduğu ekspert komissiyası tərəfindən hazırki iş üzrə olan KEŞ-680 №-li(X5 aid həkim işi ilə bağlı) və KEŞ-681 №-li (Zərərçəkmiş şəxs aid həkim işi ilə bağlı) məhkəmə-tibbi ekspert rəyləritəqdim olunmuş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əsaslanaraq verilmişdir. X-nın birinci əməliyyatdan sonra nazik bağırsağının perforiyası (deşilməsi) nəticəsində peritonit olmuşsa onun hansı müddət daxilində yaşaya bilməsi ilə bağlı konkret cavabı yoxdur. Qeyd olunan rəylər verilərkən mütəxəsis x-İn fikirləri soruşulub əsas götürülərək bu rəylər verilmişdir. Ekspert komissiyasına xəstənin potohistoloji tibbi müayinəyə dair sənədlər təqdim olunmamışdır. Məhkəmə iclasında şahid X26 ifadəsində göstərmişdir ki, özünün daxil olduğu ekspert komissiyası tərəfindən hazırki iş üzrə olan KEŞ-680 №-li (X5 aid həkim işi ilə bağlı) və KEŞ-681 №-li (Zərərçəkmiş şəxs aid həkim işi ilə bağlı) məhkəmə-tibbi ekspert rəyləri təqdim olunmuş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əsaslanaraq verilmişdir. Qeyd olunan rəylərin verilməsi zamanı ekspert komissiya üzvlərinin müzakirəsi təxminən 10 dəqiqə olmuş, ətraflı araşdırma (tədqiqat) aparılmadan həmin rəylər verilmişdir. Həmçinin o, hesab edir ki, mərhum X-nın birinci əməliyyatı il ə, ikinci əməliyyat arasında 20-25 gün keçdiyinə görə birbaşa bağırsaq zədələnməsi haqqında fikir söyləmək mümkün deyil, həmin vaxt nazik bağırsağının perforiyası (deşilməsi) olsaydı bir gün ərzində xəstə peritonit olardı və o, xəstəxanadan evə də buraxılmazdı. İkinci əməliyyatın xəstəlik tarixini sonradan öyrənəndən sonra ona aydın olmuşdur ki, X-nın nazik bağırsağın müsaliyyə kənarından nekroz başlamış və bağırsaq perforiyası (deşilməsi) olmuşdur. Nazik bağırsaqda deşilmə olması onun cərrahiyyə əməliyyatı zamanı zədələnməsi kimi qəbul edilməsi məntiqi cəhətdən düz deyil. Potohistoloji tibbi müayinə ikinci əməliyyatdan əvvəl olmuş olsaydı bağırsaqda olan yırtığın dəqiq səbəbini bilmək olardı, lakin xəstənin potohistoloji tibbi müayinə edilibedilməməsi barədə onun məlumatı olmamışdır. Təqd im olunan materiallar az olmuş və məntiqi olaraq suallara cavab verilərək bu zədələnmənin (nazik bağırsaqda olan yırtığın) birinci əməliyyat zamanı olması kimi qiymətləndirmişdir. Lakin sonradan özünün apardığı araşdırmasına əsasən belə hesab edir ki, nazik bağırsaqda bu hal 20 gündən sonra əmələ gəlibsə, bunun səbəb kimi cərahiyyə əməliyyatı zamanı bu zədələnməsinin olması ehtimalı azdır. Həmçinin hər iki xəstədə olan zədələnmənin dəqiq səbəbini bilmək üçün potohistoloji tibbi müayinin nəticəsi tələb olunmuş, lakin potohistoloji tibbi müayinə keçirilib nəticəsinə dair tibbi sənədlər təqdim olunmadığına görə hər iki şəxsdə, yəni X-nın nazik bağırsağın yırtığı-perforiyası və Zərərçəkmiş şəxs sidik kisəsinin zədələnməsi ilə bağlı qəti fikir söyləmək mümkün deyildir. O, hazırda hesab edir k i, birinci cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası zamanı X-nın nazik bağırsağın perforiyasının baş verməsinə səbəb olması, həmçinin birinci cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası zamanı Zərərçəkmiş şəxs sidik kisəsinin zədələnməsinə səbəb olması qənaətinə gəlmiş özünün də daxil olduğu ekspert komissisysının verdiyi rəylər (13 avqust 2021-ci il tarixli, 680 və 681 №-li rəylər) tam əsaslı olmamışdır. Habelə tibbi sənədlərə əsasən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə X- MRX-a daxil olduqdan sonra ona “Uşaqlığın leyomioması. Şəkərli diabet” diaqnozu düzgün təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun üzərində “Total abdominal histerektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. İlkin və təkrar məhkəmə-tibbi ekspertizaların rəylərinə əsasən həmin əməliyyat texniki cəhətdə n qüsurlu icra edilmiş, Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin pozulması kimi göstərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş tibbi sənədlərdə və