Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1654/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 və Məhkum iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim X17) 3 noyabr 2021ci il tarixli hökmü ilə xx.xx.1972-ci il tarixdə Qazax rayonu, Canallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 5 (beş) azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, sürücü işləyən, Qazax rayonu, Canallı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində n əzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanması, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən, məruzəçi hakim), X18 və X7 ibarət tərkibdə) 9 i yun 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli, 1(001)-422/2021 saylı hökmü məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xx.xx.2020-cu il tarixdə, saat 17:25-də sürücülük vəsiqəsi olmaqla, yol vərəqəsi əsasında idarə etdiyi “Daewoo BS90” markalı, **-TG-*** dövlət-qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindən, DİN-in Respublikası BDYPİ istiqamətində təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şossesi döngə 5 ünvanının qarşısında yolun sağ hissəsindən sol hissəsinə keçən istəyən piyada X5 avtobusun qabaq sağ qanad hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan M.H.Həsənalıyevin ölümünə səbəb olmuş - baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşayiət olunan sol alın, təpə və gicgah sümüklərinin kəllə əsasına keçən sınığı, burun sümüklərinin sınıqları ilə müşayiət olunan bur un nahiyəsinin qançırlı sıyrığı, alın nahiyəsinin və sol gicgan nahiyəsinin, sağ qaş nahiyəsinin, alt dodağın sağ yarısının, sağ yanaq nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol ağciyərin yuxarı və orta paylarına qansızma ilə müşayiət olunan sol tərəfdən İİ-Vİİ qabırğaların sınıqları, alın nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, üst dodağın dərisinin, sol yanaq nahiyəsinin, sağ said nahiyəsinin, döş qəfəsinin sağ və sol yarısının ön səthlərinin, döş qəfəsinin sol-yan səthinin, qarın anhiyəsinin, sol bazu nahiyəsinin, sol mil- bilək nahiyəsinin, sol əlin İİ,İN barmaqlarının, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin sıyrıqları, ilə müşayiət olunan həyati xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, mə hkəmə baxışı zamanı o, özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam saat təxminən saat 20:10 radələrində iş vaxtı qurtardıqdan sonra və idarə etdiyi “Daewoo BS-90” markalı, 10-TG864 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə birlikdə öz hərəkət zolağı ilə hərəkət edərkən öz zolağda yoldan kənar tərəfdə “MAN” markalı qoşqulu yük avtomobili dayanmışdır. Həmin yük avtomobilin ortasına çatanda qəflətən yük avtomobilin qabaq hissəsindən bir nəfər şəxsin idarə etdiyi avtobus tərəfə qaçmışdır, həmin şəxsi təxminən 2 metr məsafədən görmüşdür. Həmin an ara məsafəsi az olduğundan idarə etdiyi sərnişin avtobusunun əyləc sistemindən istifadə edə bilməmiş, idarə etdiyi sərnişin avtobusunun sağ qabağ yan hissəsi ilə piyadanı vurmuşdur. Baş vermiş hadisənin onun təqsiri ü zündən baş vermədiyini, hadisələrin təsadüfü axarı zəmnində baş verdiyini bildirmişdir. xx.xx.2021-ci il tarixli ekspert rəyi və mərhum X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində qanda tapılmış etil spirtinin qatlığı 0.8% təşkil etmişdir. 16 saylı X19 Stansiyasının növbətçi həkimin şifahi surətdə bildirdiyinə əsasən ağır dərəcəli spirtli içkinin təsirindən piyadanın qan dövranının yüksək olması onun ölümünə səbəb olmuşdur. Yola doğru hərəkət zaman piyada tam ağır dərəcəli spirtli içkili və çılpaq vəziyyətdə olmuşdur. Məhrum piyadanın yolun hərəkət zolağına idarə etdiyi avtomaşına tərəf qaçması və avtomaşını saxlatmaqla onu döyən şəxslərdən qurtulmaq niyyəti olmuşdur. Bu hal ilə bağlı istər istintaq orqanında, istərsə də birinci instansiya məhkəməsində də bildirmiş, hadisə şahidlərini dindirilməsini tələb etmiş və bununla bağlı vəsatətlər də vermişdir. İstintaq zamanı aparılmış cinayət işinin qərəzli və qeyri-obyektiv nəticələrə əsaslanan Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində (200060704 saylı cinayət işi) aparılmış hər iki ekspertizalar ilə bağlı bildiririr ki, həqiqəti əks-etdirməyən, sübutlara əsaslanmayan, qanunun və cinayət prosessual məcəlləsinin tələblərinin pozulması ilə verilmişdir. Ekspertiza rəyində yol nəqliyyatı hadisəsinin baş verməsində iştirak etmiş avtomaşın, DAEWOO 090 markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus olduğu halda "xxxx" MMC-yə məxsus qərəzli şəkildə hadisəyə aidiyyəti olmayan, tamamilə başqa şirkətə məxsus, yəni “Xaliq Faiqoğlu”na məxsus DAEWOO 090 markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərində həyata keçirilmiş və bundan sonra da istintaq hərəkətlərinin aparılması digər şirkətə məxsus DAEWOO 090 markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtobusla əvəz edilmişdir. Bu da iş üzrə cinayətin obyekti olan sübutun aradan çıxarılmasına gətirib çıxarmışdır ki, aparılmış istintaq hərəkətlər cinayət-prosessual qanunvericiliyinin tələblərinə sübutlar və sübutetmə anlayışına ziddir. İstər istintaq zamanı, istərsə də məhkəmə baxışı zamanı aparılmış qeyri- obyektiv hərəkətlərlə bağlı bildirir ki, hadisənin ilk növbədə gecə saatlarında baş verməsidir (Hadisə saat 20:45 radələrində baş verdiyi halda qərəzli şəkildə, xx.xx.2020-ci il tarixə saat 17:45-ə göstərilmişdir). Bu halın özü təstiq edir ki, cinayət işi tam qanunsuz şəkildə aparılmışdır, cinayət işi tam qanunsuz şəki ldə aparılmış, düzgün qanun normasının tətbiqi təmin edilməmişdir. Maddə tövsüfüsü ilə bağlı kobud qanun pozuntusuna yol verilmişdir. Ekspertin rəyi ilə bağlı bildirir ki, yolun hərəkət zolağı üçün sürət həddi saatda 60 km nəzərdə tutulub. Yolda gecə saatları üçün işıqlandırma sistemi mövcud deyil.
1. Yolda piyadaların hərəkəti üçün yolun səki hissəsi və piyada keçidi nəzərdə tutulmayıb. Hadisənin baş vermə səbəbi kimi birinci olaraq mərhum piyada X3 ağır dərəcəli sərxoş vəziyyətdə olması üstəgəl (üç nəfər istintaqa məlum olmayan şəxslər tərəfindən ) yüksək qorxu hissi altında yola qaçması olub.
2. Piyada hərəkət zolağına yolun kənar hissəsində dayanmış hündür bortlu uzun qoşqulu yük maşınının arxasından kor bucaq altında iki metr ara məsafəsi civarında yola doğru qaçması nəticəsində sözü gedən hadisəyə səbəb olmuşdur. Baş vermiş yol-nəqliyyatı hadisəsi ilə bağlı əməlində yol hərəkəti haqqında Qanunun, avtomobilin istismarı ilə bağlı təsdiqini tapmış sübutların olmadığına görə baş vermiş yol-nəqliyyatı hadisəsi ilə bağlı qanunvericiliyə uyğun əməlində heç bir cinayət tərkibi olmadığına görə barəsində haqq etdiyi bəraət hökmünün çıxarılması zərurəti vardır. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və himayəsində 5 azyaşlı uşaqların və şizofreniya xəstəliyindən əziyyət çəkən, əmək qabiliyyətini itirmiş, ömürlük stasionar müalicəyə məhkum olunmuş həyat yoldaşının olmasını və ailəni yeganə dolandıran şəxs kimi onu və peşə fəaliyyətinin nəzərə alşnmasını və barəsində bəraət hökmü çıxarılması xahi ş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üz rə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhk əmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edi r. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uy ğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq o lunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konst itusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadal anan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəs ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması barədə qənaətə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkum edilmiş şəxs Məhkum kassasiya şikayətinin əsas dəlili ona Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsindən ibarətdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Məhkum edilmiş şəxs Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibti dai istintaq və birinci instansiya məhkəməsi zamanı verdiyi ifadələri ilə yanaşı şahidlərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzib olunmaz sübutlarla təsdiq olunur. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 1 -ci bəndində qeyd edilir ki, «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsi redici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxs in «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsində avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan əmələ görə cinayət məsuliyyəti nəzərdə tutur. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması il ə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/597 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, rəyin tətbiqi hissəsində göstərilənlərə əsasən Daewoo BS-90 markalı, **-TG-*** dövlət-qeydiyyat nişanlı avtobusun tormoz sistemi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Daewoo BS-90 markalı, **-TG-*** dövlətqeydiyyat nişanlı avtobusun sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasını n 8/1139 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, rəyin tətbiqi hissəsində göstərilənlərə əsasən Daewoo BS-90 markalı, **-TG-*** dövlət-qeydiyyat nişanlı avtobusun sürücü tərəfdən açar vasitəsi ilə mühərriki işə salınan sistemi və dumana qarşı işıqları istisna olmaqla avtobus texniki cəhətdən saz vəziyyətdədir. Daewoo BS-90 markalı, **-TG-*** dövlətqeydiyyat nişanlı avtobusun texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Daewoo BS-90 markalı, **-TG-*** dövlət- qeydiyyat nişanlı avtobusun sürücüsü Məhkum hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadi sənin qarşısını almağa texniki imkanı olmuşdur. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə Məhkum təqsirli olub-olmamasını müəyyən edilməsi üçün ilk növbədə baş vermiş yol nəqliyyat hadisəsinin düzgün mexanizmi müəyyən edilməli, həmin mexani zmə əsasən əldə edilmiş məlumatlara əsasən sürücünün hadisənin qarşısını almaq üçün texniki imkana malik olub olmadığı araşdırılmalıdır. Apellyasiya məhkəməsi haqlı olaraq iş üzrə sübutları araşdıraraq Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olması və həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanının olması barədə məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının rəyini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib hadisənin qarşısını almağa t exniki imkanı olsa da, ala bilməyib yolun sağ hissəsindən sol hissəsinə keçmək istəyən piyada X5 avtobusun qabaq sağ qanad hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb və hadisənin baş verməsində təqsirinin olması barədə nəticəyə gələrkən ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə istintaq zamanı və məhkəmə istintaqında tədqiq olunan ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq bir-birilə müqayisəli şəkildə yoxlayıb qiymətləndirmiş, hadisənin baş verdiyi şəraitdə sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olması və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin mərhum zərərçəkmiş şəxsin ölümünə ağır dərəcəli sərxoş vəziyyətdə olması və yüksək qorxu hissi altında yola qaçmasının səbəb olması barədə dəlillərini də əsassız sayır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 242 saylı, xx.xx.2019-cu il tarixli rəyi ilə göstərilən dəlillər tam təkzib olunmaqla zərərçəkmiş şəxsin ölümü ilə baş vermiş yol nəqliyyat hadisəsi arasında birbaşa səbəbli əlaqənin olması öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinin materiallarında olan həmin rəydən göründüyü kimi, ilkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, M.H.Həsənalıyevin ölümü onun meyitinin meyitxanada müayin əsi başlanandan (xx.xx.2021-ci il tarixdə, saat 08:30-da meyitin müayinəsi başlanmışdır) 8-12 saat əvvəl baş vermişdir.X1 aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan sərnişin avtobusunun M.H.Həsənalıyevi vurması nəticəsində əmələ gələ bilərdilər. X1 ölümünə səbəb sol alın, təpə və gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları nəticəsində inkişaf edən baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar olmuşdur.X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tətqiqatı nəticəsində etil spirti aşkar edilmişdir.Etil spirtinin qatılığı qanda 0,8%-dir. Etil spirtinin qanda tapılmış qatılığı M.H.Həsənalıyevin sağlığında yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində ittiham olunduğu CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası bir daha qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcu d deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanı r, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və y a təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsin ə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi müh üm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması hall arı müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassasiya şikayətinini bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayətişi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətlənditilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, cinayət işi üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.