Məhkəmə qərarları › İş №1(102)-1661/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1661/2024

23.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1661/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumun müdafiəçisi Müdafiəçi3 və zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 fevral 2024-cü il tarixli 1(106)-34/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il hökmü ilə (hakimlər Oruc Cəlilov (sədrlik edən), Xamməd Nuriyev və Şahid5 ibarət tərkibdə) xx xxxxxx 1961-ci il tarixdə Lerik rayonunun Andurma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Lənkəran rayonunun Bürcəli kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 294.3, 308.1, 311.2, 313,320.1,320.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 294.3-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddə tə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası və Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəllə sinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə əsas cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022- ci il hökmündən Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı5 tərəfi ndən verilmiş apellyasiya protestinə və Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli 1(106)-613/2022 saylı qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli 1(106)-613/2022 saylı qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kolllegiyasının 01 fevral 2023-cü il tarixli 1(102)-198/2024 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli 1(106)-613/2022 saylı qərarı ləğv edilərək iş yenidən apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-ci il tarixli 1(106)-229/2023 saylı qərarı ilə Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il hökmü dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3, 308.1, 311.2, 313, 320.1, 320.2-ci maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.2-ci maddələri ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fe vral 2022-ci il tarixli 1(099)-12/2022 saylı hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə əsasən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 1(099)-12/2022 saylı hökmündən təsqirləndirilən şəxs Məhkum1 barəsində CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 -ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 44.2.1-ci maddələrinə əsasən Məhkum1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə ona cəza təyin edilməməsi qərara alınaraq həmin maddələrlə ona cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən Məhkum1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilərək o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmiş və hökm həmin hissədə ləğv edilmişdir. Məhkum1 Cinayət Məcəlləsinin 294.3-cü maddəsi ilə təyin ediləcək əsas cəzaya münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Məhkum1 CM-nin 294.3-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə h əmin Məcəllənin 46.2- ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Məhkum1 CM-nin 311.2-ci maddəsi ilə təyin ediləcək əsas cəzaya Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Məhkum1 CMnin 311.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerl i özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum1 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilərək o, məhkəmə iclas zalından həbs edilmişdir. Həmin qərarla həmçinin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 1(099)-12/2022 saylı hökmündən təsqirləndirilən şəxs Məhkum2 barəsində CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum2 ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il hökmü ilə təyin edilmiş 5 (b eş) il müddətə azadlıqdan məhrumetmə əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 05 aprel 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-ci il tarixli 1(106)-229/2023 saylı qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protesti, Faiq Köməriyevin müdafiəçisi Müdafiəçi3 və Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli 1(102)-1647/2023 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 05 aprel 2023-ci il tarixli 1(106)-229/2023 saylı qərarı apellyasiya protestinə münasibətdə, yəni Məhkum1 cəza təyin edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılovdan ibarət tərkibdə) 9 fevral 2024-cü il tarixli 1(106)-34/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 1(099)-12/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən Məhkum1 cəza təyin edilməsi hissəsində dəyişdirilmi ş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 -ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-in 39.1.3 və 44.2.1-ci maddələrinə əsasən Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 -ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-in 39.1.3 və 43.3-cü maddələrinə əsasən Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilmiş və o həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin və hökm həmin hissədə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-c ü maddələrinə əsasən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3-cü və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3-cü maddələri ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzalar qismən toplanmaqla Məhkum1 üzərində 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tədbiq edilməklə ona təyin edilmiş 8 (səkkiz) il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası 2(iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tədbiq edilmiş, Məhkum1 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həy ata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, Məhkum1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilmiş, Hökm dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Məhkum1 apellyasiya şikayəti ilə əlaqədar qalan hissədə dəyişdirilməmiş, Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o dərhal həbsdən azad edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 məhkum edilmişdir ona görə ki, o, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 may 2019-cu il tarixli 154 saylı əmri ilə həmin tarixdən 27 fevral 2020-ci il tarixədək Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən Lənkəran Şəhər İcra Hakimi yyətinin başçısı tərəfindən 19 aprel 2010-cu il tarixdə təsdiq edilmiş "Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin Əsasnaməsi”nin 5-ci bəndinə əsasən vahid rəhbərlik prinsiplərinə əməl etməklə idarənin fəaliyyətini təşkil etmək, onun işinə rəhbərlik etmək və idarənin adından etibarnaməsiz çıxış etmək, idarənin adından müqavilə bağlamaq, pul vəsaiti də daxil olmaqla idarə üçün ayrılmış əmlak üzərində qüvvədə olan qanunvericiliyə müvafiq qaydada sərəncam vermək, idarənin cari fəaliyyətinə aid məsələlər üzrə icrası məcbur olan əmr və sərəncam vermək, səlahiyyətləri daxilində normativ hüquqi aktların icrasını təşkil etmək və nəzarəti həyata keçirmək, işçiləri işə qəbul etmək və işdən azad etmək, idarənin illik gəlirlər və xərclər smetasını tərtib edərək təsdiq olunmaq üç ün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına təqdim etmək, ildə iki dəfə idarənin fəaliyyəti barədə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına hesabat vermək, Lənkəran Şəhər İcra Hakimiyyətinin icazəsi ilə idarəetməsində olan əsas və dövriyyə vəsaitləri üzərində sərəncam vermək, Əsasnaməyə zidd olmayan və təsisçinin səlahiyyətlərinə aid olmayan digər funksiyaları həyata keçirmək kimi təşkilatisərəncamverici səlahiyyətlərə malik maddi məsul rəhbər vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosi al yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, ümumilikdə 2 halda, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Məhkum2 məsləhət və məlumatları, maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini əldə edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1 -ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə tamah niyyəti ilə daxil edərək vəzifə saxtakarlığı törədib əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırması, eləcə də, bunun əs asında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına görə 2019-cu ilin may ayında Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında özü və Məhkum2 üçün birbaşa yolla, həmçinin özü üçün Lənkəran rayonu Vilvan kənd sakini cinayətdən xəbərsiz Şahid4 vasitəsilə ümumilikdə iki şəxsdən, o cümlədən, Məhkum2 köməkçiliyi ilə 2019-cu ilin may ayının ortalarında Şahid8 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə götürülməsinə görə sonuncudan ayrılacaq ünvanlı sosial yardımın 4 aylıq məbləğini, yəni maddi nemət olan 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini Məhkum2 vas itəsilə sonuncu və özü üçün dolayı yolla rüşvət qismində istəyərək Şahid8 razılığını aldıqdan sonra, 2019-cu ilin may ayının ortalarında 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pulu Məhkum2 vasitəsilə sonuncu və özü üçün birbaşa yolla rüşvət qismində Şahid8 Lənkəran rayonunda almaqla sonuncunun 22 may 2019-cu il tarixdə Azərbaycan Respublikasını tərk etməsinə baxmayaraq cinayətkar niyyətini davam etdirərək Şahid8 guya həmin müəssisədə fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə 29 iyun 2019-cu il tarixdə və 29 iyul 2019-cu il tarixdə həmin xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin m ərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib vəzifə saxtakarlığı törədərək 29 iyun 2019-cu il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım” X6 və Təyinat Altsistemində (VEMTAS) 1 iyun 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X3 1 iyun 2019-cu il tarixdən hesablanmaqla ayda 381,47 manat olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 3.051,76 manat (üç min əlli bir manat yetmiş altı qəpik) məbləğində ünvanlı sosial yardımın Zülfiyə Əliyevanın adına "Kapital Bank” ASC-də olan 416974******1809 nömrəli hesaba köçürülməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan plastik bank hesab kartı vasitəsilə "Kapital Bank” ASCnin Lənkəran rayonunda yerləşən bankomatlarından çıxarılmaqla, eyni niyyətlə, 2019-cu ilin may ayının ortalarında Şahid3 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə götürülməsinə görə sonuncudan maddi nemət olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitini sonuncunun qardaşı oğlu, cinayətdən xəbərsiz Şahid4 vasitəsi ilə özü üçün birbaşa yolla rüşvət qismində istəyərək Şahid3 razılığını aldıqdan sonra, 15 may 2019-cu il tarixdə 150 (bir yüz əlli) manat məbləğində pulu cinayətdən xəbərsiz Şahid4 vasitəsilə özü üçün birbaşa yolla rüşvət qismində Şahid3 xidməti otağında almaqla sonuncunun guya həmin müəssisədə təmizlik sahəsində süpürgəçi vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə 31 may 2019-cu il tarixdə həmin xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib vəzifə saxtakarlığı törədərək Şahid3 görə həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron infor masiya sisteminin "Ünvanlı yardım” X6 və Təyinat Altsistemində (VEMTAS) 1 may 2019-cu il tarixdə aparılmış qiymətləndirmə ilə Şahid3 1 iyun 2019-cu il tarixdən hesablanmaqla ayda 222,67 manat olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 1.881,36 manat (bir min səkkiz yüz səksən bir manat otuz altı qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid3 adına "Kapital Bank” ASC-də olan 416974******1947 nömrəli hesaba köçürülməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan plastik bank hesab kartı vasitəsilə "Kapital Bank” ASC-nin Lənkəran rayonunda yerləşən bankomatından çıxarılmaqla, ümumilikdə, qeyd edilən qaydada 2 nəfərdən vahid niyyətlə qeyriləri, o cümlədən, Məhkum2 vasitəs ilə 1.524 (bir min beş yüz iyirmi dörd) manat, Şahid4 vasitəsilə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 1.674 (bir min altı yüz yetmiş dörd) manat məbləğində maddi nemət olan pul vəsaitini Məhkum2 köməkçiliyi ilə birbaşa yolla rüşvət qismində istəyib almaqla Məhkum2la aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmiş, göstərilən əməlləri ilə qeyd edilən iki nəfər şəxsin qanunsuz olaraq cəmi 4.933,12 manat (dörd min doqquz yüz otuz üç manat on iki qəpik) məbləğində ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmaqla qeyd olun an siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanması, eləcə də tanışları olan həmin şəxslərin qanunsuz üstünlük əldə etməsi üçün öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fev ral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1 -ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması ü çün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə şəxsi niyyətlə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırmaqla bunun əsasında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaradaraq həmin şəxslər tərəfindən müxtəlif məbləğdə, o cümlədən, 2019-cu ilin may ayında Şahid1 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə təmizlik sahəsində fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə 2019-cu ilin may a yının ortalarında Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əvvəlki, yəni xx.xx.2019-cu il tarixlə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım” X6 və Təyinat Altsistemin də (VEMTAS) aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X4 01 may 2019-cu il tarixdən hesablanmaqla ayda 221,81 manat olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 2.096,29 manat (iki min doxsan altı manat iyirmi doqquz qəpik) məbləğində ünvanlı sosial yardımın Gülnarə Qurbanovanın adına "Kapital Bank” ASC-də olan 416974******5941 nömrəli hesaba köçürülməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan plastik bank hesab kartı vasitəsilə "Kapital Bank” ASC-nin Lənkəran şəhər filialının bankomatından çıxarılıb şəxsi məqsədlərinə sərf edilməklə, eyni niyyətlə, 2019-cu ilin iyun ayında Şahid2 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə 04 iyul 2019-cu il tarixdə qeyd olunan ünvanda yerləşən xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək həmin tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım” X6 və Təyinat Altsisteminə (VEMTAS) müraciət olunsa da ərizə bəyannamə də qeyd edilən məlumatlarda uyğunsuzluq aşkar edildiyindən Şahid2 barəsində həmin sosial yardımın təyin olunmasından imtina edilməklə, ümumilikdə qeyd edilən qaydada 1 nəfər şəxsin qanunsuz olaraq cəmi 2.096,29 manat (iki min doxsan altı manat iyirmi doqquz qəpik) məbləğində ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmaqla qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən yuxarıda qeyd edilən qaydada formal olaraq işə götürülmələri rəsmiləşdirilmiş şəxslərlə bağlı müəssisədə saxlanılan sənədlərin qanuniliyi görüntüsü yaratmaq və gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə 2019-cu ilin may-iyul ayında ünvan 1 ünvanında yerləşən xidməti otaqda ümumilikdə iki nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən sübutları, o cümləd ən, Şahid3 31 may 2019-cu il tarixli əmək müqaviləsi, Şahid8 29 iyun 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli əmək müqaviləsini tərtib etməklə həmin sənədləri rəis qardaşı qarşısında şəxsən imzalayıb əmək müqavilələri və əmrləri mətnində "Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi” yazılmış Müəssisənin möhürü ilə təsdiq etməklə özündə saxlayıb hazırkı cinayət işi üzrə ilkin istintaq zamanı Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsində formal olaraq işə götürülmələri şübhə doğuran həmin şəxslər barəsində tərtib edilmiş əmək müqavilələri və digər sənədlərin əsillərinin istintaqa təqdim edilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsin in İstintaq idarəsinin Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə ünvanlanmış 20 iyul 2020-ci il tarixli ********* nömrəli məktubunun icrası ilə əlaqədar özü tərəfindən törədilənAzərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1 -ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə tamah niyyəti ilə daxil edərək vəzifə saxtakarlığı törədib əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırması, eləcə də, bunun əsasında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına görə 2019-cu ilin may ayında qeyriləri vasitəsilə ümumilikdə iki nəfərdən xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa görə özü və üçüncü şəxslər üçün birbaşa yolla maddi neməti rüşvət qismində istəməklə alma ağır cinayəti üzrə sübutları saxtalaşdırmaqdan, yəni qeyd edilən şəxslərin formal deyil, rəsmi qaydada işə qəbul və işdən azad olunması, onlar tərəfindən həqiqətən əmək funksiyalarının yerinə yetirilməsi və bununla əlaqədar rəsmiləşdirmənin qanuniliyi görüntüsü yaratmaqla barəsində olacaq ittihamlara qarşı süb ut qismində istifadə etməkdən ibarət cinayətkar məqsədlə həmin şəxslərlə bağlı bütün əmr və digər rəsmi sənədlərin özündə olmasını həmin Müəssisənin rəhbərliyinə bildirib, 22-23 iyul 2020-ci il tarixlərdə vahid niyyətlə Lənkəran rayonu ərazisində ümumilikdə 2 nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən sübutları, Şahid3 31 may 2019- cu il tarixli əmək müqaviləsi, Şahid8 29 iyun 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli əmək müqaviləsində müvafiq qrafaları cinayətdən xəbərsiz həmin şəxslərin əvəzinə imza edərək, eləcə də, qeyd edilən 2 nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan sənədləri, o cümlədən, Şahid3 31 may 2019-cu il tarixli işə qəbul edilmə barədə ərizəsini, 29 iyun 2019-cu il tarixli işdən azad edilmə barədə ərizəsini və Şahid8 29 iyun 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli işə qəbul edilmə barədə ərizələrini və 29 iyul 2019-cu il tarixli və 30 avqust 2019-cu il tarixli işdən azad edilmə barədə ərizələrini qanunsuz olaraq əvvəlki tarixlərə tərtib edib həmin sənədləri özünə aid hissədə imzalayıb dərkənar qoymaqla müvafiq qrafaların isə cinayətdən xəbərsiz həmin şəxslərin əvəzinə imza edərək, ümumilikdə 2 uydurma müqavilə, 6 ərizəni həmin idarəyə qanuni sənədlər olmasını bildirib təqdim etməklə həmin sənədlərin qeyd edilən İdarə üzrə 24 iyul 2020-ci il tarixli 177 saylı məktubla istintaqa təqdim edilməsinə nail olmaqla bilə-bi lə saxta sənədlərdən istifadə edib vahid niyyətlə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırmışdır. Bundan başqa, o, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən yuxarıda qeyd edilən qaydada formal olaraq işə götürülməsi rəsmiləşdirilmiş şəxslə Şahid1 ilə bağlı müəssisədə saxlanılan sənədlərin qanuniliyi görüntüsü yaratmaq və gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə 2019-cu ilin may ayının ortalarında ünvan 1 ünvanında yerləşən xidməti otaqda Şahid1la Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən Şahid1 01 may 2019-cu il tarixli əmək müqaviləsini işlədiyi dövrdən əvvəlki tarixə tərtib etməklə həmin sənədi rəis qrafası qarşısında şəxsən imzalayıb əmək müqaviləsi və əmri mətnində "Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi” yazılmış Müəssisənin möhürü ilə təsdiq etməklə özündə saxlayıb, hazırkı cinayət işi üzrə ilkin istintaq zamanı Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsində formal olaraq işə götürülməsi şübhə doğuran şəxslər barəsində tərtib edilmiş əmək müqavilələri və digər sənədlərin əsillərinin istintaqa təqdim edilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə ünvanlanmış 20 iyul 2020-ci il tarixli ********* nömrəli məktubunun icrası ilə əlaqədar qe yd edilən şəxsin formal deyil, rəsmi qaydada işə qəbul və işdən azad olunması, onun tərəfindən həqiqətən əmək funksiyalarının yerinə yetirilməsi və bununla əlaqədar rəsmiləşdirmənin qanuniliyi görüntüsü yaratmaq məqsədilə həmin şəxslə bağlı bütün əmr və digər rəsmi sənədlərin özündə olmasını həmin Müəssisənin rəhbərliyinə bildirib, 22-23 iyul 2020-ci il tarixlərdə vahid niyyətlə ibtidai istintaq orqanına təqdim olunması məqsədilə Lənkəran rayonu ərazisində Şahid1 ilə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan hüquq verən rəsmi sənəd olan əmək müqaviləsini müvafiq qrafasını cinayətdən xəbərsiz Şahid1 əvəzinə imza etməklə eləcə də, qanunsuz olaraq həmin şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan sənədləri, o cümlədən, Şahid1 01 may 2019-cu il tarixli işə qəbul olma barədə ərizəsi, 01 iyul 2019-cu il tarixli işdən azad edilmə barədə ərizəsini özü şəxsən imzalayıb dərkənar qoymaqla müvafiq qrafaların isə cinayətdən xəbərsiz Şahid1 əvəzinə imza edərək, rəsmi sənədlər olan ümumilikdə 1 uydurma müqavilə və habelə 2 ərizəni vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlayaraq həmin idarəyə qanuni sənədlər olmasını bildirib təqdim etməklə həmin sənədlərin qeyd edilən İdarə üzrə 24 iyul 2020-ci il tarixli 177 saylı məktubla istintaqa təqdim edilməsinə nail olaraq bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə sübutları saxtalaşdırması, rüşvət almağı, rəsmi sənədləri qanunsuz olaraq hazırlamağı və istifadə etməyi sübuta yetirilməmiş, əksinə sübutlarla inkar edilmiş və əməlində qeyd olunan maddələrlə cinayət tərkibi olmadığı halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 294.3, 311.2, 320.1 və ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmışdır. O bildirmişdir ki, işlədiyi dövr ərzində heç kimdən rüşvət almamış və har hansı qanunsuz hərəkətlərə yol verməmişdir. İbtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş i ttiham tamamilə uydurma olmaqla heç bir sübuta əsaslanmamışdır. Bundan başqa özünü Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilsə də, birinci instansiya məhkəməsi onun həmin maddələrlə əməlini etiraf etməyini və peşman olmağını, cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam ödəməsini, ağır dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkməyini və düçar olduğu onkoloji xəstəliyin residivi səbəbindən 10 dəfə cərrahı əməliyyata məruz qalmağını nəzərə almayaraq, ona ağır cəza təyin etmişdir. Məhkum kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(106)-34/2024 qərarının dəyişdirilməsini və barəsində bəraətverici əsaslarla xitam verilməsini xahiş edtmişdir. Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, işin hallarından görünür ki, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum1 birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərək onun barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərkən, apellyasiya məhkəməsi tərəfindən isə bu qərar əsaslı hesab edilərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum1 şəxsiyyətinə əhəmiyyət verilməmiş, birinci instansiya məhkəməsi təkrarən mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifəli şəxs qismində informasiya resursuna b ilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmə, təkrarən saxta sənədlərdən istifadə edərək vahid niyyətlə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma və rüşvət alma cinayətlərini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətlərini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməli başa çatmış olmaqla ağır cinayətlər kateqoriyasına aid olan Məhkum1 ona təyin edilmiş cəzanı real olaraq çəkməsi ədalətli olmasına baxmayaraq əsassız olaraq barəsində şərti məhkum etmə tətbiq etmiş və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını barəsində əsassız olaraq CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti hesab etmiş, apellyasiya intansiya məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni nöqsanları təkrarlamış, bununla onun gələ cəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum1 islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Göründüyü kimi, Məhkum1 dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən, həmçinin dövlət və bələdiyyə orqanlarının normal fəaliyyətini təmin edən, eləcə də ədalət mühakiməsinin mənafeyini, habelə şəxsiyyətin hüquqlarını və qanuni mənafelərini təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-nin 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan, az ağır və ağır cinayətlər kateqoriyasına aid olan cinayətləri törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, rüşvət alma cinayətinin hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıtması, dövlət orqanlarının əhali arasında hörmətdən və nüfuzdan salınması, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsip olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olması kimi ictimai təhlükəli nəticələri, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməsini şərtləndirən amillərdir. Lakin hər iki məhkəmə hazırki iş üzrə qeyd olunun bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Məhkum1 törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmələr bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşlar. Bundan başqa, məhkəmə CM-in 70-ci maddəsinə əsasən Məhkum1 barəsində şərti məhkum etmə haqqında qərar qəbul edərkən təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, “Sidik kisəsinin xərçəngi residiv pTaNoMo. Sidik kisəsinin residiv törəməsi. Sol böyrəyin və sidik axarının daşları. Soltərəfli ureterohidronefroz. İnsulindən asılı şəkərli diabet tip İİ. Hipertoniya İİ mərhələ” diaqonozları ilə xəs tə olmasını, 10 dəfə cərrahi əməliyyata məruz qalmasını və hazırda xərçəng xəstəliyindən əziyyət çəkməklə həmin xəstəliklə bağlı cari ilin mart-aprel aylarında təkrarən cərrahi əməliyyat olunacağını, kifayət qədər yaşlı - 61 yaşının olmasını, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumluğunu, məhkəməyədək icraat və məhkəmə icraatı dövrlərində barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərinə əməl edib, hər hansı pozuntuya yol verməməsini və icraatı aparan orqanların çağırışı ilə vaxtında gəlməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin birinci instansiya məhkəməsi Məhkum1 cəza təyin edərkən qanunda nəzərdə tutulmamış yuxarıda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmiş, apellyasiya intansiya məhkəməsi də həmin hökmü qüvvədə saxlamaqla eyni nöqsanları təkrarlamışdır. Dövlət ittihamçısı kassasiya ptotestində Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3, 308.1, 311.2, 313, 320.1, 320.2-ci maddələri və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 fevral 2024-cü il tarixli qərarının Məhkum1 cəza təyininə dair hissədə ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi3 məhkəmə iclası nda çıxış edərək kassasiya protestinin təmin edilməməsini, kassasiya şikayətinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin 9 fevral 2024-cü il tarixli, qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında çıxış edərək mülki iddianın dəyişdirilmədən saxlanılmasını, kassasiya protestini və kassasiya şikayətini isə məhkəmənin mülahizəsinə buraxdığını dedi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya protestinin dəlillərinin əsaslı olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğv edilmə sini və yeni baxışa göndərilməsini, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutl arın mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum ona qanunsuz ittiham irəli sürülməsini mübahisələndirərək barəsində olan apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi ba rədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı məhkuma yüngül cəza təyin edilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibaril ə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiym ət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamlarda nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Bu sübutetmə məhkəmə qərarlarında ətraflı təsvir edilmiş və əsaslandırılmışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə məhkumun təqsirini təsdiq edən sübutları yenidən təkrarlamağa lüzum görmür və məhkumun ona qarşı irəli sürülmüş ittihamlarda göstərilən cinayət əməllərini törətməsinə dair məhkəmələrin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün faktiki və hüquqi əsaslar yoxdur və bu səbəbdən kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, kassasiya protestində məhkumun cəzasını yüngülləşdirən halların düzgün nəzərə alınmadığı və onun barəsində CM-in 70-ci maddəsinin əsassız tətbiq edildiyi vurğulanmışdır. Bu dəlillə bağlı qeyd edilməsi zəruridir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 noyabr 2023-cü il tarixli qərarı ilə məhkumun sağlamlıq vəziyyəti ilə bağlı barəsində komisyon məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə qərarı əsasında verilmiş rəyin nəticə hissəsində göstərilir ki, Məhkum1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun “Sidik kisəsinin yuxarıda göstərilən bir və ya bir neçə lokalizasiyasından kənara çıxmaqla zədələnməsi ypTaN0M0 mərhələ İİİ G3. Sidik kisəsi xərçəngi, kompleks müalicədən sonrakı vəziyyət. Residiv. Cərrahi əməliyyatdan sonrakı vəziyyət İİİ mərhələ. İnsulindən asılı şəkərli, diabet tip İİ. Ürəyin işemik xəstəliyi. Stabil gəginlik stenokardiyasyası İİ f.s. Xroniki ürək çatmamazlığı İ f.s. Sol böyrəyin və sidik axarının daşları. Soltərəfli ureterohidronefroz. Hipertoniya xəstəliyi İİ mərhələ. Arterial hipertoniya İİ dərəcə, əlavə risk İİ tip xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Məhkum1 hal-hazırkı sağlamlıq vəziyyət ilə əlaqədar onun həbsxana şəraitində saxlanılması məqsədə müvafiq sayılmır. Məhkum1 həbsxana şəraitində saxlanılması onun sağlamlıq vəziyyətinə mənfi təsir göstərə bilər. Məhkum1 düçar olduğu onkoloji xəstəliklə əlaqədar onun hal-hazırda cərrahiyyə əməliyyatına və kimyaterapiya müalicə kurslarına ehtiyacı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərti məhkum etmə adlanan 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən m üddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsas prinsiplərindən olan humanizm prinsipi adlanan 9.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məh kəmə kollegiyası hesab edir ki, Məhkum1 hazırkı yaşında və hazırkı fiziki durumunda, onkoloji xəstə olmaqla kimya terapiyasına ehtiyac olduğu və əməliyyat edilməli olduğu vəziyyətdə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməsinə dair qərar qəbul edilməsi şəxsə işgəncə verilməsinə və sanki törətmiş olduğu cinayət əməlinə görə ondan qisas alınması kimi görünür və ekspert rəyində göstərilən çoxsaylı ağır xəstəliklərdən əziyyət çəkən şəxsin həyatdan məhrum edilməsi ilə nəticələnə bilər ki, bu da cinayət qanununun humanizm prinsipini müəyyən edən 9.2-ci maddəsinin tələblərinə ziddir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza məsələsini müzakirə edərkən məhkumun cəzasını yüngülləşdirən halları apellyasiya instansiyası məhkə məsi düzgün nəzərə almış, qanuni və ədalətli qərar qəbul etmişdir. Odur ki, kassasiya protesti təmin edilməmlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2022-ci il hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.3, 308.1, 311.2, 313,320.1,320.2-ci maddələri ilə məhkum olunmuş Məhkum1 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 fevral 2024-cü il tarixli 1(106)-34/2024 nömrəli qərarı Məhkum1 kassasiya şikayətinə və dövlət ittiham çısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar