Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1650/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxaraq, aşağıdakı qərarı qəbu l etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1598/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 fevral 2022-ci il tarixdən hesablan ması hökm edilmişdir.
3. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum edilmişdir.
4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1598/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.
7. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə müraciət edib, müdafiəçisi Müdafiəçi3 və onun özü tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
8. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
9. Məhkəmə kollegiyası Məhkum onun Müdafiəçi3 və özü tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı proses iştirakçılarının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qərarından Müdafiəçi3 və Məhkum tərəfindən verilmiş kassasiya şikay ətləri geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-206/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın.