Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1651/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum1 müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili X11 oğlunun, Məhkum2 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Adəm Məhərrəm oğlunun iştirakları ilə 24 avqust 1978-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli şəhəri, S.Vurğun küçəsi 08 nömrəli evdə qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.1 və 126.2.3-cü maddələri ilə, xx xxxx 1974-cü ildə İmişli rayon Otuziki kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili X11 oğlu və Məhkum2 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə (hakimlər: N.F.Quliyev (sədrlik edən), X.A.Nuriyev və O.Y.Cəlilov) Məhkum1 – Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin başlanğıcının 18 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 – Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin başlanğıcının 18 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), R.M.Cəfərov və K.S.Bəşirov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CMin 126.2.1 və 126.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər, ona görə ki, onlar bir qrup şəxs halında xüsusi amansızlıqla Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşlar. Belə ki, Məhkum2 13 aprel 2019-cu il tarixdə saat 22:40 radələrində İmişli rayonunun Otuziki kəndi ərazisindən keçən Araz çayının üstündəki körpünün altında, çayın vadisində kisənin içərisində bacısı qızı X3 meyitini aşkar edib, bu barədə onun əri Məhkum1 məlumat verdikdən sonra həmin meyiti idarə etdiyi “Mercedes Benz E200 CDİ” markalı, **CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ora gətirmiş Zərərçəkmiş şəxs qisas almaq niyyətilə Araz çayının üstündəki körpüdə, Zərərçəkmiş şəxs atası X8 yanında, ona xüsusi əzab verdiyini dərk edərək, Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş, dah a sonra onun başını qolu ilə tutub bıçaqla bədəninin sol tərəfindən üç dəfə qəsdən vuraraq, ona sol ön qoltuq xətti boyunca 8-ci qabırğa səviyyəsində bir ədəd yaradan ibarət sağlamlığa yüngül zərər vurmaya aid, sol saidin yuxarı 1/3-nin arxa səthində bir ədəd yaradan ibarət sağlamlığa yüngül zərər vurmaya aid, sol orta qoltuq xətti boyunca 7-ci qabırğa səviyyəsində bir ədəd yaradan ibarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib qolu ilə Zərərçəkmiş şəxs tutub saxlayaraq müqavimətini qırmış və Məhkum1 ona qoşulub qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs atası X8 yanında, sonuncuya xüsusi əzab verdiyini dərk edərək, bıçaqla qəsdən Zərərçəkmiş şəxs döş qəfəsinin sağ tərəfindən bir dəfə vuraraq, ona döş qəfəsinin ön səthində sağ ön qoltu q xətti boyunca 4-cü qabırğa səviyyəsində döş boşluğuna keçən, sağtərəfli hemotoroksla müşayiət olunan bir ədəd yaradan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə, Məhkum1 ilə birlikdə bir qrup şəxs halında zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2022-ci il tarixli qərarının Məhkum1 aid hissədə ləğv edilməsi, Məhkum1 əməli CM-in 126.1-ci maddəsinə tövsif edilməsi, yaxud CM-in 62-ci və ya 70-ci maddəsi tətbiq olunması, eləcə də Məhkum1 az yaşlı uşaqlarının olması nəzərə alınmaqla cəzanın icrasının təxi rə salınmasına dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, məhkəmə Məhkum1 barəsində qərar qəbul edərkən onun hadisə vaxtı kəskin emosional stress keçirməsini nəzərə almamışdır. Belə ki, arvadı Vahidənin meyitini gördükdən sonra özündən asılı olmadan kəskin emosional stress vəziyyətində körpünün üstünə qalxıb Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi vurmuşdur. Müdafiəçi hesab edir ki, Məhkum1 əməli CM-in 126.1-ci maddəsi ilə tövsif olunmalı və onun himayəsində 2 azyaşlı uşaqlarının olması, həmin uşaqlarının analarının öldürülməsi səbəbindən başqa himayəçilərinin olmaması, ilk məhkumluğu, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsi və səmimi peşmançılığı nəzərə alınaraq ona həmin maddənin sanksiyasının minimum həddində ona cəza verilməli və CM -in 70-ci maddəsi tətbiq edilməklə cəza şərti tətbiq edilməlidir. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum2 əməlində Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələrinin tərkibinin olmaması əsası ilə onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Məhkum1 tərəfindən vurulub xəsarətləndirilmiş, Məhkum2 həmin cinayətin törədilməsində heç bir rolu olmamış, bacısı qızı Vahidənin meyitinin tapılmasından təsirlənərək Anara yalnız bir sillə vurmuşdur. İbtidai araşdırma orqanı və məhkəmələr yalnız zərərçəkmiş şəxs və onun atası Füzuli Astanovun başqa heç bir sübutla təsdiq olunmayan ifadələrinə əsaslanaraq Məhkum2 əsassız cinayət məsuliyyətinə cəlb etmiş və məhkum etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilər – R.Mirzəyevin və A.Məmmədovun, kassasiya şikayətlərinin qismən təmin edilməsi və təqsirləndirilən şəxslərə CM-nin 62-ci maddəsi tətbiq olunmaqla onlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin 6 il 6 aydan 5 ilə endirilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in n ormalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum1 və Məhkum2 məhkəmə hökmündə təsvir edilən cinayət hadisələrini törətmişlər. Bu zaman məhkəmə iş üzrə məhkumların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayətprosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin hüquqi tövsifi və ona təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Hesab edilir ki, Məhk um1 əməli CM-in 126.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddində cəza təyin olunmaqla, onun barəsində CM-in 62-ci və ya 70-ci maddələrinin tətbiq olunması, eləcə də Məhkum1 az yaşlı uşaqlarının olması nəzərə alınmaqla cəzanın icrasının təxirə salınmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum2 əsassız olaraq məhkum edilməsi bildirilir və əməlində Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələrinin tərkibinin olmaması əsası ilə ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində: Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətini n və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma nəzərdə tutulur. Azərbaycan Respublikasının CM-in 126.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdəaltı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, obyektiv cəhətini isə başqa şəxsin sağlamlığına ağır zərər vurulması təşkil edir. Həmin cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla y anaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsin dən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prini sipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi h aqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum1 və Məhkum2 verdikləri ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özlərini müdafiə məqsədilə verilmiş ifadələ r kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum1 və Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumların qeyd edilən cinayəti törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hes ab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum1 özünü qismən təqsirli, Məhkum2 isə özünü təqsirli bilməsə də, onların ittiham olunduqları cinayət əməlini törətmələri, iş üzrə Zərərçəkmiş şəxs, şahidlər – X4, X14 və X8 ifadələri, məhkəmə-tibbi ekspertizasının 23 aprel 2019-cu il tarixli, 216 nömrəli rəyi, məhkəmə-tibbi kriminalistik ekspertizasının 04 dekabr 2019-cu il tarixli, 577-MTKS/2019 nömrəli rəyi, məhkəmə-tibbi bioloji ekspertizasının 29 noyabr 2019-cu il tarixli, 865/2019 nömrəli rəyi, məhkəmə-psixoloji ekspertizasının 17 yanvar 2020-ci il tarixli, 29797 nömrəli və 07 iyul 2020-ci il tarixli, 11/96 nömrəli rəyləri və digər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanma sı və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara, o cümlədən ekspert rəyləri, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək əsaslı olaraq Məhkum1 və Məhkum2 əməllərini CM-in 126.2.1 və 126.2.3-cü ma ddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmin edilə bilməz. Məhkəmə kollegiyası Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum1 barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə ə məl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini və ailə vəziyyətlərini səciyyələndirən halları kifayət qədər nəzərə almamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilir ki, cəzanın tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-in ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğu n olmalıdır. CM-nin cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən 58-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində qeyd edilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edi lə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CMin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzaların ın təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə t utulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəx slər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli tə yin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkumlara ağır cəza təyin e tmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum1 və Məhkum2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmişlər, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşlar, Məhkum1 himayəsində 2 nəfər azyaşlı uşaqları vardır. İş materiallarından həmçinin görünür ki, Məhkum1 və Məhkum2 cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətmişlər. Belə ki, təqsirləndirilən şəxs Məhkum1 arvadı, Məhkum2 isə bacısı qızı olan Vahidə Məmmədovanın digər şəxslər tərəfindən qəsdən öldürülməsindən sonra onun meyitinin gizlədilməsində Zərərçəkmiş şəxs da iştirak etmiş və Vahidə Məmmədovanın meyitinin tapılmasından bilavasitə sonra yaranmış kəskin emosional stress nəticəsində onlar həmin cinayət hadisəsini törətmişlər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən bu xüsusatlar müstəsna hallar ki mi qiymətləndirilə bilər və məhkumlar Məhkum1 və Məhkum2 barələrində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinə əsas verir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CPM-in 416. 1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum1 və Məhkum2 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) il 06 (al tı) aydan 03 (üç) ilə endirilsin. Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) il 06 (altı) aydan 03 (üç) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1651/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1651/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver