Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1651/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli, 1(103)52/2023 nömrəli qərarından dövlət ittihamçısı Tural Qəhrəmanov tərəfindən ver ilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs Məhkum xx xxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 718 ünvanda qeydiyyatda olan, ünvan 2ışdır.
2. İttihama görə, Məhkum təqsirləndirilir ondan ötrü ki, o, tanışı Şahid1 üstündə aylıq faiz gəliri verməklə 50.000 manat borc istəməsi müqabilində razılaşmalarına əsasən 29 oktyabr 2019-cu il tarixdə sonuncuya məxsus ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 57,9 kv/m olan mənzili ünvan 4poteka müqaviləsi əsasında verilmiş borc 79.000 manat qiymətləndirilməklə tanışı Şahid2 adına rəsmiləşdirmiş, bundan sonra mənzil artıq Şahid2 adına sənədləşd irilmiş olduğundan Şahid1 ondan daha 7000 ABŞ dolları borc almış, sonradan Şahid1 əlavə pul lazım olduğundan özünə məxsus “Mitsubishi Pajero” markalı ** ME *** dövlət nömrə nişanlı avtomaşını alqı-satqı müqaviləsi əsasında onun adına rəsmiləşdirməklə yenidən 15.000 manat borc almış və üzərinə götürmüş öhdəliklərə əsasən 2019-cu ilin oktyabr ayından etibarən 2020-ci ilin may ayına qədər olan müddət ərzində hər ay 3080 manat faiz gəliri ödəmiş, lakin sonradan üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirə bilməyəcəyi üçün tanışı Zərərçəkmiş şəxs müraciət etmiş və sonuncu onunla görüşərək Şahid1 girov olaraq qoyulmuş mənzil və avtomobilinin dəyərini ödəyərək həmin əmlakların öz adına keçirilməsini təklif etdikdə, o, Zərərçəkmiş şəxs 79.000 manat ödənildiyi halda ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 57,9 kv/m olan mənzilin və “Mitsubishi Pajero” markalı ** ME *** dövlət nömrə nişanlı avtomaşının sonuncunun adına rəsmiləşdiriləcəyinə dair vəd vermiş, Zərərçəkmiş şəxs onun hesabına 79.000 manat pulu 01 may 2020-ci il tarixdə "xxxx" ASC-nin “Səbail” filialına ödədikdən sonra, o, Bakı şəhəri 46 saylı notariat kontorunda 29 oktyabr 2019-cu il tarixdə Şahid1 ilə Şahid2 arasında bağlanmış ipoteka müqaviləsi ləğv edilərək ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 57,9 kv/m olan mənzil AN-İ№0810914 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında Zərərçəkmiş şəxs adına rəsmiləşdirsə də, verdiyi vədə əməl etməyib “Mitsubishi Pajero” markalı ** ME *** dövlət nömrə nişanlı avtomobili Zərərçəkmiş şəxs adına rəsmiləşdirməkdən imtina edərək sonuncunu aldatmaqla 15000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir
3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(099)-102/2022 nömrəli hökmü ilə Məhkum təqsiri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə bəraət verilmişdir.
4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək bəraət hökmünün işin faktiki hallarına uyğun olmadığından ləğv edilməsini və Məhkum Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməklə cəzanın həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətində hökmün ləğv edilməsini və Məhkum təqsirli bilinməsi və iş üzrə zərərçəkmiş şəxsə 15000 manat maddi və mənəvi zərərin ödənilməsi barədə mülki iddia tələbinin təmin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli, 1(103)-52/2023 nömrəli qərarı ilə apelyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 1(099)102/2022 nömrəli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Tural Qəhrəmanov tərəfindən kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar
7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilmişdir ki, məhkəmələr Azərb aycan Respublikası CPM-nin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verməklə əsassız və qanunsuz qərar qəbul etmişlər. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
8. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edi lməməsi yoxlanılır.
11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv v ə yaxud dəyişdirilə bilər.
13. Dövlət ittihamçısı kassasiya protestində məhkəmənin Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verməklə əsassız və qanunsuz qərar qəbul etdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
15. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə d üşür.
16. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
18. Cinayət mühakimə icr aatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
19. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
20. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
21. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gə lməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.
22. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPMnin 144-cü maddəsin in tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
23. Qərarda qeyd edilir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında birbaşa heç bir borc münasibəti, sövdələşmə olmamışdır. Ümumiyyətlə təqsirləndirilən şəxs üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Yaranmış mübahisə birmənalı olaraq mülki münasibətlərdən irəli gələn məsələdir və bu mülki mühakimə icraatı qaydasında araşdırıla bilər.
24. Apellyasiya məhkəməsi gəldiyi qənaəti belə əsaslandırmışdır ki, hər dörd şəxsin telefonlar ının 01 may 2020-ci il tarixdə saat 11 radələrindən saat 13 radələrinə qədər ünvan 5 ünvana aid anten dairələrinin əhatəsi altında olması təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs aldatmaqla ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə dəlalət etmir. 46 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bir daha ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m. olan mənzilin Şahid1 mülkiyyətində olduğunu və onun tərəfindən Zərərçəkmiş şəxs satıldığını, təqsirləndirilən şəxs Məhkum həmin mənzilə aidiyyətinin olmadığını təsdiq edir. Maşının alqı-satqısı ilə bağlı sözvdələşmə isə onunla Şahid1 arasında olmuşdur və sonuncu borcunu ona qaytarmadığından avtomobili üçüncü şəxsə özgəninkiləşdirmişdir.
25. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, tərəflər arasında mürəkkəb, çox şaxəli mülki hüquq münasibətləri xarakterli razılaşmalar olmuş, əqdlər bağlanmış, hər bir tərəfin razılaşmaya əməl olunmaması səbəbləri ilə bağlı arqumentləri mövcud olmuşdur. Mülki münasibətlərdən irəli gələn öhdəliklərin icra edilməməsi ilə əlaqədar mülki hüquq tənzimlənmə mexanizmləri mövcuddur və bunların mülki hüquq prosesi çərçivəsində həll edilməsi mümkündür.
26. Mülki hüquq münasibətləri zamanı əməldə cinayət tərkibinin yaranması üçün təqsirləndirilən şəxsin əvəzsiz maddi nemətlərin əldə etmə niyyəti bu münasibətlərdən əvvəl yaranmalı, məqsədi məhz bu üsullarla zərərçəkmişi aldadıb, əmlakını ələ keçirməyə yönəlmişdir.
27. Mülki hüquq münasibətləri zamanı yaranmış öhdəliklərin icrası tərəflərin subyektiv baxımdan özünü haqlı hesab etdiyi səbəblərdən icra etməməsi cinayət əməli kimi qiymətləndirilə bilməz.
28. Beləliklə, iş materiallarında olan məhkəmə qərarlarının tədqiqi belə nəticəyə gəlməyə imkan verir ki, hazırki kassasiya protestində irəli sürülən bütün dəlillər aşağı instansiya məhkəmələri tərəfindən ətrafı araşdırılmış, onlar geniş şəkildə təhlil edilmiş və məhkəmələrin gəldiyi nəticələr istər Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyi, istərsə də işin hallarına aid Avropa Məhkəməsinin qərarlarında əks edilmiş müvafiq hüquqi mövqeyinə əsaslanmaqla yetərli dərəcədə təsvir edilmişdir.
29. Əlavə olaraq, aşağı instansiya məhkəmələrinin ibtidai istintaq dövründə əldə edilmiş şahid ifadələr i ilə müqayisədə şahidlərin məhkəmə istintaqı dövründə verdiyi ifadələrinə üstünlük vermələri ilə bağlı kassasiya protestinin dəlillərinə münasibətdə məhkəmə Avropa Məhkəməsi yanaşmasına istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, çəkişmə əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə məhkəmələr daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət versinlər. Digərləri ilə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün toplanılan məlumatların hissəsini təşkil edir, məhkəmə istint aqını aparan tribunalın vəzifəsi isə müttəhimin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir (Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011).
30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin qəbul etdiyi bir çox qərarlarında müəyyən edilmişdir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmeti yalnız hüquqi məsələlər olduğu kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmamışdır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020).
31. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılan iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və bir daha qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya protestində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr protest müəllifinin dəlillərinin obye ktiv araşdırılmasına, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümk ündür.
33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2023-cü il tarixli, 1(103)-52/2023 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.