videogörüntülərdə göstərilənlərə əsasən onun əziyyət çəkdiyi ağır şəkərli diabet fonunda sidik kisəsi divarının qan təvhizatının pozulması, uşaqlıq yolunun infeksiyaları, immun sisteminin zəif olması, sistit, sidik yollarının və sidik kisəsinin infeksiyaları kimi bir çox digər səbəblərdən fistula yarana bildiyindən qeyd olunan patoloji vəziyyətin icra edilmiş ilkin cərrahiyyə əməliyyatı ilə əlaqələndirmək mümkün deyildir. Tibbi sənədlərə əsasən, Zərərçəkmiş şəxs üzərində icra edilmiş ikinci cərrahiyyə əməliyyatının tam dəqiq diaqnozu üçün tələb olunan patohistoloji müayinə aparılmadığından fistulanın hansı səbəbdən yaranması haqqınd a fikir söylənilməsi mümkün deyildir. Beləliklə, sadalanan sübutları tədqiq edərək qiymətləndirən məhkəmələr belə nəticəyə gəlmişlər ki, qeyd edilən ciddi ziddiyyətlərlə bağlı xəstələrin vəziyyətinin kritik hala düşməsində həlledici amilin istər birinci əməliyyatın qüsurla icra edilməsindən yaranmış ağırlaşmadan, istərsə də ikinci cərrahi əməliyyatın düzgün taktika seçilməyərək yetərsiz icra edilməsindən yaranmış ağırlaşmadan baş verməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Göstərilənləri nəzərə almaqla kassasiya məhkəmə kollegiyası dövlət ittihamçısının məhkəmələr tərəfindən X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə əsassız olaraq bəraət verməsinə dair ekspert rəylərinin düzgün tədqiq edilməməsi barədə dəlillərinə nəzər yetirərkən müəyyən edir ki, iş üzrə keçirilmiş ilkin məhkəmə-tibbi ekspertizasının 13 avqust 2021-ci il tarixli, 680 və 681 №-li rəylər, habelə əlavə tədqiqat aparılmadan verilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2021-ci il tarixli, 462 və 463 №-li rəylərin mahiyyətcə tam eyni olması, təkrar məhkəmətibbi ekspertizasının 24 may 2022-ci il tarixli rəyinin isə 680, 681, 462 və 463 №-li rəyləri arasında kəskin ziddiyyətlər olmaqla tam başqa mahiyyətli nəticədən ibarət olması, 680 və 681 saylı rəyləri verən ekspert komissiyasının üzvlərinin (kobud qanun pozuntusuna yol verdiklərinə görə barələrində xüsusi qərar qəbul edilmiş) öz rəylərinin belə mötəbər olmaması barədə verdikləri ifadələrə, təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 19 oktyabr 2022-ci il tarixli rəyinin isə əvvəlki ekspertiza rəylərini hə m təsdiq, həm də inkar etməsini özündə ehtiva etməklə qoyulmuş sualların cavablarının mülahizə xarakterli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin rəylər iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. İş üzrə həkim-cərrah X-yə səhlənkarlıq cinayəti (CM-in 314.2-ci maddəsində nəzərdə tutulan əməli) törətməsi ilə bağlı ittihamın verilməsi üçün məhkəmə-tibbi ekspertizasının rəyləri əsas sübut növü olduğundan və başqa mötəbər sübutların olmaması nəzərə alınaraq məhkəmə hesab edir ki, qeyd olunan rəylərə əsaslanaraqmötəbər sübut kimi qəbul edilərək həkim-cərrah X13 Məmmədquliyevanın və Zərərçəkmiş şəxs üzərində cərrahiyyə əməliyyatlarına texniki cəhətdən qüsurlu icra etməsi, onun Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarını pozması və bunun ağır nəticələ rə, o cümlədən X-nın ölümünə səbəb olması qənaətinə gəlib ona səhlənkarlıq cinayəti törətməsi ilə bağlı ittihamın verilməsi mümkün hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Beləliklə, kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, məhkəmələrin əsaslandığı yuxarıda sadalanan sübutlarda, o cümlədən ittihamın istinad etdiyi sübutların mötəbərliyinin ciddi şübhə altına alındığı vəziyyətdə apellyasiya məhkəməsinin təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 312.4-cü ma ddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliyinin sübuta yetirilməməsi barədə qənaətə gəlib ona həmin ittiham üzrə (CPM-in 42.1.4-cü maddəsində göstərilən hala istinad etməklə) bəraət verməsi maddi hüquq normaları ilə yanaşı cinayət-prosessual qanununun da yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən nəticələr kimi özünü göstərir. Lakin kassasiya məhkəmə kollegiyası kassasiya protestinin o dəlili ilə razılaşır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə CM-in 311.3.2-ci maddəsi üzrə ittihamın əsasını təşkil edən sübutlara düzgün qiymət vermədən, X14 əməlinin əsassız olaraq CMin 311.3.2-ci maddəsindən CM-in 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin dispozisiyasına görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həmin maddə ilə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 2ci bəndində qeyd olunur ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə təcrübəsində oxşar cinayət işləri üzrə şəxsin əməlində o halda dələduzluq cinayətinin tərkib əlamətləri mövcud ola bilərdi ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə müəyyən əməliyyatı icra edəcəyi barədə yalandan vəd verərək onların pulunu ələ keçirsin və sonra isə əməliyyatı icra etməsin. Lakin cinayət işi üzrə toplanılmış sübutlarla da etdiyi əməliyyata görə X14 pulun alınması faktı məhkəmələr tərəfindən təsdiq olunmuş fakt kimi qəbul edilmişdir. Kassasiya protestinin dəlillərinin cinayət işinin materialları ilə müqayisəli təhlilindən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi cinayət qanunvericiliyində nəzərdə tutulmuş deyil, öz məntiqindən irəli gələn tələblərə əsaslanaraq vəzifə icrası ilə bağlı olan hərəkətlərə görə maddi nemət alan şəxsin əməllərini aldatma və etibardan sui-istifadə kimi qəbul edib, səhv mövqe nümayiş etmişdir. Yuxarıda qeyd edilən normanın tərkib əlamətlərini, həmçinin bu barədə Ali Məhkəmənin Plenumunun izahlarını baxılan iş üzrə apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki halları ilə əlaqəli şəkildə müqayisə etdikdə aydın olur ki, məhkəmə kollegiyasının əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmək olmaz. Bununla belə kassasiya məhkəmə kollegiyası X16 bəraət verilməsinə dair kassasiya şikayətinin dəlillərini, həmçinin şəxsin CM-in 311.3.2-ci maddəsi ilə təqsirlən dirilməsinə dair kassasiya protestinin dəlillərini təhlil edərkən, müəyyən olunur ki, dövlət ittihamçısı kassasiya protestində və müdafiə tərəfi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsinin gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya protestinin və kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassas iya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və ittiham tə rəfinin kassasiya protestində, məhkumun isə kassasiya şikayətində məhkəmə qərarlarının mübahisələndirilməsi üçün gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Bu baxımdan kassasiya məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrin iş üzrə müəyyən olunmuş sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətlərindən çıxış edərək əməlin CM-in 311.3.2-ci maddəsi ilə tövsifi məsələsinə, eyni zamanda X-nin rüşvət alma cinayəti törətməsi və onun bu cinayətin subyekti olubolmaması ilə bağlı bu barədə həm kassasiya şikayətinin, həm də kassasiya protestinin dəlillərinə hüquqi qiymət vermək mümkündür. CM-in 311-ci maddəsinə əsasən, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsidir. Rüşvət vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə törədilən əməllərin (hərəkət və ya hərəkətsizliyin) müqabilində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında izah edilir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmad an sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Apellyasiya məhkəmə kollegiyası qərarında CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində olan “vəzifəli şəxs” anlayışına istinad etməklə X14 hərəkətlərini hüquqi əhəmiyyət kəsb edən hərəkətlər kimi xarakterizə etməmiş, xüsusi ilə də həkim-cərrah peşə fəaliyyəti ilə əlaqədar olan hərəkətləri yalnız həkim-xəstə münasibətlərinin yaranması kimi qəbul edərək, belə münasibətlərin hüquqi xarakterə malik olmaması, hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəlmədiyi barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiya sı apelyasiya məhkəməsinin bu barədə gəldiyi nəticəni qeyri-qanuni və əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş əsas insan hüquqlarından biri kimi hər kəsin sağlamlığının qorunması hüququ çıxış edir. Belə ki, Konstitusiyanın 41-ci maddəsinə görə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Sosial-iqtisadi hüquqların (o cümlədən sağlamlığın qorunması hüququnun) xüsusiyyəti ondan ibarətdir ki, onların həyata keçirilməsi üçün dövlətin konkret vəzifələri normativ qaydada müəyyən edilməlidir. Çünki əgər onların həyata keçirilməsi dövlət səviyyəsində təmin olunmursa, bu halda mülki və siyasi hüquqlar da heç bir əhəmiyyət kəsb etməyən formal kateqoriyaya çevrilir. Ona görə də, sağlamlığın qorunmasına olan konstitusion hüquq dövlətin sosial siyasəti üçün oriyentirlər müəyyən edir. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 1-ci maddəsində təsbit olunan əhalinin sağlamlığının qorunmasının əsas prinsipi kimi əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyətini müəyyən edir. “Sağlamlığın qorunması hüququ” anlayışı “tibbi yardım almaq hüququ” anlayışı ilə sıx surətdə bağlıdır. Eyni zamanada vətəndaşların sağlamlığının qorunması hüququ məzmunca kompleks xarakter daşımaqla, özündə tibbi-sosial yardımın hamı üçün mümkünlüyünü, insana əlçatan tibbi yardımın göstərilməsini, hər zaman cəmiyyətin və dövlətin qarşısında dayanan ən aktual məsələlərdən biri olaraq zəruri tibbi yardımın pulsuz olmasını və dövlət tibb m üəssisələrində pulsuz tibbi xidməti göstərilməsini də ehtiva edir. Tibbi yardım göstərmənin həm tibbi, həm də hüquqi aspektləri vardır. Belə ki, insan və vətəndaşların hüquqlarının əsassız və qanunsuz şəkildə məhdudlaşdırılması və pozulması dövlətin və cəmiyyətin proqressiv inkişafını ləngidən faktor kimi çıxış edir və məsuliyyətə səbəb olur. Sağlamlığın qorunması hüququ da vətəndaşların konstitusion hüququ olmaqla heç bir halda məhdudlaşdırılmayan bir hüquqdur. Həkim xəstənin tibbi yardım almaq hüququnu reallaşdırır və onun tərəfindən pasiyentin hüquqlarının qanunsuz şəkildə məhdudlaşdırılması və pozulması da hüquqi məsuliyyətə səbəb olur. Faktiki olaraq həkimin tibbi yardım göstərilməsi sahəsindəki xidməti dövlətin vətəndaşlara göstərdiyi xidmətin (ümumdövlət əhəmiyyəti daşıyan fəaliyyət in) bir sahəsi olmaqla qeyd edildiyi kimi tibbi yardım almaq hüququnu realaşdırılması, yəni hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən hərəkətlərdən ibarət olmaqla bu xidmətin (tibbi xidmətin) icrası dövlətlə vətəndaşlar arasında olan hüquq münasibətlərini özündə ehtiva edir. Şəxsin vəzifəli şəxs hesab edilməsinin spesifik xüsusiyyətlərindən biri də funksiyalarda hüquqi əhəmiyyətə malik olan qərarların qəbulu üzrə sırf peşə vəzifələrinin birləşməsi ilə xarakterizə olunan fəalliyyətin (tibbi yardım göstərmək, dərs demək və s.) mümkünlüyüdür. Hazırkı işə gəldikdə isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışını n şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında izah edilir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-cı maddəsinə əsasən publik hüquqi şəxs-dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Dövlət adından yaradılmış qeyri-kom mersiya təşkilatı olan “X-” X35 fəaliyyəti hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunmasını özündə ehtiva edən vətəndaşlara tibbi yardım almaq hüququnu reallaşdırılması sahəsində xidmət göstərir. “X-” X35 inzibati-təşkilati fəaliyyətinin, o cümlədən idarə olunmasının “X-” X35 Nizamaməsi ilə, xəstəxana əməkdaşlarının, o cümlədən həkim-ümumi cərrah vəzifəsində işləyən şəxslərin tibbi xidməti fəaliyətinin isə Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 №-li əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı” ilə həyata keçirilir. “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”na əsasən həkim cərrahın ona tabe olan orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibbi heyətinin işinə nəzarət etmək, sərəncamlar vermək və onların rəhbərliyə həvəsləndirmək və tənbeh etmək üzrə təkliflər vermək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını və diaqnozunu müəyyən etmək, zəruri müalicəni təyin etmək və s. bir sıra vəzifə öhdəlikləri bilavasitə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərilməsi (yəni vətəndaşın tibbi yardım almaq hüququnun təmin edilməsi sahəsində xidmət göstərilməsi) öhdəliyi ilə əlaqədardır. İşdə olan, “X-” X35 23 sentyabr 2021-ci il tarixli, 597 №-li arayışla müəyyən olunur ki, “X-” X31 vətəndaşların cərrahiyyə əməliyyatları, stasionar və ambulator müayinə və müalicələr tam ödənişsiz hə yata keçirilir. Qeyd edilənlərə əsaslanmaqla müəyyən olunur ki, dövlət adından yaradılmış qeyri-kommersiya təşkilatı olan “X-” X35 tibbi xidmət üzrə fəaliyyəti cərrahiyyə şöbəsində həkim-ümumi cərrah vəzifəsində işləyən X- dövlət qulluqçusu olmaqla dövlət tərəfindən vətəndaşlara pulsuz tibbi xidmətin (cərrahiyyə əməliyyatları, stasionar və ambulator müayinə və müalicələrin tam ödənişsiz olmaqla) həyata keçirilməsi vəzifələrinin (tibbi yardım xidmətlərinin) icrası tapşırılmış (müvafiq qanun, təlimat və əmrə əsaslanaraq) səlahiyyətli şəxs olmaqla onun vətəndaşalara qarşı həkim-cərrah kimi tibbi xidməti fəaliyyəti dövlətlə vətəndaşlar arasında olan hüquq münasibətlərini özündə ehtiva edən (hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən) hərəkətlərdən ibar ətdir. Qeyd olunanlar nəzərə alınaraq kassasiya məhkəmə kollegiyası hesab edir ki, dövlət tərəfindən səhiyyə sahəsində vətəndaşlara pulsuz tibbi xidmətin həyata keçirilməsi vəzifələrinin, o cümlədən dövlət tərəfindən yaradılmış qeyri-kommersiya təşkilatı olan XRMX PHŞ-i vasitəsilə vətəndaşlara birbaşa tam ödənişsiz olmaqla göstərilən tibbi xidmətin həyata keçirilməsi vəzifəsinin icrası tapşırılmış həkim-ümumi cərrah vəzifəsində işləyən X- dövlət qulluqçusu olmaqla vəzifəli şəxs kimi qulluq mənafeyinə zidd olaraq etdiyi hərəkətlər, yəni vətəndaşların üzərində cərrahiyyə əməliyyatlarının icra etməsi müqabilində əməliyyat haqqı adı ilə maddi nemət olan müəyyən məbləğlərlə pulun alınması hərəkətləri dələduzluq kimi qiymətləndirilməsi apellyasiya məhkəməsinin sübutların tədqiqinə dair Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərini pozmaqla, əməlin tövsifi üçün mühüm əhəmiyyət kəsb edən sübutları düzgün qiymətləndirməyən nəticə kimi özünü göstərir. Təsvir olunanlar apellyasiya məhkəməsinin sübutların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərini pozmaqla, əməlin tövsifi üçün mühüm əhəmiyyət kəsb edən sübutları düzgün qiymətləndirməməklə, X14 əməlinin əsassız olaraq CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilməsi haqqında nəticəyə gəldiyini göstərir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarlarına istinad edərək şərh etməklə düzgün nəticəyə gəlməmişdir. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olmadığı üçün apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas verir. Kassasiya məhkəmə kollegiyası həmçinin, kassasiya protestinin mübahisələndirilən qərarın nəticə hissəsində apellyasiya protestinin qismən təmin edib, CM-in 62-ci maddəsinin hökmdən xaric edilməsi barədə apellyasiya məhkəməsinin qərarın nəticə hissəsində qeyd etdiyi qənaəti cinayət, cinayət-prosessual qanunvericiliyinə əsasən qanunsuz və əsassız olmasına dair dəlilləri ilə də razılaşır. Belə ki, istər qanunvericiliyə əsasən, istərsə də məntiqlə apellyasiya instansiyası məhkəməsinin X14 əməlini CM-in 3 11.3.2-ci maddəsindən CM-in 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edən zaman əməlin tövsifi ilə yanaşı həmçinin şəxsə əvvəlki maddə ilə cəza təyin edilməsinə dair müddəaların da dəyişməsi barədə nəticəyə gəlməli olduğu halda, qərarın nəticə hissəsində əlavə olaraq “CM-in 62-ci maddəsinin hökmdən xaric edilməsi”nin qeyd edilməsini kassasiya məhkəməsi kollegiyası qanuni və əsaslı hesab etmir. Kassasiya məhkəmə kollegiyası həmçinin kassasiya şikayətində göstərilmiş X-yə ittiham verilməsi üçün qəbul edilmiş sübutlar, yəni X, Şahid3, Zərərçəkmiş şəxs, Şahid1, Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələri qanun pozuntuları ilə əldə edilməsi, həmin ifadələrin etibarsız hesab edilib sübutlar siyahısından çıxarılması, həkimümumi cərrah X-nin xidməti fəaliyyəti “Tibb müəssisələrin də çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı” ilə nizamlanmadığından həmin təlimatın sübutlar siyahısından çıxarılması, iş üzrə olan ekspert rəylərin biri-birinə ziddiyyət təşkil etməsi, həm də həmin rəylərin ekspert səlahiyyətləri olmayan şəxslər tərəfindən verilməsi nəzərə alınaraq bu rəylərin sübutlar siyahısından çıxarılması, X-nin ibtidai istintaq və məhkəmədə verdiyi ifadələri, həmçinin X, Şahid3, Zərərçəkmiş şəxs, Şahid1, Şahid4 və Şahid5 məhkəmə iclasında verdikləri ifadələri sübut kimi qəbul edilməsi, həm də işdə olan sübutlara əsasən X- RMX-da təşkilati-sərəncamverici səlahiyyətlərə malik olmamaqla həkim-cərrah işləyən X- iş üzrə vəzifəli şəxs kimi qəbul edilməməsi, eləcə də iş üzrə verilmiş vəsatətlərdə göstərilən bütün hallar nəzərə a lınaraq X-yə bəraət verilməsinə dair dəlillərinə həm aşağı instansiya məhkəmələri tərəfindən araşdırılaraq qiymət verildiyini, həm də məhkəmə kollegiyasının yuxarıda hüquqi qiymət verməsini nəzərə alaraq təkrarən qiymət verilməsini lüzumsuz hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilmiş yuxarıda sadalanan dəlilləri X16 qeyd edilən maddə üzrə bəraət verilməməsinə dair birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrin qanuniliyini şübhə altına almağa əsas vermir və kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunmuş, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış əməlin tövs ifinə (CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 və 178.2.3-cü maddələrinə) dair və qərarın yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddialar uyğun olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmuş; baxılan cinayət işi üzrə sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmamış; araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilməmiş və X14 oğlunun əməlinin əsassız olaraq CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilməsi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gəlməyən sübutların məcmusu ilə əsaslandırılmışdır. Mübahisəsizdir ki, iş üzrə cinayət prosessual qanunvericiliyinin və ali məhkəmə təcrübəsinin tələblərinə uyğun araşdırılma aparmadan bu formada qəbul edilən apellyasiya məhkəməsinin qərarı da qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, kassasiya məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, X16 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə bəraət verilməsinə dair məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, eyni zamanda apellyasiya məhkəməsinin yekun qərarı X14 əməlinin CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilməsi və onun CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərb aycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilməsi hissəsi kassasiya protestinə əsasən ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində həmin hissədə yeni məhkəmə baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində göstərilmişdir ki, kassasiya instansiyası məhkəməsi məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə (416.1.2) və ya məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə (416.1.15) apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs X24 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarı X14 əməlinin CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilməsi və onun CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməsi, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilməsi hissəsində kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar