Məhkəmə qərarları › İş №1(102)-1652/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1652/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1652/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili İbrahimov Ramiz Hilal iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 i yun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 dekabr 2022ci il tarixli qərarından Məhkum müdafiəçisi İbrahimov Ramiz Hilal oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyun 2022-ci il tarixli 1(101)-199/2022 nömrəli (hakimlər: Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə, Paşayev Azər İslah oğlu və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 8 fevral 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydi yyatda olub və tutulduğu ana qədər həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum cəzaçəkmə müddətinin başlanğıcının 25 fevral 2021-ci il tarixdən hesablanması, Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş 137.000 manat məbləğində, Zərərçəkmiş şəxs2 dəymiş 4.500 manat zərərlə əlaqədar mülki-mühakimə icraatı qaydasında müstəqil şəkildə məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi, Məhkum hüquqi yardım göstərdiyinə görə dövlət b üdcəsindən Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Rəhmanov Cəfər Mirzə oğluna ödənilməsi üçün 492 (dörd yüz doxsan iki) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilməsi, həmin məbləğin təqsirləndirilən şəxs Məhkum tutulub dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs1 və məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə, məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) 9 dekabr 2022-ci il tarixli 1(103)-1546/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinə əlavəyə münasibətdə isə qismən dəyişdirilmiş və hökmdən “Həmin məbləğ təqsirləndirilən şəxs Məhkum tutulub dövlət büdcəsinə ödənilsin” cümləsi hökmün əsaslandırıcı və nəticə hissəsindən xaric edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi İbrahimov Ramiz Hilal oğlu tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncuya məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,237 hektar təşkil edən torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına vəd verib Eleanora Hüseynovanı aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin aprel ayının əvvəllərində ünvan 3 ünvanda Eleanora Hüseynovadan 119.000 manat, 2019-cu ilin iyun ayında sənədləşmə prosesində əlavə xərclərin ödənilməsi adı ilə ünvan 4 ünvanın qarşısında Eleanora Hüseynovanın sürücüsü Şahid3 vasitəsilə göndərdiyi 15.000 manat və 2019-cu il in iyun ayında ünvan 5 ünvanın qarşısında Eleanora Hüseynovanın sürücüsü Şahid3 vasitəsilə göndərdiyi 3.000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs1ın külli miqdarda, yəni 137.000 manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 Gürcüstan Respublikasından sərfəli qiymətə “Toyota Prius” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə edib aldadaraq 7 mart 2020-ci il tarixdə Gürcüstan Respublikasında olan zaman avtomobilin alınması məqsədi ilə Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Təbriz küçəsində yerləşən ATM vasitəsilə onun "xxxx" ASC-nin pul kartına köçürülmüş 3000 manat pulu və 2020-ci ilin mart ayının ortalarında “Toyota Prius” markalı avtomobili ölkə ərazisinə gətirib avtomobilin gömrük rəsmiləşdirilməsindən keçirilməsi adı ilə ünvan 6 ünvanda Zərərçəkmiş şəxs2 1.500 manat pulu alaraq ələ keçirib verdiyi vədə əməl etməyərək avtomobili sonuncuya təhvil verməyib ümumilikdə Zərərçəkmiş şəxs2 4.500 manat məbləğində pulunu ələ keçirmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ƏLAVƏNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi İbrahimov Ramiz Hilal oğlu verilmiş kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Şahid1 özü zərərçəkmiş şəxs kimi tanınmalı olduğu halda, anası Zərərçəkmiş şəxs1 ibtidai istintaq tərəfindən zərərçəkmiş şəxs kimi tanınmışdır. Bu xüsusatı birinci instansi ya məhkəməsi araşdırmamışdır. Zərərçəkmiş şəxs1, Şahid1 və Şahid3 həm istintaq, həm də məhkəmə istintaqı zamanı yalan ifadə vermişlər, əslində maddi ziyan 97.600 manat olsa da, istintaq və məhkəmədə 137.000 manat kimi göstərilmişdir. Ən əsası dəymiş ziyanın əvəzinə dəyəri 141.000 manat olan torpaq sahəsi verildiyi halda, zərərçəkmiş şəxs ziyanın ödənilmədiyini bildirmişdir. Ziyanın tam ödənilməsini nəzərə alaraq ona təyin edilən cəza şərti olaraq təyin edilməlidir. İş materiallarından göründüyü kimi digər zərərçəkmiş şəxs xxx 8 iyun 2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, onunla barışdığını və heç bir pul tələbinin olmadığını bildirmişdir. Təyin olunmuş cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə en dirilməsinin mümkünlüyünü onun tərəfindən dəymiş zərərin əvəzinin ödənilməsi kimi zərərçəkmişin oğlu Şahid1 və onun dostu Şahid2 ünvan 7 ünvanında dəniz kənarında yerləşən və Nardaran Bələdiyyəsinin verdiyi sənəd əsasında sahəsi 2500 m2 və 2200 m2 olan bitişik şəkildə dörd tərəfdən hasarlanmış, ümumilikdə 47 sot torpaq sahəsini Nardaran Bələdiyyəsinin sədri və Şahid1 iştirakı ilə verməsidir. Həmin torpaq sahəsi barədə cinayət işinin materiallarında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, xxxx küçəsində yerləşən və dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə zərərçəkmişin razılığı ilə Şahid2 adına keçirilmiş 25 sot torpaq sahəsinin qiymətləndirilməsi barədə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, PL/G-088 saylı Ekspert Rəyi vardır. Həmin Rəyə əsasən qeyd edilən 25 sot torpaq sah əsi 37.000 manat dəyərində qiymətləndirilmişdir. Ancaq iş üzrə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hazırda mübahisələndirilən xx.xx.2022ci il tarixli qərarına istinad edərək cavabdeh qismində Məhkum qarşı “pul tələbinə dair” iddia qaldıraraq ondan 137.000 manat zərərdən əlavə olaraq 30.871 manat maddi ziyan, 20.000 manat mənəvi ziyan, eləcə də 457 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (Mülki iş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi xanım Əfsanə Heydərovanın icraatındadır və hazırki cinayət işi baxılıb başa çatdırlanadək iş üzrə icraat dayandılımışdır.). Odur ki, müdafiəçi vermiş olduğu kassasiya şikayəti və kassasiya şikayətinə əlavə ilə, cinayət və cinayə t prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilərək Məhkum tərəfindən faktiki olaraq zərərçəkmiş tərəfə verilmiş torpaq sahəsinə görə ekspert rəyi ilə müəyyən edilmiş, 25 sot torpaq sahəsinin dəyəri olan 37.000 manat dəymiş zərərin məbləğindən çıxılmaqla onun cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə endirilməsi barədə qərar çıxarılmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi İbrahimov Ramiz Hilal oğlu çıxış edərək, məhkumun zərərin əvəzinin ödənilməsi məqsədi ilə Nardaranda yerləşən 47 sot torpaq sahəsini zərərçəkmiş şəxsin adına rəsmiləşdirdiyini, həmin torpaq sahəsini qarşı tərəf zərərin əvəzinə qəbul etsədə torpaq sahəsi adına keçirildikdən sonra torpağın çıxarışı olmadığı üçün həmin sahənin dəymiş zərərin əvəzinə sayılmasına etiraz etdiyini, buna baxmayaraq hələ də həmin torpaq sahəsinin zərərçəkmiş şəxsin adında olduğunu bildirib, məhkuma Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın minimum həddinin verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 dekabr 2022 -ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni CPM-in 41 9-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayəti və əlavənin təmin edilməsi, dövlət ittihamçısının kassasiya şikayəti və əlavənin təmin edilməməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 9 dekabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edi lmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərb aycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və i ctimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təy in edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (Zərərçəkmiş şəxs1 dəymiş zərərin ödənilməsinə cəhd etməsi, Zərərçəkmiş şəxs2 ondan dəymiş zərəri tələb etməməsi, ittiham üzrə etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi) olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası müdafiəç inin kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seç ilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilm iş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalı dır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin maddi zərərin ödənilməsi barədəki dəlillərinə qiymət verərək hesab edir ki, məhkəmələr Məhkum zərərin ödənilməsi barədə dəlillərini zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməsini, onun cinayət məsuliyyətindən yayınmağa cəhd etməsi kimi doğru qiymətləndirilmişdir. Mülki qanunvericiliyə əsasən sərəncam vermə hüququ yalnız dövlət rey estrində qeydiyyata alındıqdan sonra yaranır. Məhkum isə torpağa dair reyestrdən çıxarışının olmamasına görə də, kassasiya müraciətlərində göstərildiyi kimi torpağın zərərçəkmiş şəxsə verilməsi zərərin ödənilməsi kimi yox, zərərin ödənilməsinə yanlız cəhd kimi qiymətləndirilməlidir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi İbrahimov Ramiz Hilal oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şi kayətinə əlavə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi İbrahimov Ramiz Hilal oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 9 dekabr 2022ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar