Məhkəmə qərarları › İş №1(102)-1653/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1653/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1653/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və bəraət almış şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim X7) 20 dekabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Məhkum barəsində seçilmiş "həbs” qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Məhkum Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Hökm qanuni qüvvəyə mindikdən sonra ümumi çəkisi 22,821 qram və 38,445 qram narkotik vasitə olan qurudulmuş marixuananın əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işi üzrə materiallar (qeyd olunan hissədə) ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon pro kuroruna göndərilsin, habelə maddi sübut qismində tanınaraq Xəzər Rayon Polis İdarəsində saxlanılan 01 ədəd 9 mm kalibirli PM modelli, Makarov konstruksiyalı yivli odlu silah, 01 ədəd daraq, 05 ədəd 9x18 mm kalibirli patronlar, 22,761 qram və 38,345 qram narkotik vasitə olan qurudulmuş marixuana ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun sərəncamına verilməsi, Məhkum inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materialların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə) 5 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı ş əhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(003)-12/2022 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 61,266 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı evdə və avtomobilində saxlayaraq daşımış və 05 mart 2021-ci il tarixdə saat 11:10 radələrində Xəzər RPİ-nin CAŞ-nin və NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, yaşadığı ünvan 2 ünvanının yaxınlığında avtomobilinin yanında dayanarkən saxlanılmış və bundan sonra onun yaşadığı ünvana saat 11:20 radəsində axtarış və götürmə aparılan zaman evin mətbəx və yataq otağı kimi istifadə edilən otağının divarına yığılmış rəfdən 01 ədəd qara rəngli politelin torbanın içərisindən 05 ədəd kibrit qutusunda ümumi çəkisi 38,445 qram (8,718qr. 6,822qr, 7,866qr, 7,973qr, 7,066qr.) olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə saat 12:40 radədə Natiq Məhəmnmədsoya məxsus "Toyota FJ-C RUİSER” minik markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobilə onun yaşadığı ünvanın qarşısında axtarış və götürmə aparılmış və avtomobilin qabaq sağ tərəfində yerləşən sərnişin oturacağının alt hissəsindən 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibirli PM modelli, Makarov konstruksiyalı atəş üçün yararlı yivli odlu silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan istifadəyə yararlı daraq və 05 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibirli Makarov (PM) PA-63, P-64, RK-59, FROMMER-37M, CESKA ZBROJOVKA və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün istifadəyə yararlı döyüş sursatı və həmin avtomobilin salonunun qabaq hissəsində olan sax lanc yerindən 03 ədəd kibrit qutusunda ümümi çəkisi 22,821 qram (7,322qr, 7,523qr, 7,976qr) olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və cinayət işi yenidən baxılmağa təyin edilməlidir. İşdən görünür ki, məhkəmələr iş üzrə şahid qismində din dirilmiş X2 hökmdə qeyd olunmuş ifadəsinin mahiyyətinə düzgün hüquqi qiymət verməmiş, hansı əsaslara görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin sübutlar siyahısından xaric olunmasını əsaslandırmamışlar. İlk növbədə qeyd etmək lazımdır ki, şahid X2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi hökmdə təhrif olunaraq qeyd edilmişdir. Kəmalə Quliyeva məhkəmə istintaqı zamanı ifadəsində onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Xəzər RPl-nin 1-ci Polis Şöbəsinə müraciət olunmasını və həmin müraciətlə əlaqədar ona polis şöbəsində təzyiq göstərilməsini qeyd etmiş və bunun nəticəsində ondan Məhkum qarşı ifadə alınmasını göstərmişdir. Şahid Kəmalə Quliyevanın hökmdə qeyd edilən ifadəsində isə göstərilmişdir ki, guya Kəmalə Quliyeva həmin müraciətin Məhkum tərəfindən edilməsini zənn etmiş və ona qarşı istintaq dövründə qərəzli ifadə vermiş, yekunda araşdırılarkən belə bir halın olmadığı müəyyən olunmuşdur. Bundan əlavə məhkəmə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid3, Şahid2 Zabil oğlu və Şahid1 ifadələrini sübutlar siyahısından xaric edərkən öz mövqeyini həmin şahid ifadələrinin Təhlükəsiz Şəhər kamerasının görüntüləri ilə təkzib edilməsini bildirmişdir. Lakin, məhkəmə həmin şahidlərin istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı ifadələrində göstərdiklərinin cinayət işi üzrə toplanmış digər sübutlarla qarşılıqlı müqayisə edərək yekun və mötəbər nəticəyə gəlməmişdir. Şahidlərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı dövründə verdikləri ifadələri arasında heç bir ziddiyyət olmamış, onlar ifadələrində Məhkum x x.xx.2021 -ci il tarixdə evlərinin qarşısında saxladıqlarını, əvvəl mənzilində daha sonra isə ona məxsus nəqliyyat vasitəsində axtarış apararaq narkotik vasitə və silahın aşkar olunmasını göstərmişlər. Axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etmiş hal şahidləri Şahid5 və Şahid4 Səyyad oğlu ifadələrində qeyd edilənləri bir daha təsdiq etmişlər. Yəni, istintaq hərəkətlərinin aparılmasında iştirak etmiş hal şahidlərinin ifadələri ilə şahid ifadələri arasında hər hansı bir ziddiyyət olmamışdır. Hal şahidlərinin ifadələrini sübutlar siyahısından xaric edərkən məhkəmələr nəzərə almamışlar ki, Azərbaycan Respublikası CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246- cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Göründüyü kimi hal şahidinin vəzifəsi istintaq hərəkətlərinin aparılmasında aşkar olunmuş faktlara şahidlik etməkdən ibarətdir. Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə hal şahidi qismində dindirilmiş şəxslər onun mənzilindən narkotik vasitə, nəqliyyat vasitəsindən isə həm narkotik vasitə, həm də silahın aşkar olunması faktını təsdiq etmişlər. Hal şahidləri iştirak etdikləri istintaq hərəkəti zamanı aşkar edilmiş faktları məhkəməyə bildirsələr də, məhkəmələr qeyd olunanları nəzərə almamış, yalnız onların vəzifələrinə aid olmayan hallarla bağlı göstərdiklərini təqsirləndirilən şəxsin xeyrinə şərh e tmişdir. Bununla da, ittiham tərəfindən təqdim edilmiş sübutları rədd etməsinin əsası göstərilməmişdir. İş materiallarından görünür ki, ibtidai araşdırma mərhələsində Məhkum barəsində bütün prosessual hərəkətlər qanunvericiliyin tələblərinə uyğun aparılmış, təqsirləndirilən şəxsin müdafiəçi ilə təmin olunmaq imkanları qanunauyğun şəkildə tam realizə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, ilkin araşdırma zamanı Məhkum hüquqlarını müdafiə etmək üçün ona vəkil təqdim edilmiş, vəkil şəxsə özünün istəyi əsasında müdafiəçi qismində təyin edilmiş və təqdim olunmuş, bir daha razılığı alındıqdan sonra müdafiəçinin cinayət prosesində iştirakı təmin edilmişdir. Yəni, iş materiallarının mübahisəsiz tədqiqindən göründüyü kimi, şəxsin şübhəli şəxs qismində tutulduğu andan müdafiəçi ya rdımından istifadə etmək hüququ real olaraq təmin olunmuş, o, tutularkən artıq müdafiəçiyə malik olmuş, bu halın düzgünlüyünün mübahisəsiz olması iş materiallarına əlavə olunmuş müvafiq vəkil qurumunun orderi ilə də təsdiqini tapmışdır. Ona görə də, vəkilin cinayət prosesi gedişatında hansısa vəsatət təqdim etməməsi keyfiyyətsiz hüquqi yardım göstərilməsi kimi qəbul edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yekun qərar qəbul edərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmiş və ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yol verilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə, müdafiəçinin kassasiya protestinin təmin edilməməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzr ə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə bəraət verilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya protestini C PM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil et məli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müst əqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkum verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda və qanunsuz olaraq odlu silahı əldə etmiş və saxlamışdır. Apellyasiya Məhkəməsinin mövqeyinə əsasən birinci instansiya məhkəməsi bəraət hökmündə cinayət təqibi üzrə toplanılmış sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilməsini şərtləndirən Azərbaycan Respublikası CPM-nin 144-cü və ittihamın həlli üçün cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna əsaslanmaqla qiymət verilməsini tələb edən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin müddəalarına tam riayət edilməsini təmin etmiş, məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsini tələb edən prosessual qanunvericilikdə nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə dair aşağıdakıları qeyd edir: Belə ki, birinci instansiya məhkəməsi bəraət hökmü çıxararkən və apellyasiya instansiyası məhkəməsi həmin hökmü qüvvədə saxlayarkən aşağıdakı hallara istinad etmişdir - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən məhkəməyə 09 ədəd DVD disk təqdim edilmişdir. Həmin disklərdə olan görüntülər Qala qasəbəsindən Türkan qəsəbəsinə kimi yerləşən Təhlükəsiz Şəhər Kameralarının videomüşahidə qurğularından götürülmüşdür. Həmin videomüşahidə qurğularından götürülən görüntülər saat 10:30-dan 11:40-dək olan müddəti əhatə edir; -Şahid3, Şahid2 Zabil oğl u və Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə uyğun ifadələr verərək Məhkum yaşadığı evin yaxınlığında avtomobilinin yanında 05 mart 2021-ci il tarixdə, saat 11:10 radəsində saxladıqlarını, iki nəfər hal şahidlərinin və Məhkum iştirakı ilə sonuncunun evinə və avtomobilinə baxış keçirdiklərini, Məhkum evindən 01 ədəd ov tüfəngi və içərisində narkotik vasitə marixuana olan 05 ədəd kibrit qutularının, avtomobilindən isə 01 ədəd Makarov tipli tapança və 1 ədəd həmin tapançaya aid içində 5 ədəd patron olan sandıqca və içərisində narkotik vasitə marixuana olan 03 ədəd kibrit qutularının aşkar etdiklərini, aşkar edilənlərin Məhkum tərəfindən etiraf edildiyini bildirmişlər; -Təhlükəsiz Şəhər Kameralarının videomüşahidə qurğul arından götürülən görüntülərdə Natiq Məhəmmdsoyun xx.xx.2021-ci il tarixdə, saat 11:10 radələrində Türkan qəsəbəsində “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu müəyyən edilir. Belə ki, Məhkum ittihamda göstərildiyi kimi 05 mart 2021-ci il tarixdə, saat 11:10 radələrində evinin qarşısında saxlanılmamışdır. Bu fakt kamera görüntüləri və şahidlər Şahid6 və Şahid7 ifadələri ilə öz təsdiqini tapır. -Məhkəməyə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Şahid5 və Şahid4 Səyyad oğlu məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə uyğun ifadələr verərək 05 mart 2021-ci il tarixdə onların, polis əməkdaşlarının və Məhkum iştirakı ilə sonuncunun evinə və avtomobilinə baxış keçirildiyini, Mə hkum evindən 01 ədəd ov tüfəngi və içərisində narkotik vasitə marixuana olan 05 ədəd kibrit qutularının, avtomobilindən isə 01 ədəd Makarov tipli tapança və 1 ədəd həmin tapançaya aid içində 5 ədəd patron olan sandıqca və içərisində narkotik vasitə marixuana olan 03 ədəd kibrit qutularının aşkar edildiyini, aşkar edilənlərin Məhkum tərəfindən təkzib edildiyini bildirmişlər; -Hal şahidləri Məhkum evindən və avtomobilindən silahın və narkotik vasitələrin aşkar edilməsini görsələr də, lakin onlar aşkar edilənlərin kimə məxsus olmasını bilmədiklərini, həmçinin aşkar edilənlərin Məhkum tərəfindən də təkzib edildiyini bildirmişlər. Bu səbəbdən də hal şahidlərinin ifadələri yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər; -Məhkəmə ittiham tərəfindən sübut kimi təqdim edilmiş şahid X4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə uyğun olmayan ifadə verərək Məhkum maşınının saxlanc yerində silah olmasını qeyd etdiyini, ibtidai istintaq zamanı sərbəst ifadə vermədiyini, polis əməkdaşlarının təsiri altında olduğunu, Məhkum maşınında silah görmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ittiham tərəfindən sübut kimi təqdim edilmiş şahid X2 ifadəsi sübutlar siyahısından çıxarılmalıdır; - Məhkəmə ittiham tərəfindən sübut kimi təqdim edilmiş xx.xx.2021-ci il tarixli Məhkum evinə axtarış və götürmə aparılması protokolunda ünvan 1 ünvanındakı evdə axtarış aparılarkən həmin gün saat 11:20 radələrində mətbəx və yataq otağı kimi istifadə edilən otaqdakı çarpayının arxa hissəsindən 01 ədəd iki lüləli ov tüfəngi v ə həmin tüfəngə aid 15 ədəd mərmiləri, həmin otaqda divara yığılmış rəfdən 01 ədəd qara rəngli politelin torbanın içərisindən 05 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər şəkilli maddələrin aşkar edildiyi göstərilmişdir; - xx.xx.2021-ci il tarixli Məhkum evinə axtarış və götürmə aparılması protokolunda Məhkum Türkan qəsəbəsində yerləşən evinin qabağında dayandığı, saat 11:10 radələrində saxlanıldığı qeyd edilmişdir; -Təhlükəsiz Şəhər Kameralarının videomüşahidə qurğularından götürülən görüntülərdə Natiq Məhəmmdsoyun xx.xx.2021-ci il tarixdə, saat 11:20 radələrində Türkan qəsəbəsində “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu müəyyən edilir. Belə ki, Məhkum ittihamda göstərildiyi kimi 05 mart 2021-ci il tarixdə, saat 11:10 radələrində evinin qarşısı nda olmamış və onun evinə 11:20 radələrində baxış keçirilməmişdir. Bu fakt kamera görüntüləri və şahidlər Şahid6 və Şahid7 ifadələri ilə öz təsdiqini tapır; Göstərilən hallar nəzərə alınmaqla məhkəmə tərəfindən ittihamın sübut kimi təqdim etdiyi Məhkum evinə axtarış və götürmə aparılması barədə xx.xx.2021-ci il tarixli protokolu sübutlar siyahısından çıxarmışdır. -məhkəmə ittiham tərəfindən sübut kimi təqdim edilmiş xx.xx.2021-ci il tarixli Məhkum avtomobilinə axtarış və götürmə aparılması protokolunda Natiq Məhəmnmədsoya məxsus “Toyota FJ-CRUİSER” minik markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobilə sonuncunun yaşadığı ünvanın qarşısında axtarış aparılarkən, həmin avtomobilin qabaq sağ tərəfində yerləşən sərnişin oturacağının alt hissəsindən 01 ədəd nömrəsi silinmiş Makarov tipli ta pancaya bənzər silah, 01 ədəd daraq və 05 ədəd patronlar və avtomobilin salonunun qabaq hissəsində olan saxlanc yerindən 03 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər ot şəkilli maddələrin aşkar edildiyi göstərilmişdir. -Təhlükəsiz Şəhər Kameralarının videomüşahidə qurğularından götürülən görüntülərdə Məhkum xx.xx.2021-ci il tarixdə Türkan qəsəbəsində “Chevrolet Niva” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğu, Məhkum məxsus “Toyota FJ-CRUİSER” minik markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobilin isə kənar şəxs tərəfindən idarə edildiyi müəyyən edilir. Belə ki, Məhkum özünə məxsus avtomobili idarə etməmiş, bu halda Məhkum avtomobilindən aşkar edilənlərin sonuncuya məxsus olması faktını şübhə altına alır. Həmçinin, Məhkum məxsus “Toyota FJ-CRUİSER” minik markalı, ** CC *** dövlət nömrə nişanlı avtomobilin kənar şəxs tərəfindən idarə edildiyi faktı kamera görüntüləri və şahidlər Şahid6 və Şahid7 ifadələri ilə öz təsdiqini tapır. Apellyasiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, iş materiallarından göründüyü kimi istintaq orqanı tərəfindən şübhəli şəxs Məhkum dövlət hesabına müdafiəçi təyin olunmuş və vəkilin hüquqlarını müdafiə etdiyi şəxsin xeyrinə hər hansı prosessual fəaliyyəti (məsələn, onun həbsdən azad edilməsi və ya barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verməsi, hər hansı sübutun tədqiq edilməsi və ya xaric edilməsi, hər hansı şahidin dindirilməsi və s.) ümumiyyətlə olmamış və müdafiəçinin fəaliyyətinin prosessual sənədləri imzalamaqdan ibarət olması təəssüratı yaranmışdır. Apellyasiya məhkəməsi müdafiəçinin bu cür fəaliyyətini səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna və qiymətləndirilə bilməməsi qənaətinə gəlmiş və qeyd etmişdir ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydadatutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə, habelə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmaqla əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 12 5.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. "İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinin "c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi "Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli” hüquqi yardım hüququnu əh atə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Cinayət işi üzrə aşağı instansiya məhkəmələri tərəfindən həmçinin müəyyən edilmişdir ki, Məhkum saxlanılmasından sonra onun Azərbaycan Respublikası CPM-nin 90.7.2-ci maddəsində nəzərdə tutulan şübhəli şəxsin tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, həmin Məcəllənin 90.7.7-ci və 91.5.7-ci maddələrində nəzərdə tutulan müstəqil olaraq müdafiəçi seçmək hüquqları təmin edilməmiş, həmin Məcəllənin 90.6-cı maddəsində nəzərdə tutulan şübhəli şəxsə qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçir məsinə maneçiliklər törədilmişdir. Cinayət işinin materiallarında təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddəsi ilə şübhəli bilinməsi ilə əlaqədar hüquq və vəzifələrinin, müdafiəçi ilə təmin olunmaq hüququnun izah edilməsi, onun hüquqi yardıma ehtiyacının olması və dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəməsi barədə kompyüter vasitəsi ilə tərtib olunmuş ərizə, Vəkil Bürosunun vəkilərinin növbətçilik cədvəli, şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi barədə protokol, müdafiəçi dəvət olunması barədə qərar, orderi, müdafiəçinin şübhəli şəxsə təqdim edilməsi barədə protokol mövcud olsa da, qeyd olunan istintaq hərəkəti protokolları və müvafiq qərar reallığı əks etdirməmiş, edilməli olan istintaq hərəkətlərinin prosessual məcburiliyinin və ardıcıllığının qorunması məqsədilə formal olaraq tərtib edilib iş materiallarına əlavə edilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli şəxs qismində tutularkən həmin əməlin törədilməsində şübhələnməyə əsas verən məlumatlar müəyyən olunmadan, sonuncu əsassız və qanunsuz olaraq tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 148.1-ci maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Apellyasiya məhkəməsi şahidlərin ifa dələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, düzgün olaraq belə bir nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mətəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyində n, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum bəraət vermişdir. Belə ki, tərtib olunmuş prosessual sənədlər ona görə bu qədər natamam və ziddiyyətli olmuşdur ki, həmin sənədlər təbii baş verən hadisələr əsasında, onların həqiqi və real axımına uyğun deyil, insan təxəyyülünə uyğun qabaqcadan düşünülmüş və hazırlanmış, lakin real olaraq baş verməmiş "hadisələr” əsasında tərtib edilmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və Məhkum təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların ziddiyyətli olduğunu, aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şüb hələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq qeyd edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Məhkum cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də "İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər və bu barədə apellyasiya instansiyası məhkəməsinini qənaəti əsaslıdır. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir- birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütü n sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzaland ırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Cinayət işinə baxan aşağı instansiya məhkəmələri haqlı olaraq ibtidai istintaq orqanının səhvlərini aradan qaldıraraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələ rini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Məhkum qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirməmişdir. "İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayət- prosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya mə suliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. "İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, "İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bil ər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində "accusatio desiderat crimen” ("ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə "in dubio pro reo” ("şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir ("Dorson Niderlanda qarşı”, "Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, "Lüdi İsveçrəyə qarşı”, "Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifə si ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd edilən qanunvericiliyin tələbl ərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin, həmçinin Məhkum cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq qeyd edir ki, ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat axtarış tədbirinin nəticələri qanuni yolla əldə edilmiiş mötəbər sübut kimi qiymətləndirilə bilməz və belə bir nəticəyə gəlməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 228.1-ci maddələri ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən axtarış və götürmə barədə protokolun nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Məhkum avtomobilindən narkotik vasitə, odlu silah və onun hissələrinin aşkar olunması halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məh kəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlə rarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etib arilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi və bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud olmadığı barədə düzgün nəticəyə gəlmişdir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbay can Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar