Məhkəmə qərarları › İş №1(102)-1656/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1656/2023

03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1656/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-45/2023 nömrəli, 10 mart 2023-c ü il tarixli hökmündən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Üzrə şöbəsinin böyük prokuroru, İlkin Yusifov tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bəraət almış şəxs Kərimov İlqar Mədət oğlu 21 sentyabr 1975-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Abşeron Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 227.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmu ş, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qərarı ilə cəzası 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, fakitiki ünvan 2 ünvanda yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Kərimov İlqar Mədət oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır.

3. Belə ki, Kərimov İlqar Mədət oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 15,475 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda - 19,644 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, barəsində dax il olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 oktyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İlqar Kərimov həmin gün saat 15:10 dəqiqədə qeyd olunan ünvanda saxlanılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 6,776 qram, 4,951 qram və 3,748 olmaqla eyni tərkibli ümumilikdə külli miqdarda - 15,475 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,368 qram və 9,276 qram olmaqla eyni tərkibli ümumilikdə külli miqdarda - 19,644 qram çəkidə kustar üsul la hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də gödəkçəsinin sağ yan cibindən üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-329/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli hökmü ilə Kərimov İlqar Mədət oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin hökmündən Kərimov İlqar Mədət oğlu və onun müdafiəçisi Babayev Vüqar İsa oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verib hökmün ləğv edilməsini, Kərimov İlqar Mədət oğlu barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

6. Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-45/2023 nömrəli, 10 mart 2023-cü il tarixli hökmü ilə apelyasiya şikayətləri təmin olunmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-329/2022 nömrəli, 01 iyun 2022-ci il hökmü ləğv edilmiş, Kərimov İlqar Mədət oğluna Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı İlkin Yusifov tərəfindən kassasiya protesti vermişdir. Kassasiya müraciətinin dəlilləri, etirazlar 8.Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi yeku n qərar qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Kərimov İlqar Mədət oğluna əsassız bəraət vermişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-45/2022 nömrəli, 10 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. Hüquqi məsələlə r

10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilə r.

14. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Kərimov İlqar Mədət oğluna əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-45/ 2022 nömrəli, 03 mart 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

17. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə ə sasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət müh akimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

20. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

21. Həmin Məcəllənin 145.1 və 145.3-cü madd ələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

22. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.

23. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına y ol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM -nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

24. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Kərimov İlqar Mədət oğlunu onun məhkəməyə verildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilsə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin araşdırdığı sübutları yenidən qiymətləndirib hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, Kərimov Azər Mədət oğlu CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi barədə ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin olması nəzərə alınmamış, onun barəsində əsassız olaraq ittiham hökmü çıxarılmış dır.

25. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bəraət almış şəxs Kərimov İlqar Mədət oğlunun CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, ittihamın əsasını ehtimallar təşkil etmişdir. Belə sübutlar cinayət işinin materiallarında da olmadığından, məhkəmə haqlı olaraq həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında təhlil etdiyi halları, eləcə d ə bəraət almış şəxs Kərimov İlqar Mədət oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcud olduğunu nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – təqsirliliyi sübuta yetirilməməsi və Kərimov İlqar Mədət oğluna Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişd ir.

27. Kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən 12 oktyabr 2021-ci ildə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilməsinin qanuniliyinə, şahidlər Qasımov Zavur Qasım oğlu və Kərimov Azər Mədət oğlunun ifadələrinə, iş üzrə əhəmiyyət kəsb edən digər sübutlara əlaqəli şəkildə verdiyi qiymətlə razılaşır.

28. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları üzrə gəldiyi nəticə ətraflı qərarda əks etditrildiyindən kassasiya məhkəməsi əlavə izah verməyə lüzum görmür.

29. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

30. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.

31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-45/2023 nömrəli, 10 mart 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kərimov İlqar Mədət oğlu barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-45/2023 nöm rəli, 10 mart 2023-cü nömrəli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar