Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1660/2022 27.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Süleymanov Mərdəli Binəli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CMnin) 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2019cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi M.B.Süleymanov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə (hakimlər Quliyev Əhməd Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qız ından ibarət tərkibdə) Məhkum, 20 oktyabr 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsili, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1-da qeydiyyatda olan və ünvan 2-da yaşayan CM-nin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə, CM-nin 32.5, 308.2-ci maddələri ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə, CM-nin 32.5, 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə, CM-nin 66.3 və 66.4- cü maddələrinə əsasən isə əsas və əlavə cəzalar ayrı-ayrılıqda qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Məhkum üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır. Həmin hökmlə həmçinin X9 CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə, X10 isə CM-nin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuşlar. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum "xxxx" Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri X11 və Kooperativin komendantı qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, özgənin əmlakını X3un qulluq mövqeyindən yararlanaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə, ünvan 3in Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin xx.xx.1994-cü il tarixli 247 nömrəli sərəncamı və xx.xx.1994-cü il tarixli 024441 nömrəli orderi əsasında Zərərçəkmiş şəxs42 məxsus olduğunu bildiyi halda mənzilin özünə məxsus olduğunu deməklə aldadaraq xx.xx.2017-ci ildə 50000 ABŞ dollarına (həmin dövrün məzənnəsinə uyğun olaraq 85200 manat) Zərərçəkmiş şəxs6 qanunsuz satmaqla, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncudan alıb, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq "xxxx" Mənzil-tikinti Kooperativinin İdarə heyətinin sədri X3un məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək imzası və kooperativin möhürü ilə təsdiq etdiyi saxta rəsmi sənədləri - mənzilin Zərərçəkmiş şəxs6 satılması barədə Kooperativin xx.xx.2017-ci il tarixli 01 nömrəli iclas protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş haqqında maliyyə arayışını alıcıya verib, Zərərçəkmiş şəxs6 50000 ABŞ dolları məbləğində külli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvü "xxxx" MTK-nın İdarə heyətinin sədri X3 vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və onun üçün qanunsuz üstünlük əldə etməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxs - Zərərçəkmiş şəxs42 məxsus mənzili qanunsuz satmasına şərait yaratmaqla Zərərçəkmiş şəxs42 hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətindən sui-istifadə etməsinə və tamah niyyəti ilə vəzifə saxtakarlığı cinayətlərinin törədilməsinə mənzilin qanunsuz satılması üçün zərərçəkmişin tapılmasında ifadə olunan məlumatları ilə, habelə cinayətlə rin törədilməsi üçün alıcıya həmin mənzilin ona məxsus olduğunu bildirməklə maneləri aradan qaldıraraq, həmin şəxsə cinayətin vasitəsi olan saxta sənədləri bilavasitə təqdim edib cinayətin törədilməsi üçün vasitələri verməklə kömək etmişdir. Hökmdən Məhkum müdafiəçisi M.B.Süleymanov, məhkum X11, məhkum X4 müdafiəçisi Əsgərov Natiq Fərhad oğlu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 və iş üzrə digər zərər çəkmiş şəxslərin nümayəndəsi Səlimova Sevil Mürüd qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bayramov Əmir Novruz oğlu (sədrlik edən və məruzəçi), Qasımov Əflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 22 may 2019cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hö km isə dəyişdirilmədən saxlanılmışdır. 14 aprel 2022-ci il tarixdə Məhkum müdafiəçisi M.B.Süleymanov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2019-cu il tarixli qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək Məhkum əməlində cinayət tərkibinin əlamətləri olmadığından onum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və eyni zamanda apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 08 iyun 2022-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi M.B.Süleymanovun vəsatəti təmin edilməmiş, onun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasından isə imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi M.B.Süleymanov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi M.B.Süleymanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının yekun qərarı nə onun, nə də hüquqlarını müdafiə etdiyi Məhkum ünvanına göndərilməmiş, həmin qərarın əldə edilməsi üçün xeyli vaxt sərf edilmiş, həmçinin həmin dövrlər pandemiya dövrünə düşdüyündən şikayət vermək mümkün olmamışdır. Odur ki, qeyd olunan halları üzrlü səbəb kimi nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 22 may 2019-cu il tarixli qərarından qanunvericiliklə nəzərdə tutulmuş kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsini üzrlü sayaraq bu müddətin bərpa olunması və şikayətin iş materialları ilə birlikdə baxılması üçün kassasiya məhkəməsinin icraatına qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında c inayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, Məhkum naməlum səbəblərdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məl umatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüy ü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin h ökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərt lə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələ ri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası hazırki cinayət işinin materiallarına və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, CPM-nin 15 iyul 2020-ci il tarixədək qüvvədə olmuş 410.1.4- cü maddəsində təsbit edilmişdir ki, məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-nin 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apell yasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəaları”nda müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. Qanunvericiliyin şərh olunan həm köhnə, həm də yeni normalarına və 25 iyun 2020ci il tarixli Qanunun “Keçid müddəalarına” əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum və onun müdafiəçisi – məhkumun barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının çıxarıldığı (elan olunduğu) tarixdə n 18 (on səkkiz) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2019-cu il tarixli qərarından kassasiya şikayəti verə bilərdilər. Cinayət işinin materiallarına əsasən, Məhkum apellyasiya şikayətinə məhkəmə baxışının bütün iclaslarında iştirak etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2019-cu il tarixli qərarı da onun və müdafiəçinin iştirakı ilə elan olunmuşdur. Bununla yanaşı, iş materiallarından görünür ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2019-cu il tarixli qərarının surəti ona qəbz alınmaqla təqdim edilmiş, eyni zamanda 22 may 2019-cu il tarixdə məhkumun müdafiəçisi M.B.Süleymanova göndərilmiş, lakin qərarın elan edildiyi vaxtdan keçən uzun müddət ərzində Məhkum və müdafiəçisi M.B.Süleyman ov həmin qərarın surətinin onlara təqdim edilməməsini bildirməyərək bu haqda apellyasiya instansiyası məhkəməsinə müraciət etməmişlər. Göründüyü kimi, 15 iyul 2020-ci il iyul tarixədək qüvvədə olan qanunvericiliyə əsasən həmin qərardan kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş 18 aylıq prosessual müddətin axımı məhkum və müdafiəçi üçün 22 may 2019-cu il tarixdən başlamış və məhkumun həmin şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti 22 noyabr 2020-ci il tarixdə başa çatmışdır. Beləliklə də, müəyyən olunur ki, müdafiəçisi M.B.Süleymanov Məhkum haqqında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2019-cu il tarixli qərarından kassasiya şikayətini 22 noyabr 2020-ci il tarixə kimi, yəni qanunla (15 iyul 2020-ci il iyul tarixədək qüvvədə olan cin ayət-prosessual qanunvericiliyində) müəyyən edilmiş 18 ay ərzində deyil, həmin müddət keçdikdən 01 (bir) il 04 (dörd) ay 23 (iyirmi üç) gün sonra vermiş və bununla da kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-nin 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-nin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsind ə onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-nin 411.2.1-ci maddəsi); - CPM-nin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-nin 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinayət işinin materialarından görünür ki, sonuncu istər işə birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində baxılmasında və hökmün və iş üzrə yekun qərarın elan edilməsində müdafiəçisi ilə birlikdə şəxsən iştirak etməsinə, məhkəmə aktlarının qanunda nəzərdə tutulmuş müddətlərdə onlara verilməsinə baxmayaraq, müdafiəçi M.B.Süleymanov CPM-nin 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 18 (on səkkiz ) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasını isə özünün müəyyən etdiyi yuxarıda göstərilən səbəblərlə izah etmişdir. CPM-nin 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təmin edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. İş materiallarından, o cümlədən müdafiəçi M.B.Süleymanovun və satətindən Məhkum barəsində hökm çıxarıldıqdan və apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra onun uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onun iradəsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum və onun müdafiəçisinin 22 may 2019-cu il tarixli qərardan kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamışdır. Onların apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanları olsa da onlar, öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişlər. Bel əliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum müdafiəçisi M.B.Süleymanovun 08 iyun 2022-ci il tarixli qərardan verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda müdafiəçi M.B.Süleymanovun, kassasiya şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməklə Məhkum barəsindəki cinayət işi üzrə Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqq ında həmin apellyasiya instansiyası məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1660/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1660/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver