Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1650/2025 05.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1958-ci ildə Füzuli rayonunun Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublik asının vətəndaşı, evli, orta-ixtisas təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi, ev 171 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4 və 310-cu maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-775/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-164/2025 nömrəli 12 fevral 2025ci il tarixli hökmü ilə (hakim P.N.Muradov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.4-cü maddəsi ilə 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 310-cu maddəsi ilə 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, CM-in 68.3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) gününə islah işlərininin 2 (iki) günü hesabı ilə hesablanmaqla, ona təyin olunan cəzaları CM-in 66.2-ci maddəsinə əsasən, qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-775/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qərarı ilə (hakimlər E.Z.Əliyev (sədrlik edən), M.Ə.A bbasov və Ə.İ.Məmmədovdan ibarət məhkəmə tərkibində) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-164/2025 nömrəli 12 fevral 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə törədəcəyi cinayətdən xəbərsiz olan X1 12 iyun 2024-cü il tarixdə, “ZOOM" tətbiqi vasitəsilə “Təhsil haqqında" Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli, 833-İİİQ nömrəli Qanununa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq 8 iyun 2024-cü il tarixdə keçirilmiş ibtidai sinif müəllimlərinin təkrar sertifikatlaşdırma imtahanının test mərhələsindən məqbul bal toplaya bilməmiş müəllimlərlə təşkil etdiyi videokonfransa “WhatsApp” ani mətn mübadiləsi və internet telefoniya tətbiqi vasitəsilə Əfsanə Abdullayevanın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng etməsi ilə əlaqədar qoşulmaqla həmin videokonfransda iştirak edən ayrı-ayrı şəxslərə özbaşına özünü Zərərçəkmiş şəxs1 əməkdaşı kimi təqdim edib tanışı olan Azərbaycan Respublikasının Elm və Təhsi i Nazirliyinin səlahiyyətli rəhbər vəzifəli şəxsinin 8 iyun 2024-cü il tarixdə keçirilmiş imtahanın nəticələrini dəyişdirmək səlahiyyətlərinin olmasını, qeyd edilən məsələlər ilə əlaqədar Zərərçəkmiş şəxs1 inzibati binasında olduğunu və həmin tanışı olan vəzifəli şəxslə görüşəcəyini, imtahan ballarının dəyişdirilməsi ilə əlaqədar ona müraciət edə biləcəklərini yalandan bildirərək yaranmış inam və etibardan sui-istifadə edib imtahan ballarının dəyişdirilməsi ilə əlaqədar “WhatsApp” ani mətn mübadiləsi və internet telefoniya tətbiqi vasitəsilə şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamaqla özünə müraciət edən ayrı-ayrı şəxslərə vəzifəli şəxs qismində Zərərçəkmiş şəxs1 əməkdaşı olan tanışına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onların xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə, birbaşa yolla özü vasitəsilə maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitlərinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni qeyd edilən imtahanın nəticələrini onların xeyrinə dəyişdirməklə, məqbul bal toplamalarını təmin edəcəyinə yalandan vəd etməklə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pul vəsaitlərinin, o cümlədən, 12 iyun 2024-cü il tarixdə eyni qaydada özünə müraciət etmiş Zərərçəkmiş şəxs4 13 iyun 2024-cü il tarixdə, istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169-74**-****-8891 nömrəli plastik bank kartı hesabından 500 manat, həmin tarixdə İmişli rayonu, H.Əliyev prospekti 144 ünvanda yerləşən ödəmə terminalı vasitəsilə 1500 manat olmaqla, cəmi 2000 manat, eyni niyyətlə 13 iyun 2024-cü il t arixdə eyni qaydada özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 həmin tarixdə Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən “SPAR Market” mağazasındakı ödəmə terminalı vasitəsilə 2000 manat, eyni niyyətlə 2024-cü ilin iyun ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə eyni qaydada özünə müraciət etmiş Zərərçəkmiş şəxs5 Ucar rayonu ərazisində yerləşən ödəmə terminalları vasitəsilə 2000 manat, eyni niyyətlə 2024-cü ilin iyun ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə eyni qaydada özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “ARAZ Market” mağazasındakı ödəmə terminalı vasitəsilə 1000 manat olmaqla, cəmi 7000 manat məbləğində pul vəsaitinin özünün təqdim etdiyi şəxsi istifadəsində olan "xxxx" ASC-yə məxsus 5239-1515-5093-2090 nömrəli "B ir bank” plastik bank kartı hesabına köçürülməsinə nail olmaqla, ümumilikdə qeyd edilən qaydada 4 nəfər şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 7000 (yeddi min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək İmişli rayonu ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlar vasitəsilə nağdlaşdıraraq şəxsi ehtiyaclarına sərf etməklə həmin şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs1 əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəl i şəxsin səlahiyyətlərini mənimsəmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 1(103)-775/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın törətdiyi cinayətlərin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasına dəyişdirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət müəllifi hesab edir ki, Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırlması növündə cəza onun tərəfindən törədilmiş cinayətlərin növünə, xarakterinə, içtimai təhlükəlilik dərəcəsinə, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmadığından həddindən artıq ağır cəzadır. Məhkum zərər çəkmiş şəxslərə dəymiş zərəri tam ödəmişdir. Həmçinin zərər çəkmiş şəxslər bununla bağlı məhkəməyə ərizələr təqdim edərək hər hansı şikayətlərinin olmadığını bildirmişlər. Şikayətdə qeyd edilir ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı Məhkum könüllü olaraq təqsirini boynuna almış, cinayətin onun tərəfindən törədilməsini etiraf edərək peşmançılıq hissi çəkdiyini bildirmişdir. Məhkum ailəlidir, iki ali təhsilli övladı var, həmçinin qızının yoldaşı yol qəzasında dünyasını dəyişdiyi üçün onun iki azyaşlı övladına baxır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən k assasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apel lyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın törətdiyi cinayətlərin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasına dəyişdirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublika sı CM-in 178.2.4-cü maddəsinə əsasən “eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 310-cu maddəsinə əsasən “özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum e tmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum düzgün olaraq CM-in 178.2.4 və 310-cu maddələri ilə məhkum edilməsi iş materialları ilə sübut edilmişdir. Məhkəmə kollegiya sı kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsi rinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-cı maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə g örə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş z ərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini z amanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Aşağı instansiya məhkəmələ ri məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Məhkum cəzasını yüngülləşdirən hallar kimi zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam məbləğdə ödəməsini, Elm və Təhsil Nazirliyinin nümayəndəsi istisna olmaqla digər zərərçəkmiş şəxslərin onunla barışmasını, ondan heç bir şikayət və tələbinin olmaması barədə ərizələr təqdim etmələrini nəzərə almış və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişlər, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişlər. Kassasiya məhkəmə kollegiyası a şağı instansiya məhkəməsinin cəza təyininə dair mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin 1(103)-775/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegi yası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)775/2025 nömrəli 22 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1650/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1650/2025
05.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver