Məhkəmə qərarları › İş №1(102)-1659/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1659/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1659/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Əsədov Sənan Qulu oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, İmişli Rayon Vəkil Bürosunun vəkili Feyzullayev Sərraf Eldar oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi-vəkili Feyzullayev Sərraf Eldar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədrlik edən və məruzəçi), O.Y.Cəlilov və Ə.A.Əliyevdən ibarət tərkibdə) Məhkum - xx xxxx 1986-cı il tarixdə İmişli rayonunun Sarıxanlı kəndində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli rayonunun Sarıxanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin başlanğıcının 17 avqust 2020-ci il tarixdən hesablanmaqla məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 16 avqust 2020-ci il tarixdə saat 22:30 radələrində İmişli rayonunun Buludlu kəndində yerləşən, X1 işlətdiyi kafenin həyətində tanışı X17nun doğum günü münasibə tilə təşkil olunan məclisdə iştirak edərkən qonşu masada əyləşən X5 ilə etdiyi zarafatı yanlış başa düşmələri səbəbindən X9 və X6 ilə aralarında yaranan mübahisə zamanı sonuncular tərəfindən orada və daha sonra mübahisənin davamı olaraq həmin gün saat 23:50 radələrində Sarıxanlı-Buludlu kəndlərarası avtomobil yolunun kənarında döyüldüyünə, özünün və ailə üzvlərinin ünvanlarına təhqiramiz ifadələr işlətdiklərinə görə yaşadığı İmişli rayonu Sarıxanlı kəndindəki evdən bir ədəd deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürərək, piyada X1un işlətdiyi kafe istiqamətində hərəkət edərkən 17 avqust 2020-ci il tarixdə saat 00:10 radələrində X7 məxsus İmişli rayonunun Buludlu kəndində yerləşən fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən cığır yolda X3 və X2 ilə qarşılaşmış, onlardan nə üçün onu döydüklərini və ailə üzvlərinin ünvanlarına nalayiq ifadələr işlətdiklərini soruşduqda yenidən hər ikisi üzərinə gedərək ona qarşı nalayiq sözlər işlətməklə onu döymək istədikdə aralarında yaranan mübahisə zamanı qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə sağ əlindəki mətbəx bıçağı ilə həmin andan onu itələyən X2in həyat üçün mühüm orqanına, yəni ürək nahiyəsinə bir dəfə vuraraq, ona döş boşğuluna keçən, ürəyin sağ mədəciyini zədələyən və kəskin qanitirmə ilə müşayiət olunan yaradan ibarət, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə X2 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsivəkili Feyzullayev Sərraf Eldar oğlu tə rəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: K.S.Bəşirov (sədrlik edən və məruzəçi), R.M.Cəfərov və M.Ə.Bağırovdan ibarət tərkibdə) 08 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi-vəkili Feyzullayev Sərraf Eldar oğlu kassasiya şikayəti verərək onun cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsindən 120.1-ci maddəsinə tövsif edilməsini və bu qanun əsasında ona ən ağır cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi-vəkili Feyzullayev Sərraf Eldar oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cinayət əməlinin törədilməsində X9 bilavasitə iştirak etmişdir, ona görə də o da bu cinayətin törədilməsinə görə məsuliyyət daşımalıdır. Ona görə də onların əməlləri Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Kassasiya şikayətinin göstərilən əsaslarla təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmi şdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi-vəkili Feyzullayev Sərraf Eldar oğlu göstərmişlər ki, cinayət əməlinin törədilməsində Məhkum ilə birlikdə X9 da bilavasitə iştirak etmişdir, ona görə də o da bu cinayətin törədilməsinə görə məsuliyyət daşımalıdır. Ona görə də onların əməlləri Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkum ilə birlikdə X3 da zərərçəkmiş şəxsin ö ldürülməsi cinayət əməlinin törədilməsində iştirak etməsi və məsuliyyətə alınmalı olduğu halda alınmaması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin və nümayəndəsinin kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Azərbaycan Respublikası CPMnin 318-ci maddəsi ilə müəyyən edilmiş hədlər daxilində işlərə baxırlar. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş itt ihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ali Məhkəmənin Cinayət Kollegiyası təqsirləndirilən şəxsə elan ediləndən daha ağır və ya daha geniş ittiham verilməsi, eləcə də barəsində ittiham verilməmiş şəxs barəsində ittihamedici tədbirlər görməsi barədə dəlilləri araşdırmaq və onlara hüquqi qiymət vermək səlahiyyətində deyil. Bu barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına verilmiş eyni məzmunlu apellyasiya şikayətində göstərilən dəlillərin əsaslılığı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış və hüquqi qiymət verilmişdir. Cinayət işinin materiallarında zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsində X3 iştirakına dair heç bir mötəbər sübutun mövcudluğu müəyyən edilməmişdir. Ona görə də bu barədə kassasiya şikayətinin dəlilləri təmin edilməməlidir. Cinayət işi üzrə sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində eləcə də, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusunda Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinin pozulması hallarına yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə tövsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarı da dəyişdirilmədən saxlanmalıdır. Məhkum hadisəni törətdikdən sonra könüllü gəlib özünü təqdim etm əsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alındığından ona cəza təyini Azərbaycan Respublikası CMnin 60.1-ci maddəsində müəyyən edilmiş qaydaya uyğun olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçü həddində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının, zərərçəkmiş şəxsin hüquqi varisinin hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il ta rixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi-vəkili Feyzullayev Sərraf Eldar oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar