Məhkəmə qərarları › İş №1(102)-1650/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1650/2019

10.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1650/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Məhkum və Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli hökmü ilə Məhkumnun Azərbaycan Respublikası CM-nin 29, 120.2.5 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2019-cu il tarixli qərarından müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli hökmü ilə (hakimlər: S.Ə.Əzizov (sədrlik edən), Z.B.Qasımov və E.İ.Rüstəmovdan ibarət tərkibdə) xx xxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış Məhkum, Azərbaycan Respublikası CM-in 29, 120.2.5 və 228.1-ci maddələri ilə təqsirli bilinib, ona Azərbaycan Respublikası CM-in 29,120.2.5ci maddəsi ilə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaqla qəti olaraq 15 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müda fiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilərək cinayət işi apelyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 10 iyun 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2019-ci il tarixli qərarını dəyişdirərək, AR CM-nin 29, 120.2.5-ci maddəsini ittihamdan xaric edilməsini, baş vermiş hadisənin nəticələrini nəzərə alaraq təqsirləndirilən şəxsin əməlini ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma kimi yenidən tövsif edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən, Məhkum Zərərçəkmiş şəxs ilə 2014-cü ilin may ayında aralarında yaranmış razılığa əsasən sonuncunun arvadı X3 məxsus ünvan 3 ünvanında yerləşən evə görə əvvəlcə ona 15.000 manat pul vermiş, qalan 25.472 man atı isə təxminən bir ay müddətinə qaytaracağına söz verərək bu barədə onun ögey qızı X4 ilə X6 arasında borc müqaviləsi bağlanmasını təmin etmiş, lakin göstərilən müddətdə həmin borcu qaytara bilməyərək Zərərçəkmiş şəxs ona verəcəyi pulu 40.670 manatadək artırmaq müqabilində bir neçə dəfə möhlət istəyərək həmin borcu ödəməmiş, sonuncu dəfə isə 2015-ci iln mart ayında növbəti dəfə yenidən möhlət istəyərək 15 iyun 2015-ci il tarixədək ona olan borcunu tam şəkildə ödəməyi, əks halda isə alqı-satqı müqaviləsi yolu ilə qızı X2nın adına keçirilmiş evi qaytaracağına dair öhdəlik götürsə də, həmin öhdəliyi yerinə yetirə bilməmiş və 16 iyul 2015-ci il tarixdə Zərərçəkmiş şəxs olan borcunu qaytarmaqdan yaxa qurtarmaq üçün onu qəsdən öldürmək qərarına gəlib, 1992-ci ildən qanunsuz olaraq əldə edib öz ündə saxladığı, daşıdığı və gəzdirdiyi konstruktiv dəyişikliyə məruz qalaraq qundağı və lüləsi kəsilib qısaldılmaqla ilkin təyinatı dəyişildiyindən odlu silah hesab edilən, saz və atəş açmaq üçün yararlı olan 16 kalibrli «TOZ B» modelli 70208 zavod №-li əvvəlcədən atəşə hazır vəziyyətə gətirdiyi qoşalüləli tüfəng kəsiyini götürərək Zərərçəkmiş şəxs Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində yerləşən və «ləzgilərin» kafesi kimi tanınan «Dostluq» kafesinə dəvət etmiş, həmin gün saat təxminən 12:00 radələrində kafenin 3 nömrəli otağında X3a orada gözləməsini bildirib, kafenin həyətində onu gözləyən taksi maşının saxlanc yerinə qoyduğu sellofan torbaya bükülmüş tüfəng kəsiyini özü ilə həmin otağa gətirib, sonuncunu qəsdən öldürmək məqsədilə ona doğru tuşlamaqla tüfəng kəsiyinin tətiyini çəkib atəş açaraq sonuncuya sol qasıq kanalının tam dağılması ilə müşayiət olunmuş, lakin qarın boşluğuna nüfuz etməyən sol qasıq nahiyəsinin bir ədəd odlu silah (giriş dəliyi) yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmiş, lakin Zərərçəkmiş şəxs xəsarəti aldıqdan sonra özünü itirməyərək onun üstünə atılması və onu yerə yıxaraq silahı onun əlindən alıb kabinetin qapısından kənara atması, habelə silahın səsinə və Zərərçəkmiş şəxs “kömək edin” deyə çağırışlarına oraya gələn kafenin işçilərinin kabinetə daxil olması, o cümlədən Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq göstərilən tibbi yardımlar nəticəsində sağ qalması səbəbindən, Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmaX1 səbəblərə görə başa çatdıra bilməyərək, qanunsuz olaraq əldə edib saxladığı, daşıdığı və gəzdirdiyi odlu silahla Zərərçəkmiş şəxs tamah məqsədi ilə qəsdən öldürməyə cəhd etmiş, yəni qanunsuz olaraq odlu silah əldə edib saxlamaqla, daşımaqla və gəzdirməklə onu tamah niyyəti ilə qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin göstərdiyi halların araşdırılmasından imtina edilməsi, işin faktiki hallarının düzgün müəyyən edilməməsi, təqsirləndirilən şəxsin xeyrinə təsfır edilə biləcək halların gizlədilməsi, ziX1ına olan halların qərəzli surətdə qabardırılmasının məntiqi nəticəsi olaraq məhkəmə Məhkum əməllərini düzgün tövsif edə bilməmişdir. Belə ki, Məhkum istintaq orqanına və məhkəməyə verdiyi ifadələrində dəfələrlə vurğulamışdır ki, o heç zaman Zərərçəkmiş şəxs öldürmək niyyətində olmamış, niyyəti onu qorxutmaq və hədə-qorxu gəlməklə aralarında yaranmış mülki mübahisədən irəli gələn məsələlərin həll edilməsi olmuşdur. məhkum1nin cinayət əməlinin subyektiv tərəfi məhkəmə tərəfindən müəyyən edilməmiş. Məhkəmələr məhkum1nin zərərçəkmiş şəxsi öldürmək niyyətində olmasını mötəbər sübutların məcmusu ilə sübut edə bilməmişlər. Əksinə olaraq, təqsirləndirilən şəxsin hadisənin baş verməsindən əvvəl və sonrakı hərəkətlərinin xarakteri tam əminliklə belə nəticəyə gəlməyə əsas verir ki o həqiqətən zərərçəkmiş şəxsi qətlə yetirmək niyyətində olmamış, onun ölümünü arzulamamışdır. Cinayət işinə baxan məhkəmələr cinayət prosessual qanunvericiliyin prins iplərinə əməl etməmişlər, sübutlar və sübutetməyə dair cinayət prosessual qaydalarını pozmuşlar və nəticədə X1 əməlinin ehtiyatsızlıqdan az ağır zərər vurma kimi qiymətləndirmək əvəzinə, onun əməllini şişirdərək tamah məqsədilə adam öldürməyə cəhd kimi tövsif edərək, qanunsuz və əsassız qərara gəlmişlər. Müdafiə tərəfi qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2019-ci il tarixli qərarını dəyişdirərək, AR CM-nin 29, 120.2.5-ci maddəsini ittihamdan xaric edilməsini, baş vermiş hadisənin nəticələrini nəzərə alaraq təqsirləndirilən şəxsin əməlini ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma kimi yenidən tövsif edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlilləri ni müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxı şının predmeti olmaX1 faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir “...X1 içəri daxil olmuş, X1ın əlində lüləsi kəsilmiş ov tüfəngi olmuş, sonuncu stolun arxasına qapıdan sağa keçmiş, əlindəki tüfəngi qaldırıb onun üzünə tutmuşdur. X1ın bu hərəkətini görüb vəziyyətin pisləşdiyini hiss etmiş və sonuncuya «yekə kişisən, ayıbdır, pula görə adam s ilah qaldırarmı, gəl oturaq həmişəki kimi sənə vaxt verək, nə lazımdırsa edək» demişdir. Təxminən 3-4 dəqiqə sonra qapı açılmış, qapıdan görünən ofisiant nəsə soruşmuş və bu zaman qapının arxasında daX1mış X1 ofisianta qapını örtməsini, gəlməməsini demiş, barmağı ilə ona «sus» işarəsi vermiş və qapını örtmüşdür. O, ofisiantın qapıda olduğunu görüb qaçmaq üçün ayağa qalxmış və qapıya tərəf keçmək istədikdə atəş açılmışdır. O, sol ayağının yuxarısından yaralandığını hiss etmiş, X1ın üstünə cumub silahdan yapışmışdır ki, silahı əlindən alsın. Onlar əlbəyaxa olduqları vaxt silahı X1ın əlindən alıb «qapını açın silahı atım» deyərək qışqırmış, qapı bir qədər aralanmış və o, cəld silahı qapıya itələmişdir. X1 bu vaxt onu arxadan tutmuş, bunda sonra qapını kafenin işcilərindən kimsə açmış, bu za man onlar aralanmışlar. Təcili olaraq onu köməkləşib xəstəxanaya aparmışlar, həmin vaxt X1 da xəstəxanaya getmişdir. X1 silahla kabinetə girib onun üstünə tuşlaX1da silah atəşə hazır vəziyyətdə olmuş, X1 onu öldürmək məqsədilə silahı tuşlamış və öldürmək məqsədilə atəş açmışdır. Lakin o, X1ın üstünə atılaraq silahı onun əlindən alaraq ikinci atəşi açmağa imkan verməmiş, sonuncu onu öldürə bilməmişdir. X1 ona arvadları bu işə qoşduğuna görə alqı-satqıda da olsa silahla onu vurub öldürəcəyini demişdir.” Zərərçəkmiş Səidov X1 instansiya məhkəməsində də, birinci instansiya məhkəməsində verdiyi ifadəsi ilə eyni ifadə verərək, Ynaın silahı onu ürək nahiyyəsinə tuşladığını, aralarındakı məsafənin yaxın olduğunu, X1ın gözləri bərəlmiş, çox gərgin davranmış, üz cizgilərindən onun zarafat etmədiyini anlamış, o, yaranmış vəziyyətdən istifadə edib ayağa qalxmışdır. Bu zaman X1ın silahdan atəş açması nəticəsində mərmi onun budunun yuxarı nahiyəsinə dəydiyini bildirərək Məhkumlə barışmamışdır və onun barəsində olan hökmün dəyişdirilmədən saxlanılmasını xahiş edtmişdir Hasisə baş verən kafenin işçisi-şahid X3 ifadəsində göstərmişdir “...Kabinetin qapısını döyərək içəri girmək istəmiş, qapının cəftəsindən tutub açıb içəriyə daxil olmaq istədikdə qapı tam açılmadığından təxminən 20 sm aralanmış, bu zaman otaqda qapıdan solda stolun arxasında yekəpər bir kişinin, yəni sonradan adını bildiyi X3ın stulda oturduğunu görmüşdür. Nə lazımdır deyib paketi göstərmək istəmişdir ki, kimə məxsus olmasını soruşsun. Bu vaxt qapının arxasından üzünü görmədiyi X1 heç nə lazım deyil demişdir. Bu vaxt X3 ona «gəl içəri, gəl içəri» deyib ayağa qalxmaq istəmiş, bu zaman qapının arxa tərəfindən X1 «gəlmə, gəlmə» deyib, qapını içəridən bərkdən örtmüşdür. O, X1ın özünü görməsə də qapını açdığı zaman və ona «gəlmə» deyərkən X1ın qapıdan bir qədər aralıda olduğunu hiss etmiş, qapını örtdükdən təxminən 2-3 saniyə sonra atəş səsi eşitmişdir....” Məhkəmə-tibb əlavə ekspertizasının 45/600 saylı, 26 dekabr 2015-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət, sol qasıq kanalının tam dağılması ilə müşayiət olunmuş, lakin qarın boşluğuna nüfuz etməyən sol qasıq nahiyəsinin bir ədəd odlu silah (giriş dəliyi) yarası patronu qırma ilə doldurulmuş odlu silahdan yaxın məsafədən açılan bir atəş nəticəsində yaranmışdır, 16 iyun 2015-ci il tarixdə əmələ gələ bil ərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənəddə onun aldığı xəsarətin sol qasıq kanalının tam dağılması ilə müşayiət olunmuş, lakin qarın boşluğuna nüfuz etməyən sol qasıq nahiyyəsinin odlu silah yarasının yara kanalının istiqaməti haqqında konkret məlumat qeyd olunmadığından yara kanalının istiqaməti haqqında konkret fikir yürütmək mümkün deyildir. Zərərçəkmiş şəxs aldığı xəsarətin xarakterinə (böyük yara dəliyinin ətrafında zədələnmələrin olmamasına) və güllənin əlavə faktorlarının (onun adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan yara ətrafında X1ıq sahələrinin olmasına) əsasən demək olar ki, atəş zamanı atış məsafəsi 1 metrə qədər məsafədə olmuşdur. Qeyd olunan xəsarət in lokalizasiyasına (sol qasıq nahiyyəsində yerləşməsini nəzərə alaraq) əsasən demək olar ki, həmin xəsarət Zərərçəkmiş şəxs stolun arxasından durub qapıya tərəf qaçmaq istədikdə qarşı tərəfdə ayaq üstə durmuş şəxsin əlindəki silahdan açılan atəş zamanı əmələ gələ bilərdi. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində izah olunur ki, "qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmaX1 səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir Müdafiə tərəfinin göstərdiyi arqumentlər zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri, işin faktiki halları və işin digərobyektiv halları ilə təkzib olunur. Məhkumun istinad edilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmuyu ilə sübuta yetirildiyini nəzərə alınaraq kollegiya hesab edir ki, məhkəmələr tərəfindən məhkumun əməli düzgün qiymətləndirilmişdir. Müdafiə tərəfinin əməlin düzgün tövsif olunmaması barəsində eyn i məzmunlu dəlilləri apellyasiya instansiyasında araşdırılmış və əsassız olduğundan məhkəmə tərəfindən məqbul hesab edilməmişdir. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, Məhkumnun əməlini həm CM-in 29,120.2.5-və 228.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmələrin nəticəsi işin obyektiv hallarına uyğundur. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərarı n dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkumnun Azərbaycan Respublikası CM-nin 29, 120.2.5 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar