Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1654/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, bəraət almış şəxs Məhkum və müdafiəçisi X6 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinən Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2019-cu il tarixli bəraət hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə (hakimlər S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılovdan ibarət tərkibdə) xx xxxx 1991-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və ünvan 2-də yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə 2 (iki) il müddətinə azadlı qdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən müdafiəçi X9 tərəfindən verilmiş apellyasiya şikayətinəəsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mövsümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə) 22 may 2019-cu il tarixli hökmü ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək, c inayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,995 qram, 0,868 qram, 1,390 qram, 1,200 qram və 1,000 qram olmaqla 05 ədəd polietilen material bükümlərində ümumi təmiz çəkisi 5,453 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində qanunsuz daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliy yat-axtarış tədbiri nəticəsində Məhkum 03 avqust 2018-ci il tarixdə saat 09:30-da ünvan 3 yaxınlığında saxlanılarkən polis əməkdaşlarının təklifinə əsasən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,995 qram, 0,868 qram, 1,390 qram, 1,200 qram və 1,000 qram olmaqla ümumi təmiz çəkisi 5,453 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əynindəki şalvarın sol arxa cibindən 05 ədəd polietilen material bükümlərində təqdim etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutları əsassız olaraq qəbul etməyib hökmü faktiki olaraq Loğman Adıyevin işin obyektiv hallarına uyğun olmayan ifadəsinə uyğunlaşdırmış, bununla da CPM-nin 28-ci maddəsində nəzərdə tutulmuş “cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi” eləcə də, həmin Məcəllənin 33-cü maddəsində təsbit olunmuş “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsiplərini pozmuşdur Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd olunan əsas prinsip və şərtlərinin tələblərinə əməl etməyərək iş üzrə əldə olunmuş mötəbər sübutların məcmusunu Loğman Adıyevin işin obyektiv hallarına uyğun olmayan ifadələrinə nisbətdə əsassız olaraq qəbul etməmiş, bununla da onun təqsirliliyini və həmin cinayətə aidiyyətini təsdiq edən sübutları mülahizəyə əsasən mümkünsüz hesab edib əsassız olaraq sübutların məcmusundan ayırmışdır. Bu da öz növbəsində məhkəmə kollegiyasının iş üzrə gəldiyi nətic ənin düzgün olmamasına dəlalət edir. Hökmdən göründüyü kimi, məhkəmə kollegiyası hazırkı cinayət işi üzrə polis əməkdaşlarının ifadəsinin sübut kimi qəbul edilməsinin yolverilməz olması qənaətinə gələrkən, Loğman Adıyevin isə ifadəsini işin obyektiv hallarına daha uyğun olduğunu göstərərkən cinayət kollegiyası cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsiplərini pozmuşdur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, polis əməkdaşları ibtidai araşdırma zamanı, habelə işə birinci instansiya məhkəməsində baxılarkən vermiş olduqları ifadələri CPM- nin tələblərinə uyğun olaraq alınmış və protokollar həmin Məcəllənin tələblərinə riayət edilməklə tərtib edilmişdir ki, bu da məhkəmə kollegiyasının hökmdə istinad etdiyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsin in qərarlarına heç də ziddi olmamış, əksinə həmin qərarlar baxımından da istintaq orqanının prosessual sənədləri qanuni və əsaslı olmuşdur. İşin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmuyu ilə inkar olunan məhkum 1in özünü müdafiə xarakterli verdiyi ifadəsi məhkəmə kollegiyası tərəfindən əsassız olaraq əsas sübut kimi qəbul edilmiş, ədalətsiz və qanunsuz bəraət hökmünün ruhunu təşkil etmişdir. Hansı ki, iş materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə istintaqı ilə tədqiq olunan şahid ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlar əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Həmçinin, məhkəmə kollegiyasının gəldiyi nəticədən fərqli olaraq 03 avqsut 2018ci il tarixdə məhkum 1in ətrafında aparılmış əməliyyat-axtarış tədbi ri zaman CPM-nin 445.2-ci maddəsinin, eləcə də əməliyyat-axtarış tədbirlərinin tətbiqi dairəsini müəyyən edən “Əməliyyat- axtarış fəaliyyəti haqqında” Qanununun 10-cu maddəsinin, əməliyyataxtarış fəaliyyəti subyektlərinin vəzifələrini təsbitləyən 6-cı maddəsinin, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəb və əsasları, həmçinin qərarların məzmununu müəyyən edən 11 və 12-ci maddələrinin tələblərinə riayət edilmişdir. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2019-cu il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilm əsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları m üəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir Kassasiya protestinin dəlilləri məhkuma əsassız bəraət verildiyindən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədədir. Məhkəmələr Məhkum barəsində bəraətləndirici əsaslarla qərar qəbul edərkən tədqiq etdikləri aşağıdakı sübutlara əsaslanmışlar. Birinci instansiya və apelly asiya məhkəməsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən heç vaxt istifadə etməmiş, hətta siqaret belə çəkməmişdir. 03 avqust 2018-ci il tarixdə, səhər saat 09 radələrində evdən çıxıb dayanacaqda avtobus gözləyərkən bir neçə mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqə göstərib özlərini polis əməkdaşları kimi təqdim etmiş və onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməyini bildirmişlər. O, polislərdən nə səbəbə onu saxladıqlarını soruşsa da, heç bir şey demədən zor gücünə onun qolunu buraraq maşına əyləşdirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada əlləri bağlı ola-ola əynindəki şalvarın cibindən narkotik maddə çıx ardıb guya ona məxsus olmasını bildirmişlər. O, nə qədər etirazını bildirsə də, ona bildirmişlər ki, bunun mənası yoxdur, həmin narkotik maddənin ona məxsus olmasına dair sənədlərə imza etməlidir. Orada ona fiziki zor və hədə-qorxu gəlmişlər. O, da qorxduğu və təzyiqlərə dözmədiyi üçün narkotikin ona məxsus olması barədə izahat yazmışdır. O, fikirləşmişdir ki, istintaqdan sonra məhkəməyə çıxanda həqiqət üzə çıxacaqdır. İttihamda yazılanların heç biri həqiqətə uyğun deyildir, çünki onun cibimdə heç bir narkotik vasitə olmayıb. Onun hansı səbəbdən saxlanılmağı hələ də ona məlum deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 12 sentyabr 2018-ci il tarixli 007-1735-1218 nömrəli məktubundan görünür ki, Məhkum aşkar edilmiş na rkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi mümkün olmamış, habelə istintaq-əməliyyat marağı doğuran hər hansı bir məlumat əldə edilməmişdir. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin ibtidai istintaq və məhkəmə baxışı zamanı Məhkum üzərində aşkar edilmiş narkotik vasitədən başqa digər hallarda narkotik vasitələrin qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edən hərhansı bir mötəbər sübut əldə edilməməsi ilə bağlı gəldiyi nəticə əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittihamın əsasında məhz 03 avqust 2018-ci il tarixdə saat 09:30-da ünvan 3 yaxınlığında saxlanılarkən üzərindən narkotik vasitə heroinin aşkar edilməsi dayanır. Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsində göstərilib ki, şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. İş materiallarından müəyyən edilmişdir ki, iş üzrə hal şahidi qismində X7 və X8 iştirak etmişdirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.2-ci maddəsi isə hal şahidinin istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir, bir şərtlə ki, onun iştirakı mütəmadi xarakter daşımamalıdır. Hal şahidinin iştirakının mütəmadi xarakter daşıması onun iştirakı ilə aparılmış hərəkətin etibarsız hesab edilməsinə əsas ola bil əcəyindən (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.4-cü maddəsi) şəxsi axtarış və götürmə aparılarkən dəvət olunmuş hal şahidlərinin cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olub-olmamasının müəyyənləşdirilməsi ibtidai istintaq orqanının əsas vəzifələrindəndir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.3-cü maddəsi: “Hal şahidinə etiraz məsələsini istintaq hərəkətlərini aparan şəxs həll edir.”) İş materiallarında olan, müdafiə tərəfindən apellyasiya instansiya məhkəməsində təqdim edilmiş hökmlərin surətlərindən də görünür ki, hal şahidi qismində iştirak etmiş X7 və X8 digər cinayət işlərində hal şahidi qismində iştirak etmiş, qeyd edilən cinayət işlərinin hər biri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur. Təqdim e dilən hökmdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə X7 şərti alıcı, X8 isə hal şahidi qismində iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 226.1-ci maddəsinə əsasən şahid, zərər çəkmiş, şübhəli, təqsirləndirilən şəxs və başqa şəxslər müstəntiqin yanına şəxsən, özləri olmadıqda isə onların yetkinlik yaşına çatmış ailə üzvlərindən, qonşularından, mənzil istismar təşkilatının nümayəndələrindən birinə və ya onların iş, yaxud təhsil yeri üzrə verilən çağırış vərəqəsi ilə çağırılırlar. Onlar həmçinin teleqram, telefonoqram, faksoqram vasitəsilə çağırıla bilərlər. Lakin iş üzrə hal şahidi kimi iştirak etmiş X4 və X5 şahid qismində ifadə vermək üçün ibtidai istintaq orqanına hansı formada çağırılmaları barədə cinayət işində heç bir məlumat, o cümlədən, çağırış vərəqəsi, teleqram, telefonoqram, faksoqram, habelə, məktub yoxdur Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hal şahidləri X2 və A.D.Quliyev təqsirləndirilən şəxs Məhkum barəsində bir-birini təsdiqləyən analoji ifadələr versələr belə, onların digər xüsusatla (əvvəllər hal şahidi qismində iştirak edib-etməmələri xüsusatı ilə) bağlı açıq-aşkar yalan danışmaları bütövlükdə onların ifadələrinin cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən etibarsız və qeyri mötəbər sübut kimi qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən Apellyasiya Məhkəməsi polis əməkdaşları X11 və X1 ifadələri sadəcə olaraq Məhkum üzərində şəxsi axtarış aparılması ilə bağlı xüsusatları özündən əks etdirdiyindən, həmin ifadələrdə Məhkum digər cinayət xarakterli əməllərinə istinad edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərində şəxsi axtarışın aparılması qanunvericiliyin tələblərinə əsasən etibarsız hesab edildiyindən həmin ifadələrə sübuti əhəmiyyət veməyərək düzgün nəticə çıxarmışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 26 sentyabr 2018-ci il tarixli 1660 nömrəli rəyindən görünür ki, Məhkum narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Göründüyü kimi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün ittiham tərəfinin istinad etdiyi xüsusatlar hüquqi qüvvəsi olmayan, hər hansı halın sübut olunmasında istifadə edilə bilməyən, maddi sübuti əhəmiyyəti olmayan və əsaslı şübhə doğuran xüsusatlardır (“Baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında” 03 avqust 2018-ci il tarixli protokol, şahidllər X2un, X1, X3in və X5un ifadələri, narkotik vasitə barədə məhkəməkimyəvi ekspertizasının rəyi). Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd edir ki, mahiyyəti etibarı ilə konkret sübut növlərinin, ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyü və təbii olaraq şəxsin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verməli olan sual bütünlüklə prosesin, o cümlədən sübutların əldə olunma yollarının qanuni olub-olmamasıdır.Pros esin bütünlüklə ədalətli olub –olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığina fikir verilməlidir. Xüsusən şəxsin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və düzğünlüyünü şübhə altına alıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha çox əhəmiyyət kəsb etmiş olur. Azərbaycan Respublikası CPM-nın 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yet irilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət işinə baxmış apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələbləri baxımından toplanmış sübutları qiymətləndirərək, onların qanunun pozulması ilə əldə edilməsi və bu sübutların məcmusu ilə Məhkum təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Gös tərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin hökm və qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları təsbit edən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən sax
Məhkəmə qərarları › İş №1(102)-1654/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1654/2019
10.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver