Məhkəmə qərarları › İş №1(102)-1657/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1657/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1657/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun müdafiəçisi Əmiraslanova Zəribə Məmməd qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1742/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Əmiraslanov a Zəribə Məmməd qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXXXXX-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, X ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq X ünvanında yaşamışdır. 2. 06 noyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 06 dekabr 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı iləMəhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə m əhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə,Məhkum istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi külli miqdar – 1.002,3 qram təşkil edən narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 23 may 2023-cü il tarixdə, saat 03:00-da X saylı ünvanın qarşısında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq bölmənin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən ondan 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi külli miqdar – 1.002,3 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1001/2024 nömrəli, 22 may 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 may 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsMəhkum və müdafiəçisi Əliyev Hikmət Vilayət oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması nı xahiş etmişlər.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1742/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1001/2024 nömrəli, 22 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və müdafiəçisi Əmiraslanov Zəribə Məmməd qızı ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1742/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cəzasının azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Müda fiəçi kassasiya şikayətində qeyd etmişdir ki, məhkumun istifadəsində olan mobil telefon vasitəsi ilə narkotik vasitələrin satışını təsdiq edən hər hansı bir danışıqların və SMS yazışmalarının aparılması müəyyən edilməmişdir. Ondan aşkar edildiyi iddia olunan narkotik vasitənin yalnız miqdarı satış məqsədilə əldə edilib gəzdirilməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir və əsas vermir. Məhkəmələr tərəfindən işin faktiki halları, məhkumun xeyrinə olan, təqsirliliyini şübhə altına alan hallar nəzərə alınmamış, barəsində heç bir mötəbər sübutla təsdiqlənməyən, təqsirə görə məsuliyyət prinsipinə zidd qərar çıxarmışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1742/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkumun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellya siya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdu dlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Müdafiəçi kassasiya şikayətində Məhkumun təqsirliliyinin sübuta yetirilmədiyini, məhkum isə ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edərək, kassasiya xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyət lərinə aid olan kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1742/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyy ən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmay an şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

22. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkumun təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçinin kassasiya müraciətinin dəlillərini əsassız hesab edir.

23. Belə ki, məhkumun və müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzər də tutulan cinayətin törətmədiyini bildirsə də, onun həmin cinayət əməlini törətməkdə təqsiri ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, digər məhkəmə və istintaq hərəkəti protokolları, ekspert rəyləri, maddi sübut və işdə olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

24. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasınd an və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətlərində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyind ən, məhkəmə kollegiyası Məhkumun cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə yekun nəticəni şübhə altına almaq üçün əsas görmür.

26. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində qaldırılan xahişinə münasibətdə qeyd edir ki, narkotik maddələr, vasitələr və prekursorların qanunsuz dövriyyəsinə aid baxılmış cinayət işləri üzrə cəza təyininə dair formalaşan vahid məhkəmə təcrübəsi ilə müqayisədə sərt mövqedən çıxış edən aşağı instansiya məhkəmələriMəhkumun təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan daha yuxarı həddə cəza seçmələrini kifayət qədər əsaslandırmamışlar.

27. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngü llük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 15, § 45, 24 dekabr 2021ci il).

28. Bu səbəbdən məhkəmə kollegiyası baxılan cinayət işinin müəyyən edilmiş hallarını mövcud məhkəmə təcrübəsi ilə müqayisə edərək hesab edir ki, mübahisələndirilən qərar bu hissədə ümumilikdə götürülməklə maddi hüquq normalarına uyğun qəbul edil sə də, cinayət işinin müəyyən edilmiş halları, məhkumun şəxsiyyəti, onun ailə vəziyyəti və cəzasını yüngülləşdirən halın mövcud olduğu kifayət qədər nəzərə alınmamış, nəticədə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilməmişdir.

29. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, baxılan işdə məhkumun cəzasını yüngülləşdirən hallar olaraq əvvəllər məhkum olunmaması və cəzasını ağırlaşdıran halların olmaması, həmçinin onun ailə vəziyyəti cəza təyin edilməsi zamanı yetərli dərəcədə nəzərə alınmamışdır.

30. Bununla yanaşı, kassasiya şikayətinə baxılması dövründə məhkəməyə təqdim edilmiş tibbi sənədlərdən müəyyən edilir ki, Məhkumun anası olan 29 yanvar 1966-cı il təvəllüdlü Hüseyn ova Təranə İmran qızı ürək çatışmazlığı və şəkərli diabet xəstəliklərindən əziyyət çəkir, məhkum isə onun yeganə övladı olmaqla, ailənin yeganə qazanc gətirən şəxsi olmuşdur.

31. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında cəza tətbiqinin əsaslarına aid hüquqi mövqeyinə görə, ədalət prinsipinə uyğun olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu ilə cəza anlayışına bir sıra yeni elementlər daxil edilərək cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədinə xidmət etdiyi nəzərdə tutulmuşdur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları).

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da şəxsin azadlıqdan məhrum edilməsin ə əsas verən qanuni penoloji məqsədlər sırasına onun cəzalandırması, digərlərinin çəkindirməsi, cəmiyyətin maraqlarının müdafiəsi ilə yanaşı həmçinin həmin şəxsin islah edilməsi daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

33. İstinad edilənlərə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarında olan ibtidai istintaqın ilkin mərhələlərinə aid məlumatlar, hazırki qərarın işin halları barədə olan hissəsində təsviri verilən cinayət əməlinin törədilməsi halları, 29-cu paraqrafda sadalanan məsuliyyəti yüngülləşdirən, eləcə də 30-cu paraqrafda göstərilən və cəzanın təyininə təsir edən halların olması, ağırlaşdıran hər hansı halın isə olmaması kimi xüsusiyyətlər, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstə rilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı,Məhkumun Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1001/2024 nömrəli, 22 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1742/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə azaldılmalı və ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

34. Məhkəmə kollegiyasının fikrincə, bu cəza vasitəsi ilə də Məhkumun islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-c i maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

35. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə əsasən hesab edir ki, məhkumun kassasiya şikayəti tam, müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli,Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1742/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Məhkumun müdafiəçisi Əmiraslanova Zəribə Məmməd qızı tərəfindən verilmiş kassasiya şikayə ti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1742/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1001/2024 nömrəli, 22 may 2024-cü il tarixli hökmünə əsasənMəhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1742/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə azaldılsın və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1742/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarix li qərarı qalan hissələrdə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar