Məhkəmə qərarları › İş №1(102)-1657/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1657/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1657/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, məhkum Müdafiəçi7, müdafiəçisi Müdafiəçi9, Məhkum, müdafiəçisi Müdafiəçi13, məhkum X14, müdafiəçisi Müd afiəçi15, məhkum Mirzə-zadə Zaur Rəfail oğlunun müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi14 iştirakları ilə, Müdafiəçi7, Məhkum, X14, X1 və Mirzə-zadə Zaur Rəfail oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli hökmündən məhkum Mirzə-zadə Zaur Rəfail oğlunun müdafiəçisi Müdafiəçi1, Məhkum müdafiəçisi Müdafiəçi13 tərəfindən verilmiş kassasiya şikayətlərinə, məhkum Müdafiəçi7 müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətinə və ona əlavəyə, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə və ona əlavəyə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: sədrlik edən X16, X32 və X19 ibarət tərkibdə) 08 oktyabr 2021-ci il tarixli hökmü ilə xx.xx.1985-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, Ucar şəhəri, D.Qorqud küçəsi, bina 3, mənzil 7-də yaşamış Müdafiəçi7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 10 aprel 2019-cu il tarixdən 01 avqust 2019-cu il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 21 (iyirmi bir) gün ona təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 05 (beş) il 08 (səkkiz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barə sində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu gündən, yəni 08 oktyabr 2021-ci il tarixdən hesablanmış, təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. xx.xx.1972-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Masallı şəhəri, Qurtuluş küçəsi, ev 214-də yaşayan X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 12 aprel 2019-cu il tarixdən 13 aprel 2019-cu il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, davranışına nəzarətin yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunması üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyi şməmək vəzifəsinin qoyulması, barəsində sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. xx.xx.1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 18, mənzil 40-da qeydiyyatda olub Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 4, ev 4-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin hökm elan olunduğu gündən, yəni 08 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin baş metodist vəzifəsində işləmiş, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi, ev 20, mənzil 11-də yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 05 (beş) il müddətə azadl ıqdan məhrumetmə cəzası təyin edilmişdir.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Davranışına nəzarət yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə olunması, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması, barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, Xalq.az və Bakütime.az xəbər portallarının təsisçisi və baş re daktoru işləmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 22, ev 2, mənzil 63-də yaşamış Mirzə-zadə Zaur Rəfail oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin maddələrlə bəraət verilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş,iş üzrə ziyanın ödənilməsinə yönəldilmiş, Müdafiəçi7 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda xüsusi mülkiyyətdə olan 0.0414 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin (dəyəri ümumilikdə 55320 manat) Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmış, ibtidai istintaq zamanı X3 tərəfindən ziyanın ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-nin VÖEN ********** Maliyyə plan idarəsi nin depozitinə qoyulmuş 10.000 (on min) manat məbləqində pul Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, X25 və X7 ibarət tərkibdə) 17 may 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmişdir. Məhkumlar Müdafiəçi7, Məhkum, X14, X1 və Mirzə-zadə Zaur Rəfail oğlunun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü məhkum Mirzə- zadə Zaur Rəfail oğluna aid hissədə ləğv edilmişdir. Mirzə-zadə Zaur Rəfail oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqs irli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Mirzə- zadə Zaur Rəfail oğlunun 18 mart 2021-ci il tarixdən 20 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum Mirzə-zadə Zaur Rəfail oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 17 may 2022-ci il tarixdən hesablanması, məhkum Mirzə-zadə Zaur Rəfail oğlu məhkəmə iclas zalından dərhal həbs edilməsi, məhkum Mirzə-zadə Zaur Rəfail oğlunun cəzaçəkmə müəssisəsinə etap olunması üçün Azərbaycan Respublikası Ə dliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihama əsasən: Müdafiəçi7 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X23, Məhkum, X33, İran İslam Respublikasının vətəndaşı X3 və Mirzə-zadə Zaur Rəfail oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs, sonuncunun oğlu Şahid1 99 illik istifadəsində olan kənd təsərüffatı təyinatlı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2 hektar torpaq sahəsinə Bakı şəhər Xəzər rayon İcra Hakimiyətindən ilkin olaraq torpağın təyinatının dəyişdirilməsi üçün sərəncam aldıqdan sonr a keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb verəcəyi barədə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 17 mart 2015-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda 85 (səksən beş min) manat, 08 sentyabr 2015-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 35 saylı Notariat kontorunda 29.500 (iyirmi doqquz min beş yüz) manat, 15 oktyabr 2015-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 64.907,8 manat təşkil edən 62 (altmış iki min) ABŞ d olları və 29 oktyabr 2015-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 31.488 manat təşkil edən 30000 (otuz min) ABŞ dollarını ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 210895,8 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. X23, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Müdafiəçi7, Məhkum, X33, İran İslam Respublikasının vətəndaşı X3 və Mirzə-zadə Zaur Rəfail oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs, sonuncunun oğlu Şahid1 99 illik istifadəsində olan kənd təsərüffatı təyinatlı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2 hektar torpa q sahəsinə Bakı şəhər Xəzər rayon İcra Hakimiyətindən ilkin olaraq torpağın təyinatının dəyişdirilməsi üçün sərəncam aldıqdan sonra keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb verəcəyi barədə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 17 mart 2015-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda 85 (səksən beş min) manat, 08 sentyabr 2015-ci i) tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 35 saylı Notariat kontorunda 29.500 (iyirmi doqquz min beş yüz) manat, 15 oktyabr 2015-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respubli kası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 64.907,8 manat təşkil edən 62 (altmış iki min) ABŞ dolları və 29 oktyabr 2015-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 31.488 manat təşkil edən 30000 (otuz min) ABŞ dollarını ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 210895,8 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkum, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X23, Müdafiəçi7, X33, İran İslam Respublikasının vətəndaşı X3 və Mirzə-zadə Zaur Rəfail oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs, sonuncunun oğlu Şahid1 99 illik istifadəs ində olan kənd təsərüffatı təyinatlı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2 hektar torpaq sahəsinə Bakı şəhər Xəzər rayon İcra Hakimiyətindən ilkin olaraq torpağın təyinatının dəyişdirilməsi üçün sərəncam aldıqdan sonra keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb verəcəyi barədə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 17 mart 2015-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda 85 (səksən beş min) manat, 08 sentyabr 2015-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 35 saylı Notariat kontorunda 29.500 (iyirmi doqquz min beş yüz) manat, 15 oktyabr 2015-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 64.907,8 manat təşkil edən 62 (altmış iki min) ABŞ dolları və 29 oktyabr 2015-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 31.488 manat təşkil edən 30000 (otuz min) ABŞ dollannı ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 210895,8 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. X3, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X23, Müdafiəçi7, X34, Məhkum və Mirzə-zadə Zaur Rəfail oğlu ilə qabaqcadan əlbir olan bi1 qrup şəxs halında Zərərçəkmiş şəxs, sonuncunun oğlu X4 99 illik istifadəsində olan kənd təsərüffatı təyinatlı, Bakı şəhəri Xəzər rayonı Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2 hektar torpaq sahəsinə Bak şəhər Xəzər rayon İcra Hakimiyətindən ilkin olaraq torpağın təyinatının dəyişdirilməsi üçü sərəncam aldıqdan sonra keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb verəcəyi barədə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 17 mart 2015-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda 85.000 (səksən beş min) manat, 08 sentyabr 2015-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvan ında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 35 saylı Notariat kontorunda 29.500 (iyirmi doqquz min beş yüz) manat, 15 oktyabr 2015-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 64.907,8 manat təşkil edən 62.000 (altmış iki min) ABŞ dolları və 29 oktyabr 2015- ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 31.488 manat təşkil edən 30000 (otuz min) ABŞ dollarını ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 210895,8 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Mirzə-zadə Zaur Rəfail oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özg ənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X23, Müdafiəçi7, İran İslam Respublikasının vətəndaşı X3, Məhkum və X33 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs, sonuncunun oğlu Şahid1 99 illik istifadəsində olan kənd təsərüffatı təyinatlı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2 hektar torpaq sahəsinə Bakı şəhər Xəzər rayon İcra Hakimiyətindən ilkin olaraq torpağın təyinatının dəyişdirilməsi üçün sərəncam aldıqdan sonra keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb verəcəyi barədə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 17 mart 2015-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədl iyyə Nazirliyi 5 saylı Notariat kontorunda 85.000 (səksən beş min) manat, 08 sentyabr 2015-ci il tarixdə saat 1A radələrində ünvan 2 ünvanında yerləşər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 35 saylı Notariat kontorunda 29.500 (iyirmi doqquz min beş yüz) manat, 15 oktyabr 2015-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 64.907,8 manat təşkil edən 62 (altmış iki min) ABŞ dolları və 29 oktyabr 2015-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 31.488 manat təşkil edən 30000 (otuz min) ABŞ dollarını ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 210895,8 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin və onlaa əlavələrin dəlilləri: Məhkum Müdafiəçi7 müdafiəçisi Müdafiəçi9 kassasiya şikayətində qeyd etmişdir ki, apellyasıya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları, həmçinin apellyasiya icraatı zamanı cinayət işinin qismən istintaq yolu ilə aparmaqla iş üzrə toplanılmış mötəbər sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, subutlara qanunun tələbin baxımından deyil, yalnız subyektiv mülahizələrə görə birinci instansiya məhkəməsinin hökmündə istinad etdiyi sübutların digər obyektiv sübutlarla uyğun gəlmədiyini yoxlamadan, onları təhlil etmədən və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs Müdafiəçi7lə ilə qərəzli münasibətlərini üstün tutmaqla onun ifadəsinin və digər sübutların ziddiyyətli olmasina hüquqi qiymət vermədən, qanunsuz olaraq hesab etmişdir ki, Müdafiəçi7 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə qərəzli olaraq istinad etdiyi cinayətin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almadan Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyası həddində ona qanunsuz olaraq cəza təyin edilməsi barədə məhkəmə hökmünü qüvvəsində saxlamışdır. Bakı Apellyasiya Məhkəməsi Müdafiəçi7 təqsirsiz olmasına dair subutların tam toplanılmasına imkan verməmişdir. İşdə olan sübutlar isə onun təqsirli sayılmasına dəlalət etməmişdir. Bu işdə cinayəti törədən birmənalı Nazim Əkbərov olmuşdur. Nazim Əkbərov zərərçəkmiş Zərərçəkmiş şəxs 30.000, Nami Kərimi 20.000, Məhkum 15.000 manat, Müdafiəçi7 isə evini istintaq 55320 manat qiymətləndirərək ziyanın ödənilməsinə yönəldir. Əslində bütün pulları mənimsəyən Nazim Əkbərov və digər təqsirləndirilən şəxslər CM-nin 70-ci maddəsi tədbiq edilməklə azadlıqda qalır. Müdafiəçi7 niyyəti heç bir vaxt pulları mənimsəmək və zərərçəkəni aldatmaq fikri daşımır, onun niyyəti yalnız işin düzəlməsi və gələcəkdə də Nazim Əkbərovun ona söz verdiyi əlavə mükafat olmasıdır. Müdafiəçi7 dələduzluq və sair niyyəti olsa idi özü təkbaşına Daşınmaz Əmlakın Reyestri idarəsinin Bakı ərazi idarəsində mühəndis vəzifəsində çalışdığı halda Nazim Əkbərovun 2 nəfər vasitəçiliyi ilə həmin ərazi idarəsində çalışan Şahid2 və yaxud ona bərabər işlərlə məşqul olan şəxslərdən birini taparaq bu işi özü onların vasitəsi ilə görərdi. Nazim Əkbərovun vəd verdiyi Daşınmaz Əmlakın Re yestri Xidmətinin aparat rəhbəri vəzifəsində çalışmış Elçin müəllim adlı vəzifəli şəxsi onu çaşdırır və aldadır. Cinayət işinin materiallarına əlavə edilmiş anten məlumatlarına əsasən Müdafiəçi7 Zərərçəkmiş şəxs və Şahid1 17 mart 2015-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda aldığı 85000 (səksən beş min) manat, 15 oktyabr 2015-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 64.907.8 manat təşkil edən 62.000 (altmış iki min) ABŞ dollarını və 29 oktyabr 2015-ci İl tarixdə saat 15 radələrində ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dö vrdəki məzənnə ilə 31,488 manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları məbləğində almış olduğu pulları götürərək Nazim Əkbərovun bilavasitə olduğu Nərimanov rayonu ərazisinə gedir. Anten məlumatları birbaşa təsdiq edir ki, Müdafiəçi7 pullan hər dəfə (üç hissədə, tarixlərdə) Şahid1 aldığı müddətlərdə 5 savh Notariat Kontoru ərazisindən Nazim Əkbərovun olduğu yerə gedərək onunla görüşür. Nazim Əkbərovun ziddiyyətli, çaşdırıcı heç bir təqsirləndirilən şəxsin ifadələri ilə uzlaşmayan ifadələri göstərir ki, o, Müdafiəçi7 qəbul etdiyi pulları mənimsəmiş və öz məqsədləri üçün xərcləmişdir. Lakin hər iki instansiya məhkəməsinin qanunsuz hökmlərinə əsasən o azadlıqda qalmış, Müdafiəçi7 isə evi əlindən alınaraq özü də cəza çəkir. Müdafiəçi7 cinayət işində təqsirləndirilən şəxslərlə əlbir olması yalnız ehitimallara söykənir. Zərərçəkmiş şəxsin qərəzli olaraq pulları Müdafiəçi7 əlbəəl verilməsindən qəzəblənərək ona cəza təyin edilməsini istəyir. Məhkum Müdafiəçi7 müdafiəçisi Müdafiəçi9 kassasiya şikayətində Müdafiəçi7 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2022-ci il tarixli hökmünü ləğv edib Müdafiəçi7 Balaəii oğlunun barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Müdafiəçi7 müdafiəçisi Müdafiəçi9 kassasiya şikayətinə əlavə verərək Müdafiəçi7 şəxsiyyətini, onun himayəsində azyaşlı uşaqlarının olmasını, 55.320 manat dəyərində evinin ziyanın ödənilməsi kimi qiymətləndirilməsini, Müdafiəçi7 bu işdə 5000 manat və 4 000 ABŞ dolları pulun çataraq onda olmasını nəzərə alaraq CPM-in 40.5ci maddəsini tətbiq etməklə bölgü apararaq onun barəsində Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təyin edilmiş cəzanın CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkum Mirzə-zadə Zaur Rəfail oğlunun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində qeyd etmişdir ki, Mirzə-zadə Zaur Rəfail oğlu iş üzrə özünü təqsirli bilməyərək ona qarşı irəli sürülmüş ittihamı rədd etmişdir. Bakı Ağır Cinayətlər məhkəməsi Mirzə-zadə Zaur Rəfail oğluna qarşı irəli sürülmüş ittiham sübuta yetirilməməsi qənaətinə gələrək ona Azərbaycan Respublikası Cinayat Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət vermiş, digər təqsirləndirilən şəxslərin əməllərini Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edərək cəza təyin etmişdir. Mirzə-zadə Zaur Rəfail oğlu iş üzrə təqsirləndirilən şəxslərin heç birini əvvəllər tanımamış, digər təqsirləndirilən şəxslər də verdikləri ifadələrində Mirzə-zadə Zauru tanımadıqlarını bildirmişlər. Ona qarşı ittiham yalnız iş üzrə şahid qismində ifadə vermiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləmiş Şahid2 şər və böhtandan ibarət olan ifadəsinə əsaslanmışdır. Şahid1 cinayət işinin başlanılması üçün ilk yazdığı şikayət ərizəsində tarix olaraq - bu iş üzrə məhkum edilmiş Müdafiəçi7lə ilk görüşünün 23 fevral 2015-ci il tarixdə olduğunu və Müdafiəçi7 85000 manat pulu 2015-ci ilin mart ayının 17-də verdiyini bildirib. Şahid1 iş üzrə sonradan verdiyi izahatında 17 mart 2015-ci İl tarixli Şahid1lə Müdafiəçi7 ar asında bağlanmış Kredit müqaviləsində, Şahid1 iş üzrə zərərçəkmiş şəxs kimi verdiyi dindirmə protokolunda 17 mart 2015-ci il tarixdə kredit müqaviləsi bağlamaqlarını bildirir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxslərin ifadələrindən də aydın olur ki, onlar bu işə 2015-ci ilin mart ayında başlayıblar. Məhkəmənin hökmdə istinad etdiyi 04 mart 2021-ci il tarixli 7/219 qeydiyyat nömrəli baxış keçirilməsi haqqında protokolda guya müəyyən olunur ki, X28 Qurbanovun torpağa dair sənədini və pulunu Mİrzə-zadə Zaur Rəfail oğluna vermişdir. Ümumiyyətlə cinayət işinin materiallarında, heç bir yerdə X28 Qurbanovun torpağa dair sənədini və pulunu Mirzə-zadə Zaur Rəfail oğluna verməsi barədə mesaj yoxdur. Hüquqlarını müdafiə etdiyi jurnalist, "Xalq.az" və "Bakutime.az" xəbər portallar ının təsisçisi və baş redaktoru işləyən - Mirzə-zadə Zaur Rəfail oğlu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləmiş Tarıverdiyeva Aygün adlı qadının şər və böhtana əsasən bu cinayət işinə cəlb olunmuşdur Həmin qadın bir qrup (4 nəfər) işbazla əlbir olub iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs pulunu ələ keçiriblər. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs torpaq sahəsinə sərəncam almaq üçün ondan külli miqdarda rüşvət almış, Amma sənəd düzəldə bilməyiblər. Aldıqları pulu özlərinə xərcləyiblər və qaytara bilməyiblər. Vəziyyətin qəlizləşdiyini və həbs təhlükəsi ilə üzləşəcəyini dərk edən Aygün Tarıverdiyeva ona verilmiş 30 000 manat pulun Zaur Mirzə-zadəyə verdiyini bildrib. Halbuki Zaurun bu məsələlərə aidiyyəti olmayıb. Hadisə 2015-ci ilin mart ayında olmağına baxmayaraq onu heç kim çağırıb dindirməyib. Altı ildən sonra həmin qadının şər və böhtanı ilə əsassız ittiham irəli sürülmüşdür. Mirzə-zadə Zaur jurnalist işləyir "Xalq.az" və "Bakutime.az" xəbər portallarının təsisçisi və baş redaktorudur. Xəzər rayonu, Binə qəsəbəsində məskunlaşmış, həmin vaxt işğal altında olan Laçın rayonundan olan qaçqın Muradov Vüqar adlı şəxs redaksiyaya 20 dekabr 2014 - cü il tarixli ərizə ilə müraciət edərək bildirir ki, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində 7 nəfərdən ibarət ailə üzvləri ilə yaşayır. Bildirir ki, Orxan adlı şəxs onlar yaşadığı evin qarşısında mağaza tikib onlara problem yaşadıb, hasarlarını uçurub. Polisə müraciət etdikdən sonra hasar bərpa edilib. Lakin həmin Orxan adlı şəxs onların evlərinin sağ hissəsində əkdikləri gülləri çıxararaq mağazası üçü n zibil anbarı edib. Bələdiyyə və icraya müraciət etsələr də heç bir tədbir görməyiblər. Bununla əlaqər xahiş edib ki, Orxan adlı mağaza sahibinin özbaşınalığı işıqlandırılsın, güllər əkilən həmin kiçik ərazi onun mağazasına aid olmadığı araşdırılsın. Zaur Mirzə-zadə həmin ərizəni "Xalq.az" xəbər portalında yeləşdirmiş və ərizə ilə əlaqədar jurnalist araşdırmasına başlayıb və həmin vaxt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyən X13 rayonu, Binə qəsəbəsində yerləşən həmin mağazanın sənədlərinin surətini istəmişdir. Mirzə-zadə Zaur Rəfail oğlu onu şərləyən və böhtan atan Aygün Tarıverdiyeva ilə facebook sosial şəbəkədə tanış olmuş, onunla yaxın münasibətləri olmuşdur. Zaur ailə qurduqdan sonra Aygün Tarıverdiyevadan ayrılmış və bir daha onunla görüşməmişdir. Lakin, Aygün Tarıverdiy eva onu təkrar görüşməyə təkid etmiş, əks halda isə onların münasibəti olmasını ailəsinə də bildirəcəyini demişdir. Onun təkidləri nəticəsində yenidən bir neçə dəfə də görüşmüşlər və sonra Aygünün tələbləri günbə-gün artmış ondan qızıl, maşın, ev almasını tələb etmişdir. Nəhayət o, Aygünə bildirmişdir ki, yaxşı olar ki, dostcasına ayrılsınlar və bir daha o, Aygünlə görüşməmişdir. İşi ilə əlaqədar Qazaxstana getdikdən sonra Aygün öz işbaz dostlarına bildirib ki, Zaur pulu götürüb qaçmışdır. Hesab edir ki, Mirzə-zadə Zaur Rəfail oğlunun əməlində cinayət tərkibi yoxdur. O, cinayət törətməmişdir. Məhkum Mirzə-zadə Zaur Rəfail oğlunun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli hökmünün Mirzə-zadə Zaur Rəfail oğluna aid hissədə ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi13 kassasiya şikayətində bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli hökmü işin hallarına, törədilmiş əməlin tövsifınə uyğun olmayan qərar olduğuna görə dəyişdirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci və ya 70-ci maddəsi tətbiq edilərək ona daha yüngül cəza verilməlidir. Məhkum X14 ona vermiş olduğu 3 5000 manat pulu onun özünə qaytarmasına baxmayaraq iş üzrə zərərçəkmiş ondan şikayətçi olduğuna görə onunla barışmışdır. Belə ki, göstərilən 15000 manat pul vəsaiti təkrarən zərərçəkmiş şəxsin özünə ödənilmiş və bu barədə 81-13963 № reyestr nömrəsi ilə notariusda barışıq ərizəsi (**********963 saylı) alınmışdır. Zərərçəkmi ş Zərərçəkmiş şəxs öz ərizəsində təqsirləndirilən şəxs Məhkum tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayət və tələbinin olmadığını və onunla barışdığını qeyd etmişdir. Məhkum Qurbanəli Sultanovu və onun oğlunu şəxsən tanımamışdır. Onlarla hər hansı təmasda olmamış, hər hansı yalan vəd verməmiş və onların etibarından sair formada sui istifadə etməmişdir. Bütün bunlara baxmayaraq zərərçəkmişlə barışılmışdır. CM-in 62 və ya 70-ci maddələrinin Məhkum tətbiq edilməsi üçün bütün hallar vardır. Onun əvvəllər məhkum olmaması və yüngülləşdirən halların olması sözügedən maddələrin tətbiq olunması üçün kifayət qədər əsas verir. Məhkum müdafiəçisi Müdafiəçi13 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli qərarını dəyişd irərək, Məhkum CM-nin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza verilməsinə və ya CMin 70-ci maddəsi tətbiq edilməklə şərti cəza verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətində göstərmişdir ki, birinci İnstansiya Məhkəməsinin hökmü çıxarılana qədər zərərçəkənə təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 119320 AZN (bir yüz on doqquz min üç yüz iyirmi manat) məbləğində pul vəsaiti ödənilmişdir. Qalan 91575.80 AZN məbləğində pul bu günə qədər də ödənilməmişdir. İş materiallarından məlum olur ki, təqsirləndirilən şəxs Müdafiəçi7 Baləli oğlu Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə Sovxozunda olan xüsusi mülkiyyətdə olan 0.0414 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin (dəyəri ümumilikdə 5 5320 AZN ), ibtidai istintaq zamanı X3 tərəfindən ziyanın ödənilməsi məqsədilə Azərbaycan Respublikası DİN-in maliyyə plan İdarəsinə qoyulmuş 10000 (on min manat) məbləğində pul və məhkəmə istintaqı zamanı əlavə olaraq nəğd 10000 AZN (on min manat) pul, X23 tərəfindən ayrı-ayrı vaxtlarda ümumilikdə 30000 manat, Məhkum tərəfindən isə 14000 manat zərərçəkmiş şəxsə ödənilmişdir. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü cəza təyini hissəsində ədalətsizdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünə yalnız apellyasiya şikayəti və apellyasiya protesti ilə əlaqədar münasibət bildirmişdir, apellyasiya protestində göstərilən təqsirləndirilən şəxsdən başqa digər təqsirləndirilən şəxslərə qarşı eyni ittihamın irəli sürülməs inə baxmayaraq, cəza təyinində birinci instansiyanın ədalətsiz mövqeyinə münasibət bildirməmişdir. İşin hallarından məlum olur ki, törədilən əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla törədilmişdir. Cinayət qanuna görə cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Məhkəmə hökmlərində qabaqcadan əlbir olmaqla törədilən əməldə iştirakçıların iştirakı eyni dərəcədə qiymətəndirilmişdir. Lakin məhkəmənin təqsirləndirilən şəxslərə cəza təyinində fərqli yanaşma sərgiləməyi əsaslandırılmamışdır. Məhkəmə hökmlərində qeyd olunan təqsirləndirilən şəxslərə şərti məhkumetmənin tətbiqi zamanı cinayətin xarakteri, ictimai təhlükəliliyi, digər təqsirlə ndirilən şəxslərlə eyni qiymətləndirilmiş, şərti məhkumetmə tətbiq edilmiş şəxlərin şəxsiyyətinin xarakterizə olunarkən xüsusi bir hal müəyyən edilməmiş, işin hallarından məlum olur ki, yeganə yüngülləşdirilən hal kimi müəyyən vaxtlarda zərərçəkən şəxsə ödənilmiş məbləğ nəzərə alına bilər ki, bu da yalnız həmin təqsirləndirilən şəxlər deyil, eləcə də digər azadlıqdan məhrumetmə cəzası tətbiq edilən, lakin şərti məhkumetmə tətbiq edilməyən təqsirləndirilən şəxslər tərəfindən də ödənilmişdir. Lakin bu ödənişlər də davamlı olmamışdır. X2 və X17 tətbiq edilən şərti məhkum etmə ədalətsizdir. Həmçinin Apellyasiya Məhkəməsinin hökmü ilə birindi instansiyada bəraət verilmiş təqsirləndirilən şəxs Mirzə-zadə Zaur Rəfail oğluna 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyiıı edilmişdir. İş materi allarından görünür ki, zərərçəkən şəxsə ödənilmiş məbləğlərin heç biri onun tərəfindən ödənilməmişdir. Barəsində 5 il müddətində azadlıqdan məhrumetmə cəzası tətbiq edilən digər təqsirləndiriləm şəxslər tərəfindən müəyyən vaxtlarda ödənişlər edilsə də hər üçünə münasibətdə eyni cəzasının tətbiq edilməsi ədalətsizdir. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətində Mirzə-zadə Zaur Rəfail oğlu tərəfindən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnən heç bir hərəkət edilmədiyindən təyin olunmuş cəza hissəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünü dəyişməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın yuxarı həddində cəza təyin edilm əsi, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünü X17, X2 təyin olunmuş şərti məhkum etmə hissəsində dəyişməklə sınaq müddətini ləğv etməklə, təyin olunmuş cəzanın çəkilmələri barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətinə əlavə verərək Müdafiəçi7 Baləli oğlunun Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,0414 ha torpaq sahəsini Şahid1 dəymiş ziyanın bir hissəsi olaraq verməsinin yüngülləşdirici hal kimi qiymətləndirilməməsini və ona sanksiyada nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, özlərinin verdikləri kassasiya şikayətlərinin və əlavənin təmin olu nması, zərərçəkmiş şəxsin nümayəndəsinin verdiyi kassasiya şikayəti və ona əlavənin təmin olunmaması barədə məhkumlar və müdafiəçilərin, özünün verdiyi kassasiya şikayətinin və əlavənin təmin olunması, digər kassasiya şikayətləri və əlavənin təmin olunmaması barədə zərərçəkmiş şəxsin nümayəndəsinin və kassasiya şikayətləri və onlara əlavələrin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıda qeyd edilən nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini və onlara verilmiş əlavələri CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 17 may 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyət ləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. İlk öncə məhkəmə kollegiyası məhkum Müdafiəçi7 müdafiəçisi Müdafiəçi9 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin iş üzrə bütün halları tam araşdırmadan Müdafiəçi7 barəsində qanunsuz olaraq ittiham hökmünün çıxarılmasına dair göstərdikləri dəlillərini müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış aşağı instansiya məhkəmələri Müdafiəçi7 tərəfindən cinayət əməlinin törədilməsinin şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollar ı və işin digər obyektiv halları ilə tam təsdiq olunması, həmin sübutlara əsasən Müdafiəçi7 ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş hallar əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Müdafiəçi7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları aşağıdakı sübutlara əsasən apellyasiya baxışı zamanı tam təsdiqini tapmışdır. İ ş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 fevral 2021- ci il tarixli 24 nömrəli rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda xüsusi mülkiyyətdə olan 0.0414 ha torpaq sahəsinin hazırkı bazar dəyərinin məbləği 18320,00 (4580,00x4.0 sot) manat və üzərində yerləşən fərdi yaşayış evinin hazırkı bazar dəyərinin məbləği 37000,00 manat müəyyən edilir. İş materiallarında olan 17 mart 2015-ci il tarixli kredit müqaviləsində Şahid1 85000 (səksən beş min) manat məbləğində pulu Müdafiəçi7 verməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 5 saylı notariat kontorunda həmin gün təsdiq edilmişdir. İş materiallarında olan 08 sentyabr 2015-ci il tarixli kredit müqaviləsində Şahid1 29500 (iyirmi doqquz min beş yüz) manat məbləğində pulu X24 verməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 35 saylı notariat kontorunda həmin gün təsdiq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 15 oktyabr 2015-ci il tarixli kredit müqaviləsində Şahid1 62000 (altmış iki min) ABŞ dolları məbləğində pulu Müdafiəçi7 verməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 5 saylı notariat kontorunda həmin gün təsdiq edilmişdir. İş materiallarında olan 29 oktyabr 2015-ci il tarixli kredit müqaviləsində Şahid1 30000 (otuz min) ABŞ dolları məbləğində pulu Müdafiəçi7 verməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 5 saylı notariat kontorunda həmin gün təsdiq edilmişdir. İş materiallarında olan 04 mart 2014-cü il tarixli etibarnamədən görünür ki, Bakı şəhəri Binə qəsəbəsi Ü.Hacıbəyov küçəsi ev 20-də yaşayan İsa-X21 (Şəx\vəs AZE№ 13859358, verilib Xəzər RPİ-si tərəfindən xx.xx.2013-cü ildə) Bakı şəhəri Nizami rayonu Rüstəmov küçəsi məh 2528 ev 44D mənzil 78-də yaşayan Şahid1 (Şəx\vəs AZE№ ********) həmin etibarnamə ilə Bakı Mərdəkan Şose yolunun şimal hissəsində SamurAbşeron kanalının sol sahillərində yerləşən Buzovna südçülük Tərəvəzçilik Sovxozunun sərhədlərinədək yerləşən ərazidə istifadəsində olan 2,0 hektar torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanlarında onu təmsil edərək bütün hüquqlardan istifadə etsin, satsın, girov qoysun və Etibarnamə üzrə səlahiyyətlər başqa şəxslərə verilə bilər. Bundan başqa Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin 31 iyul 2017-ci il tarixli F-798 nömrəli İsa-X18 verilmiş arxiv çıxarışında Abşeron rayon Donuzkökəltmə sovxozunun 18 mart 1991-ci il tarixli 40 nömrəli əmrinə əsasən Torpaq islahatının keçirilməsini fəallaşdırmaq, mülkiyyətin və təsərrüfatçılığın müxtəlif formalarının səmərə verilməsi üçün şərait yaratmaq, torpaq sahibliyi üzərində inhisarı aradan qaldırmaq, kənd təsərüffatı məhsulu istehsalının sabit artmasına nail olmaq və eləcədə respublikada torpaq islahatının keçirilməsi barədə Azərbaycan SSR Nazirlər Sovetinin 9 yanvar 1991-ci il tarixli 91 nömrəli qərarına, Respublika Dövlət Aqrar Sənaye Komitəsinin 4 fevral 1991-ci il tarixli 81 nömrəli əmrin həyata keçirmək məqsədi ilə sovxozun fəhlə və qulluqçularının, həmçinin Binə qəsəbəsində yaşayan vətəndaşların fərdi kəndli təsərrüfatlarının yaradılmasına aid olan ərizə və təkliflərini nəzərə alaraq kəndli təsərrüfatları yaradılmışdır. Sovxozun daimi istifadə üçün təhkim edilmiş torpaq sahəsini Bakı-Mərdəkan Şosesse yolunun şimal hissəsində, əkinlərin yeraltı qrunt sularının üzə çıxması ilə əlaqədar külək erroziyasına məruz qalması nəticəsində sıradan çıxmasının qarşısını almaq məqsədi ilə fərdi kəndli təsərrüfatlarına təhkim etmək, yararlı və digər yol yararsız torpaqlardan ibarət olan cəmi 100 hektar sahə aşağıda adları qeyd olunan kəndli təsərrüfat rəhbərlərinə göstərilən miqdarda yəni Saarbəy İsa-zadəyə 3,00 hektar torpaq sahəsi təhkim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr çıxarışından görünü r ki, təqsirləndirilən şəxs Müdafiəçi7 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində olan 0.0414 ha torpaq sahəsinin üzərindəki yarım tikili X11 xüsusi mülkiyyətinə daşınmaz əmlakın reysterinin **********12 nömrəsi ilə keçmişdir. Bundan başqa daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışa görə qiymətləndirmənin aparılması ilə bağlı xx.xx.2019-cu il tarixli Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində olan 0.0414 ha torpaq sahəsinin obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2019-cu il tarixində bazar dəyəri 33 000 (otuz üç min) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Şahid1 istifadəsində olan 2 hektar Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsinin 0.08 ha X6 xüsusi mülkiyyətinə daşınmaz əmlakın reysterinin **********25 nömrəsi ilə keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon Binə bələdiyyəsinin 15 fevral 2016-cı tarixli 25 nömrəli müraciətindən görünür ki, Bakı şəhəri Nizami rayonu Rüstəmov küçəsi məhəllə 2528 ev 44 mənzil 78 qeydiyyatda olan və yaşayan vətəndaş Şahid1 Xəzər rayon Binə bələdiyyəsi tərəfindən icarəyə, mülkiyyətə torpaq sahəsinin verilib-verilməməsi barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdar əsinin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı Elgiz Məmmədov tərəfindən tərtib edilmiş 16 aprel 2019-cu il tarixli 00000637 qeydiyyat nömrəli protokoldan görünür ki, zərərçəkmiş şəxs Şahid1 və nümayəndəsi Müdafiəçi4 iştirakı ilə ondan ötrü ki, təqsirləndirilən şəxs X14 qardaşı Şahid3 zərərçəkmiş şəxs Şahid1 dəymiş maddi ziyanın ödənilməsi üçün istintaqa təqdim etdiyi 5000 manat pul sonuncuya təqdim edilmiş və həmin 5000 manat pul Şahid1 tərəfindən maddi ziyanın bir qisminin ödənilməsi kimi qəbul edilib götürülmüşdür. Həmçinin bu barədə qəbz tərtib olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 17 noyabr 2020-ci il tarixli 24474 nömrəli məktubdan görünür ki, Müdafiəçi7 adına (050) ***-**-** nömrə, X14 adına (050) 474- 00- 10 nömrə, Məhkum adına (051) ***-**-** və (050) ***-**-** nömrə, Mirzə- zadə Zaur Rəfail oğlunun adına (050) 550-51-62, (050) 886-59-22, (051) 561- 38-00, (051) 27485-03, (050) 299-95-65, (050) 299-19-45, (050) 213-04-25, (050) 224-07- 74, (050) 23399-54, (050) 294-18-58, (050) 233-30-64, (050) 296-52-29, (050) 227-47-14, (050) 25206-78, (050) 227-05-49, (050) ***-**-** və (050) ***-**-** nömrə aşkar edilmişdir. Lakin xx.xx.1985-ci il təvəllüdlü X33 və xx.xx.1968-ci il təvəllüdlü X1 adına "xxxx" mobil operatorunda aktiv nömrə qeydiyyatdan keçməsi aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 23 noyabr 2020-ci il tarixli AZF/LGL-17921/20 nömrəli məktubdan görünür ki, Müdafiəçi7 adına (077) ***-**-** nömrə, Məhkum adına (070) 668- 85-19 və (070) ***-**-** nömrə aşkar edilmişdir. Kassasiya məhkəmə kollegiyası iş m ateriallarında olan sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Müdafiəçi7 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsinin təsdiq olunması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yeti rilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlak a olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Beləliklə, məhkəmə kollegiyası cinayətin işinin faktiki hallarına və toplanmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Apellyasiya Məhkəməsi CPM-nin 144145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirərək Müdafiəçi7 əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə düzgün yekun nəticəyə gəlmişdir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhə miyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yo lverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci m addəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, Müdafiəçi7 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan əməlini törətməkdə təqsirli olub-olmadığını müəyyən edərkən və cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən apellyasiya məhkəməsi cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət etmiş və məhkumu düzgün olaraq Cinayət Məcəlləsinin göstərilən maddəsi ilə təqsirli bilmişdir. Buna görə də Müdafiəçi7 müdafiəçisinin kassasiya şikayətində bunu nla bağlı göstərilən dəlillər tam əsassızdır. Kassasiya məhkəmə kollegiyası məhkumlara təyin edilmiş və kassasiya şikayətlərində və kassasiya şikayətlərinə ələvələrdə mübahisələndirilən cəzalara dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində gös tərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının t əyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icr aatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarın ın 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsəd əuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq normasının məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəc əsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkumlar X17 və X2 münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, həmçinin cəzalarını yüngülləşdirilən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq onların təqsirli bilindiyi Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş və məhkum X14 və X1 həmin cəzanı çəkmədən də islah olunmaları qənaətinə gələrək onlar barəsində Cinayət Məcəlləsinin 70ci maddəsini tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən məhkumlar barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumların cəza çəkmədən islah olunmasının mümkünlüyünü və təyin olunmuş cəzanın onların ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumların şəxsiyyətinə uyğunluğunu nəzərə almışdır. Apellyasiya instan siyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Məhkum edilmiş şəxs Müdafiəçi7 cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi m addəsinin sanksiyası həddində qanuni və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qeyd edilən məhkumlar barədə cəza təyini ilə bağlı mövqeyini haqlı olaraq əsaslı hesab etmişdir. Qeyd edilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin və ona əlavənin X17 və X2 münasibətdə cəza təyinin zamanı tətbiq edilmiş CM-in 70-ci maddəsinin müddəalarının, yəni cəzanın şərti tətbiq edilməsinin ləğv edilməsi, Müdafiəçi7 isə daha ağır cəza təyin edilməsi barədə dəlilləri heç bir hüquqa əsasa söykənməyən dəlillər hesab edir. Məhkəmə kollegiyası həmçinin Müdafiəçi7 barəsində təyin edilmiş cəzanın şərti hesab edilməsi barədə müdafiəçinin kassasiya şikayətinə əlavənin də dəlillərini əsassız hesab ed ir və qeyd edir ki, Müdafiəçi7 barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını əsaslı hesab etmişdir. Lakin məhkəmə kollegiyası maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları nəzərə alaraq, hesab edir ki, Məhkum hazırda həmin cəzanı çəkmədən də islah olunması mümkündür. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş 24 noyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Məhkum tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, heç bir şikayəti yoxdur və gələcəkdə də heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə kollegiyası belə bir qənaətə gələrkən onun yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmişə dəymiş ziyanın ödənilməsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən digər halları, o cümlədən onun ilk dəfə məhkum olunmasını, ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, göstərilən hallar onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar yaradır və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi onun islah olunması məqsədinə cavab verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmə məhkumun məhkəmənin q ərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi13 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum münasibətdə dəyişdirilərək, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmalı və həmin qərar ilə ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza- azadlıqdan məhrumetmə şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən edilməli və sınaq müddəti ərzində məhkumun üzərində vəzifə qoyulmalıdır. Məhkəmə kollegiyası məhkum Mirzə-zadə Zaur Rəfail oğlunun müdafiəçisi tərəfindən verilmiş kassas iya şikayətinə münasibətdə aşağıdakıları qeyüd edir: Apellyasiya məhkəməsinin mövqeyinə əsasən birinci instansiya məhkəməsinin Mirzə-zadə Zaur Rəfail oğlu barəsində gəldiyi nəticə əsassız olmaqla onun törətmiş olduğu əməlinə düzgün hüquqi qiymət verilməmiş, iş üzrə düzgün nəticəyə gəlinməmişdir. Apellyasiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən apellyasiya məhkəməsində şahid qsmində dindirilimiş X12 həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı eyni məzmunlu verdiyi ifadələrini, üzləşdirmə protokolunu, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs Nazim Əkbərov tərəfindən təqdim edilmiş səs yazısına dair CD diskdə olan məlumatlara baxış keçirilməsinə dair protokolunu, Aygün Tarverdiyevə ilə Zaur Mirzəzadə arasında “Qəbuldayam komitədə içəri girən adam çıxmır ki, mən giri m” “sonra binə məsələsi nə oldu; bunəni bu gün mənə verəcək men də inşallah axşam sizə verəcəm” və s. məzmunlu mesajların olmasını əsas götürmüş və hesab etmişdir ki, Mirzə-zadə Zaur Rəfail oğlunun qeyd olunan cinayət əməllərini törətməsi mötəbər və təkzibolunmaz sübutlarla tam təsdiq olunduğundan, onun əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi kifayət qədər əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Belə ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-in 351.2-ci maddəsi) Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Aygün Tanrıverdiyeva 30.000 manat pulu Kərimi Namidən qəbul etdikdən sonra çıxarışı alıb verəcəyini vəd etməsinə baxmayaraq, torpağın çıxarışını almamış, uzun müddətdən sonra çıxarış əldə edilmədiyinə görə alınmış pulların qaytarılması tələb edildikdə, Aygün Tanrıverdiyeva bildrmişdir ki, guya o, aldığı 30.000 manatı əvvəlcədən tanıdığı, Mirzə-zadə Zaur Rəfail oğluna vermişdir ki, həmin torpaqla bağlı çıxarış əldə etsin, hal hazırda isə Mirzə-zadə Zaur Rəfail oğlunu tapa bilmir. Həmçinin müəyyən olunur ki, həmin dövrdə Aygün Tanrıverdiyeva özü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı ərazi idarəsində mütəxəssis vəzifəsində işləmişdir. Reyestr Xidmətində özünün kifayət qədər tanıdığı insanlar olduğu halda, bu xidmətlə bağlı olmayan digər şəxsə və ya hər hansı tanışına iş görmək üçün pul verilməsi inandırıcı deyildir. Mirzə-zadə Zaur Rəfail oğlu özü ibtidai istintaq zamanı bu məsələ ilə bağlı çağırılıb dindirilərkən ilkin ifadəsindən başlayaraq sona qədər bildirmişdir ki, Aygün Tanrıverdiyeva ona böhtan atır, onu şantaj edir, aldığı pulu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirməklə bildirir ki, guya pulu ona verib. Aygün Tanrıverdiyeva ilə uzun müddətdir ki, tanışdır, onunla yaxın münasibətləri olmuşdur, lakin, özü ailə qurduqdan sonra Aygün Tanrıverdiyevadan ayrılmağa məcbur olmuş, daha onunla görüşməmişdir. Lakin, Aygın Tanrıverdiyeva həmin dövrdə də onu təkrar görüşməyə təkid etmiş, əks halda isə onların münasibəti olmasını ailəsinə də bildi rəcəyini demişdir. Onun təkidləri nəticəsində yenidən bir neçə dəfə də görüşmüşlər və nəhayət o, Aygünə bildirmişdir ki, yaxşı olar ki, dostcasına ayrılsınlar və bir daha o, Aygünlə görüşməmişdir. Aralarında belə bir ziddiyyət yarandıqdan sonra Aygün ondan əl çəkməmiş, onu hər cür vasitələrlə incitməyə, şərləməyə çalışmışdır. Hətta 2015-ci ildə Nərimanov rayon istintaq şöbəsində Aygünün özünün dələduzluğu ilə bağlı araşdırma aparılarkən o, həmin vaxt ifadə vermişdir ki, guya aldığı 15000 manat pulu da iş görmək üçün ona vermişdir. Nərimanov Rayon polis idarəsində aparılan araşdırma zamanı da X8-zadə Zaur Rəfail oğluna atıdığı böhtan öz təsdiqini tapdığından Mirzə-zadə Zaur Rəfail oğlu barəsində cinayət işi başlanması rədd edilmiş, Aygün Tanrıverdiyeva 15000 manat pulu zərərçəkmiş şəxsə tam şəkildə ödəmişdir. İstintaq materiallarından görünür ki, Aygün Tanrıverdiyeva özünün dələduzluq fəaliyəti ilə bağlı eyni hərəkətləri təkrar edərək, yenə də Kərimi Namidən almış olduğu 30000 manat məbləqində pulu təkrarən Mirzə-zadə Zaur Rəfail oğluna verməsini bildirməklə məsuliyyətdən kənarda qalmağa cəhd etmiş və buna nail olmuşdur. Apellyasiya məhkəməsi qeyd edilən hallara, o cümlədən Aygün Tanrıverdiyevanın 30 000 manat məbləqində pulu Mirzə-zadə Zaur Rəfail oğluna verməsini təsdiq edən heç bir şahid ifadəsi müəyyən edilməməsini və ya bu faktı təsdiq edən digər sübutun aşkar olunmamasını, cinayət işi üzrə təqsirləndirilən şəxslərin heç birinin, X8-zadə Zaur Rəfail oğluna 30.000 manat məbəğində pul verilməsi faktını öz ifadələrində təsdiq etməməsinə hüquqi qiymət verməmişdir. Məhkəmə k ollegiyası qeyd edir ki, Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Məhkəmə kollegiyası qeyd edir ki, Mirzə-zadə Zaur Rəfail oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiha m hökmü çıxaran apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Belə ki, CPM-nin 139-cu maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi;. Cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakç ısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapm ışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası Mirzə- zadə Zaur Rəfail oğluna bəraət verən birinci instansiya məhkəməsinin hökmünü həmin hissədə ləğv edən apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı) Məhkəmə kollegiyası hesab edir ki, Mirzə-zadə Zaur Rəfail oğlunun CM-in 178.3.2ci maddəsi ilə təqsirli bilib cəzalandıran apellyasiya instansiyası məhkəməsi göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmişdir. Belə ki, göstərilən məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digə rinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6-cı maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə məhkum Mirzə-zadə Zaur Rəfail oğlunun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü məhkum Mirzə-zadə Zaur Rəfail oğluna aid hissədə Mirzə-zadə Zaur Rəfail oğlunun həbsə alinmasına dair müddəalar istisna olmaqla ləğv edilməli və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada yenidən tədqiq edilməli, bir sübutun digərindən üstün olması zərurəti əsaslandırılmalı, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Həmçinin məhkum Müdafiəçi7 müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Məhkum müdafiəçisi Müdafiəçi13 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti hesab olunmalı, onun üzərinə sınaq müddəti ərzində vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 419.10.2, 419.10.4-cü maddələrinə əsasən cinayət prosesi tərəflərinin çıxışından sonra kassasiya instansiyası məhkəməsinin hakimləri yerində müşavirə apararaq və ya məhkəmənin müşavirə otağında məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2, 419.2.4-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: Məhkum Müdafiəçi7 müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Mirzə-zadə Zaur Rəfail oğlunun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü məhkum Mirzə-zadə Zaur Rəfail oğluna aid hissədə Mirzə-zadə Zaur Rəfail oğlunun həbsə alinmasına dair müddəalar istisna olmaqla ləğv edilsin və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilsin. Məhkum müdafiəçisi Müdafiəçi13 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 04 (dörd) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təyin olunmuş sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək barədə vəzifələr qoyulsun. Qərarın icrası Məhkum yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Məhkum məhkəmə iclas zalından dərhal azad olunsun. Hökm qalan hissədə dəyişdirilməs

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar