Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1657/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi – X13, Bəraət verilmiş şəxs – X7, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.Əliyev) 16.05.1976-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər X5 olunmamış, Ünvan1 ünvanında qeydiyyatda olmaqla, yaşayanX5 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-ci maddəsi nə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.Ə.Camalov, hakimlər E.İ.Əliyev və K.S.Bəşirovdan ibarət tərkibdə) 18 iyun 2021-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən X7 təqsirləndirilmişdir, ona görə ki, o, 17 oktyabr 2019-cu il tarixdə sa at 15 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes-Benz 410» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Şirvan şəhəri, 1 May küçəsində yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və yə hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı halda bunu etməyib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib, özünə məxsus “Mercedes-Benz 410” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla şəhərin 1 May küçəsində Sabirabad rayonu istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən qarşı sol hərəkət zolağına çıxmış və qarşıdan əks istiqamətdə 100-120 sürətlə öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü X4 idarə etdiyi «VAZ-21114» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə, avtomobilin hərəkət zolağında toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «VAZ-21114» avtomobilin sürücüsü X7un alın-gicgah sümüklərinin açıq qəlpəli baş beyin maddəsinə qansızma, burun sümüyünün qapalı sınığı, üz skleti sümüklərinin açıq sınıqları, sol bud sümüyünün qapalı sınığı, sağ diz qapağının açıq sınığı, sağ baldır sümüklərinin açıq qəlpəli sınıqları, alın və qaşlararası nahiyyənin əzilmişcırılmış sol əlin arxa səthinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin ön səthinin və sol bazunun sıyrıqları, hər iki ağciyərin orta paylarına qansızma, qabırğaların çoxsaylı sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağ ır zərər vurmaya aid xəsarətlər yetirməklə, sonuncunun almış olduğu xəsarətlərlə səbəbli əlaqəli travmatik şok səbəbindən ölməsinə və «VAZ-21114» markalı avtomobilin bəzi detallarını zədələyərək zərərçəkmiş şəxs X6 6025 manat məbləğində əmlak ziyanının vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarı əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə kollegiyası X5a CM-in 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən X5un məhkəmədə vermiş olduğu qeyri-səmimi, həqiqətə uyğun olmayan, özünümüdafiə xarakterli, digər faktlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadəsinə və işin halları ilə uzlaşmayan qeyri-mötəbər əlavə ekspertiza rəyinə əsaslanmaqla, təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad edilən cinayətin əlamətlərini əks etdirən cinayət tərkibinin müəyyən edilməməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. İbtidai istintaqda olduğu kimi, məhkəmə baxışlarında da X5in 17 oktyabr 2019-cu il tarixdə saat 15 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan mikroavtobusla şəhəri, 1 May küçəsində hərəkətdə olarkən, qarşı so l hərəkət zolağına çıxıb, qarşıdan əks xətdə öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü X7un idarə etdiyi “Vaz-21114” markalı avtomobillə toqquşaraq ehtiyatsızlıqdan X7un ölümünə səbəb olan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə və 6025 manat məbləğində əmlak ziyanının vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətməsi tam sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaqda və birinci instansiya məhkəməsi baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü bilməyərək ifadəsində göstərmişdir ki, 17 oktyabr 2019-cu ildə təxminən saat 15 radələrində etdiyi «Mercedes Benz 410 Mikroavtobus» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Şirvan şəhəri, 1 May küç əsi ilə hərəkətdə olan vaxt qarşıdan gələn, dövlət qeydiyyat nişanını və markasını dəqiq xatırlamadığı avtomobilin arxasından çıxaraq, ötmə əməliyyatını həyata keçirən **-BX-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21114” markalı avtomobil qəflətən onun yoluna həmin avtomobil onun yoluna ani vaxt ərzində çıxdığından əyləcdən istifadə edə bilməmiş və avtomobillər toqquşmuşdur. Toqquşma nəticəsində onun avtomaşınının sağ arxa təkəri yolun örtüyündən sağ tərəfə çıxmışdır. **BX-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21114” markalı avtomobil isə yolun əks tərəfinə doğru getmişdir. Toqquşmanın təsirindən avtomobilin alın şüşəsindən çölə çıxmış, özünü itirdiyindən ayağa qalxıb yenidən avtomobilin içinə qayıtmışdır. Həmin vaxt arxadan gələn “Kamaz” markalı avtomobilin sürücüsü onu avtomobildən çıxardıb üzü Şirvan şəhəri istiqamətində hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını bilmədiyi, sürücüsünü xatırlamadığı bir avtomobilə əyləşdirərək Şirvan şəhər Mərkəzi xəstəxanasına aparmışdır. Hadisə vaxtı mikroavtobusda sərnişin olmamışdır. X15 Şirvan sakini kimi tanımış, sonuncu ilə aralarında heç vaxt ədavət, düşmənçilik olmamışdır. X5in cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, CM -in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli onun tərəfindən törədilməsi zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və sxem, nəqliyyat vasitəsinə baxış, diskə baxış və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi, məhkəmə-kimyəvi, kompleks məhkəmə-yol nəqliyyat və trasoloji ekspertizasının rəyləri və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. İş materiallarından göründüyü kimi, məhkəmə düzgün nəticəyə gəlməyərək, qeyd edilən əməllərə görə X5ə bəraət verilməsində haqlı olmamışdır. Beləliklə, məhkəmə öz hökmündə iş üzrə bir sübutun qəbul edilməsinin və digər sübutun qəbul edilməsinin səbəbini göstərməmiş, CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlməyərək ziddiyyətli sübutlara əsaslanmış, məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Odur ki, göstərilənlərə əsasən, X2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərar ını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya məhkəmə baxışında çıxış edən bəraət verilmiş şəxs X7 özünü təqsirli bilmədiyini, hadisənin onun yolunda baş verdiyini, kassasiya protestinin əsassız olduğunu bildirib, protestin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi Hüseynov Əli Meybulla oğlu, Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən yol nəqliyyat hadisəsinin baş verdiyi ərazidə video müşahidə altındadırsa, həmin hadisədən dərhal sonra müvafiq görüntüləri elektron daşıyıcıda təhqiqat və ya istintaq materiallarına əlavə edilməsi təmin edilməli idi. Bu aktın korrupsiya cinayətlərinin qarşısını almağa yönəldiyi halda, video görüntü bilə-bilə istintaq orqanı tərəfindən məhf edilmişdir. Dövlət ittihamçısının iddiasına görə ekspertlərin rəylərinə istinad edilməli olduğu halda, video görüntülər ilə bağlı ekspertizasının rəyində qeyd edilmişdir ki, təkrar yazma aparatının bacarısızlığından hadisə anında avtomobillərin yerini və vəziyyətini müəyyən edilməsinin mümkün olmamışdır. Ən əsası isə hadisənin canlı iki şahid ifadəsi ittiham aktında əks edilmiş və hər ikisi toqquşmanın mikroavtobusunun yolunda baş verdiyini, zərərçəkmiş tərəfin heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən müdafiəçi protestin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi X13, kassasiya protesti barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsinin qərarının əsassız olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında isə göstərilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olma masını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, müdafiə tərəfinin kassasiya protestinin təmin edilməməsi, dövlət ittihamçısının isə kassasiya protestinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxl anılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, istintaq orqanı tərəfindən X5ə verilmiş yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə, tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2021-ci il tarixli, 8/2300-4/1152 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 02 ədəd optik diskdə qeydə alınmış videoyazılar təkraryazma olduğundan (ilkin videoyazı redaktor proqramı vasitəsi ilə oxudularaq videoörüntülərin ekranda çəkilməsi üsulu ilə əldə olunduğundan) videoyazılara görə yol-nəqliyyat hadisəsinin iştirakçısı olan avtomaşınların sürətləri müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş 02 ədəd optik diskdə qeydə alınmış videoyazılardakı görüntülərin keyfiyyəti yol-nəqliyyat hadisəsinin baş verdiyi məkanda obyektlərin aydın görünməsi, verilmiş anda yerini və vəziyyətini müəyyən olunmasına imkan vermədiyindən avtomaşınlardan hər hansı birinin, digərinin hərəkət zolağına daxil olub-olmamasını müəyyən etmək mümkün olmadı. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “Mercedes- Benz” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X2 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün olmadı. Həmçinin, həmin eksperti za rəyinin kompüter-texniki hissəsində göstərilmişdir: «Təkraryazma aparan operatorun ilkin kadrlardakı təsvirlər aydın göründüyü halda hadisənin baş verdiyi məkanda hadisənin görüntülərinin keyfiyyəti kifayət qədər pisləşmişdir ki, bu da avtomaşınların aydın görünməsinə, verilmiş anda yerinin və vəziyyətinin müəyyən olunmasına imkan vermir. Bundan başqa, ilkin videoyazını redaktor proqramı vasitəsi ilə oxumaqla ekranın çəkilməsi üsulu ilə əldə olunan videoyazılar üzrə obyektin sürətinin müəyyən olunması aşağıdakı səbəblərə görə mümkün olmur: - ilkin videoyazıda kadr tezliyini müəyyən etmək mümkün olmur; - ilkin videoyazıda təkrarlanan kadrların olub-olmamasını müəyyən etmək mümkün olmur; - ilkin videoyazıda boş kadrların olub-olmamasını müəyyən etmək mümkün olmur; - ilkin videoyazıda «tay m kod»-un (zaman göstəricisinin) həqiqi zaman olub olmamasını müəyyən etmək mümkün olmur». Yuxarıda, qeyd olunanlardan göründüyü kimi, ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, təqdim olunmuş 2 ədəd CD-də olan məlumatlar keyfiyyətsiz, yəni 02 ədəd optik diskdə qeydə alınmış videoyazılar təkraryazma (ilkin videoyazı redaktor proqramı vasitəsi ilə oxudularaq videogörüntülərin ekranda çəkilməsi üsulu ilə əldə edildiyindən) olduğundan ekspertiza qarşısında qoyulmuş suallara cavab verilməsi mümkün olmamışdır. İş materiallarından isə görünür ki, xüsusi biliyə malik ekspert tərəfindən müvafiq metodik məlumatlar əsasında aparılmış tədqiqat zamanı avtomaşınlardan hər hansı birinin digərinin hərəkət zolağına daxil olub-olmamasını müəyyən etməyin mümkün olmadığı halda, ibtidai araşdırma orqanı hər hansı bir texniki vasitədən istifadə etmədən, yalnız vizual baxışla 2019-cu il tarixdə, saat 15 radələrində Şirvan şəhəri, 1 May küçəsində baş vermiş yol-nəqliyyat hadisəsinin sürücü X2 «Mercedes» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu 40 km/saat sürətlə Sabirabad rayonu istiqamətində hərəkət etdirərkən qarşı sol hərəkət zolağına çıxması nəticəsində baş verməsini müəyyən etmiş və həmin halı hadisənin baş vermə mexanizmi kimi kompleks məhkəmə yol-nəqliyyat və trasoloji ekspertizaları təyin olunmasına dair 27.11.2019-cu il tarixli qərarında ekspertiza tədqiqatına təqdim etmiş və X5 qarşı ittihamın əsası kimi istinad olunan kompleks məhkəmə-yol nəqliyyat və trasoloji ekspertizasının 04 fevral 2020-ci il tarixli, 29466 nömrəli rəyi də həmin mexanizm əsasında qəbbul olunaraq «Mercedes» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına dair yekun nəticəyə gəlinmişdir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş X11 həm ibtidai, həm də məhkəmə istintaqı zamanı göstərmişdir ki, 17.10.2019-cu il tarixdə, saat 15 radələrində Şirvan şəhəri, 1 May küçəsi ilə hərəkətdə olmuş, hadisə zamanı onun avtomobilindən öndə “Vaz-2107” markalı avtomobil, ondan da öndə isə “Mercedes” markalı mikroavtobus, onlarla əks istiqamətdə isə “Vaz -21114” markalı avtomobil hərəkət edirmiş, həmin avtomobil “Mercede s” markalı avtobusa çatan zaman qəflətən yoldan sağ tərəfə çıxaraq dərhal yola qayıtmış, yola qayıdan zaman idarəetməni itirib onların hərəkət zolağına keçərək “Mercedes” markalı mikroavtobusla toqquşmuşdur. Azərbaycan Respublikaıs Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair 12 may 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun X5 olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibari lə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Plenum Qərarının 13-ci bəndində qeyd edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin b aş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Bununla əlaqəda r sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Beləliklə, kassasiya protestinin dəlillərini qeyd olunan normaların tələbləri və plenum qərarlarının izahları baxımından iş materialları ilə müqayisəli təhlil edən məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmə instansiyasında məhkəmə baxışı zamanı X5in qeyd olunan cinayət əməlini törətməsi barədə yekun nəticəyə gəlməyə əsas verən mümkün, mötəbər sübutlar müəyyən olunmamışdır. İbtidai istintaq orqanı tərəfindən X5ə irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlarda (həmin sübutlardakı məlumatlarda) T.Babayevin təqsirliliyinə dalalət edə biləcək hər hansı bir məlumat aşkar edilməmişdir. Nə iş materiallarında olan videogörüntüyə baxış keçirilməsi barədə protokol, nə birinci instansiya məhkəmə baxışı zamanı keçirilmiş əlavə məhkəmə komputer-texniki və yol-nəqliyyat hadisələri ekspertizasının rəyi, hadisənin bilavasitə şahidi olmuş şəxslərin ifadələri, nədə ki digər iş materialları ilə X5in qeyd olunan cinayət əməlini törətməsi ilə bağlı yekun hüquqi nəticəyə gəlmək mümkün olmamışdır. Göründüyü kimi, T.Babayevə düzgün olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegi yası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhə li və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyə n edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələ blərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və qərarın yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imt ina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və X2 təqsirsizliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri i sə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən
Məhkəmə qərarları › İş №1(102)-1657/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1657/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver