Məhkəmə qərarları › İş №1(102)-166/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-166/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-166/2025 13.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabaliyində Dövlət Sosia l Müdafiə Fondunun nümayəndəsi Bakı şəhəri 39 saylı Vəkil Bürosunun vəkili Niyazlı Kənan Mahmud oğlu, Məhkum müdafiəçiləri Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 308.1, 311.3.2, 313 və 32.4, 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü il tarixli, 1(104)-71/2024 nömrəli qərarından zərərçəkmiş şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabaliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Niy azlı Kənan Mahmud oğlu, Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 1963-cü il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Tərtər şəhəri Ədalət Paşayev küçəsi ev 41, mənzil 13-də qeydiyyatda olmaqla Tərtər şəhəri, X20 küçəsi ev 70-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama görə, Məhkum Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi üzrə 26 may 2011-ci il tarixli 09/11-408 saylı əmrlə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin Ünvanlı Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən sektor müdiri kimi ünvanlı Sosial yardım və müavinət təyinatı prosesinə rəhbərlik etməklə həmin dövrdə qüvvədə olmuş Dövlət Sosial Müdafiə Fondunun sədrinin 13 aprel 2012-ci il tarixli 434 nömrəli əmri ilə təsdiq edilmiş “İnzibati vəzifələr üzrə vəzifə təlimatları”na əsasən sektora rəhbərlik edilməsi, sektora daxil olan vəsaitlərin düzgün xərclənməsi və təyinatı üzrə istifadəsinə nəzarətin təmin edilməsi, müavinətlərin qüvvədə olan qanunvericiliyə uyğun olaraq verilməsi, eləcə də həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edi lmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına əsasən sosial yardımın təyin edilməsi üçün sənədlərin qəbul edilməsini təşkil etmək, ailənin gəlir və əmlakı haqqında məlumatların təsdiq edilmiş müvafiq formalar üzrə doldurulmasına nəzarət etmək, bəyan edilmiş məlumatların düzgünlüyünü, sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsinin əsaslarını yoxlamaq, həmçinin ərizə və ona əlavə olunmuş sənədləri ərizəçinin şəxsiyyət vəsi qəsi və təqdim etdiyi digər sənədləri onların əsli ilə qarşılıqlı yoxlamaq, zəruri hesab olunan hallarda yoxlanılmalarını təşkil etmək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 saylı qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4»na əsasən, müəssisə, idarə və təşkilat rəhbərlərinin əmr, tapşırıq və sərəncamlarının vaxtlı-vaxtında yerinə yetirilməsi, müavinətlərin təyin olunması üçün lazımi sənədlərin rəsmiləşdirilməsi, eləcə də Nazirlik tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən, vətəndaşlara müavinətlərin, sosial yardımların və digər ödənişlərin təyin olunması üçün zəruri sənədlərin vaxtında qəbul edilməsi və baxılması, vətəndaşların sektora təqdim etdiyi sən ədlərin düzgünlüyünün qarşılıqlı yoxlanılması, müavinət, sosial yardım və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak, müavinət, sosial yardım və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilməsi və digər səlahiyyətlərə malik, zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak etmək də daxil olmaqla təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 21 oktyabr 2005-ci il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nö mrəli qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2 və 3-cü maddəsinə əsasən ünvanlı sosial yardımla bağlı müraciəti əsasında rəhbərlik etdiyi sektorda aparılacaq yoxlama və uzlaşdırmaların nəticələrinin müavinətin təyin olunmasına imkan verəcək şəkildə qeyd edilməklə müraciətin müsbət həllində köməklik göstərilməsi ilə əlaqədar 2013-cü ilin avqust ayında özünə müraciət etmiş Şahid1 Tərtər şəhəri, Nizami küçəsi 23-də yerləşən xidməti iş otağında özü üçün dolayı yolla, yəni maddi nemət olan pul vəsaiti qismində ayrılacaq sosial yardımın yarısını rüşvət qismində şəxsən istəyib, Şahid1 razılıq verməsindən və sonuncunun adından edilmiş müvafiq müraciət qanuni əsaslarla təmin edilməklə 1 sentyabr 2013-cü il tarixdən hesablanmaqla ayda 125,36 manat olmaqla 1 il müddətə ona qanuni əsasla ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 avqust 2014-cü il tarixədək olan müddətdə ümumilikdə 1.504,32 manat (bir min beş yüz dörd manat otuz iki qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid1 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******0318 nömrəli plastik bank kartına köçürülməsinə və həmin plastik bank kartının sonuncu tərəfindən 2013-cü ilin dekabr ayında "xxxx" ASC-nin Tərtər rayon filialından götürülməsinə nail olmaqla, həmçinin, 2014-cü ilin oktyabr ayında Şahid1 eyni məzmunlu xahişi ilə əlaqədar onunla qeyd edilən xidməti iş otağında görüşləri zamanı sonuncudan özü üçün dolayı yolla, yəni maddi nemət olan pul v əsaiti qismində ayrılacaq sosial yardımın yarısını rüşvət qismində şəxsən istəyib, Şahid1 razılıq verməsindən və sonuncunun adından edilmiş müvafiq müraciət təsdiq edilməklə 1 noyabr 2014-cü il tarixdən hesablanmaqla ayda 142,1 manat olmaqla 1 il müddətə ona ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 oktyabr 2015-ci il tarixədək olan müddətdə ümumilikdə 1.705,2 manat (bir min yeddi yüz beş manat iyirmi qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid1 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******5045 nömrəli plastik bank kartına köçürülməsinə və həmin plastik bank kartının sonuncu tərəfindən 2014-cü ilin dekabr ayında "xxxx" ASC-nin Tərtər rayon filialından götürülməsinə nail olub, aralarındakı razılaşmaya əsasən, qeyd olunan hər iki kartı kartların götürülməsindən sonra Şahid1 alıb özündə saxlayaraq, həmin kartlara qeyd edilən müddətdə köçürülmüş cəmi 3.209,52 manat (üç min iki yüz doqquz manat əlli iki qəpik) məbləğində pul vəsaitini cinayətdən xəbərsiz olan müxtəlif şəxslərin vasitəsilə Tərtər rayonu ərazisində yerləşən ayrı-ayrı bankomatlardan qeyd edilən kartlardan istifadə etməklə məxaric edib, həmin pulun qeyd edilən müddətdə cəmi 1.050 manatını Şahid1 verib, qalan cəmi 2.159,52 manat (iki min bir yüz əlli doqquz manat əlli iki qəpik) məbləğində pul vəsaitini isə şəxsi ehtiyaclarına sərf etməklə, maddi nemət olan həmin pul vəsaitini özü üçün vahid niyyətlə dolayı yolla şəxsən Şahid1 rüşvət qismində almışdır.

3. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kim i, təkrarən, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 21 oktyabr 2005-ci il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2 və 3-cü maddəsinə əsasən ünvanlı sosial yardımla bağlı müraciəti əsasında rəhbərlik etdiyi sektorda aparılacaq yoxlama və uzlaşdırmaların nəticələrinin müavinətin təyin olunmasına imkan verəcək şəkildə qeyd edilməklə müraciətin müsbət həllində köməklik göstərilməsi ilə əlaqədar 2014-cü ilin avqust ayında özünə müraciət etmiş Şahid3 qeyd edilən ünvanda yer ləşən xidməti iş otağında görüşləri zamanı sonuncudan özü üçün dolayı yolla, yəni maddi nemət olan pul vəsaiti qismində ayrılacaq sosial yardımın yarısını rüşvət qismində şəxsən istəyib, Şahid3 razılıq verməsindən və sonuncunun adından edilmiş müvafiq müraciət qanuni əsaslarla təmin edilməklə 1 avqust 2014-cü il tarixdən hesablanmaqla ayda 164,39 manat olmaqla 1 il müddətə qanuni əsaslarla ona ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 iyul 2015-ci il tarixədək olan müddətdə ümumilikdə 1.972,68 manat (bir min doqquz yüz yetmiş iki manat altmış səkkiz qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid3 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******5849 nömrəli plastik bank kartına köçürülməsinə və həmin plastik bank kartının sonun cu tərəfindən 2014-cü ilin noyabr ayında "xxxx" ASC-nin Tərtər rayon filialından götürülməsinə nail olmaqla, həmçinin, 2015-ci ilin avqust ayında Şahid3 eyni məzmunlu xahişi ilə əlaqədar, onunla qeyd edilən xidməti iş otağında görüşləri zamanı sonuncudan özü üçün dolayı yolla, yəni maddi nemət olan pul vəsaiti qismində ayrılacaq sosial yardımın yarısını rüşvət qismində şəxsən istəyib, Şahid3 razılıq verməsindən və sonuncunun adından edilmiş müvafiq müraciət təsdiq edilməklə 1 avqust 2015-ci il tarixdən hesablanmaqla ayda 173,18 manat olmaqla 2 il müddətə, o cümlədən 08 yanvar 2016-cı il tarixdə əlavə 50 manat olmaqla qanuni əsaslarla ona ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 iyul 2017-ci il tarixədək olan müddətdə ümumilikdə 4.206,32 manat (dörd min iki yüz altı m anat otuz iki qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid3 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******7564 nömrəli plastik bank kartına köçürülməsinə və həmin plastik bank kartının sonuncu tərəfindən 2015-ci ilin sentyabr ayında "xxxx" ASC-nin Tərtər rayon filialından götürülməsinə nail olub, aralarındakı razılaşmaya əsasən, qeyd olunan hər iki kartı kartların götürülməsindən sonra Şahid3 alıb özündə saxlayaraq, həmin kartlara köçürülmüş cəmi 6.179 (altı min bir yüz yetmiş doqquz) manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz olan müxtəlif şəxslərin vasitəsilə Tərtər rayonu ərazisində yerləşən ayrı-ayrı bankomatlardan qeyd edilən kartlardan istifadə etməklə məxaric edib, həmin pulun qeyd edilən müddətdə cəmi 2.700 manatını Şahid3 ver ib, qalan cəmi 3.479 (üç min dörd yüz yetmiş doqquz) manat məbləğində pul vəsaitini isə şəxsi ehtiyaclarına sərf etməklə, maddi nemət olan həmin pul vəsaitini özü üçün vahid niyyətlə dolayı yolla şəxsən Şahid3 təkrarən rüşvət qismində almışdır.

4. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 21 oktyabr 2005-ci il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən, ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə edilməklə doldurulmuş “Ərizə-bəyannamə”nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə işlədiyi həmin Şöbəyə göndərilməklə icra ediləcək tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciətin qanuni əsaslarla müsbət həllinə görə 2016- cı ilin iyul ayında aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasında köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş Şahid9 qeyd edilən xidməti iş otağında görüşləri zamanı özü üçün dolayı yolla, yəni sonuncunun qızı X6 maddi nemət olan pul vəsaiti qismində ayrılacaq sosial yardımın yarısını rüşvət qismində şəxsən istəyib, Şahid9 razılıq verməsindən və Xəyalə Xanlarlının adından edilmiş müvafiq müraciət Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində qanuni əsaslarla təsdiq edilməklə 1 avqust 2016-cı il tarixdən hesablanmaqla ayda 119,98 manat olmaqla 2 il müddətə qanuni əsaslarla ona ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 1 avqust 2018-ci il tarixədək olan müddətdə ümumilikdə 2.879,52 manat (iki min səkkiz yüz yetmiş doqquz manat əlli iki qəpik) məbləğində ünvanlı sosial yardımın Xəyalə Xanlarlının adına "xxxx" ASC-dən verilmiş **********4237306199 nömrəli hesaba bağlı olan 416974******9527 nömrəli plastik bank kartına köçürülməsinə və həmin plastik bank kartının sonuncu tərəfindən 2016-cı ilin oktyabr ayında "xxxx" ASC-nin Tərtər rayon filialından götürülməsinə nail olub, həmin karta yardım üzrə köçürülmüş pul vəsaitinin Şahid9 tərəfindən bankomatdan məxaric edilib nağdlaşdırılmasından sonra həmin pul vəsaitindən 2016-cı ilin noyabr ayından 2018-ci ilin avqust ayınadək hər ay 60 manat olmaqla, cəmi 1.440 (bir min dörd yüz qırx) manat məbləğində maddi nemət olan pul vəsaitini Tərtər şəhəri, Heydər Əliyev prospektində yerləşən Mərkəzi Bazarın daxilində Şahid9 özü üçün şəxsən dolayı yolla təkrarən rüşvət qismində almaqla şəxsi ehtiyaclarına sərf etmişdir.

5. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 21 oktyabr 2005-ci il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə edilməklə doldurulmuş “Ərizə-bəyannamə”nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə işlədiyi həmin Şöbəyə göndərilməklə icra ediləcək tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə qanuni əsaslarla müraciətin müsbət həllinə görə 2018-ci ilin fevral ayında barəsində Azərbaycan Respublikasının ərazisində yaşamaqla müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu ndan aşağı olan aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasında köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş Şahid10 qeyd edilən ünvanda yerləşən xidməti iş otağında özü üçün dolayı yolla, yəni maddi nemət olan pul vəsaiti qismində ayrılacaq sosial yardımın yarısını rüşvət qismində şəxsən istəyib, sonuncunun razılıq verməsindən sonra onun adından edilmiş müvafiq müraciət rəhbəri olduğu sektorda və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində təsdiq edilməklə 1 mart 2018-ci il tarixdən hesablanmaqla ayda 164,42 manat olmaqla 2 il müddətə, o cümlədən 27 dekabr 2018 və 30 dekabr 2019-cu il tarixlərdə əlavə olaraq hər dəfə 100 manat olmaqla qanuni əsaslarla ona ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 1 mart 20 20-ci il tarixədək olan müddətdə ümumilikdə 4.146,08 manat (üç min doqquz yüz qırx altı manat səkkiz qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid10 adına "xxxx" ASC-dən verilmiş **********5009270199 nömrəli hesaba bağlı olan 416974******5687 nömrəli plastik bank kartına köçürülməsinə və həmin plastik bank kartının sonuncu tərəfindən 2018-ci ilin may ayında "xxxx" ASC-nin Tərtər rayon filialından götürülməsinə nail olduqdan sonra həmin kartı Şahid10 alıb özündə saxlamaqla, həmin karta köçürülmüş cəmi 4.146,08 manat (dörd min bir yüz qırx altı manat səkkiz qəpik) məbləğində pul vəsaitini cinayətdən xəbərsiz olan müxtəlif şəxslərin vasitəsilə Tərtər rayonu ərazisində yerləşən ayrı-ayrı bankomatlardan qeyd edilən kartlardan istifadə etməklə məxaric edib, həmin pulun cəmi 1.920 manatını Şahi d10 verib, qalan cəmi 2.226,08 manat (iki min iki yüz iyirmi altı manat səkkiz qəpik) məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, maddi nemət olan həmin pul vəsaitini özü üçün vahid niyyətlə Şahid10 dolayı yolla şəxsən təkrarən rüşvət qismində almışdır.

6. Bundan başqa o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş pul vəsaitini həmin Fondun Tərtər rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləyən digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində israf etmə yolu ilə talamaq məqsədilə Azərbay can Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, 2018-ci ilin oktyabr ayında aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasında şərait yaradılması üçün özünə müraciət etmiş Şahid11 digər şəxslə birlikdə köməklik etmək məqsədilə, tanışı olan Tərtər şəhəri ərazisində hüquqi şəxs y aratmadan ev quşlarının yetişdirilməsi sahəsində fərdi sahibkarlıqla məşğul olan vəzifəli şəxs (VÖEN **********) olan Tərtər rayon sakini Şahid12 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə vahid şəxsi niyyətlə daxil edib vəzifə saxtakarlığı törədərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırmaqla bunun əsasında həmin şəxslərə guya tə yin ediləcək maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına dair 2018-ci ilin oktyabr ayında qabaqcadan əlbir olduğu digər şəxs vasitəsi ilə müraciətinə əsasən Şahid12 razılığını alaraq onunla sövdələşməklə, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə sonuncunun Şahid11 ona məxsus ev quşlarının yetişdirilməsi müəssisəsində “xadimə” vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları xx.xx.2018-ci il tarixdə Tərtər şəhəri, Şakir Həsənov küçəsində yerləşən 4 nömrəli ev ində ona məxsus asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib Şahid12 qabaqcadan əlbir olduğu digər şəxslə birlikdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına təkrarən təhrik edib, həmin tarixli, 2PL7C52000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra ailə-məişət şəraitinin yoxlanışının nəticəsi üzrə vətəndaşın müraciətində göstərdiklərini həmin sistem üzərində qabaqcadan əlbir olduğu digər şəxslə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə ona məxsus asan imza ilə şəxsən təsdiqləyib, müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X15 və Təyinat Altsistemində (VEMTAS) 1 noyabr 2018-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid11 1 noyabr 2018-ci il tarixdən hesablanmaqla ayda 180,47 manat olmaqla 2 il müddətə, o cümlədən 27 dekabr 2018 və 30 dekabr 2019-cu il tarixlərdə əlavə olaraq hər dəfə 100 manat olmaqla qanunsuz və əsassız olaraq ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 1 noyabr 2020ci il tarixədək olan müddətdə ümumilikdə 4.531,28 manat (dörd min beş yüz otuz bir manat iyirmi səkkiz qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid11 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******0360 nömrəli plastik bank kartına köçürülməsinə və həmin pul vəsaitinin Şahid11 və onun yaxınları tərəfindən Tərtər rayonu ərazisində bankomatlardan çıxarılmaqla şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 4.531,28 manat (dörd min beş yüz otuz bir manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaitini təkrarən israf etmə yolu ilə talamış, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində informasiya resursuna şəxsi niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəx s qismində Şahid12 vahid niyyətlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və təkrarən vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmişdir.

7. Bundan başqa o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş pul vəsaitini həmin Fondun Tərtər rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləyən digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində israf etmə yolu ilə talamaq məqsədilə Azərbaycan Res publikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, 2019-cu ilin mart ayında aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasında şərait yaradılması üçün özünə müraciət etmiş Şahid6 digər şəxslə birlikdə köməklik etmək məqsədilə, tanışı olmaqla hüquqi şəxs yaratmadan Tərtər şəhəri ərazisind ə ev quşlarının yetişdirilməsi sahəsində fərdi sahibkarlıqla məşğul olan vəzifəli şəxs (VÖEN **********) Tərtər rayon sakini Şahid12 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə vahid şəxsi niyyətlə daxil edib vəzifə saxtakarlığı törədərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırmaqla bunun əsasında həmin şəxslərə guya təyin ediləcə k maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına dair 2019-cu ilin mart-aprel aylarında qabaqcadan əlbir olduğu digər şəxs vasitəsi ilə müraciətinə əsasən Şahid12 razılığını alaraq onunla sövdələşməklə, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə sonuncunun Şahid6 özünə məxsus ev quşlarının yetişdirilməsi müəssisəsində “quşlara qulluq göstərən və yemləyən işçi” vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları xx.xx.2019-cu il tarixdə Tərtər şəhəri, Şakir Həsənov küç əsində yerləşən 4 nömrəli evində ona məxsus asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etməklə, Şahid12 digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına təkrarən təhrik edib, həmin tarixli, 2UY1Q7V000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra ailəməişət şəraitinin yoxlanışının nəticəsi üzrə vətəndaşın müraciətində göstərdiklərini həmin sistem üzərində qabaqcadan əlbir olduğu digər şəxslə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə ona məxsus asan imza ilə şəxsən təsdiqləyib, müvafiq elektron müraciətə baxılması nəticəsində Azə rbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X15 və Təyinat Altsistemində (VEMTAS) 19 aprel 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid6 1 aprel 2019-cu il tarixdən hesablanmaqla ayda 236,99 manat olmaqla 2 il müddətə, o cümlədən 30 dekabr 2019-cu il tarixdə əlavə olaraq 100 manat olmaqla qanunsuz və əsassız olaraq ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 1 aprel 2021-ci il tarixədək olan müddətdə ümumilikdə 5.787,76 manat (beş min yeddi yüz səksən yeddi manat yetmiş altı qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid6 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******7364 nö mrəli plastik bank kartına köçürülməsinə və həmin pul vəsaitinin Şahid6 tərəfindən Tərtər rayonu ərazisində bankomatlardan çıxarılmaqla şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 5.787,76 manat (beş min yeddi yüz səksən yeddi manat yetmiş altı qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən israf etmə yolu ilə talamış, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində informasiya resursuna şəxsi niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətm iş, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid12 vahid niyyətlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və təkrarən vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmişdir.

8. Bundan başqa o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş pul vəsaitini həmin Fondun Tərtər rayon şöbəsinin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləyən digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində israf etmə yolu ilə talamaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, 2019-cu ilin mart ayında aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasında şərait yaradılması üçün özünə müraciət etmiş Şahid7 digər şəxslə birlikdə köməklik etmək məqsədilə, tanışı o lan Tərtər şəhəri ərazisində hüquqi şəxs yaratmadan ev quşlarının yetişdirilməsi sahəsində fərdi sahibkarlıqla məşğul olan vəzifəli şəxs (VÖEN **********) olan Tərtər rayon sakini Şahid12 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə vahid şəxsi niyyətlə daxil edib vəzifə saxtakarlığı törədərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırm aqla bunun əsasında həmin şəxslərə guya təyin ediləcək maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına dair digər şəxs vasitəsi ilə müraciətinə əsasən Şahid12 razılığını alaraq onunla sövdələşməklə, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə sonuncunun Şahid7 ona məxsus ev quşlarının yetişdirilməsi müəssisəsində “quşlara qulluq göstərən və yemləyən işçi” vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları xx.xx.2019- cu il tarixdə Tərtər şəhəri, Şakir Həsənov küçəsində yerləşən 4 nömrəli evində ona məxsus asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib Şahid12 digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına təkrarən təhrik edib, həmin tarixli, 1DUN0FL000400 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra ailə-məişət şəraitinin yoxlanışının nəticəsi üzrə vətəndaşın müraciətində göstərdiklərini həmin sistem üzərində qabaqcadan əlbir olduğu Şahid13 şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməklə ona məxsus asan imza ilə şəxsən təsdiqləyib, müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respub likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X15 və Təyinat Altsistemində (VEMTAS) 20 aprel 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid6 1 aprel 2019-cu il tarixdən hesablanmaqla ayda 148,80 manat olmaqla 2 il müddətə, o cümlədən 30 dekabr 2019-cu il tarixdə əlavə olaraq 100 manat olmaqla qanunsuz və əsassız olaraq ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 1 aprel 2021-ci il tarixədək olan müddətdə ümumilikdə 3.671,2 manat (üç min altı yüz yetmiş bir manat iyirmi qəpik) məbləğində ünvanlı sosial yardımın Məhərəm Vəliyevin adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******2228nömrəli plastik bank kartına köçürülməsinə və həmin pul vəsaitinin Şahid7 tərəfindən Tərtər rayonu ərazisində bankomatlardan çıxarılmaqla şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla onlara etibar edilmiş cəmi 3.671,2 manat (üç min altı yüz yetmiş bir manat iyirmi qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən israf etmə yolu ilə talamış, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində informasiya resursuna şəxsi niyyətlə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid12 vahid niyyətlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və təkrarən vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmişdir.

9. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni 21 oktyabr 2005-ci il tarixli “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa və həmin Qanunun 6.2-ci maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün mür aciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.3 və 3.3-cü bəndlərinə əsasən ünvanlı sosial yardımla bağlı elektron formada müraciətin “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə edilməklə doldurulmuş “Ərizə-bəyannamə”nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərilməsi ilə əlaqədar həmin altsistem tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə işlədiyi həmin Şöbəyə göndərilməklə icra ediləcək tapşırıq üzrə yoxlama və uzlaşdırmaların nəticələrinin sosial yardımın təyin olunmasına imkan verəcək şəkildə həmin altsistemdə qeyd edilməklə müraciət in müsbət həllinə və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin əsaslar olmadan qanunsuz olaraq sosial yardımın təyin olunmasında köməklik göstərilməsinə görə 2019-cu ilin aprel ayında barəsində Azərbaycan Respublikasının ərazisində yaşamaqla mürac iətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailə kimi sosial yardımın təyin olunmasında köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş Şahid2 qeyd edilən ünvanda yerləşən xidməti iş otağında görüşləri zamanı özü üçün birbaşa yolla maddi nemət olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitini əvvəlcədən rüşvət qismində istəməklə alıb, bundan sonra, maddi nemət olan pul vəsaiti qismində ayrılacaq sosial yardımdan da hər ay 80 manat olmaqla, cəmi 4 ay üzrə 320 manatı özü üçün dolayı yolla həmin görüşləri zamanı Şahid2 rüşvət qismində təkrarən istəməklə onun razılığını alıb, cinayətkar niyyətinə uyğun olaraq, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla ona etibar edilmiş pul vəsaitini də israf etmə yolu ilə talamaq məqsədilə Tərtər şəhəri ərazisində hüquqi şəxs yaratmadan ev quşlarının yetişdirilməsi sahəsində fərdi sahibkarlıqla məşğul olan vəzifəli şəxs (VÖEN **********) Tərtər rayon sakini Şahid12 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdiri lmiş elektron informasiya sisteminə vahid şəxsi niyyətlə daxil edib vəzifə saxtakarlığı törədərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırmaqla bunun əsasında həmin şəxslərə guya təyin ediləcək maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına dair müraciətinə əsasən sonuncunun razılığını alaraq onunla sövdələşməklə, Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək şəxsi niyyətlə sonuncunun Şahid2 ona məxsus ev quşlarının yetişdirilməsi müəssisəsində “quşlara qulluq göstərən və yemləyən işçi” vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatla rı xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə Tərtər şəhəri, Şakir Həsənov küçəsində yerləşən 4 nömrəli evində ona məxsus asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib Şahid12 vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına təkrarən təhrik edib, qeyd olunan tarixlərdə müvafiq olaraq 4R8J9XN000100 və 4R8J9XN000200 nömrəli əmək müqaviləsi bildirişlərini əldə etdikdən sonra ailə-məişət şəraitinin yoxlanışının nəticəsi üzrə vətəndaşın müraciətində göstərdikləri həmin sistem üzərində rəhbəri olduğu sektorda asan imza ilə təsdiqlənib, müvafiq müraciət Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində təsdiq edilməklə 1 may 2019-cu il tarixdən hesablanmaqla ayda 210,92 manat olmaqla, o cümlədən 30 dekabr 2019-cu il tarixdə 100 manat və 19 fevral 2020-ci il tarixdə 20 manat olaraq qanunsuz və əsassız olaraq ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 2.018,28 manat (iki min on səkkiz manat iyirmi səkkiz qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid2 adına "xxxx" ASC-dən verilmiş ******************** nömrəli hesaba bağlı olan 416974******1537 nömrəli plastik bank kartına köçürülməsinə və həmin plastik bank kartının sonuncu tərəfindən 2019-cu ilin iyun ayında "xxxx" ASC-nin Tərtər rayon filialından götürülməsinə nail olub, həmin karta yardım üzrə köçürülmüş pul vəsaitinin sonuncu tərəfindən bankomatdan məxaric edilib nağdlaşdırılmasından sonra həmin pul vəsaitindən, 2019-cu ilin iyul-oktyabr ayları üzrə hər ay 80 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində maddi nemət olan pul vəsaitini cinayətdən xəbərsiz olan Tərtər şəhər sakini olan Şahid19 vasitəsilə Şahid2 özü üçün şəxsən dolayı yolla təkrarən rüşvət kimi alıb, ümumilikdə qeyd edilən qaydada Şahid2 özü üçün birbaşa və dolayı yolla şəxsən maddi nemət olan cəmi 570 (beş yüz yetmiş) manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində təkrarən alıb şəxsi ehtiyaclarına sərf etmiş, öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna məxsus olmaqla ona etibar edilmiş cəmi 1448,28 manat (iki min on səkkiz manat iyirmi səkki z qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən israf etmə yolu ilə talamış, Şahid12 vahid niyyətlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmişdir.

10. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X9 (sədrlik edən), X7 və X2 ibarət məhkəmə tərkibində) 25 sentyabr 2023-cü il tarixli, 1(100)-10/2023 nömrəli hökmü ilə Məhkum CM-in 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 308.1, 311.3.2, 313 və 32.4, 313cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-in 313 və 32.4, 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-in 39.1.3-cü m addəsinə əsasən Məhkum həmin maddələrlə cəza təyin edilməməsi, Məhkum CM-in 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Məhkum CM-in 32.4, 308.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 311.3.2-ci maddəsi ilə Məhkum 1 (bir) il 6 ay müddətinə dövlət və yerli özünüida rə orqanlarında, ictimai birliklərdə rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 66.4, 66.5-ci maddəsi tətbiq edilməklə təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə onun üzərində qəti olaraq 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum üzərinə Tərtər, Bərdə, Goranboy rayonlarının, eləcə də Gəncə şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək vəzifələrinin qoyulması, cəzaçəkmənin əvvəlinin Məhkum cəzanı icra edən orqa n Tərtər rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də öz həllini tapmışdır.

11. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək hökmü ləğv edib, Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

12. Həmçinin hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Şahid5 sosial yardım təyin edilməsi (israfetmə ilə bağlı) epizodu da daxil olmaqla verilmiş ittiham üzrə Məhkum təqsirli bilinib cinayət qanunu normasının düzgün tətbiq edilərək CM-nin 62-ci maddəsi hökmdən xaric e dilməklə və CM-nin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 32.4,308.1-ci maddələrində nəzərdə tutulan daha ağır cəza təyin edilməklə Məhkum təqsirli bilindiyi maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

13. Eləcədə zərərçəkmiş şəxs-mülki iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək hökmün ləğv edərək, Fond tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********8 nömrəli mülki iddianın tam qaydada təmin edilməsi və 21.688,62 manat (iyirmi bir min altı yüz səksən səkkiz manat altmış iki qəpik) məbləğində maddi zərərin Məhkum tutularaq Fondun hesabına ödənilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Gəncə Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət məhkəmə tərkibində) 29 may 2024-cü il tarixli, 1(104)71/2024 nömrəli qərarı ilə müdafiəçi və zərərçəkmiş şəxs-mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 1(100)-10/2023 nömrəli hökmünün cəzaya aid hissədə dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi CM-in 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə o rqanlarında, ictimai birliklərdə rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 32.4, 308.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə CM-in 311.3.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən Məhkum təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay mü ddətinə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Məhkum barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi vaxtdan yəni, 29 may 2024-cü il tarixdən hesablanması, qərarın icrasının Gəncə şəhər Baş Polis İdarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

15. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 29 may 2024-cü il tarixli, 1(104)-71/2024 nömrəli qərarından zərərçəkmiş şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabaliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Niyazlı Kənan Mahmud oğlu, Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 tərəfindən birgə qaydada kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətlərinin dəlilləri və etirazlar:

16. Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə, məzmununda cinayət işinin faktiki hallarına, sübutlara, aşağı instansiya məhkəmələrinin mövqeylərinə və bir sıra qanunvericilik normalarına istinadlar edərək şikayətlərini onunla əsaslandırmışlar ki, ibti dai istintaq bilərəkdən və məqsədyönlü şəkildə saxtalaşdırılmış, təqsirləndirilən şəxs Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmişdir. İstintaq materiallarında buraxılmış kobud pozuntular qərəzli şəkildə birinci instansiya məhkəməsi tərəfində araşdırılmamış, həmin xüsusatlara qiymət verilməmiş, apellyasiya instansiya məhkəməsi isə göstərilən halları araşdırmaq üçün məhkəmə baxışını qismən istintaqla keçirtməmiş və həmin hallara yuxarı instansiya məhkəməsi kimi hüquqi qiymət verməmişdir, bu isə o deməkdir ki, məhkəmənin gəldiyi nəticə işin bütün faktiki halları ilə açıq-aşkar uyğunsuzluq təşkil edir. Apellyasiya instansiya məhkəməsi qərəzli olaraq müdafiə tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillərdən heç birini araşdırmamış, birinci instansiya məhkəməsi tərəfindən qa nunsuz və əsassız olaraq qəbul edilmiş ittiham hökmünü qanunsuz və əsassız olaraq təsdiq etmiş, bir qədər də irəliyə gedərək birinci instansiya məhkəməsində təyin edilmiş cəzanı daha da sərtləşdirmişdir.

17. Müdafiəçilər kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü il tarixli, 1(104)-71/2024 nömrəli qərarının ləğv edilməsini, Məhkum təqsirliliyi sübuta yetmədiyinə görə ona münasibətdə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlə r.

18. Zərərçəkmiş şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabaliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Niyazlı Kənan Mahmud oğlu kassasiya şikayətində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, Məhkum hərəkətlərinin qanunsuz olması, onun bu qanunsuz hərəkətləri nəticəsində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 21.688,62 manat məbləğində maddi ziyan dəydiyi və zərərlə hərəkət arasında səbəbli əlaqənin olması işin mübahisəsiz halıdır. Buna görə də, məhkəmə təqsirləndirilən şəxsə qarşı verilmiş mülki iddianı qismən təmin etməkdə haqlı olmamışdır. Çünki mülki iddianın təmin edilməyən hissəsinə münasibətdə də zərər Məhkum təqsirli hərəkətləri nəticəsind ə vurulmuşdur. Şəxsin təqsirli hərəkətləri törətdikdən sonra onun əmək müqaviləsinə xitam verilməsi onun təqsirini aradan qaldırmır. Məhkəmənin bunu təqsirliliyi istisna edən hal kimi qiymətləndirməsi tamamilə qanuna ziddir. Əlavə olaraq, məhkəmə mülki iddianın qismən təmin edilməsi zamanı hesablama xətası etmişdir. Belə ki, mülki iddianın ümumi məbləğindən hansı məbləğin çıxıldığı məlum deyildir. Şahid4 ailəsinə təyin edilmiş və ödənilmiş sosial yardım məbləğini (6.250,10 manat) ümumi məbləğdən (21.688,62 manat) çıxdıqda 15.432,62 manat etmir. Lakin mülki iddia qismən, yəni 15.432,62 manat hissəsində təmin olunmuşdur. Məhkəmənin hesablamada xəta etməsi də məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamasını, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsini, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntuların olduğunu aydınlaşdırmaq üçün kifayətdir.

19. Bununla da, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(104)-71/2024 nömrəli qərarının zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv olunması və həmin hissədə işə yenidən baxılması üçün təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

21. Hökmdən dğvlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

22. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 zərərçəkmiş şəxs - mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək məhkəmə kollegiyasından təmin edilməməsini, eyni zamanda tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun qaydada çıxış edib, onu müdafiə edərək təmin edilməsini xahiş etdilər.

23. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabaliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Niyazlı Kənan Mahmud oğlu müdafiə tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək məhkəmə kollegiyasından təmin edilməməsini, eyni zamanda tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun qaydada çıxış edib, onu müdaf iə edərək təmin edilməsini xahiş etdi.

24. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

25. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

26. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yo xlayır”.

27. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

28. Məhkum müdafiəçiləri kassasiya şikayətində məhkəmələr tərəfindən cinayətprosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə cinayət işi materiallarındakı sübutları tədqiq etmədən, hökün əsasını yolverilməz sübutlar təşkil etdiyi halda onun əsassız olaraq CM-in 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 308.1, 311.3.2, 313 və 32.4, 313-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və məhkum barəsində bəraət hökmü çıxarılmasını iddia edərək, tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.

29. Həmçinin, Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın şərti hesab edilməsi qənaətinə gəlməsi, eyni zamanda məhkəmənin məhkuma etibar edilmiş hansı məbləğdə özgə əmlakını külli miqdarda ziyan vurmaqla talamasının müəyyən edilmədiyini, həmçinin məhkəmə xərclərinin düzgün müəyyən edilmədi yini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

30. Həmçinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kassasiya şikayətində tərəflərindən verilmiş mülki iddianın əsassız olaraq məhkəmələr tərəfindən tam təmin edilməməsini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsini iddia etsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində n əzərdə tutulmuş hər hansı halla əlaqələndirməmişdir.

31. Bununla belə, kollegiya Məhkum müdafiəçilərinin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü il tarixli, 1(104)71/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

32. Belə ki, kollegiya ilkin olaraq məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində qeyd edilən məsələlərə münasibətdə aşağıdakıları qeyd edir.

33. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşd ur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

34. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

35. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

36. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu nun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

37. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

38. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

39. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

40. Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, onlar, Məhkum cinayət işi materiallarında olan əməlinin CM-in 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 308.1, 311.3.2, 313 və 32.4, 313-cü maddələri ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, Məhkum əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 308.1, 311.3.2, 313 və 32.4, 313-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə Məhkum əməlində cinayət tərkibinin olmaması haqqında mülahizələrini və həmin mülahizələrdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

41. Bu isə onu göstərir ki, müdafiəçilər kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyi xahiş edir.

42. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddə sinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

43. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayə t-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

44. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya, müdafiəçilərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

45. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, apellyasiya məhkəməsi apellyasiya müraciəti əsasında aparılmış apellyasiya baxışı zamanı birinci instansiya məhkəmə sinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərinə münasibətdə əldə edilmiş sübutları cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə tədqiq edərək, Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 308.1, 311.3.2, 313 və 32.4, 313-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum barəsində CM-in 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 308.1, 311.3.2, 313 və 32.4, 313-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə əməlində cinayət tərkibinin olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə dair müdafiə tərəfinin qənaəti ilə razılaşmayıb, məhkumun CM-in 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 308.1, 311.3.2, 313 və 32.4, 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin qənaətini qanuni və ədalətli nəticə hesab etmişdir.

46. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfi ndən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum məhkəməyədək və məhkəmə icraat zamanı verdiyi ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, həmçinin şahidlərin ifadələri, ekspertiza rəyləri, o cümlədən istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqi qi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

47. Adı çəkilən və digər sübutlar birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə məhkəmələrin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəmə sinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

48. Məhkəmə kollegiyası eyni zamanda, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində mülki iddianın məhkəmələr tərəfindən əsassız olaraq tam təmin edilməməsinə dair dəlillərinə münasibtdə qeyd edir ki, eyni əsaslarla tərtib edilmiş apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi cinayət işi materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tələbləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini qanuni və ədalətli hesab edərək qeyd edir ki, hazırda zərərçəkmiş hüquqi şəxsin nümayənfəsi tərəfindən tələbinin tam təm in edilməsi üçün apellyasiya instansiya məhkəməsinin araşdıraraq tədqiq etdiyi mövqeyini təkzib edəcək heç bir dəlil gətirilməmişdir.

49. Eyni zamanda, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kassasiya şikayətinin dəlilləri qismində məhkəmənin hesablamada xəta etməsini, mülki iddianın ümumi məbləğindən hansı məbləğin çıxıldığının məlum olmamasını qeyd etsə də, kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 399.3-cü maddəsi ilə müəyyən edilmiş ümumi prinsipə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan məhkəmə qərarının yalnız Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilməsi yolverilməzdir.

50. Təsvir olunanlar Məhkum müdafiəçiləri tərəfindən və zərərçəkmiş hüquqi şəxsin nümay əndəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə baxılması nəticəsində CPM-in 416.1-ci maddəsində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətlərinin təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.

51. Beləliklə, məhkəmə kollegiyası Məhkum müdafiəçilərinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü il tarixli, 1(104)-71/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutara q, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 308.1, 311.3.2, 313 və 32.4, 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2024-cü il tarixli, 1(104)-71/2024 nömrəli qərarı zərərçəkmiş şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabaliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Niyazlı Kənan Mahmud oğlu, Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs - mülki iddiaçı Azərbaycan Respublikasının Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabaliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Niyazlı Kənan Mahmud oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar