Məhkəmə qərarları › İş №1(102)-1651/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1651/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1651/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 və məhkum X2 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinib məhku m olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə) 20 fevral 2023-cü il tarixli hökmü ilə 6 dekabr 1992-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Şamaxı şəhəri, X7 küçəsi, ev 19-da qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddəl əri ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 240.2.1-ci maddəsi ilə ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsində göstərilən əsaslarla ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 5 oktyabr 2021-ci il tarixdən 6 oktyabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmış, onun tərəfindən çəkilməli cəzanın qalmış müddəti 5 (beş) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün kimi müəyyən olunmuş, cəzanın başlanğıcı 23 iyun 2022-ci il tarixdən tarixdən hesablanmış, barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə himayəsində olan iki azyaşlı uşağın onun anasının himayəsində olması nəzarə alınmiş, ona narkomaniyadan məcburi müalicə təyin olunması və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əyyubov Fərid İlham oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə) 11 aprel 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə məhkum olunmasına dair 1(101)- 355/2022 saylı, 20 fevral 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında kassasiya şikayətinə baxılması 9 oktyabr 2024-cü il tarixinə təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında Məhkum vəsatət verərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar