Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1655/2024 18.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Əlisahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cəlil Nəbiyev (sədrlik edən və məruzəçi), Cəlil Nəbiyev və Müşfiq Məmmədov) 03 iyun 2022-ci il tarixli, 1(099)-334/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 05 yanvar 2022-ci ildən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinin (hakimlər K.C.Bəşirov (sədrlik edən), M.Ə.Bağırov və İ.H.Əhmədov) 29 avqust 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum həmin hökmlə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 09 (doqquz) il 06 (altı) ay həddində müəyyən olunmuşdur. Apellyasiya protesti təmin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 1(099)-334/2022 nömrəli qərarı ilə məhkum A.Z.X3 Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 1(099)-334/2022 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İsmayıl Əhm ədov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Məhəmməd Bağırov) 20 fevral 2024-cü il tarixli, 1(106)-229/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 1(099)-334/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və onun apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Şirvan Apellyasiya Məhkəməsinin qərarından narazıdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası onun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən vermiş olduğu apellyasiya şikayəti müddətinin bərpasında dair məhkəmə iclasında keçirilən baxış iclasında onun üzrlü səbəbdən müddəti ötürməsi düzgün qiymətləndirməmişdir. Onun ailə vəziyyəti, hüquqi cəhətdən savadsız olması, psixoloji durumunda yaranmış problemlər nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-229/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məh kəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən onun apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti əsassız təmin olunmamışdır. Cinayət işini n materiallarından görünür ki, məhkum barəsində olan birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti vermək müddətini buraxmışdır. Belə ki, iş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 1(099)-334/2022 saylı hökmündən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 1(106)-678/2022 saylı qərarı ilə (hakim Kamil Bəşirov) apellyasiya protesti təmin edilmiş Məhkum 9 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin qərardan məhkum edilmiş şəxs Məhkum kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 1(102)398/2023 saylı qərarı ilə (hakim Rəşad Abdulov) kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 1(106)-678/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 1(099)334/2022 saylı hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatəti Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 1(099)334/2022 saylı qərarı ilə təmin edilməmişdir. Məhkum Həsənov X2 Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 1(099)-334/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Məhkum apellyasiya şikayətində şikayətin verilməsi müddətinin ötürülməsinin səbəbi kimi barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protestinin verilməsini, Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə onun cəzasının 9 il 6 ay müddətə qa ldırıldığını, həmin qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verdiyini, kassasiya şikayətinin təmin olunmadığını bu səbəbdən apellyasiya şikayəti verməsi müddətinin ötürdüyünü əsas gətirərək qərarın ləğv edilməsini, müddətin bərpa edilməsini və onun işinə apellyasiya qaydasında baxılması haqqında qərar çıxarılmasını xahiş etmişdir. İşdən görünür ki, Məhkum barəsində olan hökmdən apellyasiya şikayəti verməsi müddəti 1 il 4 ay 18 gün müddət ərzində ötürülmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətind ə verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkum apellyasiya şikayətinin verilmə müddətini ötürməsini birinci instansiya məhkəməsinə ünvanladığı ərizədə, apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında fərqli formada əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası məhkumun bu mülahizələrini əsaslı və inandırıcı hesab etmir. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiqləyən sübutlar əlavə etməmişdir. H əmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində haqqındakı cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş barəsindəki hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Onun apellyasiya şikayətində göstərdiyi dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün y etərli deyildir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirir, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozur. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi, yəni ötürülmüş müddətin bərpası üçün kifayət qədər tutarlı əsaslar mövcud olmalıdır. Beləliklə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iş üzrə məhkum tərəfindən apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verilməsinə mane olan üzrlü səbəblər müəyyən edilməmişdir. Şirvan Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 20 fevral 2024-cü il 1(106)-229/2024 nömrəli qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmündən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il 1(106)-229/2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni v ə əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il 1(106)-229/2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1655/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1655/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver