Məhkəmə qərarları › İş №1(102)-1654/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1654/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1654/2023 19.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi Quliyev Fədai Əli oğlunun iştirakları ilə, xx xxxxxx il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəl lər məhkum olunmamış, x1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 1(103)-416/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Quliyev Fədai Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(101)-1292/2022 nömrəli hökmü ilə (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), M.H.Əkbərov və R.V.Salmanov) Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkəməyədək icraat zamanı 31 avqust 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulub 02 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət ona təyin olunan cəzaya hesablanmaqla, üzərində qəti olaraq 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 26 oktyabr 2021-ci ildən hesab lanmışdır. Hökmlə həmçinin mülki iddiaya dair məsələ, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Quliyev Fədai Əli oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, X6 və X3 tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.V.Hüseynov (sədrlik edən), H.Ç.Məmmədov və A.F.İbrahimov) apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(101)-1292/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi Quliyev Fədai Əli oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə, Məhkum sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə x3 MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs2 Biləsuvar rayonunda spirt və bint istehsalı ilə məşğul olması, yaxşı qazanc əldə etməsi, əlavə sərmayə qoymaqla biznesini genişləndirməklə küllü miqdarda gəlir əldə edə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonu ncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 onun təklifi ilə razılaşdığını görüb həmin biznes fəaliyyətinə sərmayə qoyacağı təqdirdə onu öz biznesinə şərik kimi cəlb edəcəyini yalandan bildirib əslində Zərərçəkmiş şəxs2 məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin iyul ayında Cəlilabad şəhəri, Koroğlu küçəsindəki 16 saylı evinin həyətində 24000 (iyirmi dörd min) manat, 2018-ci ilin sentyabr ayında Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən x2 ticarət mərkəzindəki aptekdə 23000 (iyirmi üç min) manat, 2019-cu ilin mart ayında həmin aptekdə əlavə 11000 (on bir min) və 3000 (üç min) olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 61000 manat pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş ş əxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə x3 MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs1 Biləsuvar rayonunda spirt istehsalı ilə məşğul olması, öz biznesinə şərik kimi cəlb edəcəyini yalandan bildirib yaxşı qazanc və külli miqdarda gəlir əldə edə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 onun təklifi ilə razılaşdığını görüb külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə aldadaraq əvvəlcə 2018ci ilin oktyabr ayında Cəlilabad rayonu, Sərhədabad kəndində spirt istehsalına lisenziya alınması adı ilə 10000 (on min) manat, 2018-ci ilin dekabr ayında yenidən eyni lisenziya alınması adı ilə əlavə 20000 (iyirmi min) manat, 2019-cu ilin əvvəllərində İran İslam Respublikasına gedib orada spirt qabları alınması adı ilə milli manat məzənnəsi ilə 21760 manat təşkil edən 12800 (on iki min səkkiz yüz) ABŞ dolları, 2019-cu ilin əvvəllərində həmin qabların gömrük bəyannaməsi və nəqliyyat xərci adı ilə Biləsuvar rayonunda milli manat məzənnəsi ilə 13600 manat təşkil edən 8000 (səkkiz min) ABŞ dolları, 2019- cu ilin may ayında spirt qablaşdırılmasında istifadə etməkdə istifadə üçün qapaq, etiket, spirt məhlulu və avadanlıqlar alınması adı ilə milli manat məzənnəsi ilə 76032,5 manat təşkil edən 44725 ABŞ dolları, 2019-cu ilin may ayında Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda Türkiyədən tibbi və gigiyenik vasitələr gətir əcəyi adı ilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda milli manat məzənnəsi ilə 21505 manat təşkil edən 12650 ABŞ dolları və 46500 (qırx altı min beş yüz) manat, 2019-cu ilin noyabr ayında Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda tenderdə iştirak etmə adı ilə milli manat məzənnəsi ilə 35020 manat təşkil edən 20600 ABŞ dolları və 89100 (səksən doqquz min yüz) manat, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda tenderdə iştirak etmə adı ilə milli manat məzənnəsi ilə 51000 manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları və 9000 (doqquz min) manat, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda tenderdə iştirak etmə adı ilə mili manat məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları və 35000 (otuz beş min) man at, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 47 ünvanda tenderdə iştirak etmə adı ilə əlavə olaraq milli manat məzənnəsi ilə 17000 manat təşkil edən 10.000 (on min) ABŞ dolları və 15000 (on beş min) manat olmaqla cəmi milli manat məzənnəsi ilə 269832,5 manat təşkil edən 158725 (yüz əlli səkkiz min yeddi yüz iyirmi beş manat əlli qəpik) ABŞ dolları və 224600 (iki yüz iyirmi dörd min altı yüz) manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 494432,5 (dörd yüz doxsan dörd min dörd yüz otuz iki manat 50 qəpik) manat pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlak ını ələ keçirmək məqsədilə x3 MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs3 Biləsuvar rayonunda spirt və yod istehsalı ilə məşğul olması, yaxşı qazanc əldə etməsi, əlavə sərmayə qoymaqla biznesini genişləndirməklə külli miqdarda gəlir əldə edə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 onun təklifi ilə razılaşdığını görüb həmin biznes fəaliyyətinə sərmayə qoyacağı təqdirdə onu öz biznesinə şərik kimi cəlb edəcəyini yalandan bildirib əslində Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin noyabr ayında Biləsuvar rayonu Bəydili kəndində 4000 (dörd min) manat, 2019-cu ilin dekabr ayında Biləsuvar rayonu Bəydili kəndində 28000 (iyirmi səkkiz min) manat və 2020-ci ilin mart ayında 4000 (dörd min) manat olmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 36000 (otuz altı min) manat pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə x3 MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs7 tibbi ləvazımatların və qida əlavələrinin satışını təşkil etməklə yaxşı gəlir əldə edə biləcəkləri barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs7 onun təklifi ilə razılaşdığını görüb xx.xx. 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Sabunçu qəsəbəsi, Şəhər şosesi 5-ci döngə,10A ünvanda yerləşən x4 MMC-dən 25228 manat məbləğində və Abşeron rayonu Fatmayi qəsəbəsi Q.Qarayev küçəsi 84-cü sahədə yerləşən x5 MMC-dən xx.xx.2020-c il tarixdə 32998 manat məbləğində tibbi ləvazımatlar və qida əlavələrini götürüb satışdan əldə olunacaq gəliri Zərərçəkmiş şəxs7la aralarında böləcəyinə dair yalandan vəd verərək əslində sonuncuya məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq həmin tibbi ləvazımatlar və qida əlavələrinin dəyəri olan ümumilikdə 58226 (əllisəkkiz min iki yüz iyirmi altı) manat pulun Zərərçəkmiş şəxs7 tərəfindən həmin müəssisələrə ödənilməsinə nail olduqdan sonra sonuncuya verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs7 məxsus 58226 (əlli səkkiz min ik i yüz iyirmialtı) manat dəyərində əmlakı etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs7 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs5 Biləsuvar rayonunda spirt istehsalı ilə məşğul olması, yaxşı qazanc əldə etməsi, əlavə sərmayə qoymaqla biznesini genişləndirməklə küllü miqdarda gəlir əldə edə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs5 onun təklifi ilə razılaşdığını görüb həmin biznes fəaliyyətinə sərmayə qoyacağı təqdirdə onu öz biznesinə şərik kimi cəlb edəc əyini yalandan bildirib əslində Zərərçəkmiş şəxs5 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətləəhatə olunan qəsdlə Biləsuvar rayonu Bəydili kəndində 2020-ci ilin iyun ayında 10000 (on min) manat və 2020-ci ilin iyul ayında həmin yerdə 20000 ( iyirmi min) manat olmaqla Zərərçəkmiş şəxs5 ümumilikdə 30000 (otuz min) manat pul alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə x3 MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs7 Biləsuvar rayonunda spirt və bint istehsalı ilə məşğul olması, yaxşı qazanc əldə etməsi, əlavə s ərmayə qoymaqla biznesini genişləndirməklə küllü miqdarda gəlir əldə edə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs7 onun təklifi ilə razılaşdığını görüb həmin biznes fəaliyyətinə sərmayə qoyacağı təqdirdə onu öz biznesinə şərik kimi cəlb edəcəyini yalandan bildirib əslində Zərərçəkmiş şəxs7 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq ünvan 5 ünvanında 2020-ci ilin avqust ayının ortalarında 44.000 (qırx dörd min) manat pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə x3 MMC-nin direkt oru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs6 Biləsuvar rayonunda spirt və bint istehsalı ilə məşğul olması, yaxşı qazanc əldə etməsi, əlavə sərmayə qoymaqla biznesini genişləndirməklə küllü miqdarda gəlir əldə edə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs6 onun təklifi ilə razılaşdığını görüb həmin biznes fəaliyyətinə sərmayə qoyacağı təqdirdə onu öz biznesinə şərik kimi cəlb edəcəyini yalandan bildirib əslində Zərərçəkmiş şəxs6 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Biləsuvar rayonu Əliabad kəndində 2020-ci ilin sentyabr ayı ərzində 10.000 (on min) və 12000( on iki min) manat olmaqla Zərərçəkmiş şəxs6 ümumilik də 22000 (iyirmi iki min) manat pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə x3 MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs4 Biləsuvar rayonunda spirt və bint istehsalı ilə məşğul olması, yaxşı qazanc əldə etməsi, əlavə sərmayə qoymaqla biznesini genişləndirməklə küllü miqdarda gəlir əldə edə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs4 onun təklifi ilə razılaşdığını görüb həmin biznes fəaliyyətinə sərmayə qoyacağı təqdirdə onu öz biznesinə şərik kimi cə lb edəcəyini yalandan bildirib əslində Zərərçəkmiş şəxs4 məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin oktyabr ayından dekabr ayınadək olan müddət ərzində Biləsuvar rayonu Zəhmətabad kəndində birinci dəfə 40000 (qırxmin) manat, ikinci dəfə 30000 (otuz min) manat və üçüncü dəfə 25000 (iyirmi beş min) manat olmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 95000 (doxsan beş min) manat pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə x3 MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanı ş olduğu Zərərçəkmiş şəxs8 işgüzar və şəxsi əlaqələrinin geniş olması, rəhbəri olduğu şirkətə işçi lazım olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Gülnarə İmanzadə x3 MMC-də işə düzəldilməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə yalandan sonuncuya rəhbəri olduğu şirkətin Bakı şəhərində qısa zamanda filialını açacağını, onu həmin filialda satış meneceri kimi işə götürəcəyini bildirib əslində Zərərçəkmiş şəxs8 məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq sonuncudan 2021-ci ilin yanvar ayının əvvəllərində ünvan 6 ünvanda 6000 (altı min) manat pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkr arən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs8 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs10 işgüzar və şəxsi əlaqələrinin geniş olması, rəhbəri olduğu şirkətə işçi lazım olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, x6 "xxxx" MMC-də işə düzəldilməsinə köməklik göstərməsi üçün Zərərçəkmiş şəxs8 vasitəsilə ona müraciət etdikdə yalandan rəhbəri olduğu şirkətin Bakı şəhərində qısa zamanda filialını açacağını, onu həmin filialda işə götürəcəyini bildirib əslində Zərərçəkmiş şəxs10 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq sonuncunun Zərərçəkmiş şəxs8 vasitəsilə 15 yanvar 2021-ci ildə gön dərdiyi 5000 (beş min) manat pulu ünvan 6 ünvanda alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə keçirərək Zərərçəkmiş şəxs10 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə x3 MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs9 işgüzar və şəxsi əlaqələrinin geniş olması, rəhbəri olduğu şirkətə işçi lazım olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs9 x3 MMC-də işə düzəldilməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə yalandan sonuncuya rəhbəri olduğu şirkətin Bakı şəhərində qısa zamanda filialını aça cağını, onu həmin filialda satış meneceri kimi işə götürəcəyini bildirib əslində Zərərçəkmiş şəxs9 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq sonuncudan 25 yanvar 2021-ci il tarixdə ünvan 6 ünvanında 5000 (beş min) manat pul alıb etibardan sui- istifadə etmə və aldatma yolu ilə keçirərək Zərərçəkmiş şəxs9 5000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məhkəmə Məhkum zərərçəkmiş şəxslərə yetirilmiş maddi ziyandan Zərərçəkmiş şəxs2 6000 manat, Zərərçəkmiş şəxs1 32500 manat, Zərərçəkmiş şəxs3 17000 manat, Zərərçəkmiş şəxs7 4000 manat, Zərərçəkmiş şəxs6 13700 ma nat, Zərərçəkmiş şəxs4 17000 manat, Zərərçəkmiş şəxs8 400 manat ödənilməsini nəzərə alsa da, digər zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs9 cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyanın hər hansı bir hissəsində ödənilməmiş qalmasını diqqətə almamışdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən ümumilikdə vurulmuş ziyandan 90600 manat ödənmişdir. Bu ödəmə vurulmuş ziyanla müqayisədə olduqca aşağı məbləğdir. Halbuki təqsirləndirilən şəxs Məhkum tərəfindən zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs9 vurulmuş zərərin qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətləri etməmə şəraitində məhkəmə həmin halları nəzərə alaraq təqsirləndirilən şəxsə yuxarı hədlərdə cəza təyin etməli idi. Birinci instansiya məhkəməsi hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs9 tərəfindən apellyasiya şikayətləri verilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə yuxarı hədlərdə cəza təyin edilməsi xahiş edilmişdir. Lakin məhkəmə kollegiyası zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş apellyasiya şikayətlərini təmin etməmiş, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmaması, vurulmuş ziyanın tam olaraq ödənilməməsini nəzərə almamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hal ı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Quliyev Fədai Əli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi tanınmış şəxslərin ifadələrindən və təqsirləndirilən şəxsin onlarla çarpaz üzləşmələrindən məlum olur ki, həmin şəxslərdən X10 ilə Məhkum aralarında olan razılaşma əsasında tibbi spirt məhsulunun istehsalını birlikdə şəriklik əsasında istehsalı və satışı haqqında razılaşaraq ikili fəaliyyət göstərmişlər. Bu şərik işdə Məhkum mülkiyyətində olan əmlakları, spirt doldurma sexini X7 tam sərəncamın a vermiş və x7 da maliyyə cəhətdən bu şərikli biznesə sərmayə qoymuşdur. Sonda isə düzgün olmayan məhsula 200000 manat sərf etmişlər və istifadəyə yaramadığından atılmış və iflas olmuşlar. Digər zərərçəkmiş şəxslərə Məhkum işə qəbul və birgə şərikli biznes barədə heç bir vəd verməmiş yalnız onlardan faizə pul almış və geri qaytarmışdır. Həmin faizlər müxtəlif formada günlük, həftəlik kimi olmuşdur. Cinayət işi üzrə toplanmış və məhkəmədə araşdırılmış sübutlar təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyini təsdiq etmir. Müdafiəçi Quliyev Fədai Əli oğlu kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittihamı sübuta yetirilmədiyi üçün və onun əməlində cinayət tərkibi olmadığından cinayət işinə xitam verilməklə bəraət verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tət biqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Quliyev Fədai Əli oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı halda əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar əsassız olaraq nəzərə alınmaqla, şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni ap ellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə kollegiyası, müdafiəçi Quliyev Fədai Əli oğlunun hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayət lərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 14 5.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, hüquqlarını müdafiə etdiyi Məhkum əməlində cinayət tərkibi olmadığı halda əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddi a etməklə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayətprosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsi nə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-pr osessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, Məhkum əməlində cinayət tərkibi olmadığı və təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfində n müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər Məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyasın dan və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblə rinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilənin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sənədlər ətraflı təsvir edilib, həm hökmdə, həm də apellyasiya məhkəməsinin yekun qərarında müdafiə tər əfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli və cəzalandırılmalı olması haqqında yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Yuxarıda təsvir olun anlar, ümumiyyətlə cinayət işinin materialları Məhkum müdafiəçisinin kassasiya şikayətinin məzmunu ilə ehtiva olunan (məhkəmələrin cinayətprosessual qanunun 416.1.2, 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə) iddialarını təkzib etməklə onların əsassız olduğunu göstərir. Dövlət ittihamçısının Məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş, apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin olunmaqla, yüngül olmasına həsr olunmuş kassasiya protestinə istinad edilmiş dəlillərə gəldikdə, kollegiya bu müraciətlə də razılaşmaq üçün əsas tapmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsini n Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələr ində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyriməqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qayd asında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPMin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat ma terialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəl i sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olmasına dəlalət etmədiyi müəyyən olunur. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Məhkum CM-in 178.3.2-ci maddəsi ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiya daxilində cəza təyin edilmişdir. Baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhkum himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərə yetirilmiş maddi ziyandan Zərərçəkmiş şəxs2 6.000 manat, Zərərçəkmiş şəxs1 32.500 manat, Zərərçəkmiş şəxs3 17.000 manat, Zərərçəkmiş şəxs7 4.000 manat, Zərərçəkmiş şəxs6 13.700 manat, Zərərçəkmiş şəxs4 17.000 manat, Zərərçəkmiş şəxs8 400 manat olmaqla qismən ödənilməsi birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmış, həmin hallarla apellyasiya məhkəməsi də razılaşmışdır. Qeyd olunan hallardan “cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması” Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində, “cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi” Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsində birbaşa nəzərdə tutulmuş və bu üzdən məhkəmə tərəfindən mütləq şəkildə qəbul edilməli olan cəzanı yüngülləşdirən hallardır. Qeyd olunan hallar müvafiq sübutlara əsaslanır. Bu səbəbdən məhkəmələrin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən ha llar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Qeyd olunan halların fonunda Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Bütün b unlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2, habelə kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair Məhkum müdafiəçisi Quliyev Fədai Əli oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 31 yanvar 2023-cü il tarixli, 1(103)-416/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Bayramova Elfanə Elman qızının kassasiya protesti, habelə Məhkum müdafiəçisi Quliyev Fədai Əli oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 31 yanvar 2023-cü il tarixli, 1(103)-416/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar