Məhkəmə qərarları › İş №1(102)-166/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-166/2020

04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-166/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və Məhkum iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum ed ilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Cinayət işinin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin (hakim Sevinc Quliyeva) 29 yanvar 2019-cu il tarixlihökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 128-cimaddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 10 (on) ay müddətində islah işləri cəzasına məhkum edilmiş, cəza çəkməsinin əvvəli onun qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulduğu günd ən hesablanmışdır. Həmin hökmdən Məhkum apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Abşeron Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Sevinc Quliyeva) buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Vidadi Cəfərov, hakimlər Nazim Mövsümov və Fərmayıl Zeynallıdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəm əsinin 27 avqust 2019-cu il tarixli müddətin bərpasından imtina barədə qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 2-ci qrup Qarabağ əlili olan atası X1 olan problemlər və özünün səhhətində yaranmış problemlərlə, həmçinin hüquqlarını bilməməsi ilə əlaqədar olaraq apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini və buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə Məhkum, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Anar Məmmədovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan mad dədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından görünür ki,Abşeron Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixlihökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 128-cimaddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) fazi məbləğində pul tutulmaqla 10 (on) ay müddətində islah işləri cəzasına məhkum edilmiş, cəzaçəkməsinin əvv əli onun qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulduğu gündən hesablanmışdır. Həmin hökmdən Məhkum apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət vermişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Abşeron Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qərarı ilə buraxılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 27 avqust 2019-cu il tarixli müddətin bərpasından imtina barədə qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarındakı qəbzdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü 28 fevral 2019-cu il tarixdə Məhkum imza etdirilməklə təqdim edilmişdir (cild 1, iş vərəqə 128). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum isə apellyasiya şikayətini 20 gün müddətində deyil, hökm qanuni qüvvəyə mindikdən 05 (beş) ay vaxt keçdikdən sonra apellyasiya şikayəti v ermişdir. Məhkum şikayət vermə müddətinin ötürülmə səbəbini atasının və özünün səhhətində yaranmış problemlərlə, həmçinin hüquqi savadının olmaması ilə əsaslandırmışdır. Vəsatətə əlavə edilmiş Güven klinikasının Ambulator, stasionar xəstəninin tibbi kartasından çıxarışdan görünür ki, Məhkum 22.04.2019-cu il tarixdə estetik qüsur, çəpər əyriliyi və alt konxa hipertrofiyası diaqnozu qoyulmuş və həmin tarixdə “Septorinoplastika və Alt konxalara radiofrekans tətbiqi” əməliyyatı edilmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq qeyd edir ki, 22.04.2019-cu il tarixə qədər Məhkum hökmü əldə etdiyi vaxtdan artıq 02 (iki) aya yaxın müddət keçmişdir və həmin əməliyyatdan 04 (dörd) aya yaxın müddət keçdikdən sonra apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası məqsədilə vəsatət lə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi məhkumun apellyasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir maneə olmamışdır. Məhkumun birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Abşeron Rayon Məhkəməs inin 29 yanvar 2019-cu il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum barəsində gəldikləri qənaətlərini əsaslı hesab edir və kassatorun bununla bağlı dəlillərini əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısını və məhkumu dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar