Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1661/2022 01.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli,1(105)10/2022 nömrəli qərarından Məhkum müd afiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 22 iyul 2019--cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli,evli, himayəsində dörd azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 29, 120.2.4 və 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 29,120.2.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə, CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 08 iyun 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. 3.Hökmdən Məhkum, X1, onların müdafiəçiləri X4, Müdafiəçi1 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2019-cu il tarixli hökmü Məhkum münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
4. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vermişdir. 5.İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 01 saylı cəzaçəkmə müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edib, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
6. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasi ya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
7. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli,Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 1(105)-10/2022nömrəli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunan lara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2022-ci il tarixli,1(105)-10/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.