Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-166/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum X3 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 07 iyun 2022-ci il tarixli qərarından məhkum X6 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Nural Əliyev (sədrlik edən və məruzəçi) Dadaş İmanov və Faiq Mahmudov) 02 mart 2022-ci il tarixli, 1(100)-22/2022 nömrəli hökmü ilə xx xxxxxx 1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 29 iyun 2017ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhəri, Nizami rayonu, H.Z.Tağıyev küçəsi, ev 78-də pasport qeyd iyyatında olmaqla Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, bina 90, mənzil 57-də yaşamış X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 iyul 2020-ci il tarixdən 27 noyabr 2020-ci il tarixədək həbsdə saxlandığı 4 (dörd) ay 26 (iyirmi altı) gün müddət təyin edilən ümumi cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 7 (yeddi) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə X6 təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 28 iyun 2020-ci il tarixdə saat 17 radələrində tanışı Zərərçəkmiş şəxs ilə aralarında olan 20 manat borc pul mübahisəsi səbəbindən həmin gün mobil telefonla Zərərçəkmiş şəxslə danışıq zamanı yaranmış sözlü mübahisənin davamı olaraq zərərçəkmiş şəxsin bir neçə dəfə onun mobil telefonuna zənglər edərək onu çağırdığı Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsinin aşağı hissəsindəki Gəncə çayının kənarında yerləşən düzənlik əraziyə gedərək orada aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisənin davamı olaraq özü ilə gətirdiyi müəyyən edilməsi mümkün olmayan bıçaqla Zərərçəkmiş şəxs ilk əvvəl sol said nahiyəsinin arxa yan səthinə, sonra isə qarın nahiyəsinin ön səthinə hər bir nahiyəyə bir ədəd olmaqla qəsdən zərbələr endirib sonuncunun sağlamlığına, sol said nahiyəsinin arxa yan səthinin yuxarı üçdə bir hissəsinin kəsilmiş-deşilmiş yarası qismində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər, qarın nahiyəsinin ön səthinin qarın boşluğuna keçən böyük piyliyin, qaraciyərin, mədənin, mədəaltı vəzin və yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnmiş insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Çingiz Məmmədov (sədrlik edən və məruzəçi) Teyyub Muxtarov və Elçin Xasməmmədov) 1(104)323/2022 nömrəli 07 iyun 2022-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum X5 və onun müdafiəçisi M üdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Vüqar Həsənov kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Vüqar Həsənov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan cinayət işi ibtidai istintaq və birinci instansiya məhkəməsi dövründə tam obyektiv araşdırılmamış, onun barəsində etdiyi cinayət işindən əlavə ittihamlar irəli sürülmüşdür. Məsələyə düzgün hüquqi qiymət verilməmişdir. Məhkum hadisələrin axını zəminində özünü müdafiə etdiyini, cinayətin ondan asılı olmayan səbəblərdən baş verdiyini qeyd etmişdir. Məhkum onun və müdafiəçi si tərəfindən verilən vəsatətlər, sübut və dəlillərin məhkəmə iclasında nəzərə alınmadığını bildirmişdir. Məhkəmə iclasları keçirilərkən sübut və dəlillər tam araşdırılıb düzgün hüquqi qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilmədən saxlanılması, məhkumun kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üz rə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr hökm və qərarı çıxararkən işin hallarına qiymət verməmiş, onun əməlini düzgün tövsif etməmişdir. Həmçinin kassasiya şikayətində qeyd edilmişdir ki, onun və müdafiəçinin işin hallarının tam və obyektiv araşdırılması üçün vəsatətləri məhkəmələr tərəfindən təmin edilməmiş və məhkuma daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, aşağıda göstərilən əsaslara görə həmin şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İttiham tərəfi Vüqar Həsənova qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə ittihamın sübut edilməsi üçün məhkəməyə Məhkum ibtidai istintaq zamanı verdiy i ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək yoxlamış, onların mötəbər və mümkün olmasını müəyyən edərək həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündə göstərilən hallarda zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurması, yəni Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi təsdiq olunmuşdur. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum X6nun, şahidlərin ifadələrini dinləyib onları iş üzrə toplanmış digər sübutlarla müqayisəli təhlil edib onun məhkəmə iclasında verdiyi ifadənin işin hallarına uyğun olmaması, təqsirinin sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X6nun əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, X6nun əməli Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin həmin maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə ye kun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Məhkəmə kollegiyası müdafiə tərəfinin vəsatətlərinin təmin edilməməsi barədə kassasiya şikayətinin dəlili də əsaslı hesab etmir, çünki birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclas protokollarından görünür ki, məhkəmə baxışı zamanı nə məhkum, nə onun müdafiəçisi tərəfindən işin halların araşdırılması ilə əlaqədar vəsatətlər verilməmişdir. Məhkəmələr məhkum X4 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 65.2-ci maddələrinin tələbləri ni düzgün nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədə n cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 65.2-ci-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından görünür ki, X6 Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin məhkumluq ödənilmədən yenidən qəsd ən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə əsasən onun əməli cinayətlərin təhlükəli residivini yaradır. Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.1-cı maddəsində üç ildə səkkiz ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinə baxılarkən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç biri müəyyən etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-c i il tarixli qərarından məhkum X6 verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası məhkum X6nun kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, məhkum X6nun barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. X6nun Azərbaycan Respu blikası CM-in 126.1-cı maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-166/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-166/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver