Məhkəmə qərarları › İş №1(102)-1654/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1654/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1654/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum və onun müdafiəçisi Həsrətov Əli Həsrət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-684/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Həsrətov Əli Həsrət oğl u tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxx-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, Siyəzən rayonu, Yenikənd kəndində daimi yaşayış qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. 2. 09 avqust 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 13 sentyabr 2024-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sür ülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti müəyyənləşdirilməmiş İran islam Respublikası vətəndaşı “Fərhad” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, “Fərhad” adlı şəxsin göstərişi ilə naməlum vaxtda və yerdə, naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda - 93,570 qram çəkidə narkotik vasitə olan asetilə edilmiş tiryəyi, 136 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 5,44 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə metadon həblərini əldə edib, həm in həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən 20 ədədini saxlaması və daşıması üçün əri - X2 vətəndaşı Şahid1 A-ya, təsiredici maddəsinin ümumi miqdarı 3,04 qram təşkil edən metadon həblərinin 76 ədədini və narkotik vasitə olan asetilə edilmiş tiryəyi yaşadığı ünvan 1 ünvanında, təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edən 40 ədəd metadon həblərini isə özünün üzərində saxlamaqla daşımış, 25 aprel 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 22:16-da ünvan 2 ünvanın qarşısında əri Şahid1 ilə birlikdə saxlanılaraq ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə aparılmış, orada üzərilərind ə şəxsi axtarış keçirilən zaman əri Şahid1 A-nın əynində olan şalvarının cibindən tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edən 02 ədəd konvalyutda cəmi 20 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş eyni tərkibli həmin narkotik vasitə metadon həbləri, onun özünün üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçəsinin cibindən tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edən 04 ədəd konvalyutda cəmi 40 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş eyni tərkibli həmin narkotik vasitə metadon həbləri və əməliyyat tədbirinin davamı olaraq 26 aprel 2024-cü il tarixdə, saat 01:50-dən saat 02:45-dək yaşadığı ünvan 1 ünvanında keçirilmiş baxış zamanı qonaq otağındakı sellofan torbadan tərkibində metadonun təsiredici maddəsinin ü mumi miqdarı 3,04 qram təşkil edən 08 ədəd konvalyutda cəmi 75 ədəd və 01 bükümün içərisində 01 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş eyni tərkibli həmin narkotik vasitə metadon həbləri, 01 bükümdə külli miqdarda 93,570 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan asetilə edilmiş tiryək və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində narkotik vasitə tiryək izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-501/2025 nömrəli, 23 yanvar 2025ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məh kum edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 (beş) ay 15 (on beş) gün hissəsinin Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 02 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanaraq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsi və qəti olaraq 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 aprel 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, barəsində daha yüngül cəza təyin edilməsini və ya təyin edilmiş cəzanın övladının 14 yaşına çatana qədər təxirə salınmasını xahiş etmişdir.

7. Hökmdən həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Həsrətov Əli Həsrət oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən, həmin Məcəllənin 234.11-ci maddəsinə tövsif edilməsi, himayəsində azyaşlı uşağının olmasını da nəzərə al araq, ona həmin maddənin sanksiyası çərçivəsində yüngül cəza təyin edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsi tətbiq edilməklə cəzasının təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-684/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-501/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Həsrətov Əli Həsrət oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri bir sıra maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, polis əməkdaşları Məhkum faktiki yaşadığı ünvanı dəqiq bilməmiş, habelə həmin ünvanda narkotik vasitə saxlanıldığı barədə heç bir məlumatları olmamışdır. Bundan başqa məhkuma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik maddənin satış məqsədilə əldə edilməsi barədə ittiham verilsə də, onun narkotik maddəni satış məqsədilə əldə etməsi sübuta yetirilməmişdir. Məhkum narkotik vasitə aludəçisidir, verdiyi ifadələrindən məlum olur ki, onun narkotik vasitəni gündəlik qəbul etdiyi doza nəzərə alındıqda, ondan aşkar edilərək götürülmüş narkotik vasitə metadon və tiryək onun ən çoxu 2-3 həftəlik dozasıdır. Onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və başqa hallar da aşkar edilməmişdir. Məhkum narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Əlavə olaraq nəzərə alınmalıdır ki, onun faktiki nikah münasibətlərindən 25 may 2014-cü il təvəllüdlü X4 adında bir övladı var, hazırda uşaq məhkumun anasının himayəsindədir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)684/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi və ya Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi, himayəsində azyaşlı uşağının olması nəzərə alınmaqla, ona həmin maddənin sanksiyası çərçivəsində yüngül cəza təyin edilməsi, himayəsində olan azyaşlı uşağının maraqları və sosial ədalət prinsipi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 79-cu maddəsi tətbiq edilməklə cəzasının təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmə lər tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Müdafiəçi Məhkum əməlinin hüquqi tövsifini mübahisələndirmiş, habelə cəzasının yüngülləşdirilməsini və ya himayəsində azyaşlı uşağının olmasını nəzərə almaqla məhkum barəsində Azərbaycan Respublikası CM- nin 79-cu maddəsinin tətbiq edilməsini xahiş etmiş, bununla da kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-684/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

18. Belə ki, cinayət məsul iyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olm amasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri üzrə əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə müdafiəçinin dəlillərini əsassız hesab edir.

22. Cinayət işinin materiallarından göründüyü kimi, baxılan kassasiya şikayəti üzrə müdafiəçi məhkumun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf etsə də, lakin satış məqsədinin olmaması əsası ilə əməlinin düzgün tövsif olunmadığını iddia edir.

23. Qeyd edilməlidir ki, məhkumun və müdafiəçisinin eyni əsas və dəlillər üzrə birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayəthüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, Məhkum ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də, lakin onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsiri məhkəməyədək icraat dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid qismində dindirilmiş polis əməkdaşlarının cinayət təqibinin bütün mərhələlərində verdikləri birbiri ilə uzlaşan ifadələri, Şahid1 A-nın ifadəsi, Məhkum və Şahid1 A-nın üzərinə videoçəkiliş aparılmaqla keçirilmiş “şəxsi axtarış aparılması və götürmə haqqında” protokol, “evə baxış keçirilməsi və götürmə haqqında” protokol, həmin istintaq hərəkətləri zamanı aşkar edilərək götürülmüş maddi sübutlar (narkotik vasitələr, elektron tərəzi), məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, digər istintaq və məhkəmə hərəkəti protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

24. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürməklə yoxlayan apellyasiya instansiyası məhkəməs i, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələr ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti cinayət i şinin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

26. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlin tövsifin dəyişdirilməsi ilə yanaşı təyin edilmiş cəzanın yüngülləşdirilməsini də xahiş etdiyindən, məhkəmə kollegiyası habelə aşağıdakıları qeyd etməyi vacib hesab edir.

27. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

28. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədb irlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

29. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

30. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayə tlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

31. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

32. Məhkuma daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

33. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

34. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq himayəsində bir azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində - 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, həmin cəzanı əvvəlki hökmü üzrə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi ilə qismən toplamaqla, hökmlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il 01 (bir) ay müddət ə azadlıqdan məhrum etmə cəzası müəyyən etmişdir.

35. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.

36. Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşaraq hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.

37. Kassasiya şikayətinin məhkum edilmiş şəxsin himayəsində azyaşlı uşağının olmas ı nəzərə alınmaqla barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsinə dair xahişinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

38. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasından bəhs edən Azərbaycan Respublikası CM-nin 79.1ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

39. Bu institutun təyinatı məhkum edilmiş şəxsə münasibətdə Cinayət Məc əlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinin realizə edilməsi ilə yanaşı, azyaşlı uşağın ailəsinin qorunub saxlanması, öz valideyninin himayəsi, qayğısı ilə əhatə olunması, onun tərəfindən tərbiyə edilməsi, yəni uşağın hüquq və mənafelərinin təmin edilməsidir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də, hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı olan qadınların, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn q ayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarı, 10 fevral 2012-ci il).

41. Qeyd edilənlərlə yanaşı nəzərə almaq lazımdır ki, cinayət və cinayətprosessual qanunvericiliyi cinayət törətməkdə təqsirli bilinən şəxslərin cəzanın təyin edilməsini istisna edən əsaslar olmadığı halda Azərbaycan Respublikası CM-nin müvafiq normalarının, o cümlədən 8, 58.3-cü maddələrinin tələbləri gözlənilməklə cəzalandırılmal ı olmalarını təsbit edir (cinayət-mühakimə icraatının vəzifələrindən biri kimi göstərir). Bununla yanaşı Cinayət Məcəlləsinin 79.1-ci maddəsində azyaşlı uşağı olan məhkumlara təyin olunmuş cəzaların uşağın 14 yaşına çatmasınadək təxirə salınması imkanının nəzərdə tutulması və Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin dispozitiv xarakter daşıyıb bu məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz səlahiyyətini müəyyənləşdirməsi onu göstərir ki, sözügedən institut (cəzanın icrasının uşaq 14 yaşına çatanadək təxirə salınması) işin həqiqi hallarından törəyən bir zərurət kimi meydana gəldikdə tətbiq edilə bilər. Zərurət olmadıqda və yaxud zəruriliyin mövcudluğu lazımınca əsaslandırılmadıqda isə təqsirkar şəxsin ittiham hökmünün qüvvəyə minməsindən sonra cəzaya məruz qalmamasına bəraət qazandırmaq, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiqinə dair məhkəmə qərarını əsaslı və inandırıcı məhkəmə aktı kimi qəbul etmək mümkün deyil.

42. Göründüyü kimi, cəzanın təxirə salınmasında dövlətin əsas məqsədi azyaşlı uşaqların üstün mənafelərinin qorunması ilə yanaşı, həmçinin həmin şəxsə cəzanın məqsədlərinə real cəza çəkilmədən nail olmaq imkanını da özündə ehtiva edir.

43. Baxılan cinayət işinin materiallarından müəyyən olunur ki, Məhkum Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum əvvəlki hökm üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilsə də, lakin o, həmin cə zanı çəkib qurtarmamış, daha ağır cinayət əməli törətmişdir. Lakin yuxarda istinad olunan cəzanı yüngülləşdirən hal, yəni himayəsində bir azyaşlı uşağının olması, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilmişdir.

44. İş materiallarından aydın olduğu kimi, Məhkum əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilsə də, ona təqsirli bilindiyi maddənin sanksiyasında göstərilən azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməmişdir. Bununla belə o, həmin cəzanı çəkib qurtarmamış yenidən qəsdən daha ağır cinayət əməli törətmişdir. Bu hal, onun barəsində cəzadan azad edilməyə dair Azərbaycan Re spublikası CM-nin 79.1-ci maddəsinin tətbiqini istisna etməklə yanaşı, real cəza çəkmədən islah olunmasının mümkün olmadığını təsdiqləyir.

45. Yekun olaraq məhkəmə kollegiyası qeyd edir ki, hər iki instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

46. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

47. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-684/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Həsrətov Əli Həsrət oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-684/2025 nömrəli, 1 2 mart 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar