Məhkəmə qərarları › İş №1(102)-1660/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1660/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1660/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumun müdafiəçisi X2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2024-cü il tarixli 1(106)-27/2024 n ömrəli qərarından Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 1(099)-312/2023 saylı hökmü ilə (hakimlər N.Hüseynov (sədrlik edən), N.Quliyev və İ.Neymanov) xx.xx.1995-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, M.Əsədov küçəsi, 49 saylı evdə qeydiyyatda olan və yaşayan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş, cəzasını üm umi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 04 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş "ev dustaqlığı” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməsi və onun dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması qərara alınmış, həmçinin iş üzrə maddi sübut və məhkəmə məsrəfi məsələləri həll olunmuşdur. Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən Müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2024-cü il tarixli 1(106)-27/2024 nömrəli qərarı ilə Müdafiəçi1 apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsin in 13 iyun 2023-cü il tarixli 1(099)-312/2023 nömrəli həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə Məhkum satış məqsədi olmadan bir ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 2,591 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib əynindəki şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 04 noyabr 2022-ci il tarixdə saat 01:00-da Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, M.Əsədov küçəsində saxlanılaraq Şirvan ŞPŞ-yə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 2,591 qram olmaqla külli miqdar təşkil edən olan heroin aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Kənan Əbdürrəhmanov kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək bildirmişdir ki, 04 noyabr 2022-ci il tarixdə onun üzərində hər hansı bir narkotik vasitə olmamışdır. 04 noyabr 2022-ci il tarixdə saat 00:30 radələrində qardaşı ilə həyətində ot yığdıqdan sonra “Roma” adlı tanışı onu qapıdan küçəyə çağırmış, buna görə həyətdən çıxıb qapıdan 10 metr aralanarkən ağ rəngli sonu 077 rəqəmləri ilə bitən “Prado” markalı avtomobil ona yaxınlaşmış, maşından düşən 4-5 nəfər ımilki geyimdə olan, sonradan polis əməkdaşları olduğunu bilə şəx slər onu maşına salmağa çalışmış, daha sonra onu döyərək fızki ağrılar yetirməklə zorla avtomobilə mindirib Şirvan ŞPŞ-yə aparmışlar. Orada ona 7 saata yaxın işgəncə vermişlər. Bundan sonra İşgəncələrə dözməyərək polis əməkdaşlarının verdiyi narkotik vasitə heroİni cibinə qoyub videoçəkiliş zamanı təqdim etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəməyə gedərkən polis əməkdaşlarının ona verdiyi heroinin çəkisinin 2,5 qramdan artıq olmasını bilmişdir. Ev dustaqlığına buraxıldıqdan sonra işgəncə gördüyü üçün ağrıları olduğundan xəstəxanaya getmişdir. Onu döyən polis əməkdaşlarının adı İsmayıl və Fərman olmuşdur. Polis əməkdaşlarının onu döyməkdə məqsədi narkotik vasitələrin satışını etiraf edici ifadə verməsi olmuşdur. Onu “Roma” adlı şəxs tutdurmuşdur. Belə ki, həmin şəxs polis ə müxtəlif adamları tutdurur, özü isə narkotik istifadə etsədə tutulmur. Polis şöbəsinə gətirilərkən ilk öncə ikinci mərtəbəyə aparmışlar, orada işgəncə verdikdən sonra təhqiqatçının otağına düşürüblər. Polis Şöbəsində ikinci mərtəbəsində onu döydükdən sonra polis əməkdaşları ona videoçəkilişdə təqdim etməsi üçün narkotik vasitə heroini təqdim edərkən heroinin çəkisinin 1 qram civarında olduğunu bildirmişlər. Təhqiqatçının otağında narkotik vasitəni təqdim etdikdən sonra narkotik vasitə elektron tərəzidə çəkilməmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsində Məhkum ifadələrində adını çəkdiyi “Roma” adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş və həmin şəxsin Şahid3 olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid3 Məhkum və onun qardaşı Kamal Rəhimzadəni ümumiyyə tlə tanımadığını, Məhkum əvvəllər görmədiyini, 03 noyabr və 04 noyabr 2022-ci il tarixlərdə Məhkumlə sonuncunun qardaşı Kamal Rəhimzadəyə məxsus olan mobil nömrə vasitəsilə danışmadığını bildirmişdir. Halbuki apellyasiya instansiya məhkəməsində müəyyən edilmişdir ki, Şahid3 məxsus ***-***-**-** mobil nömrəsi ilə Məhkum qardaşı Kamal Rəhimzadəyə məxsus mobil telefon nömrələri arasında 03 və 04 noyabr 2022-ci il tarixlərdə telefon danışıqları olmuşdur. Bu hal Rafiq Dadaşlmın apellyasiya instansiya məhkəməsində yalan ifadə verdiyini təsdiq edir. Yuxarıda sadalanan bütün hallar Məhkum qarşı İrəli sürülən ittihamın heç bir mötəbər sübutla öz təsdiqini tapmadığını bir daha təsdiq edir. Məhkumun müdafiəçisi kassasiya instansiyası məhkəməsində kassasiya şikayətində göstərilən məzmunda çıxış etdi, Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2024-cii il tarixli, 1(106)-27/2024 saylı qərarını ləğv edilməsini, cinayət işinin yenidən araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkuma təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya k assasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəşi məhkuma qanunsuz ittiham irəli sürülməsini mübahisələndirərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma v ə məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmas ında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürdüyü dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş, məhkəmə araşdırması qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, onun dəlilləri ətraflı araşdırılmışdır. Cinayət işinin matearillarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əldə edilmiş sənədlərdən məlum olur ki, istər polis şöbəsində, istərsə də i stintaq təcridxanasına daxil olarkən məhkumda xəsarətlər aşkar edilməmişdir. Bundan əlavə, məhkum ibtidai istintaq zamanı etirafedici ifadələr verərək narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Ekspert rəyi ilə də müəyyən edilir ki, Məhkum psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hazırki cinayət işi üzrə polisin və ya Şahid3 təkrikedici hərəkətləri olmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki cinayət işi üzrə aparılmış geniş araşdırmanın nəticəlləri ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçi nin hesab edir ki, məhkuma təyin edilmiş cəza da həm növü, həm də həddi baxımından qanuni, əsaslı və ədalətlidir və məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilk dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cina yətlər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 1(099)-312/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmuş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 fevral 2024-cü il tarixli 1(106)-27/2024 nömrəli qərarı Məhkum müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar