Məhkəmə qərarları › İş №1(102)-1663/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1663/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1663/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Bəraət almış şəxs X8 və onun müdafiəçisi, Yevlax şəhər Vəkil Bürosunun vəkil Bəkirova Sevda Həbib qızının iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, Ağdam r ayonu, Keşdazlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2024-cü il tarixli 1(107)-77/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli 1(091)-113/2023 nömrəli hökmü ilə (hakimlər: N.N.Mirzəyev (sədrlik edən), B.M.Məmmədov və X.M.Məmmədov) X4 - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2024-cü il tarixli 1(107)-77/2024 nömrəli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), İ.H.Şükürov və X.H.Səmədov) apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli 1(091)-113/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X4 qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasın ın ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 4,975 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 4,251 qram çəkidə narkotik vasitə heroini əldə edib iki ədəd bükümdə qablaşdıraraq üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 noyabr 2022ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bəraət almış şəxs həmin gün saat 18:30-da Yevlax şəhəri, M.Füzuli küçəsində yerləşən “İstanbul Mall” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Yevlax Rayon Polis Şöbəsinə aparılıb üzərinə şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 4,975 qram çəkidə psixotrop maddə metamfetamin 01 ədəd sellofan bükümdə və külli miqdarda 4,251 qram çəkidə narkotik vasitə heroin 01 ədəd sellofan bükümdə olmaqla əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq X4 CM-in 234.4.3-cü maddəsi ilə əsassız olaraq verilmiş bəraət hökmü qüvvədə saxlanmışdır. Belə ki, bəraət almış şəxs həm şübhəli şəxs qismində və həm də təqsirləndirilən şəxs qismində tutulub dindirilərkən özünün verilmiş ittihamla bağlı hər hansı bir təqsirsizliyi ilə bağlı etirazı olmamış, məhkəməyə və ya prokurorluğa özünün fiziki təsirə məruz qalması barədə şikayəti olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs M.Nəsirovun və müdafiəçi S.Bəkirovanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasə n kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, ka ssasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, X3 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunl a nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilə n şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə u yğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq M.Nəsirova bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyri nə həll etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqanın gəldiyi nəticəyə əsasən X8 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,975 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 4,251 qram çəkidə narkotik vasitə heroini əldə edib iki ədəd b ükümdə qablaşdıraraq üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bəraət almış şəxs həmin gün saat 18:30-da Yevlax şəhəri, M.Füzuli küçəsində yerləşən “İstanbul Mall” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Yevlax Rayon Polis Şöbəsinə aparılıb üzərinə şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 4,975 qram çəkidə psixotrop maddə metamfetamin 01 ədəd sellofan bükümdə və külli miqdarda 4,251 qram çəkidə narkotik vasitə heroin 01 ədəd sellofan bükümdə olmaqla əynindəki göy rəng li gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı bu nəticəyə gələrkən xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokolu, bəraət almış şəxsun ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsini, həmçinin polis əməkdaşları Şahid1 və Şahid2 şahid ifadələrini ittihamın əsasını təşkil edən sübut kimi qəbul edərək, onlara istinad etmişdir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, bəraət almış şəxs xx.xx.2022-ci il tarixdə saat 18:30-da polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. bəraət almış şəxs saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, qaçmağa çalışmamış, ona qarşı polis əməkdaşları tərəfindən güc tətbiq edilməsini əsaslandıracaq heç bir hal baş verməmiş, habe lə saxlanılan zaman şəxsin səhhətində heç bir problem olmamışdır. Çünki iş materiallarında olan xx.xx.2022-ci il tarixli raportda (cild 01, iş vər. 12) bu hallar qeyd edilməmiş, həmçinin əlavə olaraq hər hansı bir sənədləşmə (akt, protokol və s.) həyata keçirilməmiş, habelə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları (Şahid2 və Şahid1) da bu halları təsdiq etmişdir. İş materillarından görünür ki, bəraət almış şəxs tutulduğu gün gecəni Yevlax Rayon Polis Şöbəsinin MSY-də saxlanılmış və xx.xx.2022-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməkdaşlarına təhvil verilmişdir. bəraət almış şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00-da DİN-in BMCMİ-nin MSY-nə təhvil verilərkən müayinədən keçmiş, onda çoxsaylı xəsarətlərin olması aşkar olunmuş və bu fakt aktlaşdırılmışdır. Həmin vaxt bəraət almış şəxs bildirmişdir ki, sözügedən xəsarətlər MSY-nə gətirilməzdən əvvəl baş vermişdir. İbtidai araşdırma orqanı tərəfindən iş üzrə məhkəmə tibbi ekspertizası təyin olunaraq müvafiq rəy (xx.xx.2022-ci il tarixli rəy) alınmış, xx.xx.2022-ci il tarixdə ekspert müayinəsində olan bəraət almış şəxs həmin xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılarkən qaçdığını və yıxılaraq aldığını bildirmiş, sözügedən rəydə şəxsin bədənində aşkar olunan xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi ehtimalının mümkünlüyü göstərilmişdir. bəraət almış şəxs xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxarılmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişd ir. bəraət almış şəxs məhkəmə iclasında bədənində olan xəsarətlərlə bağlı məhkəməyə heç bir söz deməmişdir. Daha sonra həmin tarixdə saxlanılması üçün bəraət almış şəxs Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasında müayinədən keçən zaman onun bədənində olan həmin xəsarətlər aşkar olunmuş və sorğu-sual zamanı həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. İş materiallarından həmçinin görünür ki, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs bəraət almış şəxs polis əməkdaşları tərəfindən fiziki təsirə, işgəncəyə məruz qalması ilə bağlı məlumat verdiyindən, həmin xüsusatların araşdırılması üçün Yevlax rayon prokurorluğuna məlumat verilmiş, Yevlax rayon prokurorluğunun xx.xx.2023cü il tarixli qərarı ilə X3 polis əməkdaşları tərəfindən fiziki z orakılığa məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanılması rədd edilmişdir. Lakin sözügedən həmin qərar iş materiallarına əlavə olunmuş Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. İbtidai araşdırma dövründə baş vermiş həmin halların araşdırılması ilə bağlı, yəni şəxsdə aşkar olunan xəsarətlərin döyülmə nəticəsində yaranmasının mümkünlüyü, o cümlədən sözügedən xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsinin mümkünlüyü ilə bağlı məhkəmə istintaqı zamanı məhkəmə tibbi ekspertizası təyin edilmiş və müvafiq rəy əldə olunaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 370 nömrəli rəyində göstərilmişdir ki, X 3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sağ bazunun bayır, sol bazunun arxa səthi, sağ bud, sağ ayaq pəncəsi, sol topuq, sol ayaq barmaqlarının nahiyyələrinin bənövşəyi rəngli qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlərin rənginə görə demək olar ki, törənmə müddəti qərarda qeyd edilən xx.xx.2022-ci il tarixə uyğundur, müxtəlif şəraitlərdə eyni zamanda, döyülmə zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. X3 bədəni üzərində aşkar olunmuş xəsarətlər özü-özünə yetirməyə xarakterik deyildir. Məhkəmə istintaqı zamanı əldə olunaraq iş materiallarına əlavə olunmuş 04.08. 2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyi ilə ibtidai istintaq dövründə tərtib edilmiş rəy arasında ziddiyyət ol duğundan, ilkin, yəni xx.xx.2022-ci il tarixli məhkəmə tibbi ekspertizasının rəyini tərtib etmiş ekspert X2 məhkəmə iclasına dəvət olunaraq dindirilmiş, ekspert Ceyhun Allahverdiyev tərtib etdiyi 19 dekabr 2022-ci il tarixli 538/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyini müdafiə edərək ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, rəydə qeyd olunan xəsarətlərin şəxsin özü-özünə yetirməsi inandırıcı deyildir. Belə ki, şəxsin eyni anda hər iki ayağına özünün xəsarət yetirməsi inandırıcı deyil. Ola bilsin ki, ayağının birini bərk küt əşyaya vurub xəsarət alsın. Lakin hər iki ayağına özünün xəsarət yetirməsi inandırıcı deyil. Şəxs küt predmetlə xəsarət alsa idi və əksi onun bədənində qalsaydı, o halda müəyyən etmək olardı ki, şəxs özüözünə xəsarət yetirib. Ancaq görünür ki, ş əxsin aldığı xəsarətlər yayılır. Yəni şəxsin qaçaraq yıxılıb xəsarət alması daha inandırıcıdır. Sözügedən xəsarətlər küt əşyanın dəyməsi və ya şəxsin küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilər. İşgəncə tərzi xəsarətlər ölçü olaraq daha kiçik olurlar. Belə xəsarətlər işgəncə xarakterli xəsarətlər hesab edilmir. Belə xəsarətlər küt əşyaya dəymə və ya küt əşyaya çırpılması nəticəsində əmələ gələ bilər. Hər iki bazunun, sağ budun, hər iki ayaq pəncəsinin qançırları yolnəqliyyat hadisəsində alınan travmadan və ya adətən yıxılan zaman alınan travmadan əmələ gələ bilər. Belə ki, burada söhbət sadəcə bir yıxılmadan getmir. Pilləli yıxılma zamanı da bu xəsarətlər əmələ gələ bilər. Yıxılma nəticəsində, yıxılma anı, yıxılmadan əvvəlki an və ya yıxılmadan sonrakı proseslər var. Xəsarətlər gövdəni n hərəkətli hissələri yıxılma anında müxtəlif küt predmetlərə dəyməsi nəticəsində yarana bilər. Yəni həm qol, həm də qıç hərəkətli hissələrdir. Ona görə də, yıxılan anda xəsarət əmələ gələ bilir. Topuq nahiyyədəki xəsarət yıxılma zamanı əmələ gələ bilir. Ayağın üst səthindəki xəsarətlər bununla izah olunur ki, insan ayaq üstündə hərəkət etdiyi üçün həmin hematomalar istiqamətini dəyişə bilir və axırıncı hissəsi ayağın üst səthində yığılır. Ayağın altı xəsarət aldığı vaxt kənar sahələrdə hematomalar baş verir. Şəxsin bədənində olan sözügedən xəsarətlər kənar şəxs tərəfindən yetirilə bilər. Lakin şəxsin bu xəsarətləri özü-özünə yetirməsi inandırıcı deyil. Təqsirləndirilən şəxsə şəxsən özü baxış keçirmişdir. Şəxs cəza çəkmə müəssisəsinə daxil olan zaman onda başqa xəsarət aşkar oluna bilər. B elə ki, müddət keçdikcə hematoma öz istiqamətini dəyişə bilir. Bundan başqa topuqda olan xəsarət şəxsin ayaq barmaqlarına yayıla bilər. Şəxsin sağ budun arxa nahiyyəsindəki xəsarəti ola bilsinki ekspertiza zamanı olmayıb və ya ondan sonra baş verib. Ola bilsin ki, şəxs həmin hissəsindəki xəsarəti göstərməyib. Şəxsin aldığı xəsarət hər iki ayağında olduğu üçün, həmin xəsarətləri qaçıb yıxılaraq alması daha çox inandırıcıdır. Qançır xəsarəti insanın küt əşya ilə vurulması, ya da ki, insanın küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilər. Pilləli yıxılan zaman çox sayda xəsarət alına bilər. Şəxsin bu xəsarətləri kənar şəxs tərəfindən vurularaq alması da istisna olunmur. Şəxsin qançır xəsarətlərini özü-özünə vurub xəsarət yetirməsi mümkün deyil. Ancaq şəxs özünü divara və ya ora bura çırpmaql a qançır xəsarətlərini ala bilər. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmələrinin mövqeyinə əsasən, bəraət almış şəxsun ibtidai araşdırmanın ilkin mərhələsində fiziki təsirə, pis rəftara məruz qalmış, gəldiyi nəticəni də onunla izah etmişdir ki, lkin olaraq bəraət almış şəxs xx.xx.2022-ci il tarixdə saxlanıldıqdan sonra Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və həmin vaxt şəxsdə heç bir xəsarət olmamış, şəxs qaçmağa və ya müqavinət göstərməyə səy göstərməmiş, onun barəsində güc tətbiq etmə ilə bağlı tədbirlərin tətbiq edilməsi üçün əsas olmamış və onun səhhəti normal vəziyyətdə olmuşdur. Əks halı təsdiq edən hər hansı bir məlumat iş materiallarına əlavə edilməmişdir. Lakin xx.xx.2022-ci il tarixdən etibarən polis şöbəsində o lan və həmin müddət ərzində polis əməkdaşlarının nəzarəti altında olan bəraət almış şəxsun bədənində xx.xx.2022-ci il tarixdə çoxsaylı bədən xəsarətlərinin aşkar olması onun fiziki təsirə, pis rəftara məruz qalması ilə bağlı qənaətə gəlməyə əsas verir. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respubliaksının 18 noyabr 1999-cu il tarixli Qanununun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin üzərinə bir vəzifə kimi qoyulmuşdur. Bundan əlavə həmin Qanunun 26-cı maddəsinə əsasən ekspert tərəfindən tərtib edilən rəydə bir tələb kimi tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, verilən rəydən görünür ki, ekpert tərəfindən ümumiyyətlə əsaslandırma aparılmamış, qoyulmuş sual üzrə yekun nəticənin əsaslandırılması həyata keçirilməmiş, tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı göstərilməmişdir. Rəyin tədqiqat hissəsində şəxsin bədənində olan sağ budun arxa nahiyyəsində aşkar olunan xəsarət araşdırılmadığı halda, nəticə hissəsində digər xəsarətlərlə bərabər həmin xəsarət barəsində də rəy verilmişdir. Yalnız şəxsin özünün müayinə zamanı polis əməkdaşlarından qaçarkən yıxılmasını bildirməsi fonunda onda aşkar olunan bütün xəsarətlərin yıxılma nəticəsində yaranması ilə bağlı nəticəyə gəlinmişdir. Həmçinin, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, bəraət almış şəxs polis əməkdaşlarının nəzarəti altına olduğu müddətdə hər dəfə onun bədənində aşkar olunan xəsarətlərin yaranması ilə bağlı polis əməkdaşlarına təsir etməyəcək formada fərqli ifadə vermiş, yəni xx.xx.2022-ci il tarixdə şəxsi axtarış zamanı “çox gəzdiyini, ona görə ayağının ağrıdığını”, xx.xx.2022-ci il tarixdə akt tərtib olunarkən “onda olan xəsarətləri MSY-yə gətiriməmişdən əvvəl aldığını”, xx.xx.2022-ci il tarixdə ekspertin müayinəsi zamanı “polis əməkdaşlarından qaçarkən yıxıldığını və xəsarət aldığını” bildirmiş, yalnız Bakı İstintaq Təcridxanasına gətirildikdən, yəni polis əməkdaşlarının ona təzyiq göstərmək ehtimalının artıq olmaması imkanı yarandıqdan sonra polis əməkdaşları tərəfindən həbs olunan zaman fiziki təsirə məruz qaldığını, həmin xəsarətləri məhz o zaman aldığını bildirmiş, məhkəmə istintaqı zamanı da bu barədə ətraflı ifadə vermiş, sonrakı müddətdə artıq ifadə verməkdən və hər hansı sənədi imza etməkdən imtina etmişdir. “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında həmçinin göstərilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yol verilən olub-olmaması məsələsini həll edə bilər. Bundan əlavə, iş matreiallarından görünür ki, bəraət almış şəxs məhkəmə istintaqı zamanı Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə gətirildikdən sonra şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçi ilə təmin olunmadığını, ona dövlət hesabına müdafiəçi ayrılmadığını, sadəcə ona bəzi sənədlər təqdim edildiyini və onun həmin sənədləri imzaladığını bildirmiş, müdafiəçini yalnız barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmə qarşısına çıxarılarkən gördüyünü qeyd etmişdir. Cinayət işinin materiallarından görünür ki, bəraət almış şəxs xx.xx.2022-ci il tarixdə saat 19:30-dan həmin tarixdə saat 21:30-dək istintaq orqanının inzibati binasında olaraq müd afiəçi Vasif Qədirlinin də iştirakı ilə barəsində olan bir sıra istintaq hərəkətlərinin (şübhəli şəxs qismində dindirmə, təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təqdim edilməsi, təqsirləndirilən şəxs qismində dindirilmə və s.) həyata keçirilməsində iştirak etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X9 göstərmişdir ki, o, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili işləyir. 25 saylı Vəkil Bürosu Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşir. Həmin büro Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çox yaxındır. Şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olan vaxt şəxsin vəkili o, olmuşdur. Şəxsin şübhəli şəxs qismində dindirilməsi zamanı orada olmuşdur. 18 noyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şə xsin vəkili kimi iştirak etmişdir. Qeyd olunan məsələ ilə bağlı, yəni vəkilin həmin tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olması ilə bağlı halları araşdırmaq üçün müvafiq quruma sorğu verilmiş və xx.xx.2023-cü il tarixli sözügedən qurumdan daxil olmuş məktubda göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində X3 barəsində CM-in 234.4.3-cü maddəsi ilə istintaqı aparılmış cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiəçisi X5 BMCMİ-nin inzibati binasına daxil olması ilə bağlı məlumatların göndərilməsi müvafiq qeydiyyat aparılmadığından, mümkün olmamışdır. Bununla yanaşı, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X5 istifadəsində olmuş +**********24 saylı mobil nömrəyə dair anten məlumatların ın götürülməsi üçün "xxxx" MMC-yə sorğu verilmiş və həmin qurumdan daxil olmuş məlumatlardan Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X7 məxsus +**********24 mobil nömrənin 18 noyabr 2022-ci il tarixdə saat 19:30-dan 21:30-a qədər müddət ərzində ünvan 4 ünvanında olması və həmin tarixdə sözügedən mobil nömrədən uzun müddətli telefon danışıqlarının aparılması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir k, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına daxil olan şəxslərin mütləq şəkildə qeydiyyatının aparılması ilə bağlı müdafiəçinin özünün də qeyd etdiyi xüsusatlar fonunda müvafiq qurum tərəfindən belə bir qeydiyyatın aparılmaması ilə bağlı verilən rəsmi cavab, habelə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdikləri v ə onun ifadəsində göstərdiyi xüsusatlarla üst-üstə düşən Bakcell MMC-dən əldə olunan Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X5 istifadəsində olan +**********24 saylı saylı mobil nömrə ilə bağlı əldə olunaraq iş materiallarına əlavə olunmuş anten dairə məlumatları, habelə vəkilin ona məxsus telefonların heç kimdə olması ehtimalının və onun telefonu ilə heç kimin danışmaq ehtimalının olmaması ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdikləri bəraət almış şəxsun ibtidai araşdırmanın ilkin mərhələsində müdafiə hüququnun pozulduğunu təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual hədlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi v ə ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilmə məsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun p ozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla ya naşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X4 elan edil miş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X3 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, M.Nəsirovun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında M.Nəsirovun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə ed ib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq M.Nəsirovun əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, M.Nəsirovun əməlində həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini t əsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş ols un. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərd ə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab e dir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X8 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya prot

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar