Məhkəmə qərarları › İş №1(102)-1652/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1652/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1652/2025 19.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: CM-in) 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2025-ci il tarixli, 1(103)398/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 2005-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikası CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xuliqanlıq niyyəti ilə sağlamlığına qəsdən ağır zərər vurma və bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir.

3. Belə ki, Məhkum 09 mart 2024-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefonla danışıq zamanı aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq üçün qardaşı Təqsirləndir ilən şəxslə birlikdə həmin tarixdə saat 22:40da ünvan 3 ünvanda yerləşən şəhid R.Aboyev adına parkın qarşısına gəlmiş və orada qardaşı Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, başla, əllə və təpiklə Zərərçəkmiş şəxs1 sifət və bədən nahiyələrinə ardıcıl zərbələr və başını zibil qutusuna vuraraq, sağ gözətrafı yumşaq toxumaların qançırı və qançır fonunda üst göz qapağının və qaş qövsünün bayır yarısının sıyrıqları, burun yəhərinin əsasına yaxın qançırı və qançır fonunda sıyrıqları, sağ saidin aşağı 1/3-nin arxa səthinin və sağ əl pəncəsinin arxa səthində İİİ-İV daraq sümüklərarası sahənin sıyrıqları ilə müşayiət olunan Zərərçəkmiş şəxs1 sağlamlığına zərərvurmayan xəsarətlər yetirmiş, o da həmçinin özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təs diq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəməiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində bıçaqdan istifadə etməklə, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, heç bir əsaslı səbəb olmadan, törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini dərk edərək, ictimai təhlükəli nəticələrin başlana biləcəyini qabaqcadan görərək və belə nəticələrin baş verməsini arzulayaraq, Zərərçəkmiş şəxs1 bədən nahiyəsinə üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş bıçaqla iki dəfə zər bə vuraraq, döş qəfəsinin arxa səthinin sol yuxarı və aşağı yarısının cərrahi tikişli deşilmişkəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən yüngül zərər vurmuş, eyni zamanda qardaşı Təqsirləndirilən şəxs də həmin dava-dalaşın qarşısını almaq istəyən, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 müqavimət göstərib, heç bir əsaslı səbəb olmadan, üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş bıçaqla bir dəfə qarın nahiyəsinə vuraraq, qarnının sol yan divarının boşluğa nüfuz etməyən, yumşaq toxumaları zədələyən səthi kəsilmiş yarası ilə müşayiət olunan Zərərçəkmiş şəxs2 sağlamlığına zərər vurmayan xəsarət yetirmiş, daha sonra da bununla sakitləşməyərək yumruqla bir dəfə sol döş nahiyəsinə zərbə vuraraq, sol İX qabırğa qövsünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurmuş, o da həmçinin həmin dava-dalaşın qarşısını almaq istəyən, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan, törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini dərk edərək, ictimai təhlükəli nəticələrin başlana biləcəyini qabaqcadan görərək və belə nəticələrin baş verməsini arzulayaraq, üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş bıçaqla bir dəfə döş nahiyəsinə vuraraq, döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz edən, sol tərəfli pnevmotoraksa (sol plevra boşluğunda havanın toplanması) səbəb olmuş deşilmişkəsilmiş yaraları ilə müşayiət olunan həyatı üçün təhlükəli olan Zərərçəkmi ş şəxs2 sağlamlığına qəsdən ağır zərər vurmuş, daha sonra da bununla sakitləşməyərək yumruqla və təpiklə bədən nahiyəsinə ardıcıl zərbələr vuraraq, sol saidin orta-aşağı 1/3nin arxa səthinin sıyrıqları ilə müşayiət olunan Zərərçəkmiş şəxs2 sağlamlığına zərərvurmayan xəsarətlər yetirməklə, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sağlamlığına qəsdən ağır zərər vurma və bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmişdir.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X2 (sədrlik edən), X5 və X6 ibarət məhkəmə tərkibində) 6 dekabr 2024-cü il tarixli, 1(101)-2 279/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 10 mart 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi, Məhkum dərhal məhkəmə iclas zalından həbsə alınması və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin cinayət işi üzrə digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təqsirliliyi məsələsi və maddi sübutlar məsələsi də həll edilmişdir.

5. Hökmdən Müdafiəçi təqsirləndirilən şəxs Məhkum mənafeyinə aid hissədə apellyasiya şikayəti verərək, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli hökmünün dəyişdirilməsini və Məhkum оğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2. 2, 126.2.4-cü maddələri ilə tövsif olunmuş cinayət əməllərinin, həmin Məcəllənin 126.1-ci maddəsinə töfsif edilməsini və Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü mаddələri ilə Məhkum aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X3 və X7 ibarət tərkibində) 21 fevral 2025-ci il tarixli, 1(103)-398/2025 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair hissədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 20 25-ci il tarixli, 1(103)-398/2025 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

8. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işinin faktiki hallarına və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onu və qardaşını zərərçəkmiş şəxslər özləri evə gecə vaxtı zəng edib hadisə yerinə, yəni Binəqədi parkına çağırmışlar. Orada da Fərhada bıçaq xəsarəti yetirmişdilər. Yalnız bundan sonra o qardaşının döyülməsini və bıçaqlanma sını görüb bıçağa əl atmışdır. Hazırda hamısı barışmış, notarial qaydada təsdiq edilmiş ərizədə də yazıblar ki, heç bir şikayət və tələbləri yoxdur.

9. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2025-ci il tarixli, 1(103)-398/2025 nömrəli qərarının dəyişdirilməsini, barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum X4 və onun müdafiəçisi hər biri ayrı-ayrılıqda çıxış edərək, məhkumun əməlinin 126.1-ci maddəyə tövsif edilməsini, ona yüngül cəza təyin edilməsini, həmçinin kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, ba şqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya m əhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini və barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

18. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2025-ci il tarixli, 1(103)-398/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

21. Belə ki, Məhkum əməlinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

22. Apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, şikayətdə təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələrinə istinad edilərək müəyyən məlumatlar qeyd olunsa da, həmin şəxslərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələrin təhlili göstərir ki, onlar şikayətdə əks olunanlardan fərqli məlumatlar vermiş və həmin məlumatlar digər sübutlarla birlikdə təhlil olunmuş və onların məcmusu Məhkum törətmiş olduğu cinayət əməllərinin hüquq tövsifinin ibtidai istintaq və məhkəmə tərəfindən düzgün tövsif olunması haqqında qəti qənaətinə gəlməyə əsa s verir.

23. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

24. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəmə istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.

25. Məhkəmə kollegiyası eyni zamanda, kassasiya şikayətinin dəlilləri qismdində göstərilən məhkumun barəsində təyin edilmiş cəzanın şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğun olmamasına münasibətdə aşağıdakıları qeyd edir.

26. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi halların a və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

27. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

28. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

29. Cəzanı yüngüll əşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

30. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

31. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətlili yini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

32. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın dig ər məqsədlərini təmin edə bilsin.

33. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

34. Belə ki, Məhkum barəsində aşağı həddə cəza təyin edilməsinə dair iddia sonuncunun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və müdafiə tərəfinin tələblərini təmin etməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır.

35. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nə ticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, yəni Məhkum barəsində cəzasını yüngülləşdirici hal kimi barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, ilk dəfə məhkum olmasını və cəzasını ağırlaşdıran halların olmadığını kifayət qədər nəzərə almaqla, onun həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də şəxsiyyətinə uyğun olan qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı da məhkum edilmiş şəxs Məhkum təyin edilən cəzanın həddinə təsir edə biləcək hər hansı bir cəzanı yüngülləşdirən əlavə hal müəyyən edilməmişdir.

36. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamış, apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza təyin edilməsi barədə tələblərlə razılaşmayıb hökmü dəyişdirilmədən saxlamışdır.

37. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr Məhkum müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi və cəza təyini barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

38. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cin ayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

40. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2025-ci il tarixli, 1( 103)-398/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2025-ci il tarixli, 1(103)-398/2025 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar