Məhkəmə qərarları › İş №1(102)-1655/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1655/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1655/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinən Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 apr el 2025-ci il tarixli, 1(103)-764/2025 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X7) 05 fevral 2025-ci il tarixli 1(001)-37/2025 saylı hökmü ilə, xx.xx.1980-ci ildə Şamaxı rayonu, Qurbançı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, orta-ixtisas təhsilli, işləməyən, Qobustan rayonu, Qurbançı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ulduz küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla 02 (iki) il müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmlə, həmçinin mülki iddia, qətimkan tədbiri və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2025-ci il tarixli, 1(103)-764/2025 nömrəli qərarı ilə (hakimlər X11 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəh əri Binəqədi Rayon Məhkəməsinin Məhkum CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair 05 fevral 2025-ci il tarixli 1(001)-37/2025 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2025-ci il tarixli, 1(103)-764/2025 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum xx.xx.1999cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X4 İdarəsin də ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, ünvan 1 ünvanında fəaliyyət göstərən “Camal LTD” şirkətində 10 mart 2020-ci il tarixdən 17 yanvar 2024-cü il tarixədək satış təmsilçisi vəzifəsində işləyərkən, 01 aprel 2023-cü il tarixdən 23 sentyabr 2023-cü il tarixədək olan dövr ərzində həmin şirkətlə bağlanılmış xx.xx.2020-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrin şərtlərinə əsasən, ona şirkət tərəfindən etibar edilmiş əmlakı, maddi və ya digər sərvətləri salamat saxlamaq, o cümlədən qəbul edilmiş ümumi qaydalara əsasən qəbul etdiyi malın hərəkəti barədə mühasibatlığa vaxtaşırı mal-pul hesabatlarını təqdim etmək, satılmış malın dəyərini alıcılardan aldığı gündən gec olmayaraq şirkətə təhvil vermək və digər səlahiyyətlərə malik maddi-məsul şəxs olma qla, ona etibar olunmuş öz əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talama məqsədilə, xx.xx.2023-cü il tarixli **********6 №li malların yerdəyişməsi sənədi ilə 380,00 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişməsi sənədi ilə 1316,40 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 2116,00 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 1656,80 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişməsi sənədi ilə 1168,00 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişməsi sənədi ilə 2311,00 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişməsi sənədi ilə 1011,12 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişməsi sənədi ilə 1411,60 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişməsi sənədi ilə 1329,60 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 2142,80 manat, xx.xx.2023-cü il tarixli 5782 №li malların yerdəyişməsi sənədi ilə 1067,60 manat, xx.xx.2023-cü il tarixli **********9 № malların yerdəyişməsi sənədi ilə 988,93 manat, xx.xx.2023-cü il tarixli **********8 №li malların yerdəyişməsi sənədi ilə 914,00 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişməsi sənədi ilə 1268,80 manat,xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 853,60 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişməsi sənədi ilə 526,00 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişməsi sənədi ilə 690,00 ma nat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 403,60 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 613,60 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 963,20 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 1227,60 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişməsi sənədi ilə 850,40 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişməsi sənədi ilə 804,00 manat, xx.xx.2023-cü il tarixli **********4 №li malların yerdəyişməsi sənədi ilə 1425,20 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişməsi sənədi ilə 588,00 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişməsi sənədi ilə 688,00 manat, x x.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 1058,16 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişməsi sənədi ilə 896,96 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişməsi sənədi ilə 1102,00 manat olmaqla, cəmi 31772,97 manat məbləğində dondurma məhsullarını maddi məsuliyyətə götürməklə Bakı şəhəri, Suraxanı, Sabunçu rayonları və Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində olan müştərilərə 01 aprel 2023-cü il tarixdən 23 sentyabr 2023-cü il tarixədək olan dövr ərzində sataraq, həmin məhsulların satışından əldə edilmiş 14025,47 manat pul vəsaitinin bir hissəsini - 6174,03 manatını şirkətin xəzinəsinə mədaxil etmiş, göstərilən dövr ərzində müxtəlif vaxtlarda satışdan əldə etdiyi ümumilikdə xeyli miqdar təşkil edən 7851,44 (yeddi min səkkiz yüz əlli bir manat qırx dörd qəpik) manat məbləğində pul vəsaitini isə şirkətin xəzinəsinə mədaxil etməyərək, bundan başqa, həmin dövr ərzində satış məqsədilə müştərilərə çatdırılması üçün maddi məsuliyyətə götürdüyü 3858,71 manat məbləğində dondurma məhsullarını isə müştərilərə verməyərək ələ keçirməklə özgəninkiləşdirərək, əldə etdiyi pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləyib, ona etibar edilmiş ümumilikdə 11710,15 manat (on bir min yeddi yüz on manat on beş qəpik), yəni xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə edərək, vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəmiş və israf etmişdir. Apelyasiya instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirilməklə, təqsirləndirilən şəxs Məhkum CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilsə də, ittihamın həcminin 11710,15 manat olması ilə bağlı ibtidai araşdırma orqanın gəldiyi nəticənin əsassız olması qənaətinə gəlmiş və hesab etmişdir ki, təqsirləndirilən şəxs ona etibar edilmiş ümumilikdə 9104,95 manat, yəni xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəmiş və israf etmişdir. Kassasiya protestinin dəlilləri və proses iştirakçılarının çıxışları: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 Taleh Ağamayıl oğlunun "Camal LTD" şirkətində ekspeditor vəzifəsində işləyərkən şirkətə 11.710,15 manat məbləğində maddi zərər vurduğunu, qeyd olunan məbləğdən cəmi 1.000 manat ödəniş etdiyini və buna görə də sonuncudan ziyanın qalan hissəsinin ödənilməsini tələb etmişdir. Cinayə t işi xx.xx.2024-cü il tarixdə başlanılmış və protest verilən vaxtadək 13 ay müddət keçməsinə baxmayaraq təqsirləndirilən şəxs Məhkum vurduğu ziyandan yalnız ibtidai istintaq zamanı 1.000 manat ödəmiş, başqa heç bir ödəniş etməmiş və ödəmə ilə bağlı hər hansı real addım atmamışdır. Belə olan halda, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsə həmin cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmaqla ona əsassız olaraq humanist mövqedən yanaşılmış, zərərçəkmiş hüquqi şəxsin vurulmuş maddi ziyanın ödənilməsini tələb etməsini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olmasını nəzərə almadan ona yüngül cəza təyin etməkdə haqlı olmamış, bununla da zərərçəkmişin mənafeyini nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair" 19 aprel 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət prosesində zərərçəkmiş şəxs törədilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxsdir və zərərçəkmiş şəxsin xüsusi marağı cinayətin törədilməsi nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsindən ibarətdir. Məhkəmə tərəfindən cəza təyini zamanı mühüm, yəni cinayətin ictimai təhlükəliliyi və xarakterinə birbaşa təsir edən halın nəzərə alınmaması cəzanın məqsədinə nail olunmasına imkan verməmişdir. Bundan başqa, məhkəmələr cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum evli olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışlar. Halbuki bu halları yüngülləşdirən hallar kimi qəbul etməklə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini yalnız təqsirləndirilən şəxsin maraqları ilə tamamlamış, bununla da cinayət hadisəsi ilə əlaqədar maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqlarını isə nəzərə almamışlar. Məhkəmələr yekun aktını qəbul edərkən cinayət qanunvericiliyin əsas prinsipi olan ədalət prinsipinə əməl etmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterini və işin faktiki hallarını nəzərə almadan Məhkum ədalətsiz və cəzanın məqsədlərini təmin etməyən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Məhkəmələr tərəfindən təyin edilən cəza şəxsin islah olunması üçün yetərli hesab edilə bilməz. Bundan başqa, məhkəmələrin hökm və qərarında göstərmişdir ki, z ərərçəkmiş şəxs (mülki iddiaçı) "Camal LTD" şirkətinin mülki iddiası qismən təmin edilməli, ona dəymiş maddi zərərə görə 10710,15 manat olan zərərdən 2.605,20 manat olan hissə sübuta yetirilmədiyindən müki iddia qismən təmin edilməli, 8.104,95 manat, müstəqil auditora ödənilmiş 1.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 134 manat məbləğində pul vəsaiti iş üzrə mülki cavabdeh Məhkum "Camal LTD" şirkətinin xeyrinə tutulmalıdır. Məhkəmələr Məhkum elan edilmiş ittihamdan yalnız bağlanmış mağazaların olmasını əsas gətirərək 2.605,20 manat məbləğində pulun sübuta yetirilməməsi qənaətinə gələrkən işdə olan audit aktına və məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə münasibət bildirməmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli Audit prosedurlarının aparılmasına dair a ktdan görünür ki, şirkətin satış təmsilçisi, maddi məsul şəxs Məhkum xx.xx.2023-cü il tarixə öhdəsindəki 11.710,15 manat çatışmazlıq müəyyən olunmuşdur. Cinayət işinin matreriallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 04 aprel 2024-cü il tarixli, 9/1254 nömrəli ekspert rəyindən görünür ki, Məhkum hesabında 7.851,44 manat məbləğində çatışmazlıq yaranması müəyyən edilmiş, həmçinin avtomobilinə baxış keçirilərkən 3.858,71 manat məbləğində dondurma məhsulları əksik olmuşdur. Apelyasiya instansiya məhkəməsi mülki iddiaya münasibətdə Məhkum "Camal LTD” tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134 manat pulun tutulması qənaətinə gəlməklə də cinayət-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Dövlət rüsumu haqqında Azərbaycan Rerspublikasının 04 dekabr 2001-ci il tarixli qanununun məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri göstərilmişdir. Belə ki, həmin qanuna görə iddia məbləği 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir. Göründüyü kimi, "Camal LTD" tərəfindən verilmiş 12.210,15 manat məbləğində mülki iddiaya münasibətdə təxminən 127 manat (126,63 manat) dövlət rüsumu ödənməli olduğu halda 134 manat dövlət rüsumu ödənilmiş, məhkəmə də yanlışlığa yol verər ək həmin 134 manat məbləğində pulun Məhkum tutulması qənaətinə gəlmişdir. Göründüyü kimi, məhkəmələr tərəfindən Məhkum məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, sonuncuya işin hallarını tədqiq etmədən, ne cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, ne de təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, dövlət ittihamçısı Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X10 çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 1(103)-2241/2024 nömrəli qərarının ləğv edilərək, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzg ünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti ol mayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası d övlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” A zərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindi yi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya prot estində məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 408, 409, 410, 412 və 416-cı maddəslərində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 sentyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, Məhkum Ağamalı oğluna Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər in törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və i ctimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Cinayət Məcəlləsi, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsi nin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzan ın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa nor malarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 179-cu maddəsinə əsasən: 179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.2. Eyni əməllər: 179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 179.2.2. təkrar törədildikdə; 179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə; dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 179.3.2. külli miqdarda törədildikdə; beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.4. Bu Məcəllənin 179.1—179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildi kdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 179.2.3 və 179.2.4-cü maddələrinin müəyyən etdiyi məhrumiyyət dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Apelyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun evli olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sank siyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza ilə yanaşı CM-in 46.2-ci maddəsinə istinad etməklə əlavə cəza təyin etmişdir. Eyni zamanda, hökmdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasa da, cinayət işinin materiallarından görünür ki, Məhkum vurulmuş ziyandan qismən - 1000 manat ödəniş də etmiş, ödənilməmiş zərər 8104,95 manat təşkil etmiş, həmin məbləğ təqsirləndirilən şəxsdən zərərçəkmiş hüquqi şəxsin xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs ba rəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göründüyü kimi, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu halda məhz nəyə görə azadlıqdan məhrum etmə cəzasının, o cümlədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin zəruriliyini əsaslandırmağı, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməyi qanunvericilik tələb edir. Qeyd edilənlərə əsasən, Məhkum təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digə r məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitnə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Dövlət ittihamçısının kassasiya protestinin bu dəlilləri ilə məhkəmə kollegiyası razılaşmayaraq o qənaətə gəlir ki, apelyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən və apelyasiya instansiya məhkəməsi həmin hökmü dəyişdirilmədən qüvvədə saxlayarkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən halları, ağır laşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Odur ki, kassasiya protestinin cəzanın təyin edilməsi hissəsində dəlilləri əsassızdır. Dövlət ittihamçısı kassasiya protesti ilə məhkəmələrin məhkumun əməli nəticəsində vurulmuş zərərin qiymətləndirilməsi və dövlət rüsumunun hesablanması məsələlərini mübahisələndirmişdir. Məhkəmə kollegiyası protestin qeyd olunan dəlilləri ilə razılaşmayaraq, qeyd etməyi zəruri hesab edir ki: Cina yət məsuliyyətinin əsaslarından bəhs edən CM-in 3-cü maddəsində təsbit edilir ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair CPM-in 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə nin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət-prosessual qanunun 353.2.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. İş materiallarında olan audit aktında və rəyində qeyd edilmişdir ki, şirkətin satış təmsilçisi Məhkum mal-pul dövriyyəsi terminalın və sistemin məlumatlarına (terminaldan və sistemdən çıxarışlara) ilkin sənədlərə əs asən aşağıdakı kimi müəyyən olundu: Audit olunan tarixdə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi öhdəsinə mal qəbul etmişdir - 31.772,97 manat, audit olunan dövrdə satılmış malların pulu ödənilmişdir 6.174,03 manat, şirkətə mal qaytarılmışdır (avtomaşından) 3.338,55 – manat, xx.xx.2023cü il tarixə uçot üzrə mal qalığı olmalıdır - 22.260,39 manat, xx.xx.2023-cü il tarixə faktiki mal qalığı olub - 10.550,24 manat. Beləliklə, şirkətin satış təmsilçisi Məhkum maddi məsuliyyətində xx.xx.2023-cü il tarixə 22.260,39 - 10.550,24 = 11.710,15 manat borc qalığı qalmışdır. Audit aktında və rəydə yuxarıda qeyd edilən “Camal LTD” şirkəti tərəfindən tərtib edilmiş akta və üzləşmə cədvəllərinə istinad edilmişdir. “Camal LTD” şirkəti tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, Məhkum tərəfindən həmin dövr ərzində götürdüyü mallardan müştərilərə təhvil verilib - 24575,71 manat, adı çəkilən satış təmsilçisinin alıcılardan alaraq şirkət kassasına faktiki olaraq təhvil verdiyi pul - 6174,03 manat təşkil etmişdir. Müştərilərin həmin tarixə şirkətin uçot məlumatına əsasən 18401,68 manat borcu olduğu halda, müştərilərin təsdiqlədiyi faktiki qalıq borcu isə 10550,24 manat təşkil edibdir. Ümumi fərq (pul baxımdan çatışmazlıq) məbləği - 7851,44 manat müəyyən edilmişdir. Maşındakı mal əskikliyi isə 3858,71 manat olmuşdur. Ekspert rəyində göstərilmişdir ki, təqdiqat zamanı iş materiallarında olan auditor aktının, 01 dekabr 2023-cü il tarixli aktın, malların yerdəyişməsi ilə bağlı sənədlərin, üzləşmə aktlarının və sair məlumatların düzgünlüyü istintaq tərəfindən nəzərə alın maqla Məhkum hesabında 7851,44 manat (18.401,68 - 10.550,24) məbləğində çatışmazlığın yaranması müəyyən edilir. Auditor aktının, 01 dekabr 2023-cü il tarixli aktın, malların yerdəyişməsi ilə bağlı sənədlərin, üzləşmə aktlarının düzgünlüyünə gəldikdə kollegiya aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Məhkum üzləşdirmə həyata keçirilməyən pərakəndə satış obyektlərindən pullar almadığını göstərmişdir. Burada ittiham tərəfinin vəzifəsi Məhkum həmin malları qeyd edilən mağazalara verib-vermədiyi, verdiyi malların dəyərini alıb-almadığını və şirkətə mədaxil edib-etmədiyini müəyyən etmək olmuşdur. Şirkət çatışmazlığın 7851,44 manat (18.401,68 - 10.550,24) məbləğində olmasını Məhkum təhkim olunmuş pərakəndə satış obyektlərində - mağazalarda üzləşmələr həyata keçirməklə yox ladığını və müəyyən etdiyini göstərmişdir. Bununla yanaşı, təqdimatda göstərilmişdir ki, pərakəndə satış obyektlərindən 10-u fəaliyyətini dayandırmış və üzləşdirmələrin həyata keçirilməsi mümkün olmamışdır. Həqiqətən, cinayət işinin materiallarından görünür ki, pərakəndə satış obyektlərinin 9-u ilə üzləşdirmə aparılmamışdır. İstintaq zamanı da ittiham tərəfi həmin mağazalar üzrə üzləşdirmələrin aparılmasının və satıcıların dindirilməsinin mümkün olmadığını göstərmişdir. İşin məhkəmə baxışı zamanı də buna cəhd edilmiş, lakin, satıcıların dindirilməsi mümkün olmamışdır. Bu ittihamın sübuta yetirilməsi üçün ona görə önəmli idi ki, məhz dəqiqləşdirilməsi mümkün olmuş pərakəndə satış obyektlərində aparılmış üzləşmə cədvəllərindən görünür ki, satıcılar malları qəbul etdiklərini, dəyərinin bir hi ssəsini ödədiklərini, bir hissəsini isə Məhkum ödəmədiklərini, borclu olduqlarını göstərmişlər. Yəni, pərakəndə satış obyektlərinin 9-u ilə üzləşdirmə cədvəllərinin olmaması ona dəlalət edir ki, belə vəziyyətdə, Məhkum həmin mağazalar üzrə verilmiş malların dəyərini alıb-almadığı müəyyən edilməmiş qalmış, özü isə bunu etiraf etməmiş, bununla da həmin hissədə ittiham ehtimallara əsaslanmışdır. Bu səbəbdən, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq işdə olan üzləşmə aktlarını, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, rəyləri nəzərə alaraq ittiham aktında qeyd olunan 20 mağazadan yalnız 11-nə, yəni “Akif market”(Biləcəri), “Araz market” (Suraxanı), “Arena store” (Qaraçuxur), “Elmir market” (Neftçilər), “Nadirli market” (Naximov), “Fuad Arif market” (Qaraçuxur), “Namiq market” (Günəşli), “Park market” (Sabunçu), “Sadiq market” (Naximov), “Şəki market” (Qaraçuxur) və “Fidan market” (Ramana) mağazalarına münasibətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi, digər mağazalara, yəni “Əfqan market” (Ərəblinka), “Arzu market” (Balaxanı), “Emin market” (Sabunçu), “Mamed market”, “Məcid market”, “Oktay market”, “Rüfət market”, “Ülviyyə market”, “Vedi market” (Razin) mağazalarına münasibətdə isə təqsirinin sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə də sübut olunduğu kimi, apelyasiya instansiyası məhkəməsi şəxsin cinayət əməlinin nəticəsində törədilmiş zərərinin məbləğinə dair mövqeyi qanunauyğun olmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası dövlət rüsumunun hesablanmasına dair kassasiya protestinin dəlilləri ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı dövlət rüsumu ilə bağlı hər hansı bir nəticəyə gəlməmiş, təkliflər irəli sürməmişdir. Mülki iddiaya dair hissədə—mülki iddiaçı, mülki cavabdeh, onların nümayəndələrinin birinci instansiya məhkəməsinin hökmündən apelyasiya müraciətləri olmamışdır. Odur ki, kassasiya protestinin bu dəlillərinin heç bir əsası yoxdur. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apelyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə ala raq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2025-ci il tarixli, 1(103)-764/2025 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar