Məhkəmə qərarları › İş №1(102)-166/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-166/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-166/2024 28.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Aşurova Tükəzban Cavanşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-291/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiə çisi Məmmədov Zaur İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 09 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, x2ndə qeydiyyatda olmaqla yaşamışdır. 2. 16 mart 2022-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 13 aprel 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə b axışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Bəhruz” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təş kil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Bəhruz” adlı şəxs və ya qrupun digər üzvü istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 3175,743 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda - 830 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan ünvanda gizlədərək bu barədə Məhkum məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib həmin narkotik vasitə heroinin 45,743 qramını bir ədəd bükümə ayıraraq üzərində, qalan narkotik vasitə və psixotrop maddələri isə idarə etdiyi “Mercedes Benz” markalı, **GO-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin gün saat 23:45-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Baş İdarəyə gətirilmiş və adı çəkilən idarədə 06 sentyabr 2021-ci il tarixdə, saat 01:10dan keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlama qla daşıdığı bir ədəd bükümdə külli miqdarda 45,743 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 06 sentyabr 2021-ci il tarixdə, saat 02:00-da Baş İdarənin həyətində Məhkum icazəsi və iştirakı ilə idarə etdiyi “Mercedes Benz” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa sağ oturacağında gizlətdiyi bir ədəd qara rəngli çantadan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı 03 ədəd bükümdə ayrılıqda çəkiləri 1000 qram, 1030 qram və 1100 qram olmaqla ümumilikdə külli miqdarda - 3130 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda - 830 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan metal qaşıq aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-895/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cə zasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Məmmədov Zaur İsa oğlu ayrı-ayrılıqda apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-291/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-895/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3. 2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsinə və cəzalandırılmasına aid hissədə dəyişdirilmiş, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi, hökmdən Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsinə dair müddəaların xaric olunması, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Məmmədov Zaur İsa oğlu kassasiya şikayəti ver mişdir.

9. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanan dövrdə Məhkum və müdafiəçisi Aşurova Tükəzban Cavanşir qızı birgə ərizə ilə müraciət edib, digər müdafiəçisi olan Məmmədov Zaur İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllə nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

11. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı proses iştirakçılarının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-291/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Məmmədov Zaur İsa oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Aşurova Tükəzban Cavanşir qızı tərəfindən birgə verilmiş ərizə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-291/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Zaur İsa oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar