Məhkəmə qərarları › İş №1(102)-1658/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1658/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1658/2022 01.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum – Məhkum1, Müdafiəşi – Məhkum1 müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.5, 312.2-ci maddələri, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.5, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər A.İ.Paşayev (sədrlik edən və məruzəçi), Ə.Q.Quliyev və R.Ə.Sadıxovdan ibarət tərkibdə) 1(101)-888/2021 saylı, 24 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbay can Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində «başqa yerə getməmək haqqnda iltizam» qətimkan tədbiri seçilmiş Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat cərimə cəzası və Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 8.000 (səkkiz min) manat cəzası təyin edilmiş, Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Məhkum1 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10.000 (on min) manat cərimə cəzası təyin edilmiş, Məhkum1 təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmış, cərimə cəzasının və əlavə cəzanın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmiş; xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ü nvan 2 ünvanda yaşamış, barəsində «başqa yerə getməmək haqqnda iltizam» qətimkan tədbiri seçilmiş Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 4.000 (dörd min) manat cərimə cəzası və Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 8.000 (səkkiz) manat cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmış, Məhkum2 qəti olaraq 10.000 (on min) manat cərimə cəzası təyin edilmiş, Məhkum2 təyin edilmiş cərimə cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmişdir. Bakı Ağır Cinayə tlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-542/2022 saylı 25 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-542/2022 saylı 25 may 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 kassasiya protesti vermişdir. Qərardan kassasiya protestinə qarşı etiraz verilmiş, kassasiya şi kayəti isə verilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Bələ diyyələrinə keçirilən seçkilərdə 26 saylı Sabunçu birinci Dairə Seçki komissiyasının 23 dekabr 2019- cu il tarixli 37/84 saylı Qərarı ilə Bakı şəhər Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə üzv, Bakı şəhər Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin 03 fevral 2020-ci il tarixli 03 saylı iclasının protokolu ilə Bakıxanov Bələdiyyəsinin sədr müavini vəzifəsinə seçilməklə həmin vəzifədə 29 oktyabr 2020-ci il tarixədək işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə aralarında rol bölgüsü aparıb sonuncunun müxtəlif şəxsləri ona yönəltməsi, özünün isə vəzifəli şəxs qismində həmin şəxslərlə danışıqlar apararaq onları inandırıb pul vəsaitini ələ keçirməsi barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,25 ha ölçüdə torpaq sahəsinin adına rəsmləşdirilməsinə köməklik göstərməsi ilə bağlı Şahid2 2020-ci ilin sentyabr ayında özünə qabaqcadan əlbir olduğu Məhkum2 və cinayətdən xəbərsiz Şahid1 vasitəsilə müraciəti ilə əlaqədar, Şahid2 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın Şahid2 adına rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edə cəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid2 Məhkum2lə aralarındakı cinayətkar razılaşmaya əsasən yalandan bildirərək, Şahid2 razılığını almaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin sentyabr ayının ikinci yarısında Bakı şəhəri, Xətai rayonu, “Lexus Bakı Mərkəzi”nin yanında Şahid2 hissə-hissə - 10.000 manat, 5.000 manat, 5.000 manat, 3.000 manat və Məhkum2 vasitəsilə 5.000 manat olmaqla, ümumilikdə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitini bir neçə dəfəyə almaqla ələ keçirib qabaqcadan əlbir olduğu Məhkum2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq m övqeyindən istifadə edərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə aralarında rol bölgüsü aparıb sonuncunun müxtəlif şəxsləri ona yönəltməsi, özünün isə vəzifəli şəxs qismində həmin şəxslərlə danışıqlar apararaq onları inandırıb pul vəsaitini ələ keçirməsi barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,80 ha ölçüdə torpaq sahəsinin adına rəsmiləşdirilməsinə köməklik göstərməsi ilə bağlı Şahid1 2020-ci ilin sentyabr ayında özünə qabaqcadan əlbir olduğu Məhkum2 vasitəsilə müraciəti ilə əlaqədar, Şahid1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən torpağın Şahid1 adına rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid1 Məhkum2lə aralarındakı cinayətkar razılaşmaya əsasən yalandan bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin sentyabr ayının ikinci yarısında ünvan 3 ünvanının yaxınlığında Şahid1 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirib qabaqcadan əlbir olduğu Məhkum2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, törətdikləri əməlləri gizlətmək və özünə olan inamı möhkəmləndirmək məqsədilə imza və möhür kimi rekvizitləri olmamaqla rəsmi sənəd hesab edilməyən, Şahid1 Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,80 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış görüntüsü yaradan tarixsiz çıxarışı 2020-ci ilin oktyabr ayının birinci yarısında istintaqla müəyyən edilməyən şəraitdə adi kağız vərəqədə hazırlayıb ünvan 3 ünvanının yaxınlığında Şahid1 təqdim edərək öz qulluq mövqeyindən istifadə edərək Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvə t qismində verməyə sonuncunu təhrik etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o,, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin sədr müavini vəzifəsində işləyən tanışı Məhkum1 ilə aralarında rol bölgüsü aparıb müxtəlif şəxsləri sonuncuya yönəltməsi, sonuncunun isə vəzifəli şəxs qismində həmin şəxslərlə danışıqlar apararaq onları inandırıb pul vəsaitini ələ keçirməsi barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,25 ha ölçüdə torpaq sahəsinin adına rəsmləşdirilməsinə köməklik göstərməsi ilə bağlı Şahid2 2020-ci ilin sentyabr ayında özünə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə müraciəti ilə əlaqədar Şahid2 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Məhkum1 Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışının olmasını, həmin vəzifəli şəxs vasitəsilə qeyd edilən torpağın Şahid2 adına rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, göstərilən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla Məhkum1 vasitəsilə maddi nemət olan 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid2 Məhkum1 ilə aralarındakı cinayətkar razılaşmaya əsasən sonuncu vasitəsi ilə yalandan bildirməklə, Şahid2 razılığını almaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin sentyabr ayının ikinci yarısında Bakı şəhəri, Xətai rayonu, “Lexus Bakı Mərkəzi”n in yanında Şahid2 Məhkum1 vasitəsi ilə hissəhissə - 10.000 manat, 5.000 manat, 5.000 manat, 3.000 manat və şəxsən 5.000 manat olmaqla, ümumilikdə 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitini bir neçə dəfəyə almaqla ələ keçirib qabaqcadan əlbir olduğu Məhkum1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma v ə etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum1 ilə aralarında rol bölgüsü aparıb müxtəlif şəxsləri sonuncuya yönəltməsi, sonuncunun vəzifəli şəxs qismində həmin şəxslərlə danışıqlar apararaq onları inandırıb pul vəsaitini ələ keçirməsi barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,80 ha ölçüdə torpaq sahəsinin adına rəsmiləşdirilməsinə köməklik göstərməsi ilə bağlı Şahid1 2020-ci ilin sentyabr ayında özünə birbaşa müraciəti ilə əlaqədar, Şahid1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Məhkum1 Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yüksək vəzifədə işləyə n səlahiyyətli tanışının olmasını, həmin vəzifəli şəxs vasitəsilə qeyd edilən torpağın Şahid1 adına rəsmiləşdirilməsi imkanına malik olduğunu yalandan bildirib, göstərilən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni rəsmiləşdirmənin aparılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə görə birbaşa yolla Məhkum1 vasitəsilə maddi nemət olan 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid1 Məhkum1 ilə aralarındakı cinayətkar razılaşmaya əsasən sonuncu vasitəsi ilə yalandan bildirməklə, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin sentyabr ayının ikinci yarısında ünvan 3 ünvanının yaxınlığında Şahid1 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul və saitini Məhkum1 vasitəsilə almaqla ələ keçirib sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, törətdikləri əməlləri gizlətmək və özünə olan inamı möhkəmləndirmək məqsədilə imza və möhür kimi rekvizitləri olmamaqla rəsmi sənəd hesab edilməyən, Şahid1 Abşeron rayonu, Fatmayı kəndi, 2-ci sovxoz ərazisində yerləşən 0,80 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış görüntüsü yaradan tarixsiz çıxarışı 2020-ci ilin oktyabr ayının birinci yarısında istintaqla müəyyən edilməyən şəraitdə adi kağız vərəqədə Məhkum1 tərəfindən hazırlanıb ünvan 3 ünvanının yaxınlığında sonuncu tərəfindən Şahid1 təqdim edilməklə Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduz luq etmiş, təkrarən, Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Kassasiya protestinin və protestə qarşı etirazın dəlilləri: Dövlət ittihamçısı protestdə göstərmişdir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2022-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, CM-nin 2.1 -ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlü kəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin ədalət prinsipini nəzərdə tutan 8.1 -ci maddəsinə əsasən isə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi ilə müəyyən edilmiş normadır. Cinayət Məcəl ləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmələr yuxarıda sadalanan yüngülləşdirici halları əsas gətirərək Məhkum1 və Məhkum2 onların törətmiş olduğu cnayətlərin ağırlığına, ictimai təhlükəliliyinə və xarakterinə görə uyğun olmayan həddə yüngül cəza sayılan cərimə cəzası təyin etməsi və bunula da təqsirləndirilən şəxslərin islah olunacağı qənaətinə gəlmə si sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkum həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından ədalətli sayıla bilməz. Məhkəmələr cəza təyin edərkən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. İlk növbədə qeyd olunmalıdır ki, əvvəllər məhkum olunmamanın cinayət qanununun tələbləri baxımından Məhkum1 və Məhkum2 münasibətdə yüngülləşdirici hal qismində nəzərə alınması qeyri-mümkündür. Belə ki, CM-min 59.1.1 -ci maddəsinə əsasən, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Həmin maddənin mənasına görə bu növ cinayətlərin törədilməsi bütün hallar da deyil, yalnız hadisələrin təsadüfi axarı zəminində və ilk dəfə baş verdikdə yüngülləşdirici hai kimi qiymətləndirilməlidir. Cinayət qanununun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alması, həmin halın hadisələrin qabaqcadan düşünülən, hazırlaşılan deyil, təsadüf nəticəsində ilk dəfə baş verməsi ilə bağlı olması və cinayəti törədən şəxsin fərdi-mənəvi əlamətlərinə, onun ictimai- təhlükəliliyinə birbaşa təsir göstərməsi ilə əlaqələndirmişdir. Dövlət ittihamçısı yuxarıda qeyd edilən halları əsas gətirərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli qərarının ləğv edilərək işin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Müd afiəçi kassasiya protestinə etirazını onunla əsaslandırmışdır ki, Məhkəmə kollegiyası Məhkum1 cəza təyin edərkən, hesab edirəm ki, ilk növbədə ədalət prinsipini rəhbər tutmuş, məhkumun cinayət törədildikdən sonrakı davranışına xüsusi diqqət yetirmiş, yəni zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş ziyanın tam olaraq aradan qaldırılmasını, ziyanın qalmamasını və zərərkmiş şəxslərin şikayətçi olmamalarını, habelə yaşayış yeri üzrə masbət xarakterizə olunmasını, həmçinin onda xəstəliyin olmasını nəzərə almışlar. Hesab edirəm ki, apellyasiva instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar mövcud deyildir, istinad olunan hallar kassasiya protestində əsaslandırılmamış, iradlar ehtimallara və emosiyalara dayanmış, habelə kassasiya protesti apellyasiya protestinin təkrarlan ması olduğundan təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2,-ci maddəsinə uyğun olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası CM-nin 59.1.9.-eu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.201-ci il tarixli qərarına əsasən qənaətə gəlinmişdir ki, məhkəmələr cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş bəndlərdə ədalətli cəza təyin etməli, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yən i sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitələrdən biri olmalıdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestini təmin etməməldə, birinci instansiya məhkəməsi tərəfindən işin materiallarında olan hər bir sübutun mənsubiyyəti və mötəbərliyi üzrə düzgün qiymətləndirilməsi, həmin sübutlara və onların məcmuyuna tam, hərtərə 11 i və obyektiv hüquqi qiymət verilməsi, Məhkum1 həmin dövrdə nevrotik xarakterli pozğuntudan əziyyət çəkməklə 3-cü qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cinayət nəticəsində vurulmuş maddi ziyanın tam ödənilməsi, ona qarşı şikayət və tələbin olmaması əməlin ictimai təhlükəsizliyinin əhə miyyətli dərəcədə azalmasına yönələn hərəkətlər kimi qiymətləndirək qənaətə gəlməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası Məhkum1 təyin olunmuş cəzanın ağırlaşdırılması üçün işin materiallarında hallar mövcud olmadığı qənatinə gəlmişdir. Qanunvericiliyin mənasına görə, cəza törədilmiş cinayətə görə əvəz çıxma məqsəd daşımır, sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə təyin edilir. Məhkəmə kollegiyası apellyasiya protestini təmin etınəməklə cəza təyin edərkən məhkumun islah yoluna qədəm qoymasını, yəni zərərçəkmiş şəxslərlə barışmasını, ziyanın tam olaraq ödənilməsini nəzərə almışdır, lakin kassasiya protestində məhkumların islah olunmayacağı qənaətinə haradan gəldiyi müəyyən deyildir və əsaslandırlmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kassasiya prote stinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum1 və Müdafiəçi4 çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya proteti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanun unun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlah iyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxslərə təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 408, 409, 410, 412 və 416-cı ma ddəslərində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakın Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, məhkumlar Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddlərin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkd ə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməs inin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin C inayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab e dilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3- cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslər Məhkum1 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları, cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi və ona qarşı şikayətin olmamasını o cümlədən təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, onun nevrotik xarakterli pozuntudan əziyyət çəkməklə 3-cü qrup əlil olmasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, Məhkum2 isə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları, cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi və ona qarşı şikayətin olmamasını o cümlədən təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, iki azyaşlı uşaqlarının olmasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum1 və Məhkum2 ittiham olunduğları maddələrin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəz anın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlü kəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 408, 409, 410, 412 və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün ə sasların olmadığını göstərir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya prote sti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.5, 312.2-ci maddələri və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.5, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-542/2022 saylı 25 may 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar