Məhkəmə qərarları › İş №1(102)-1655/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1655/2019

04.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1655/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Bəraət almış şəxs X3 müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 31 avqust 1978-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 X4 Azərbaycan Respublikası Cinayət M əcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: R.V.Salmanov (sədrlik edən), M.A.Bayramov və A.K.Orucov) 20 sentyabr 2017-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edil mişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2016-cı il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), R.O.Əsgərov və F.G.Zeynallı) 25 iyun 2019-cu il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə X4 bəraət verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X6 məhkum edilmişdir ona görə ki, o, 28 sentyabr 2016-cı il tarixdə satış məqsədi ilə Şamaxı rayonunun ************ kəndində istintaqa məlum olmayan mənbə dən külli miqdarda, 2.060 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək, üzərində saxlamaqla Sumqayıt şəhərinə daşımış, 28 sentyabr 2016-ci il tarixdə, saat 19 radələrində həmin narkotik vasitə olan qurudulmuş marixuananı əlində olan sellofan torbada saxlayarkən, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində şübhəli şəxs qismində saxlanılıb Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə aparılaraq üzərində şəxsi axtarış aparılan zaman sağ əlində olan sellofan torbada satış məqsədi ilə saxladığı, külli miqdarda, 2.060 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dö vlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hökm çıxarılarkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, eləcə də X4 CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair hökmü yolverilməz sübutlara əsaslanmaqla çıxarıldığından qanunsuzdur və ona görə də ləğv olunmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi kollegiyası iş üzrə şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları X2, X9 və X8 ifadələrini İ6 ifadəsinə nisbətdə azaldaraq qəbul etməm əklə, İ6 təqsirliliyini və həmin cinayətə aidiyyətini təsdiq edən sübutları əsassız olaraq sübutların məcmusundan ayırmışdır. Dövlət ittihamçısının fikrincə, məhkəmə kollegiyası İ6 üzərində şəxsi axtarışı şübhəli şəxsə təyin edilmiş müdafiəçinin iştirakı olmadan aparılmasını, yəni şübhəli şəxsin müdafiə hüququnun kobud pozulması kimi qiymətləndirməkdə də haqlı olmamışdır. Belə ki, polis bölməsinə gətirilmiş İ6 təhqiqatçı tərəfindən vəkillərin siyahısı təqdim edilmiş və müdafiəçi təyin edilməsi barədə qərar qəbul edilməklə müdafiəçi təqdim olunmuşdur. Bu barədə tərtib olunmuş protokol müdafiəçi və şübhəli şəxs tərəfindən imzalanmışdır. Bundan sonra, İ6 üzərində axtarış müdafiəçinin iştirakı olmadan, hal şahidlərinin iştirakı ilə həyata keçirilmişdir. Protest müəllifi hesab edir ki, qeyd olu nan axtarışın həyata keçirilməsində müdafiəçinin iştirakının məcburi olması qanunvericiliklə nəzərdə tutulmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protestinin təmin edilməməsi barədə Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəl lifi qeyd edir ki, İ6 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətl əndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq İ6ə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri onun xeyrinə həll etmişdir. Belə ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, İ6 özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilmə si əsasında İ6 qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin təqsirinin yeganə sübutu olan şəxsi axtarışın nəticələridir. Belə ki, apelyasiya instansiyası məhkəməsi istintaqı zamanı dindirilmiş hal şahidi X10 ifadəsində bildirmişdir ki, 28 sentyabr 2016-ci il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsindən keçib evə gedərkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb, onlarla gedib sənədlərə qol çəkməli olduğunu bildirmişdir. Polis Bölməsinə gedərkən təqsirləndirilən şəxsin otaqda olmasını görmüş, otaqla üzbəüz başqa otağa keçərək sənədə qol çəkmiş, "klyokda" nəsə olduğunu, lakin içində nə olduğunu bilməmişdir. Bundan əlavə onun yanında tərəzidə klyokd a olanların çəkilməməsini, təqsirləndirilən şəxsin "klyok" mənimdir ifadəsini eşitmədiyini bildirmişdir. Həmçinin apellyasiya məhkəmə baxışında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, İ6 üstünə baxış keçirilərkən onun üzərindən nə çıxdığını görməmişdir. X13, o, digər hal şahidi və polis əməkdaşlarından başqa heç kim olmamış, küncdə göy rəngdə sellofanın olmasını görmüş, lakin otağın küncündə olan göy rəngdə torbanın açılmadığını və içində nə olduğunu bilməmişdir. İlqar torbanın ona məxsus olmadığını bildirmiş, onun tərəfindən müstəntiqə ifada verilməmiş, sadəcə bir vərəqə qol çəkməsi üçün çağırılmış, izahat yazıldıqdan sonra latın dilində oxuya bilmədiyindən izahatı oxumamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hal şahidlərinin apelyasiya məhkəməsində verdiyi ifadələ rinin, onların ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələrdən təqsirləndirilən şəxsin xeyrinə kəskin surətdə fərqlənməsini hər hansı bir yanlışlıqla izah etmək olmaz və həmin ifadələrin mötəbər sübut kimi qəbul edilməsi üçün əsaslı şübhələr doğurur. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaq qeyd edir ki, təqsirləndirilən şəxs İ6 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham və birinci instansiya məhkəməsi tərəfindən onun barəsində çıxarılmış ittiham hökmü yalnız 28.09.2016-cı il tarixdə polis əməkdaşları tərəfindən onun üzərində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi faktına əsaslanır. İ6 cinayət məsuliyyətinə cəlb etməyə və onun barəsində ittiham hökmünün çıxarılmasına əsas yaradan narkotik vasitə polis əməkdaşları tərəfindən şübhəli şəxs İ6 müdafiə hüququnun kobud surətdə pozulmaqla keçirilmiş və formal olaraq hal şahidlərinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı əldə edilmişdir Təqsirləndirilən şəxsin üzərində keçirilmiş axtarışda iştirak etmiş hal-şahidlərinin ibtidai istintaq və birinci instansiya məhkəməsində axtarışın keçirilməsi barədə əvvəlki ifadələrdən əhəmiyyətli dərəcədə fərqli ifadələr verməsi də ittihamın əsasını təşkil edən təqsirləndirilən şəxsin üzərində narkotik vasitənin aşkar edilməsi halına əsaslı şübhələr yaradır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təhqiqat və ibtidai araşdırma orqanının tərtib etdiyi ilkin sənədləşmələrd ən aşkar görünür ki, İ6 qanunla nəzərdə tutulan müdafiə hüquqları da təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əşyanın aşkar edilməsi və götürülməsi, bu barədə tərtib edilmiş axtarış, götürmə və ya baxış protokolları ilə təsdiq olunur. Azərbaycan Respublikası CPM-nin 134.5-ci maddəsinin tələblərinə görə istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal-şahidlərinin ifadələri ilə aradan qaldırıla bilməz. Qanunun bu normasından görünür ki, protokol tərtib edildiyi istintaq hərəkətində iştirak edən şəxslərin protokolda əks etdirilən hallar barədə ifadələri protokoldan törəmə xarakter daşıyır və istintaq hərəkətinin qanuni tələblərinin pozulması ilə aparıldığı səbəbindən protokolun sübut kimi qəbul edilə bilmədiyi halda, istintaq hərəkətində iştirak edən şəxslərin ifadələrinə də sübut kimi istifadəsinə yol verilməsi məhdudlaşdırılmışdır. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, İ6 üzərində axtarış protokollarının Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsinə əsasan sübut kimi qəbul edilməməsi ilə əlaqədar həmin istintaq hərəkətlərində iştirak etmiş şəxslərin protokollarda əks etdirilən istintaq hərəkətlərinin keçirilməsi barədə ifadələri də cinayət işi üzrə mümkün və mötəbər sübut kimi hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 28.09.2016-cı il tarixli, 21098 saylı rəyi də ekspert tədqiqatına təqdim edilmiş narkotik vasitənin ciddi qanun pozuntuları ilə, yəni şübhəli şəxsin müdafiə hüququnun pozulması ilə əl də edildiyi səbəbindən təqsirləndirilən şəxs İ6 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində təqsirli olmasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İlqar Baxşıvevin həm birinci həm də apellyasiya icraatı zamanı onun təhqiqatçı tərəfindən alınmış izahatında narkotik vasitəni Şamaxı rayonu ərazisindən tapması halı da inandırıcı deyil və bu da mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, apellyasiya məhkəməsi istintaqı zamanı alınmış "xxxx" MMCnin 14.06.2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, X6 27.09.201628.09.2016-cı il tarixlərdə Bakı və Sumqayıt şəhərlərindən kənara çıxmamışdır. Halbuki, istintaq orqanı tərəfindən İ6dən alınmış izahatda onun həmin narkotik vasitəni elə həmin gün, yəni 28.09 2016-cı il t arixində Şamaxı rayonunun ************ kəndinin yaxınlığındakı meşədən keçib gedərkən göy rəngli sellofan torba diqqətini cəlb etdiyindən torbaya yaxınlaşaraq açmış və içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş, həmin marixuanadan bir çəkimlik götürüb istifadə etmiş, qalanını isə meşədə gizlətmişdir. 28 sentyabr 2016-cı il tarixdə Şamaxı rayonuna getmiş və əvvəlcədən meşədə gizlətdiyi marixuananı özü ilə götürüb yol maşını vasitəsilə Sumqayıt şəhərinə gəldiyi qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhə lər təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi İ6 əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması kifayət qədər sübuta yetirilmədiyindən haqlı olaraq ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, İ6 əməlində həqiqətən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin tərkibinin olmasını təsdiq edən sübutlar kifayət qədər deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliy yətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.2-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq İ6 qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlaması cinayətini törətməkdə təq sirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Q ərara alır: Kassasiya protesti təmin edilməsin. X6 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar