Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1659/2025 25.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs – X2, Müdafiəçi – Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş X2 barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli 1(011)43/2024 nömrəli (hakim: Sadıxov Rəfail Adil oğlunun sədrliyi) hökmü ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şamış X4 Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən təqsirsiz bilinərək ona bəraət verilməsi, onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin dərhal ləğv edilməsi, iş üzrə mülki iddianın baxılmamış saxlanılması, Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında da iddia vermək hüququnun olmasının izah edilməsi müəyyən edilmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Qasımov Rauf Adil oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikay ətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədrliyi və məruzəsi ilə), Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət məhkəmə tərkibində) 27 fevral 2025-ci il tarixli 1(103)-170/2025 nömrəli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən X3 Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə verilmiş ittihama əsasən, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə özünə məxsus olan «Toyota» markalı «Prius» modelində olan **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması ilə bağlı onun cinayətkar niyyətindən xəbərsiz olan tanışları Şahid2 və Şahid3 vasitəsilə 2022-ci ilin oktyabr ayında “tap.az” internet saytında elan yerləşdirmiş, elan əsasında Zərərçəkmiş şəxs həmin avtomobilin 6500 manata alması ilə bağlı onunla və Şahid2lə razılığa gəldikdən sonra, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən 18 saylı notariat ofisinin qarşısında ödədiyi 6500 manat puldan avtomobilə dair yığılmış cərimələr in ödənilməsi üçün Şahid2 tərəfindən götürülmüş 1600 manat, avtomobilin təmir işlərinə görə sonuncu tərəfindən ustaya verilməsi üçün götürülmüş 200 manat, avtomobilin satılması barədə “tap.az" internet saytında elan yerləşdirmiş Şahid3 bank hesabına köçürülmüş 500 manat və Şahid2 vasitəsilə avtomobilin satışına görə qalan 4200 manat pulu həmin ünvanda ələ keçirib «Toyota» markalı «Prius» modelində olan **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Zərərçəkmiş şəxs adına 18 saylı notariat ofisində verdiyi “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnaməni 26 mart 2023-cü il tarixdə ləğv etdirərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 6500 (altı min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da X4 Azərbaycan Respublikası CM-in 178.2. 4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmələr isə yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar Zərərçəkmiş şəxs, iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid1 və Şahid3 ifadələri ilə təkzib olunsa da, məhkəmələr həmin ifadələrin həqiqiliyini əsassız olaraq şübhə altına almış və yalnız təqsirləndirilən şəxsin ifadəsinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, ittihamda göstərilən məbl əğ təqsirləndirilən şəxsə çatan məbləğdən artıq olmuş və sonuncu aldadıldığını güman edərək etibarnaməni ləğv etdirmişdir. Ona görə də, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından tərəflər mülki müqavilə əsasında yaranmış öhdəliyin icrası ilə bağlı yaranmış narazılığa görə mülki icraat qaydasında məhkəməyə müraciət edə bilərdilər. Məhkəmənin bu mövqeyi anlaşılan deyil və hətta əsaslandığı təqsirləndirilən şəxsin ifadəsinə uyğun gəlmir. Belə ki, təqsirləndirilən şəxs Bəraət almış şəxsin ifadəsində əsas arqumenti ondan ibarət olmuşdur ki, o özünə məxsus avtomobili Zərərçəkmiş şəxs satmamış, həmin avtomobili sonuncuya icarəyə vermiş və razılaşmaya görə x avtomobili təmir etdirib işlədikdən sonra ona icarə haqqı ödəyəcəkmiş. Bəraət almış şəxs ona ümumiyyətlə hər hansı bir məb ləğdə pul verilmədiyini bildirmişdir. Sübutlara baxmayaraq məhkəmələr təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşmaq əvəzinə, məzmun etibarı ilə eyni olan zərərçəkmiş və şahidlərin ifadələrinə əhəmiyyət vermədən düzgün olmayan nəticəyə gəlmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm Xətai Rayon Məhkəməsi tərəfindən tamamilə əsassız olaraq təqsirləndirilən şəxsə hazırkı iş üzrə bəraət hökmü verilmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən isə bəraət hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Hər iki inst ansiya məhkəməsində hazırkı cinayət işinə baxılarkən ciddi prosessual pozuntulara yol verilərək qanunsuz və əsassız bir qərar qəbul edilmişdir. Hər iki instansiya məhkəməsinin qərarında bəraətin istinadı kimi qeyd olunan faktların heç bir hüquqi əhəmiyyəti yoxdur, həmin faktlar tamamilə əsassızdır. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs Bəraət almış şəxsin həm birinci instansiya məhkəməsi zamanı, həm də apellyasiya instansiya məhkəməsi zamanı vermiş olduğu ifadələr zərərçəkmiş şəxsin və iş üzrə şahid qismində dindirilmiş Şahid2, X5 və Şahid3 ifadələri ilə təkzib olunsa da, məhkəmələr həmin ifadələrin həqiqiliyini əsassız olaraq şübhə altına almış və yalnız təqsirləndirilən şəxsin ifadəsinə əsaslanaraq ittihamda göstərilən məbləğin təqsirləndirlən şəxsə çatan məbləğdən artıq olması və təqsirləndirilən şəxsin aldadıldığını güman edərək etibarnaməni ləğv etməsi qənaətinə gəlmişdir. Eyni zamanda hər iki instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığını, tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olduğunu bildirmişdir. Lakin məhkəmənin bu mövqeyi qətiyyən anlaşılan və aydın deyil, eyni zamanda hər iki instansiya məhkəməsinin əsaslanması təqsirləndirlən şəxsin ifadəsi ilə ziddiyyət təşkil edir. Ali təhsili bir şəxsin pul almadan hər hansı bir şəxsə öz əmlakına dair özündə bütün səlahiyyətləri əks etdirən baş etibarnaməsi verməsi onun açıq-aşkar həmin əmlakı satmaq niyyətinin olmasının bariz göstəricidir. Əgər bunu hərəkətlərinin hüquqi nəticəsini dərk etməyən bir şəxs, ali təhsili olmayan, savadsız, dünyagörüşü, ətrafdakı hadisə lərdən məlumatı az olan bir şəxs etmiş olsa idi, o zaman onun öz avtomobilini digər şəxsə yalnız idarə etmək üçün verdiyinə inanmaq olardı. Cərimə ödənişlərinin məbləğinin şahid ifadəsində qeyd olunandan aşağı olması xüsusatı ilə bağlı isə, Şahid2 yalnız özündə qalan cərimə çeklərini istintaqa təqdim edə bilmişdir. Şahid2 dəfələrlə həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı çeklərinin bəzisinin itirildiyini bildirsə də hər iki instansiya məhkəməsi qərəzli olaraq bu xüsusatı araşdırmamışdır. Halbuki çekin itirilməsi cərimənin ödənilməməsi anlamına gəlmir. Əgər hər iki instansiya məhkəməsi bununla bağlı müvafiq sorğu versəydi ödənilmiş cərimənin məbləğini dəqiqliklə müəyyən etmək olardı. Birinci instansiya məhkəməsi tərəfindən hökmdə göstərilmiş ifadələrin böyük bir hissəsi təhr if edilmişdir. Belə ki, şahidlərin və hətta təqsirləndirilən şəxsin belə səsləndirmədiyi və ya başqa formada bildirdiyi ifadələr hökmdə dəyişdirilmişdir. Belə ki, şahidlərdən heç biri məhkəmədə alqı-satqı danışıqlarında Bəraət almış şəxsin olmamasını göstərməməsinə baxmayaraq hökmdə buna istinad edilmişdir. Bu isə qanunvericiliyin tələblərinə ziddir. Eyni zamanda zərərçəkmiş şəxsin hüquqlarını kobud surətdə pozulmasına gətirib çıxarmışdır. Lakin apellyasiya instansiya məhkəməsi digər prosessual pozuntular kimi bu xüsusatada heç bir hüquqi qiymət verməmişdir. Eyni zamanda Şahid1 ilk dəfə Bəraət almış şəxsi notariusun qarşısında görməsi sırf şahidin yalan ziddiyyətli ifadə verməsi ilə əlaqəli yox, Bəraət almış şəxsi gördüyü epizodların ardıcılığını qarışdırması ilə əlaqəli olmuşdur. Belə ki, həyatında ilk dəfə məhkəmə prosesində iştirak edən birinin də bunu qarışdırması başa düşülən idi. Lakin hər iki instansiya məhkəməsinin bu kimi nüanslara istinad edib təqsirləndirilən şəxsə bəraət verməsi tamamilə qanunsuzdur. Bundan başqa Şahid3 makler kimi aldığı ödənişin məbləğini məhkəmədə fərqli deməsi məhkəmə tərəfindən çox ciddi ziddiyyət kimi qiymətləndirilmişdir. Halbuki işi avtomobil satışından faiz əldə etməkdən ibarət olan və gün ərzində neçə belə əməliyyat yerinə yetirib pul qazanan (ay ərzində yüzlərlə belə adamdan zəhmət haqqı alan) bir şəxsin aldığı pulu qarışdırmasından daha təbii heç nə ola bilməzdi. Lakin məhkəmənin işin faktiki hallarının reallığına düzgün hüquqi qiymət vermək istəməməsi bir daha bu hissədə açıq-aşkar özünü biruzə verməkdədir. Odur ki, göstərilənləri n əzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək, X4 barəsində CM-in 178.2.4-cü maddəsi üzrə ittihamedici hökm çıxarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək, yeni apellyasiya baxışının təyin edilməsini, o cümlədən Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini x ahiş etdi. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi4 çıxış edərək, müdafiə etdiyi şəxs Bəraət almış şəxsin dələduzluq niyyətinin olmadığını, qeyd edilən məbləğin ona verilmədiyini, bu barədə hər hansı bir sübut olmadığını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qüvvədə saxlanılmasını, kassasiya şikayətinin və kassasiya protestinin təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs X4 çıxış edərək, onun heç vaxt maşını satmaq fikri olmadığını, Arifin onun dostu olduğunu, ona görə də ona inandığını, ona heç bir məbləğdə pul vermədiyini, bu işlə məşğul olduğu üçün bu maşını da ona verməyə razılıq verdiyini, baş etibarnaməni də digər şəxslərə sürmək üçün etibarnamə verə bilsin deyə verdiyini bildirib, kassasiya şikayətinin və kassasiya protestinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsasla r (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində, nümayəndə isə kassasiya şikayətində apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi barədə nəticəyə gəlib, onlara bəraət verildiyini iddia edilərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə ci nayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestin in və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci mad dəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta s ənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq sə lahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsi rkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Təsvir olunan qərarlardan və Qanunun tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Aşağı instansiya məhkəmələrinin hökm və qərarlarına əsasən məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarından müəyyən olunur ki, X4 istintaq dövründə də, məhkəmə iclasında da qəti şəkildə bildirmişdir ki, o, Zərərçəkmiş şəxs heç vaxt pul almamışdır. Bu halı zərərçəkmiş şəxsin özünün və bir şahiddən başqa digər şahidlərin ifadələri də təsdiqləyir. Zərərçəkmiş və həmin şahidlər bildirmişlər ki, vəsait X3 yox, məhz Şahid2 verilib. Yalnız bir nəfər şahid (Şahid2) pulu guya təqsirləndirilən şəxsə ötürdüyünü iddia edir. Aşağı instansiya məhkəmələri isə haqlı olaraq göstərmişdir ki, həmin şahid ümumi məbləğin bir hissəsindən özünün cərimə borcunu ödəyib və buna görə də işdə maraqlı tərəf kimi çıxış edir. X2 alqı-satqı niyyətində olmadığı alqı-satqı müqaviləsinin onun tərəfindən bağlanmamasından, ümumiyyətlə onun danışıqlarda iştirak etməməsindən görsənir. Həmçinin onun tərəfindən 1 illik etibarnamə verildikdən sonra avtomobil 5 aydan çox müddətdə zərərçəkmişin istifadəsində olsa da, o, istəsəydi, bu müddət ərzində maşını öz adına keçirə bilərdi, lakin bunu etməmişdir. Bütün bunlar tərəflər arasında münasibətin alqı-satqı xarakteri daşımadığını göstərir. Bundan başqa, təqsirləndirilən şəxsin avtomobilin təmir edilib işlədilməsi məqsədilə verildiyini bildirməsi, həmçinin onun etibarnamə verildikdən sonra bir neçə dəfə Şahid2 ilə əlaqə saxladığını deməs i və Şahid2 bunu təsdiqləməsi həmin izahatın həqiqətə uyğun olduğunu göstərir. Hadisələrin sonrakı inkişafı da avtomobilin təmir olunduqdan sonra doğrudan da başqa bir sürücü tərəfindən icarə əsasında işlədildiyini təsdiqləyir. Məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı münasibətləri (və ya digər oxşar mülki xarakterli müqavilələr) pərdəsi altında dələduzluq cinayətinin törədilməsinin özünəməxsusluğu şəxsin niyyəti və davranışlarının mahiyyəti ilə bağlıdır. Dələduzluqda şəxs əvvəlcədən qarşı tərəfi aldatmaq və onun əmlakını qanunsuz əldə etmək məqsədi güdür. Yəni burada aldatma və ya etibardan sui-istifadə yolu ilə zərərçəkmişə yalan məlumat verilir, faktlar gizlədilir və ya saxta vədlər təqdim olunur. Şəxs əslində öhdəliyi icra etmək niyyətində olmur; onun məqsədi yalnız əmlakı ələ ke çirməkdir. Qeyd edilən hallar mövcud olduqda dələduzluq cinayət məsuliyyəti yaranır və CM-in 178-ci maddəsinin tərkib əlamətləri mövcud olur. Bu iki halın fərqləndirilməsi üçün ən əsas meyar şəxsin başdan-bəri mövcud olan niyyətidir. Əgər şəxs müqavilə bağlayarkən öhdəliyi icra etməyi düşünmür və aldatma yolu ilə qarşı tərəfin əmlakını əldə etmək istəyirsə, bu artıq dələduzluq hesab edilə bilər. Əgər müqavilə vicdanlı şəkildə bağlanıb, lakin sonradan icra zamanı problemlər yaranıbsa, bu mülki xarakterli mübahisədir və cinayət tərkibi yoxdur. Belə ki, cinayət işinin materiallarını kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə təhlil edən kassasiya məhkəmə kollegiyasının qiymətləndirməsinə görə, istintaq orqanı X2 CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirsə də, təqdim olunan materiallarda onun aldatma və ya etibardan istifadə etmə yolu ilə əmlak mənimsəməsini təsdiqləyən etibarlı dəlillər yoxdur. İş materialları əsasən zərərçəkmişin və ifadə verən digər şəxslərin söylədiklərinə əsaslandığından, müstəqil və obyektiv sübutla möhkəmləndirilməmiş bu ittiham haqlı olaraq aşağı instansiya məhkəmələri tərəfindən kifayət qədər əsaslandırılmış hesab edilməmişdir. Baxılan iş üzrə birinci instansiya məhkəməsi belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı cinayət əməli sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası, cinayət işi üzrə toplan ılmış və araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, X4 dələduzluq cinayəti törətməmiş, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməmiş və ya əmlak hüquqlarını əldə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinə əsasən X4 ittiham olunan cinayət əməli üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq ona CM-in 178.2.4-cü maddəsi ilə bəraət hökmü çıxarılmış, apellyasiya məhkəmə kollegiyası da haqlı olaraq hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Bununla belə kassasiya şikayətinin və protestindən dəlillərindən görünür ki, tərəflər qeyd olunan cinayət əməlində şəxsin təqsirliliyini n müəyyən edilməsi haqqında qənaətlərini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşlar. Bu isə onu göstərir ki, tərəflər kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edirlər. Kassasiya şikayəti və protestinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və a pellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində və kassasiya protestində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələblərin (o cümlədən, əməldə cinayət tərkibinin olmasına və təqsirliliyin müəyyən edilməsinə, şəxsin müvafiq ittiham üzrə məhkum olunmasına dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müəlliflərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayəti və kassasiya protestində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayəti və protestində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, mahiyyət etibarı ilə bu şikayət və protestinin dəlilləri ilə eyni məzmunda olan dəlillər apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayətləri təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normalarının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən bəraət almış şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmaması, bu maddə ilə onun təqsirli bilinməməsi və CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olması haqqında nəticəyə gəlmişdir. X2 ona ittiham aktı ilə istinad edilən cinayət əməlinin törətməməsi, kassasiya müraciətlərində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutla rın elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protesti və kassasiya şikayətində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış hökmün və apellyasiya məhkəməsinin qərarının yuxarıda göst ərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Yuxarıda təsvir edilənlər məhkəmələr tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunduğunu göstərir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar X3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə bəraət verilməli olduğu barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kolleg iyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş X2 barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2025-ci il tarixli qərarı verilmiş kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1659/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1659/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver