Məhkəmə qərarları › İş №1(102)-1653/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1653/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1653/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X14 qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 177.2. 1, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2023cü il tarixli, 1(103)-1038/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 aprel 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilin ərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 aprel 2012ci ildə cəzasının sonu ilə azad olunmuş; Bakı Ağır Cinayətlər Məhkməsinin 02 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.1, 178.3.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 62-ci maddəsi tətbiq edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2013-cü il tarixli qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanun tətbiq edilərək cəzası 7 ilə endirilmiş, Xətai Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərarı ilə 10 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş, 22 dekabr 2019-cu ildə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, hazırda Aərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək, saxlamaqla daşımışdır.

3. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 may 2022-ci il tarixdən 26 a vqust 2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə tanışları Təqsirləndirilən şəxs və naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs Vladislavoviçə məxsus Bakı şəhəri, Xətai rayonu, Məhkum küçəsi 33, mənzil 8 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 1.400 manat olan 02 ədəd «LG» markalı kondisioneri və onların mühərriklərini, 700 manat dəyərində 01 ədəd «Sharp» markalı soyuducunu, ümumi dəyəri 480 manat olan 02 ədəd qaz sobasını, 180 manat dəyərində 01 ədəd elektrik su qızdırıcısını, 650 manat dəyərində 01 ədəd «LG» markalı paltaryuyanı, 400 manat dəyərində 01 ədəd «Scarlett» markalı mikrodalğalı sobanı, ümumi dəyəri 370 manat olan 02 ədəd «Bosch» və «İndesit» markalı ütüləri, 110 manat dəy ərində 01 ədəd «Scarlett» markalı feni, 800 manat dəyərində 01 ədəd «HP» markalı kompyuter avadanlığını, 1,800 manat dəyərində 01 ədəd «Panasonic» markalı musiqi mərkəzi avadanlığını, 200 manat dəyərində 01 ədəd «Markus» markalı hidroforu, ümumi dəyəri 600 manat olan 04 ədəd branı, ümumi dəyəri 1.000 manat olan 03 ədəd çilçırağı, ümumi dəyəri 2.000 manat olan 02 ədəd dublyonkanı, 500 manat dəyərində 01 ədəd qazma dəzgahını (stanok), 600 manat dəyərində 01 ədəd hava kompressorunu, ümumi dəyəri 1.200 manat olan 02 ədəd perefaratoru, 300 manat dəyərində 01 ədəd qaynaq aparatını, 400 manat dəyərində 01 ədəd bülövçünü, 900 manat dəyərində 01 ədəd qaçıq yolunu, 400 manat dəyərində 01 ədəd «Scarlett» markalı tozsoranı, 400 manat dəyərində 01 ədəd «Panasonic» markalı stasionar telefon rabitəsi apa ratını, 380 manat dəyərində 01 ədəd elektrik ətçəkən maşını, ümumi dəyəri 800 manat olan 04 ədəd paltar çamadanını, 180 manat dəyərində 01 ədəd «Solarinos» markalı pledi (yorğan), 500 manat dəyərində 01 ədəd yataq yorğanı və 02 ədəd yataq yastığını, 250 manat dəyərində 01 ədəd «Roberto» markalı dəri pencəyi, 300 manat dəyərində 01 ədəd kaşmir pencəyi, ümumi dəyəri 1.500 manat olan 04 ədəd çexolda olan pencəyi, ümumi dəyəri 1.500 manat olan 05 ədəd qadın üçün axşam geyimini, ümumi dəyəri 1.000 manat olan 15 cüt ayaqqabını, ümumi dəyəri 1.100 manat olan 07 ədəd xrustal, şüşəli və dəmir vazaları, 50 manat dəyərində 01 ədəd 6 nəfərlik çay dəstini, ümumi dəyəri 240 manat olan 06 ədəd xrustal bokalları, 100 manat dəyərində 01 ədəd 12 nəfərlik çay dəstini, ümumi dəyəri 360 manat olan 12 ədəd xrus tal bokalları, 200 manat dəyərində 01 ədəd xrustal qılıncı, ümumi dəyəri 300 manat olan 06 ədəd teflonlu və şüşəli qazanları, 100 manat dəyərində 01 ədəd iri elektrik saatları, 60 manat dəyərində 01 ədəd stolüstü güzgünü, 50 manat dəyərində 01 ədəd divar saatını, 80 manat dəyərində 01 ədəd soba qazanı, 150 manat dəyərində 01 ədəd su filtiri, 90 manat dəyərində 01 ədəd 08 litrlik çaydanı, 300 manat dəyərində 01 ədəd elektrik sobanı, 90 manat dəyərində 01 ədəd aluminiumlu lepkanı, 400 manat dəyərində 01 ədəd samovarı, 2.000 manat dəyərində 01 ədəd portativ çadırı, 900 manat dəyərində 01 ədəd qarışdırıcı kranı, ümumi dəyəri 200 manat olan 20-25 ədəd qaşıq, bıçaq və çəngəl dəstini, 350 manat dəyərində 01 ədəd su təmizləyicini, 800 manat dəyərində 01 ədəd rəsm əsərlərini, 170 manat dəyərində 01 ədəd maral buynuzunu, ümumi dəyəri 100 manat olan 15-20 ədəd şampunları, 220 manat dəyərində 01 ədəd laqundanı, 550 manat dəyərində 01 ədəd 5 kv-lıq transformatoru, 200 manat dəyərində 01 ədəd boru saxlayıcını, ümumi dəyəri 240 manat olan 02 ədəd boru calaşdıran ütüləri, ümumi dəyəri 80 manat olan 04 ədəd qapı tutacağını, ümumi dəyəri 60 manat olan 03 ədəd pəncərə tutacağını, 70 manat dəyərində 01 ədəd siqaret qutusunu, ümumi dəyəri 500 manat olan mis, aluminium və dəmir boruları, 140 manat dəyərində 01 ədəd qrifti, 400 manat dəyərində 01 ədəd baseyn üçün pilləkənı, ümumi dəyəri 2.000 manat olan kişi və qadın paltarlarını, ümumi dəyəri 400 manat olan 04 ədəd (qardini) pərdəni gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 34.850 (otuz dörd min səkkiz yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir.

4. Bundan başqa, Məhkum naməlum mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 2,673 qram narkotik vasitə olan külli miqdarda heroini əldə edib üzərində saxlayaraq daşımış və 27 avqust 2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X12 RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq PŞ-nə gətirilmiş və şöbədə üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofona bükülmüş vəziyyətdə 01 ədəd bükümdə təmiz çəkisi 2,673 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hak imlər: X6 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət məhkəmə tərkibində) 22 fevral 2023-cü il tarixli, 1(101)-677/2023 nömrəli hökmü ilə Məhkum CM-in 177.2.1, 177.2.3, 177.2.4, 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törətməkdə təqsirli bilinməsi, onun CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə, CM-in 234.11-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Məhkum 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 avqust 2022-ci il tarixdən hesablanm ası, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi müəyyən edilmiş, hökmlə həmçinin iş üzrə digər təqsirləndirilən şəxsin məsuliyyət məsələsi, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir.

6. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək ittihamda göstərilən narkotik vasitənin onun üzərinə qoyulduğunu, narkotik istifadəçisi kimi özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərib əməlini CM-in 234.1-ci maddəsinə tövsif edilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən də apellyasiya şikayəti verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət məhkəmə tərkibində) 04 may 2023-cü il tarixli, 1(103)1038/2023 nömrəli qərarı ilə məhkum edilmiş şəxslər Məhkum və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum CM-in 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələri ilə və Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2023-cü il tarixli, 1(103)1038/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

9. Kassasiya şikayətlərinin dəlilləri qismində məhkumun barəsində olan müvafiq hallar (Milli Aviasiya Akademiyasının məzunu olması, himayəsində iki azyaşlı övladının olması, ailəsinin yeganə qazanc gətirən şəxsi olması) sadalanaraq, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2023-cü il tarixli, 1(103)1038/2023 nömrəli qərarını qismən dəyişdirərək, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

11. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və iş üzrə digər məhkum T əqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X14 qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

17. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağırlığını mübahisələn dirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

18. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 may 2023cü il tarixli, 1(103)-1038/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüq uqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

20. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal lar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

22. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

23. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

24. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğ u vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

25. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

26. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

27. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(101)-677/2023 nömrəli hökmü ilə CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

28. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (cinayətlərin təhlükəli residivi) və yüngülləşdirən hallar (müəyyən edilməmişdir), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və əməlində cinayətin təhlükəli residivinin olması baxımından ona daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.

29. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

30. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanı n təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

31. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

32. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

33. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2023-cü il tarixli, 1(103)-1038/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 17 7.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2023-cü il tarixli, 1(103)-1038/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar