Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1662/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs X5 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2022- ci il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 194.1-ci maddəsi ilə ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əhmədov Rauf Tağı oğlu) X10, 30 noyabr 1987-ci il tarixdə Biləsuvar rayonunun İsmətli kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşayan, CM-nin 194.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndəCPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X10 qarşı CM-nin 194.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlak əldə etməklə ona sərancam verib satmışdır. Belə ki, X14 24 noyabr 2021-ci il tarixdə saat 15 radələrində icarə əsasında işlədiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən telefon alqısatqısı mağazasında qabaqcadan vəd etmədən Şahid gizli olaraq talayıb oğurluq yolu ilə əldə etdiyini bilə-bilə dəyəri 2500 manat və ekranı kiliddə olan “İphone 12 Promax” markalı mobil telefon aparatını dəyərindən ucuz qiymətə 600 manata əldə edərək həmin telefona sərəncam verməklə satmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən X5in əməlidə cinayət tərkibi olmadığına görə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən onun barəsində yuxarıda göstərilən 27 oktyabr 2022ci il tarixli bəraət hökmü çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı Mirzəyev Ceyhun Namiq oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 02 mart 2023cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxl anılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: İş üzrə X5ə qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihama, CPMnin bir sıra normalarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutlara istinad edib həmin sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protestini onunla əsaslandırmışdır ki, istər birinci instansiya məhkəməsi, istərsə də onun gəldiyi nəticəni əsaslı hesab edən apellyasiya məhkəməsi bu nəticəni yalnız təqsirləndirilən şəxsin ədalət mühakim əsindən yayınmaq məqsədilə verdiyi, işin faktiki hallarına uyğun olmayan, məqsədyönlü, özünü müdafiə xarakterli, qeyri-səmimi ifadələri ilə əsaslandıraraq CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyib sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası iş üzrə Şahid ifadələrinin guya ziddiyyətli olmasını və onun ifadələrinin obyektivliyi əks etdirməməsini bəraətin əsasları kimi qəbul etməkdə də qanunvericiliyin tələbindən çıxış etməmiş, nəticədə X5ə əsassız olaraq bəraət verilməsinə dair hökmün dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul etmişdir. Belə ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan, yəni istər məhkəməyədək icraat zamanı, istərsə də birinci və apellyasiya instansiya məhkəməsində şahid qismin də dindirilmiş Şahid ifadələrindən, iş materiallarında olan Şahidla X5in üzləşdirmə protokolundan, “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Şahid məhkəmə kollegiyasının ziddiyyət kimi qəbul etdiyi xüsusatları tam şəkildə izah etsə də məhkəmə həmin halı diqqətdən kənarda qoymaqla hər vəchlə öz gəldiyi mövqeyi əsaslandırmağa çalışmışdır. Həmin sübutların təhlilindən göründüyü kimi, məhkəmə kollegiyasının gəldiyi nəticədən fərqli olaraq Şahid ifadələri uyğunluq təşkil etməklə birbirini tamamlayır və işin faktiki hallarını əks etdirir. Bakı Apellyasiya Məhkəməsi isə yekun qərarında istinad etmiş olduğu həm təqsirləndirilən şəxsin, həm də şahidlərin ifadələrinə, o cümlədən toplanılmış müxtəlif sənədlərə əsasən müəyyən edilən obyektiv halları qanunsuz və əsassız olaraq düzgün qiymətləndirməyərək müvafiq sübutlarla təsdiq olunmayan səhv nəticəyə gəlmiş, iş üzrə uzun müddət davam edən araşdırma isə qeyriobyektiv qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə almamışdır ki, təqsirləndirilən şəxs gətirdiyi dəlilləri təsdiq edən heç biri sübutu məhkəməyə təqdim edə bilməmiş, qüvvəsi olmayan, məsuliyətdən yayınmağa yönəlmiş yalan məlumatlar verərək, guya Şahid şəxsiyyət vəsiqəsinin surətində telefonun İMEİ kodun, 24 noyabr 2021-ci il tarixin və telefonu 1200 manata satması barədə qeydlərin məhz Şahid tərəfindən aparıldığını göstərmişdir. Məhkəmə isə təqsirləndirilən şəxsin həmin ifadələrini əsaslı hesab edərək mübahisə doğuran həmin yazıların kim tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədilə iş üzrə müvafiq ekspertiza keçirilməklə yaranmış ziddiyyətin aradan qaldırılması istiqamətində heç bir addım atmamışdır. X5ə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən müvafiq hallar obyektiv sübutlar əsasında müəyyən edilmiş, lakin məhkəmə kollegiyası qeyd edilənlərlə bağlı heç bir şübhə yeri qoymayan ibtidai araşdırma zamanı müəyyən edilmiş həmin halları bir tərəfdən qəbul etməmiş, digər tərəfdən isə öz təşəbbüsü ilə araşdırma aparıb həmin halları yoxlamamışdır. Bu isə məhkəmənin əsil həqiqətdə iş üzrə obyektiv qərarın qəbul edilməsi məqsədindən uzaq olmasının əyani sübutudur. Məhkəmə tərəfindən əvvəlcədən ifadə edilmiş qənaət üzrə çəkişmə prinsipinin tələbi pozulmuş, məhkəmə təqsirləndirilən şəxslə birlikdə məhkəməyə gəlmiş şəxsləri şahid qisimində dindirib onların həqiqətə uyğun olmayan, təqsir ləndirilən şəxs tərəfindən istiqamətləndirildiyi açıq-aşkar görünən ifadələrinə istinad edərək əsassız bəraət hökmünü qüvvədə saxlamışdır. Bundan başqa 23 fevral 2023-cü il tarixli məhkəmə iclası zamanı Şahid verdiyi ifadəsində təkrarən telefonun oğurluq olması barədə X5ə bildirdiyini, telefonu 600 manata satdığını, 1200 manat, İMEİ kod və tarix barədə hər hansı qeyd yazmadığını deməsinə, verilmiş suallara cavabında da həmin mövqeni təkrarlamasına baxmayaraq məhkəmə tərkibi tərəfindən ona işin faktiki halına uyğun olmayan, X5in özü ilə gətirib xeyrinə ifadələr verilməsinə nail olduğu şahidlər X11 və X6 guya telefon satılarkən orda olmaları, gedən danışıqlara şahidlik etmələri barədə bildiridiklərinin təsdiqinə nail olmaq üçün yönəldici və işdəki həmin telefon satışı mağazasının fotoşəklind ə öz əksini tapmayan məlumatlar təhrif olunmaqla suallar verilmiş, beləliklə tərəfsiz arbitr funksiyasından uzaqlaşıb, hər formada X5in təqsirsizliyini təsdiq edən sübutların toplanmasına köklənmişlər. Hər iki şahidin verdiyi ifadələrin həqiqətə uyğun olmadığını təsdiq edən digər xüsusat isə həmin telefonun rəngi barədə verdikləri məlumatlardır. Belə ki, işin mübahisə olunmayan halına əsasən qeyd olunan telefon qızılı rəngdə olmuşdur. Lakin, məhkəmə iclasında verilmiş suallara cavabında hər iki şahid həmin telefonun qara rəngdə olmasını bildirmişlər. Halbuki, onların hər ikisi ifadələrində guya yoxlamaq üçün telefonu X5in onlara təqdim etdiyini və telefona baxıb öz ixtisaslarına uyğun müvafiq rəy bildiridiklərini qeyd etmişlər. Həmin ziddiyyətlər isə məhkəmə kollegiyası tərəfindən aradan q aldırılmamış, şahidlər tərəfindən verilmiş ifadələrinin digər hissələri isə (guya telefonun oğurluq olması barədə Şahid bildirmədiyi və 1200 manata satdığı) məqbul hesab olunaraq bu ifadələrə X5in əməlində cinayət tərkibi olmamasının təsdiq elilməsi üçün istinad olunmuşdur. Qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı İ.F.Yusifov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Dövlət ittihamçısı İ.F.Yusifovun kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestinin əsas dəlilləri ondan ibarətdir ki, X5ə bəraət verilməsi haqqında nəticəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş, araşdırılmış sübutlara düzgün qiymət verməmiş və iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya inst ansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.F.Yusifovun kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə X5in barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, əvvəlki qərarlarında qeyd etdiyi kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanunil iyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanun a müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılmas ı hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izaşlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əm əlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bunda sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərini n və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci mad dəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin işt irakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarınd a məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bi lər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddələsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hə rəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstiitusiyanın 26-cı maddəsinin II hissəsinin tələbləindən çıxış edən qanunverici CPM-nin 8.0-cı maddəsində müəyyən etmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən ed ərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcb uri gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirl i bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsi ndə cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşı n konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu mad dələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutl arın əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi n əzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) b arədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara ə saslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessua l tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kim i həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələri n yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkə n təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Q ərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsa slandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avrop a Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri bi lir ki, ittiham tərəfinin təqdim etdiyi sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən, onların bir hissəsi isə (müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahidlərin dindirilməsi də daxil olmaqla) apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında tam həcmdə araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz həmin sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirərək X5in əməlində cinayət tərkibinin olmaması, ibtidai araşdırma zamanı toplanmış sübutların isə sonuncunun elan olunmuş ittiham üzrə təqsirli bilinməsi üçün kifayət etməməsi, araşdırılımş sübutların təqsirsizlik prezumpsiyasına uyğun olaraq onun xeyrinə həll edilməsi barədə nəticəyə gəlmiş, apellyasiya i nstansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə qismən məhkəmə istintaqı aparmaqla baxaraq sonuncunun barəsindəki bəraət hökmünün qanuni və əsaslı olmasını hesab etmişdir. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 02 mart 2023-cü il tarixli qərarında məhkəmələrin əsaslandı qları sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən X5ə qarşı CM-nin 194.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, 24 noyabr 2021-ci il tarixdə saat 15 radələrində icarə əsasında işlədiyi ünvan 2 ünvanında yerləşən telefon alqı-satqısı mağazasında qabaqcadan vəd etmədən Şahid gizli olaraq talayıb oğurluq yolu ilə əldə etdiyini bilə-bilə dəyəri 2500 manat və ekranı kiliddə olan “İphone 12 Promax” markalı mobil telefon aparatını dəyərindən ucuz qiymətə 600 manata alaraq əldə edərək həmin telefona sərəncam verməklə satmışdır. Bu ittiham üzrə şahid, şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında dindirilmiş X5 özünü CM-nin 194.1-ci madd əsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilməyərək ardıcıl olaraq eyni məzmunlu ifadələr verib göstərmişdir ki, o, ünvan 2 ünvanda yerləşən telefon mağazasını icarə müqaviləsi əsasında işlətmişdir. 24 noyabr 2021-ci il tarixdə saat 15 radələrində iş yerində olan zaman əvvəllər tanımadığı Şahid mağazaya gəlmiş və “İphone 12 promax” markalı mobil telefonu göstərərək özünə məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. O, ekranı kilidli vəziyyətdə olmuş telefonu alıb baxdıqda, Şahid isə kilidin kodunu bilmədiyinə görə şübhələnib telefonu almaq istəməmişdir. Şahid isə telefonun ailə üzvlərinə məxsus olduğunu, bu səbədən telefonun kilidinin kodunu bilmədiyini söyləyib bir daha maddi ehtiyacı olduğuna görə onu satmaq istədiyini bildirmiş, o, isə ona inanaraq həmin cihazı 1200 ma nata ala biləcəyini təklif etmişdir. Şahid bu təkliflə razılaşdıqdan sonra o, Şahid şəxsiyyət vəsiqəsini alıb onun surətini çıxararaq ona həmin surətin üzərində şəxsiyyət vəsiqəsinin və öz telefonunun nömrəsini, telefonun ona məxsu olması barədə qeyd yazmasını demiş, Şahid da bunları icra etdikdən sonra o, da həmin şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış vərəqdə telefonun İMEİ kod nömrəsini, alqı-satqının icra edildiyi tarixi və telefonu 1200 manata aldığını qeyd etmişdir. Telefonu ehtiyat hissəsi kimi aldığına onun hissələrini başqa telefona quraşdırıb növbəti gün tanımadığı başqa müştəriyə satmışdır. İbtidai araşdırmada olduğu kimi, məhkəmə iclaslarında X5 təkidlə qeyd etmişdir ki, Şahid telefonu ona, sonuncunun dediyi kimi, 600 manata deyil, 1200 manata satarkən onu oğurladığını bildirm əmişdir və əgər belə olsa idi, o, telefonu heç vaxt almazdı. İbtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs, sonradan isə şahid qismində dindirilmiş Şahid cinayət təqibinin həmin mərhələsində göstərmişdir ki, 24 noyabr 2021-ci il tarixdə səhər saatlarında metronun “Həzi Aslanov” stansiyasına daxıl olub qatara minmiş, qatar metronun “Gənclik” stansiyasında dayanan zaman qatardan düşən əvvəllər tanımadığı X3 çiynindən asdığı çantanın cibindən “İphone" markalı mobil telefonu oğurlamış, qatardan düşüb yenidən "Neftçilər" stansiyası istiqamətində hərəkətdə olan qatara minərək "Neftçilər" stansiyasına getmişdir. Oğurladığı telefonun ekranı kilidli olmuş və kilidi aça bilməmişdir. Qatardan düşüb oğurladığı mobil telefonu satmaq üçün telefonun üzərındəkı qoruyucu kaburanı və nömrəni çıx arıb tullamış və mağazalarından birinə yaxınlaşıb, mağazada işləyən əvvəllər tanımadığı X10 həmin mobil telefonu göstərərək satmaq istədiyini bildirmişdir. Sonuncu ondan telefonun ekranının kilid kodunu soruşan zaman kodu bilmədiyini, telefonu oğurluq yolu ilə əldə etdiyini demişdir. X5 telefonu ondan 600 manata ala biləcəyini deyib, şəxsiyyət vəsiqəsini alaraq surətini çıxarmış və həmin sənəddə telefonun ona məxsus olması, əlaqə nömrəsi, adı və soyadı barədə qeydlər yazıb imzası ilə təsdiq etməsini təklif etmişdir. O, da bu təkliflə razılaşaraq şəxsiyyət vəsiqəsinin surətində telefonun ona məxsus olması, əlaqə nömrəsi, adı və soyadı barədə qeydlər yazıb imza etsə də, telefonun İMEİ kodu, xx.xx.2021-ci il və 1200 manata satması barədə qeydləri yazmamış, X5 həmin mobil telefona görə ona 600 manat pul vermiş, o, da həmin məbləği alıb şəxsi ehtiyaclarına xərcləmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə o, sərbəst verdiyi ifadəsində yuxarıda göstərilən halları təkrarlasa da, verilən suallara cavab olaraq bildirmişdir ki,o, X5ə satdığı telefonun icloud nömrəsinin bilməməsinin sonuncu tərəfindən normal qarşılanması üçün ona həmin telefonun ailə üzvlərinə məxsus olmasını və bu cihazı maddi imkanı aşağı olduğuna görə satmaq istədiyini bildirmişdir. Həmçinin Şahid qeyd etmişdir ki, o, mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. Apellyasiya protestinə məhkəmə baxışı iclasında isə adı çəkilən şahid (Nizami Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhd udlaşdırılması cəzasına məhkum olunmuş) Şahid yenə əvvəlki ifadələrinin bir hissəsinə ziddiyət təşkil edən ifadələr verərək göstərmişdir ki, o, oğurladığı telefonu 500-600 manata satmış, həmin vaxt X5in işlətdiyi mağazada başqa şəxslər də olmuş, lakin o, həmin şəxslərlə ünsiyyət saxlamamış və X5in aldığı telefonu həmin şəxslərə göstərib-göstərmədiyini xatırlamır, telefonun hansı rəngdə olması da yadında deyil. Müdafiə tərəfinin vəsatəti əsasında apellyasiya protestinə məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X11 göstərmişdir ki, o, əvvəllər metronun “Qara Qarayev” stansiyasının yaxınlığında telefon alqı-satqısı mağazasında proqramist işləmişdir. 24 noyabr 2021-ci il tarixdə sonradan ğanıdığı Şahid adlı şəxs mağazaya gələrək bildirmişdir ki, ailə üzvlərinə məxsus olan telef on “iCloud” kilidinə düşüb, evdə xəstə olduğu üçün həmin telefonu satmaq istəyir. X5 həmin “İphone” markalı telefonu 1200 manata ala biləcəyini təklif etdikdə, Şahid bununla razılaşmış və bundan sonra X5 onun şəxsiyət vəsiqəsinin surətini çap etdirərək vərəqdə hər ikisi qeydlər aparıb Şahidə imzaltırmışdır. Daha sonra X5 kifayət qədər pulu olmadığına görə qonşu mağazalardan borc götürüb Şahidə 1200 manat məbləğində pul verib telefonu ehtiyat hissə kimi ondan almışdır. Adı çəkilən şahid həmçinin qeyd etmişdir ki, Şahid telefonun oğurluq olmasını bildirməmiş və belə hal olsa idi, X5 həmin telefonu almazdı. Oxşar ifadələri həmçinin müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş və əvvəllər X5in işlətdiyi mağazada telefonların təmiri ustası kimi işləmiş X15 da vermişdir. Məhkəmə kollegiyası təsvir olunmuş sübutların fövqündə vurğulamağı lazım bilir ki, X5ə qarşı CM-nin 194.1-ci maddəsi ilə irəli sürülmüş ittiham müstəsna olaraq, özünün deməsinə görə narkomaniya xəstəliyindən əzab çəkən, mütəmadi olaraq narkotik vasitələrdən istifadə edən, bəzən baş vermiş hadisələri buna görə dəqiq xatırlmayan Şahid ziddiyyətli ifadələrinə əsaslanmış, X5in həmin ittiham üzrə cinayət əməlini təsdiq edən hər hansı başqa sübut isə nə ibtidai araşdırma zamanı, nə də ki məhkəmə iclaslarında əldə olunmamışdır. Bu ittihamı digər sübutlarla təhlil edən məhkəmə kollegiyası X5ə istinad olunan ittiham üzrə cinayətin törədilməsi hallarında ziddiyyətin olmasını da qeyd edir. Belə ki, Şahid cinayət təqibinin bütün mərhələlərində, o cümlədən özünün barəsindəki cinayət işinə baxılarkən X7 məxsus olan mobil telefon cihazını 24 noyabr 2021-ci il tarixdə saat 08.00 radələrində oğurlayıb bundan dərhal sonra metronun “Neftçilər” stansiyasına gedərək orada yerləşən mağazada telefonu X5ə satmasını bildirsə də (oğurluğun törədilməsi vaxtına dair hallar həmçinin X3nın ifadələri ilə və Şahid barəsndəki qüvvədə olan Nizami Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə təsdiq olunur), X5ə elan olunmuş ittihamda ona istinad edilən cinayəti həmin tarixdə saat 15 radələrində törətməsi göstərilmişdir ki, bu hala görə, Şahid ifadələri yox, X5in ifadələri əsas götürülmüşdür. Yəni, nəticə etibarı ilə, ibtidai araşdırma orqanı tərəfindən X5in ifadələrinin bir hissəsi inandırıcı, digər hissəsi isə, yəni onun aldığı telefonun oğurluq yolu ilə ələ keçirilməsi barədə bilməməsinə dair his səsi onun cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirilmişdir. Hərçənd, CPM-nin 223.3.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində digər hallarla yanaşı həmçinin cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti əksini tapmalıdır. Şahid ifadələrinin iş üzrə toplanmış sübutlarla uyğunluq təşkil etməklə bir-birini tamamlaması və işin faktiki hallarına uyğun olması ilə bağlı kassasiya protestinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr qanunvericiliyin tələblərini nəzərə alaraq düzgün olaraq həmin şahidin ifadələrinə və b u ifadələrdə müəyyən edilmiş ziddiyyətlərə hüquqi qiymət vermiş, Şahid mobil telefonu 600 manata satması və həmin telefonun oğurlanmasını əvvəlcədən bildirməsi barədə ifadəsinə tənqidi yanaşılmış, digər tərəfdən iş üzrə gəldikləri nəticəni bu ifadələrin hər hansı başqa sübutla təsdiq olunmaması ilə əlaqələndirmişlər. Kassasiya protestində Şahid ifadələrinin mötəbər sübut kimi qəbul edilməli olması göstərilsə də, məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq dövlət ittihamçısının bu mövqeyi ilə razılaşmır ona görə ki, yuxarıda qeyd edildiyi kimi, adı çəkilən şahid birinci instansiya məhkəməsinin məhkəmə iclasında həm əvvəlki, həm də eyni vaxtda məhkəmə iclasında verdiyi ifadələrin əksinə olaraq X5ə satdığı mobil telefonu oğurluq yolu ilə ələ keçirməsini ona bildirməsini inkar edərək h əmin telefonun ailə üzvlərinə məxsus olması, ehtiyacı olduğuna görə onu satmaq istəməsi barədə sonuncuya məlumat vermişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən X5in ifadələri ilə yanaşı Şahid ifadələrinin bu hissəsinin sübut kimi qəbul edilməsi ilə razılaşır, çünki məhz bu ifadələr araşdırılmış digər sübutlarla, o cümlədən əlavə şahidlər X6un və X11un ifadələri ilə tam uzlaşır, digər tərəfdən oğurluq cinayətini törətmiş şəxsin, bunun hansı nəticələrə səbəb olacağını bilmədən ilk dəfə gördüyü və tanmadığı şəxsə bu cinayət haqqında məlumat verməsi inandırıcı görünmür. Kassasiya protestinin iş materiallarında olan, Şahid şəxsiyyət vəsiqəsinin surəti əks etdirilmiş vərəqdəki yazıların kim tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədilə iş üzrə müvafiq ekspertiza keçirilməklə yaran mış ziddiyyətin aradan qaldırılması istiqamətində məhkəmələr tərəfindən heç bir addım atılmaması ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə kollegiyası əvvəla prosessual qanunvericiliyin cinayət prosesində çəkişmə prinsipi təsbit edilmiş müvafiq normalarına müraciət etməyi lazım bilir. Belə ki, CPM-nin 32.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. CPM-nin 32.2-ci maddəsinin tələbləindən görünür ki, bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə: 32.2.1. hər bir tərəf məhkəmədə təmsil olunur; 32.2.2. hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir; 32.2.3. ittiham tərəfi cinayət hadisəsin in baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; 32.2.4. müdafiə tərəfi cinayət təqibi ilə bağlı irəli sürümüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; 32.2.5. hər bir tərəf heç kimdən asılı olmayaraq müstəqil surətdə öz mövqeyini seçir və onu müdafiə etmək üçün vasitə və üsullarını müəyyən edir; 32.2.6. məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir; 32.2.7. məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır; 32.2.8. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir; 32.2.9. təqsirləndirilən şəxs sərbəst olaraq təqsirli olduğunu inkar edir və ya özünü təqsirli bilir; 32.2.10. mülki iddiaçı iddiadan imtina edir və ya mülki cavabdehlə barışıq sazişi bağlayır; 32.2.11. mülki cavabdeh iddianı qəbul edir və ya mülki iddiaçı ilə barışıq sazişi bağlayır. Göründüyü kimi, ədalət müha kiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən hesab olunan çəkişmə prinsipinin tələbbinə əsasən, məhkəmə cinayət təqibi üzrə ittiham və müdafiə tərəfinin təqdim etdiyi sübutlara əsasən işə baxır və qanunvericiliyin şərh olunan normaları məhkəmənin üzərinə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılması və araşdırılması deyil, proses iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, bu zaman qaldırılmış vəsatətlərə əsasən əsaslandırılmış qərarlar qəbul etmək vəzifəsi qoyur. Məhkəmə icraatı zamanı həmin vəzifənin yerinə yetirilməsi istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin olunmaması isə məhkəmələrin təhlil edil ən konstitusion (Konstitusiyanın 125ci maddəinin Vİİ hissəsi) tələbə əməl etməməsi ilə nəticələnir. Qeyd olunanlara əsasən kassasiya protestinin dəlilinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə həm ibtidai araşdırma zamanı, həm də işə məhkəmələrdə mahiyyəti üzrə baxılarkən Şahid şəxsiyyət vəsiqəsinin surəti əks etdirilmiş vərəqdə icra olunan yazıların yaranma mənbəyi barədə ziddiyyətlər meydana gəlsə də, ibtidai araşdırma orqanı tərəfindən bu ziddiyyətin aradan qaldırılması üçün hər hansı istintaq hərəkətinin aparılması, o cümlədən müvafiq ekspertizanın təyin edilərək keçirilməsi üçün lazmi tədbirlər görülməmiş, məhkəmə iclaslarında dövlət ittihamını müdafiə etmiş prokurorlar da buna təşəbbüs göstərməyərək cinayət işinə məhkəmələr tərəfindən tam, hərtərəfli və obyekti v araşdırılması məqsədilə qeyd olunan ekspertizanın təyin edilərək keçirilməsi ilə bağlı məhkəmələrə vəsatətlə müraciət etməmişlər. Kassasiya protestində isə dövlət ittihamçısı əsassız olaraq, prosessual qanunvericiliyinin tələblərinə, o cümlədən çəkişmə prinsipinə zidd olaraq X5in təqsirlilik məsələsinin müəyyən edilməsi və bunun üçün sübutların əldə olunması vəzifəsini məhkəmələrin üzərində olmasını iddia edir ki, məhkəmə kollegiyası da heç cür bu haqda dəlillə razılaşmır və onun qəbul edilməsini mümkün bilmir. Bununla belə, məhkəmə kollegiyası təhlil edilən yazıların ya X5, ya da ki Şahid tərəfindən icra edilməsinin dəqiq müəyyən olunmasını da əhəmiyyətsiz hesab edir ona görə ki, bu hal özü-özlüyündə heç də X5in əldə etdiyi telefonun cinayət yolu ilə ələ keçirilməsi barədə bilməsini təs diq etmir, həmin yazıların mətninə nəzər yetirildikdə isə onun CM-nin 194.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini yalnız ehimal etmək olar ki, şəxsin də hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi ehtimallara əsaslana bilməz və prosessual qanunveiciliyin yuxarıda təsivr olunmuş tələblərinə görə belə hal yolverilməzdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin oğurluq yolu ilə əldə edilmiş telefonun rənginin qızılı rəngdə olması, lakin apellyasiya instansiya məhkəməsində qismən məhkəmə istintaqı aparılmaqla işə baxılan zaman şahid qismində dindirilmiş X11un və X6un həmin telefonun rənginin qara rəngdə olması ilə bağlı ifadə vermələrinə dair dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, bəraət almış şəxs X5 ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında Şahid aldığı telefonun qızılı rəngdə olmasını bildirsə də, apellyasiya protestinə məhkəmə baxışı iclasında ona bu haqda heç bir sual verilməmiş, sonuncu kassasiya instansiyası məhkəməsində kassasiya protestinin dəlilləri ilə bağlı izahat verərkən isə həmin telefonun qara rəngdə olduğunu bildirmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, bu xüsusat üzrə cinayət təqibinin bütün mərhələlərində həm telefonun sahibi X3, həm də Şahid da dindirilməmiş, digər tərəfdən isə kassasiya protestinin müəllifi olan dövlət ittihamçısı İ.F.Yusifov apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında CM-nin 297-ci maddəsinə əsasən bilə-bilə yalan ifadələrə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmiş, bu haqda iltizamı imzalamış, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada and içmiş şahidlər X11un və X6un ifaldələrənin yalan olmasını iddia etməmiş və həmin ifalələrin sübutlar siyahısından xaric edilməsi barədə vəsatət qaldırmamışdır. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən şahidlərin ifadələrinin sübut kimi qəbul edilməsində heç bir qanun pozuntusu görmür və həmin ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsini mümkün bilmir. Bununla yanaşı, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi həm birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış bütün sübutları təhlil edərək, həm də özü qismən məhkəmə istintaqı apararaq iş üzrə gəldiyi nəticəni məhz həmin sübutlara istinad etməklə kifayət qədər əsaslandırmış, digər tərəfdən isə bu sübutların CPM-nin 125.2-ci maddəsində sadalanan hər hansı qanun pozuntusu ilə əldə edilməsini müəyyən etməmiş və özü də qanunsuz yolla əldə olunmuş yolverilməz sübutlardan istifadə etməmişdir. Bu sübutların, əsasən də X5in, şahidlər X11un və X6un ifadələrinin digər sübutlarla birlikdə təhlili göstərir ki, məhkəmələr iş üçün əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla X5ə ittiham olunmuş cinayət əməlini törətməməsi haqda işin faktiki hallarına uyğun olan və ona həmin əməlində CM-nin 194.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmaması haqda düzgün nəticəyə gəlmiş, iş üzrə sübutlara düzgün hüquqi qiymət vermişlər. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 194-cü maddəsi ilə məsuliyyətin yaranması üçün şəxs müvafiq dəyərlərin cinayət yolu ilə əldə edildiyini də qiq bilməlidir. Ona görə də pul vəsaitlərinin və ya digər əmlakın mənşəyi barədə şəxsdə şübhələrin olması bu maddə ilə məsuliyyət yarada bilməz. Digər tərəfdən, təqsirkarın əmlakın məhz hansı cinayətin nəticəsində əldə edildiyini bilməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir, başlıcası odur ki, həmin əmlak cinayət yolu ilə əldə edilmiş olmalı və təqsirkar bunu bilməlidir. Əgər şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bilməmişdirsə, onun qeyd edilən maddə üzrə cinayət məsuliyyətinə məsuliyyətinə cəlb edilməsindən söhbət gedə bilməz, çünki bu halda şəxs cinayət yolu ilə əldə edilmiş əmlakın qanunsuz olsa da vicdanlı sahibi hesab edilir. Məhkəmə kollegiyası araşdırılmış sübutlarla müəyyən edilmiş işin faktiki hallarını təhlil edib cinayət qanunu normalarının tələblərindən və təfsirind ən çıxış edərək, hesab edir ki, birinci instansiya məhkəməsi tamamilə haqlı olaraq X5in əməlində cinayət tərkibinin olmaması barədə nəticəyə gəlib ona törətdiyi əmələ görə bəraət verilməsini mümkün bilmiş, bu nəticənin şübhə altına alınması üçün əsaslar tapmayan apellyasiya instansiyası məhkəməsi isə qanuni və əsaslı olaraq həmin nəticə üzrə çıxarılmış hökmün qüvvədə saxlanılması barədə qanuni, ədalətli və əsaslandırılmış qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası dövlət ittihamçısı İ.F.Yusifovun kassasiya protestinin dəlillərini qəbul edilməz sayaraq həmin protestə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edir, bu isə kassasiya protestini n təmin edilməsi və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun və həmin protestin təmin edilməməsi barədə bəraət almış X5in çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X5ə CM-nin 194.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏR ARA A L D I: Kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə əməlində həmin maddədə nəzərə tutulmuş cinyətin tərkib əlamətlərinin olmaması əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1662/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1662/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver