Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1652/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respubl ikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər: A.Ə.Musayev (sədrlik edən və məruzəçi), X.A.Nuriyev və O.Y.Cəlilovdan ibarət tərkibdə) Məhkum – 14 avqust 1987-ci ildə Cəlilabad rayonunun Novoqolovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Ünvan1 ünvanında qeydiyyatda olmaqla yaşamış Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərə k 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən yeni təyin edilmiş cəzaya Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2013-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli qərarı ilə 08 (səkkiz) ilə endirilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 (altı) il 14 (on dörd) gün hissəsi qismən birləşdirilməklə Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 17 yanvar 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və R.M.Cəfərovdan ibarət tərkibdə) 02 dekabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmünü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 08 (səkkiz) il 09 (doqquz) aya endirilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən yeni təyin edilmiş cəzaya Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2013-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli qərarı ilə 08 (səkkiz) ilə end irilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 (altı) il 14 (on dörd) gün hissəsi qismən birləşdirilməklə Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2021-ci il tarixli qərarı ilə (hakimlər: Ə.C.Seyidov (sədrlik edən və məruzəçi), T.L.Kazımov və İ.S.Qılıcovdan ibarət tərkibdə) kassasiya protesti təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 02 dekabr 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərəkhəmin qərarın ləğv edilərək cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2021-ci il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsindən ərizə göndərərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyi şdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum ərizəsi təmin edilsin, onun Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair iş üzrə Şirvan Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 dekabr 2020-ci il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1652/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1652/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver