Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1658/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum və Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X1 iştirakları ilə, Bakı Ağ ır Cinayətlər Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarından məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmü ilə (hakimlər: F.A.Qəribov (sədrlik edən), R.Ə.Sadıxov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) xx.xx.1980-cı ildə ünvan 1ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir az yaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1ndə qeydiyyatda olmaqla, ünvan 2-də yaşamış Məh kum, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə tövsif olunmuş cinayət əməli, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilərək, həmin Maddə ilə təqsirli bilinərək 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2017-ci il tarixdən hesablanmışdır. Hökmdən dövlət ittihamçısı tərəfondən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Qasımov Əflatun İbrahim oğlu (sədrlik edən və məruzəçi), Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 26 sentyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci -ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək qərarın ləğv edilərək, məhkumun əməlinin CM 123-cü maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki o, xuliqanlıq niyyəti ilə adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Məhkum 08 iyun 20 17-ci il tarixdə, saat 22 radələrində idarə etdiyi “Vaz2108” markalı, ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi ilə hərəkətdə olarkən 4 nömrəli binanın yaxınlığında əvəllər tanıdığı, Pirallahı qəsəbəsi sakini X9 ilə rastlaşmış, sonuncunun ona 17 may 2017ci il tarixdə qardaşı X4 döyülməsi ilə bağlı qəsəbədə gəzən söz-söhbətlərlə əlaqədar kinayəli şəkildə dediyi sözlərdən əsəbiləşib avtomobildən düşərək ciddi əsas olmadan münaqişə yaradaraq avtomobilin sağ yan şüşəsinin qaldırıb-endirmə mexanizminin işlək vəziyyətdə olmaması səbəbindən sağ yan şüşəyə dayaq şəklində taxmaqla, avtomobildə gəzdirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb ictimai qaydanı pozan, cəmiyyətə açıqça hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə cüzi səbəbi bəhanə edərək xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmək məqsədilə əvvəlcə yumruq və təpiklə X1a hər iki əlin arxa səthinin sıyrıqları, sağ gözaltı nahiyənin qançırı ilə müşayiət edilən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, sonra isə bıçaqla sonuncuya ardıcıl zərbələr endirərək ölümə səbəb olan sol ağciyərin, ürək kisəsinin və ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan, döşqəfəsinin sol-yan səthinin döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnən sağlamlığa ağır dərəcəli zərər vurmaya aid, boyunun ön səthinin sağ yarısının 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid, alının 1 ədəd səthi kəsilmiş yarası ilə müşayiət edilən, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-145-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, bu səbəbdən məhkumun əməli düzgün qiymətləndirilməmişdir. Belə ki, təqsirləndirilən şəxsin əməlinin baş verdiyi şəraiti, təqsirləndirilən şəxslə zərərçəkmişin münasibətlərini, onlar arasında hadisə baş verdiyi zaman zərərçəkmiş şəxsin etdiyi həddən artıq kobud şəkildə qanunazidd hərəkətlərə yol verməsini, açıq-aşkar olaraq Məhkum bıçaqla hücum etməsini, onun həyatı və sağlamlığı üçü n real təhlükə yaratmasını, onu öldürəcəyini deməsini, hər tikəsini qulağı boyda edəcəyi hədəsini, maşının pəncərəsinə pəncərəni saxlamaq üçün bərkidilmiş bıçağı götürərək ekspert rəyində də təsdiq olunmuş şəkildə Məhkum vurmasını nəzərə almamışdır. İşin hallarından da açıq-aydın görünür ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edilməmişdir. Əksinə Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 123cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcuddur. Belə ki Məhkum bıçaq zərbəsindən və zərərçəkmişin real olaraq onu öldürməsindən xilas olmaq üçün zəruri müdafiə vəziyyətində olmuşdur. Təəssüf ki, o zəruri müdafiə həddini özü də bilmədən və arzulamadan aşmışdır. Qeyd olunanları nəzərə ala raq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci-ci il tarixli qərarının ləğv edilməsini və məhkumun əməlini CM -nın 120.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 123-cü maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndəsinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı d əyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hü quqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, O mərhum X8 qəsəbə sakini kimi tanımışdır. O, qaradaşı X2 balıqçılıqla məşğul olub. X1 qardaşını döyməsi nəticəsində sonuncu13 gün koma vəziyyətində qalmışdır.Hadisə günü qardaşına baş çəkmək üçün gedərkən X2 rastlaşmışdır. Qardaşına görə mübahisə etmişlər. O.maşından düşməmişdir, çünki o tərəfdən maşının qapısı açılmır qaynaq olmuşdur. X2 maşının sağ qapsını açmış onu bayıra dartıb çıxarmışdır. Həmin vaxt mübahisələri yaranmışdır. Ona başı ilə zərbə atmışdır. O sağ əlini qabağa verib bıçağı tutmaq istəyərkən bıçaq onun sağ əlinin içəri h issəsindən baş barmağının aşağısını kəsmişdir. Bıçağı qatlamış, itələmək istəyən zaman bıçaq X2in boğazına keçmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Pirallahı rayon MTE və PA şöbəsindən verilmiş 05 iyul 2017-ci il tarixli, 09 saylı ekspert rəyindən görünür ki, mərhum X5 meyitinin bədən səthində aşkar olunmuş xəsarətlər-sol ağciyərin, ürək kisəsinin və ürəyin sol mədəciyinin zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin sol-yan səthinin döş boşluğuna (daxilə) nüfuzedən 1 ədəd deşilmiş-kəsilmiş yarası, boynun ön səthinin sağ yarısının 1 ədəd deşilmiş-kəsilmiş yarası, alının 1 ədəd səthi kəsilmiş yarası, hər iki əlin arxa səthinin sıyrıqları, sağ gözaltı nahiyyənin qançırı olmuş, qeyd olunan xəsarətlər dən, döş qəfəsinin sol-yan səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, boynun 1 ədəd deşilmiş-kəsilmiş yarası, alnın səthi kəsilmiş yarası deşici-kəsici alətin (alətlərin) deşicikəsici və kəsici təsirindən, hər iki əlin arxa səthinin sıyrıqları, sağ gözaltı nahiyyənin qançırı küt əşya (əşyalar) təsirindən ölümdən az əvvəl törənmişdir, həyatidir, törənmə müddətləri qərarda göstərilən 08.06.2017-ci il tarixə uyğun gəlir. Həmin xəsarətlərdən döşqəfəsinin sol-yan səthinin döş boşluğuna (daxilə) nüfuzedən, sol ağciyərin, ürək kisəsinin və ürəyin zədələnmələri ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurma əlamətlərinə malikdir, ölümlə səbəbli əlaqəlidir. Yara kanalının istiqaməti soldan sağa, öndən arxaya, birqəd ər aşağıdan yuxarıyadır, yara kanalının uzunluğu təxminən 6,0-7,0 sm-dir. Boyunun ön səthinin sağ yarısının 1 ədəd deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə, sağlamlığa yüngül dərəcəli zərərvurmanın əlamətlərinə malikdir, həyatidir, ölümlə səbəbli əlaqəsi yoxdur. Alının 1 ədəd səthi kəsilmiş yarası, hər iki əlin arxa səthinin sıyrıqları, sağ gözaltı nahiyyənin qançırı canlı şəxslərdə, istər birlikdə istərs ədə, ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdir, həyatidir, ölümlə səbəbli əlaqəsi yoxdur. X2 ölümünə səbəb sol ağciyərin və ürəyin zədələnmələri nəticəsində törənmiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demə kolar ki, ölüm mərhumun meyitinin meyitxanada müayinəs indən təxminən 2-4 saat əvvəl baş vermişdir. Meyitdə aşkar edilmiş deşilmişkəsilmiş və kəsilmiş yaraların parametrik ölçülərinə demək olar ki, həmin xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaq və eləcə də, həmin tipli digər bıçaqların təsirindən törənməsi mümkündür, həmin xəsarətlər qısa bir müddət ərzində yetirildiyindən, ardıcıllığını təyin etmək mümkün deyildir, ona xəsarət yetirilərkən, onun və ona xəsarət yetirən şəxsə nisbət müxtəlif duruş vəziyyətlərində olmaq ehtimalı vardır. Mərhumun meyitində aşkar olunmuş qançır və sıyrıqların küt əşya qismində yumruq və təpiklə vurulması nəticəsində əmələ gəlməsi istisna olunmur. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddə və güclü təsir edici maddələr aşkar edilməmişdir. Məhkum həmin cinayət əməli ni törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmuyu ilə sübuta yetirildiyini nəzərə alınaraq kollegiya hesab edir ki, məhkəmələr tərəfindən məhkumun əməli düzgün qiymətləndirilmişdir. Müdafiə tərəfinin göstərdiyi dəlillər şahidlərin ifadələri, dindirmə protokolları, ekspert rəyləri, işin faktiki halları və digər iş materialları ilə təkzib olunur. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilmiş, Məhkum əməli CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir.Məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğund ur. Kollegiya qeyd edir ki, məhkəmələr məhkum və zərərçəkmiş şəxsin hadisədən əvvəl aralarında qarışılıqlı münasibətləri, onların ciddi konfiliktdə olmasını,məhkumun niyyətinin məhz zərərçəkmiş şəxsi qisas almaqla öldürməyə yönəlməsi qənatinə gələrkən, işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri,həyat üçün mühüm orqana xəsarət yetirilməsi, məhkumun hadisədən sonrakı hərəkətlərini nəzərə almışlar, Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şika yəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Əsli ilə düzdür:
Məhkəmə qərarları › İş №1(102)-1658/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1658/2019
10.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver